Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-44/2021 16.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair inzibati işin materiallarına məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq, şihafi məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” açıq səhmdar cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan birmərtəbəli 965 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyri-yaşayış binasına dair “xxxx” ASC-nin adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan birmərtəbəli 965 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyri-yaşayış binasına dair “xxxx” ASC-nin adına mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-2842/2018 saylı qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, 615-ci məhəllədə istifadədə olan birmərtəbəli 965 kv.m əsas sahədən ibarət 2 nömrəli qeyri-yaşayış binasının “xxxx” ASC-nin adına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. xx.xx.2018-ci il tarixdə məhkəmə qərarı ilə maraqlarına toxunulan şəxs qismində X6 məhkəməyə vəsatətlə müraciət edərək, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-2842/2018 saylı qərarının ləğv edilməsini, onun 3-cü şəxs qismində prosesə cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində işə cəlb edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)- 2842/2018 saylı qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-2842/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X4 qarşı qeyri-yaşayış sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati mübahisəyə dair iş üzrə icraat Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(005)-5525/2017 saylı qətnaməsi qanuni qüvvəyə minənədək dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmişdir. İddiaçı Ləğv prosesində olan “AG Bank” Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X1 xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməklə iddia geri götürülmüş sayılmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə o, iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Həmin səbəbdən də iddiaçının iradəsinə uyğun olaraq məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Ləğv prosesində olan “AG Bank” Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 ərizəsi təmin edilsin. İddiaçı Ləğv prosesində olan “AG Bank” Açıq Səhmdar Cəmiyyətinin ləğv edicisi Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “çıxarışın verilməsi” barədə iş üzrə iddia geri götürülmüş sayılsın və inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-44/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-44/2021
16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver