Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-44/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Nağıyeva Zeynəb Sadıq qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X14 və X30) “çıxarışın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Nağıyeva Zeynəb Sadıq qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X14) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxs X5 adına Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 89 “c” (9 “a”) saylı evə dair verilmiş 24 avqust 2018-ci il tarixli RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2019-cu il tarixli 2-1(82)-1517/19 №-li qərarı ilə iddiaçının Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 89 “c” (9 “a”) saylı evin üçüncü şəxs X5 adına sənədləşməsinə dair Nərimanov rayonu İH başçısının 29 iyun 2018-ci il tarixli 276 №-li sərəncamının etibarsız hesab edilməsi barədə iddiası təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli 2-l( 103)-2349/19 №-li qərarı ilə həmin iş üzrə cavabdehin və üçüncü şəxsin vermiş olduqları apellaysiya şikayətləri təmin olunmamış, qərar dəyişdirilmədən saxlanmış, Ali Məhkəmənin 04 fevral 2020-ci il tarixli 2-1 (102)-595/20 №-li qərarı ilə kassasiya şikayətləri təmin olunmamış, qərar dəyişdirilmədən saxlanmışdır. Üçüncü şəxs X5 adına 24 avqust 2018-ci il tarixli RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmuş Nərimanov rayonu İH başçısının 29 iyun 2018-ci il tarixli 276 №-li sərəncamı məhkəmə qaydasında etibarsız hesab edildiyindən həmin çıxarışın ləğv edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə yazılı surətdə müraciət etmiş, lakin cavabdeh adı çəkilən məhkəmə qərarları barədə onda məlumatın aşkar edilməməsi, inzibati iş üzrə icraat zamanı iştirakçı kimi işə cəlb edilməməsi və onun üzərinə öhdəliyin qoyulmaması əsası ilə bundan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci və 2.2.2,-ci maddələrinə görə, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Cavabdehin istinad etdiyi hallar imtina üçün əsas ola bilməz, çıxarışın verilməsi üçün əsas olmuş sərəncamın etibarsız hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktları olduğundan hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 89 “c” (9 “a”) saylı evə dair üçüncü şəxs X5 adma cavabdeh tərəfindən verilmiş 24 avqust 2018-ci il tarixli RX seriyalı ******* №-li hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1198/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X30 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Üçüncü şəxs X14 iddia tələbinə yazılı etirazında iddianın mümkünsüz hesab edilməsi haqda qərar qəbul edilməsini xahiş etmiş və etirazında bildirmişdir ki, mübahisə edilən Bakı şəhəri,Nərimanov rayonu,Əlyar Əliyev küçəsi,ev 9a saylı evə dair X6 mülkiyyət hüquqları dövlət reyestrində xx.xx.2018-ci il tarixli reyestrdən çıxarışla qeydiyyata alınmışdır.İddiaçı X6 ailəsinin üzvü olmamış, o, axırıncı qardaşı X34 ilə xx.xx.2003-cü il tarixdə rəsmi nikaha girməklə evlənmiş o vaxtdan da həyat yoldaşının valideynlərinə məxsus olmuş Bakı şəhəri Nərimanov rayonu,Ə. Əbdülrəhmonov küçəsi,ev 132 saylı evin 2 otaqlı 32 saylı mənzilinə köçüb qeydiyyotsız yaşamış,2006-cı ildə həyat yoldaşı həmin mənzili özəlləşdirmiş və 2007ci ilin fevral ayında isə qeyd edilmiş mənzili 42.000 manata satılmış,mənzilin alqı-satqımdan əldə edilmiş vəsait hesabına özlərinə münasib ev və ya mənzil ala bilmədiklərindən Çiçək Ələsgərova yeni inşa etdiyi Bakı şəhəri Nərimanov rayonu,Əliyar Əliyev küçəsindəki 9"a" saylı,hazırki 89”c" saylı evə müvəqqəti yaşamaq üçün köçürülmüş,Azad Nağıyev satdığı mənzildən alıcıları tərəfindən qeydiyyatdan çıxarıldığından o,heç bir hüquqi əsası olmadan mübahisə edilən evə 2007-ci ildə qeydiyyata düşmüş,2011-cı ildə də həmin evə iddiaçını və qızını qeydiyyata aldırmışdır. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli,2(005)-3002/2018 saylı qətnaməsi ilə onların aralarındakı xx.xx.2003-cü il tarixli nikah qeydiyyatı X9 müraciəti əsasında ləğv edilmiş,birgə nikah münasibətlərindən anadan olmuş X35 anasının himayəsində saxlanılmış və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X15 hər ay 154 manat aliment tutularaq X16 ödənilməsi qət edilmişdir. Qeyd edilmiş qətnamədən göründüyü kimi iddiaçı həyat yoldaşından 2017-ci ildən faktiki ayrı yaşadığını,dəfələrlə Azadın yaxın qohumları tərəfindən ona ona barışmaq təklif edilsə də, buna razı olmadığı müəyyən edilmişdir. 2018-ci ildə Çiçək X1 2007-ci və X10 2011-ci ildə ona məxsus Bakı şəhəri,Nərimanov rayonu,Əlyar Əliyev küçəsi,ev 9a,hazırda 89c saylı evə pasport qeydiyyatına düşmələri faktı məlum olmuş və o,on larin hər ikisinin həmin mənzilə istifadə hüququnun itirilməsinə dair iddia ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli,2(005)- 341/2019 saylı qətnaməsi ilə Çiçək Ələsgərovanın cavabdehlər X24 və X16 qarşı qaldırdığı X21 və X10 Bakı şəhəri Nərimanov rayonu,Əliyar Əliyev küçəsindəki 9"a" saylı,hazırki 89"c" saylı evə istifadə hüququnun itirilməsinə dair tələbi təmin edilmiş,həmin qətnamə ilə X10 X8 qarşı qaldırdığı evə köçürülmə və pasport qeydiyyatının ləğv edilməsinə dair tələbi təmin edilməmişdir. Məhkəmə məlum nəticəyə gələrkən Çiçək Ələsgərova tərəfindən təqdim edilmiş sənədləri və məhkəmə iclasında dindirilmiş şahidlər X40,X25 və X11 verdikləri ifadələri əsas götürməklə müəyyən etmişdir ki,mübahisə edilən ünvanda özbaşına inşa edilmiş köhnə tikili olan ev olmuş,həmin evi Çiçək Ələsgərova 2006-cı ilin avqust ayında X26 vəfat etmiş anası Şahsənəm Orucovadan almış,alan kimi də Çiçək xanım evi söküb yerində iki mərtəbəli mansarlı ev inşa etməklə istifadə etməyə başlamış,eyni zamanda da 2007-ci ildən həmin evin birinci mərtəbəsinə qardaşı X21 ailə üzvüləri ilə köçüb yaşamasına razılıq vermişdir. Həmin qətnamə ilə də məhkəmə X10 mübahisəli evin keçmiş ərinə nikahadək məxsus olmuş 2 otaqlı mənzili 2007-ci ildə 65.000 manata satıb,həmin vəsait hesabına mübahisə edilən evi inşa etmələri faktını təstiq edən subutları təqdim edə bilməməsini əsas olaraq götürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2008-ci il tarixli qərarında isə ifadə olunmuş hüquqi mövqəyə görə mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbnədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa(öz hərəkətlərinə hüquqi ixtiyar,başqa şəxslərdən tələb etmək hüququ,müdafiə hüququ) malik olub-olmamasını araşdırmalı olduğunu,daha sonra isə irəli sürülmüş tələb üzrə qanunla nəzərdə tutulmuş qaydada mahiyyəti üzrə araşdırmalar aparmalıdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı X12 reyestrdən çıxarışın ləğv edilməsini tələb etdiyi evə münasibətdə heç bir hüququ olmamış, həmin evə dair onun hər hansı hüququ pozulmamış,həmin evə 2011-ci ildən heç bir əsas olmadan pasport qeydiyyata olınması heç bir hüquqi münasibətlər yar atmamış,Çiçək Ələsgərovanın ailəsinin üzvü olmamışdır. Bir sözlə belə bir iddia qaldırmaq üçün onun subyektiv hüququ olmamışdır. Odur ki, iş in yuxarıda sadalanan halları nəzərə almaqla hesab edirəm ki, X10 X8 məxsus evə dair axırıncının adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbi ilə müraciət etmək üçün subyektiv hüququ olmadığından onun iddiası mümkünsüz hesab edilməlidir. Üçüncü şəxs X30 iddia tələbinə yazılı etirazında subyektiv hüququ olmayan Məmmədova (Nağıyeva) Zeynəb Sadıq qızının iddia ərizəsinin rədd edilməsini xahiş etmiş və etirazında bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin (hakim M.Qarayeva) 02 mart 2023-cü il 2-1(112)-336/2023 saylı qərardadı ilə Məmmədova (Nağıyeva) Zeynəb Sadiq qızının iddiasını mümkünsüz saymışdır. Bakı Apellyasiya məhkəməsinin 18 iyul 2023-cü il 2-1(103)- 2065/2023 saylı qərardadına əsasən 2-1(112)-336/2023 saylı 02 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlamışdır. Ali Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023 cü il qərarına əsasən 2-1(103)-2065/2023 saylı 18 iyul 2023 çü il tarixli qərardadı dəyişdirilmədən saxlanılaraq şikayət təmin edilməmişdir. Nərimanov Rayon Məhkəməsinin 9 iyul 2021 ci il tarixli 2(005)- 3238/2021 qətnaməsinə əsasən birgə nigah dövründə əldə olunan daşınmaz əmlaklar tərəflər arasında 1/2 hissə olmaqla bərabər şəkildə bölünməsi üçün Nərimanov rayon icra və Probasiya şöbəsinin böyük icra məmuru X36 NQ 198918/2021- 15-19-003 saylı xx.xx.2021 ci il tarixli icra işi, xx.xx.2021 ci il tarixində, Azərbaycan Respublikası Qanununun 20.1.3-ci maddəsinin tələblərini rəhbər tutaraq, qətnamənin icra olunduğu səbəbindən icra işinin icraatına xitam verilmişdir. Buna baxmayaraq subyektiv hüququ olmayam Məmmədova (Nağıyeva) Zeynəb Sadıq qızı maraqlı şəxs kimi, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3238/2021 qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-10453/2021 qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-336/2023 nömrəli işi üzrə məhkəmə qərarları qanuni qüvvəyə minənədək dayandırmışdır. Göründüyü kimi məhkəmə qərarları qauni qüvvəyə minmişdir. Bakı Apellyasiya məhkəməsinin 25 dekabr 2023-cü il 2(103)- 88/2023 saylı qətnaməyə əsasən 2(005)-3238/2021 saylı) 9 iyul 2021-ci il tarixli qətnaməsini dəyişdirilmədən qüvvədə saxlamışdır. Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 may 2024 cü il 2(102)-1318/2024 qərarına əsasən 2(103)-88/2023 saylı 25 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlamışdır. Cavabdehin iddiaya yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-1198/2021 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Nağıyeva Zeynəb Sadıq qızının cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X14 və X30) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair mübahisə həll edilənə kimi iddiaçı Nağıyeva Zeynəb Sadıq qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X14 və X30) “çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə icraat dayandırılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-44/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır. İnzibati Prosessual Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. İşin hallarından görünür ki, Nərimanov rayon İcra Hakimiyyəti başçısının 29 iyun 2018ci il tarixli 276 nömrəli sərəncamı ilə Əliyar Əliyev küçəsi 9A ünvanında yerləşən fərdi yaşayış evinin, təqdim olunmuş layihəyə uyğun mövcud istifadə vəziyyətində Ç.Ə.Ələsgərovanın adına sənədləşdirilməsinə icazə verilməsi qərara alınmışdır. DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X6 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2-1(82)- 1517/2019 saylı qərarı ilə iddiaçı Nağıyeva Zeynəb Sadıq qızının cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın etibarsız hesab edilməsi barədə” iddiası təmin edilərək, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının “Fərdi yaşayış evinin vətəndaş Ç.Ə.Ələsgərovanın adına sənədləşdirilməsi haqqında” 29 iyun 2018-ci il tarixli 276 nömrəli sərəncamı etibarsız hesab edilmişdir. Həmin qərardan iş üzrə cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti və üçüncü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)- 2349/2019 saylı qərarı ilə təmin edilməmiş, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2- 1(82)- 1517/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-595/20 saylı qərarı ilə cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti və üçüncü şəxs X14 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2- 1(103)-2349/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1517/2019 nömrəli 25 iyun 2019cu il tarixli qərarı icra olunaraq Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 115 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə “Fərdi yaşayış evinin vətəndaş Ç.Ə. Ələsgərovanın adına sənədləşdirilməsi haqqında” 29 iyun 2018-ci il tarixli, 276 nömrəli sərəncam etibarsız hesab edilmişdir. X30 xx.xx.2021-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 25 iyun 2019-cu il tarixli, 2-1(82)-1517/2019 saylı qərarının ləğv etməklə onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə X27 məhkəməyə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1517/2019 saylı 25 iyun 2019-cu il tarixli qərarının ləğv edilərək onun iş üzrə məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1517/2019 saylı xx.xx.2021 nömrəli qərardadı ilə X13 ərizəsi təmin edilmiş, iddiaçı Nağıyeva Zeynəb Sadıq qızının cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2018-ci il tarixli, 276 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə” iddiası üzrə X27 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri olaraq cəlb edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1517/2019 saylı 25 iyun 2019-cu il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-336/2023 saylı 02 mart 2023-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)- 2065/2023 saylı qərarı ilə Nağıyeva Zeynəb Sadıq qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-336/2023 saylı 02 mart 2023cü il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəmə İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-2065/2023 saylı qərarına əsasən, iddiaçı Nağıyeva Zeynəb Sadıq qızının kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 10 iyul tarixli, 2-1(103)-2065/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-341/2019 nömrəli, 08 yanvar 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı X6 cavabdehlər X24 və Nağıyeva Zeynəb Sadıq qızına qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdehlər X34 və Nağıyeva Zeynəb Sadıq qızının ilkin iddia üzrə iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 9a saylı evdən yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab olunmuş, qarşılıqlı iddia üzrə iddiaçı Nağıyeva Zeynəb Sadıq qızının cavabdeh X8 qarşı “yaşayış sahəsinə köçürülmə, pasport qeydiyyatının ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-341/2019 nömrəli, 08 yanvar 2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçı Nağıyeva Zeynəb Sadıq qızının cavabdeh X8 qarşı “yaşayış sahəsinə köçürülmə, pasport qeydiyyatının ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin “sərəncamın və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” ilə bağlı olan hissəsi üzrə icraata xitam verilmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3238/2021 nömrəli, 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, ev 4, 125 saylı mənzil və tərəflər (X27 və X14) arasında paylar ½ hissə olmaqla bərabər şəkildə müəyyən edilməsi və mülkiyyət hüquqların tanınması, həmin iş üzrə iddiaçının həmin əmlaklara köçürülməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissə və torpaq sahəsi X17 və fərdi yaşayış evinin ½ hissəsi X6 paylı mülkiyyətindədir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-647/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X24 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi və əmlak” tələbinə dair iddiası qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7265/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müstəqil səbəb irəli sürməyən 3-cü şəxs X14 tərəfindən apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə Ali Məhkəməsinin 2(102)-3378/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır X31, X40 və X25 tərəfindən ünvan 3 ünvanlanmış notarial ərizənin surətinə əsasən onlar ünvan 1 ünvanında yaşayan X6 yaxın qonşuları olaraq o faktı təsdiq edirlər ki, X14 yaşadığı ünvan 1 (əvvəllər 9A) saylı evin yerləşdiyi tikilini 2006-cı ildə həmin ünvanda yaşamış Şahsənəm Orucovadan faktiki alqı-satqı yolu ilə almış, həmin ildə evi söküb yerində 2 mərtəbəli mansardlı ev inşa etmiş və o vaxtdan da ailə üzvləri ilə birlikdə həmin evdən istifadə edir. Eyni zamanda bildirirlər ki, X8 məxsus qeyd edilmiş evin 1-ci mərtəbəsində 2007-ci ilin yay aylarından 2018-ci ilədək qardaşı Azad Nağıyev həyat yoldaşı və qızı ilə birlikdə istifadə etmişlər 22 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.2002-ci il tarixdə vəfat etmiş X28 vərəsəsi onun gəlini - X4, nəvəsi – X41, nəvəsi – X32 və nəvəsi – X33r və onlar ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi və 0.0337 ha torpaq sahəsini miras əmlak kimi qəbul etmişlər. 18 noyabr 2022-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətinə əsasən xx.xx.2002-ci il tarixdə vəfat etmiş X28 vərəsəsi qızı – Orucova Hicran Rəsul qızıdır və o, miras əmlakdan - ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi və torpaq sahəsini 1/3 hissədə pay almalıdır 19 noyabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqinda şəhadətnamənin surətinə əsasən xx.xx.2002-ci il tarixdə vəfat etmiş X28 vərəsəsi X18, nəvəsi X29, nəvəsi X22 şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 89 “c ünvanında yerləşən fərdi yaşayış evinin “A” tikilisi və 0.0337 ha torpaq sahəsini miras əmlak kimi qəbul etmişlər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən fərdi ev və 0.021297 ha torpaq sahəsi X19, X29, X22, X4, X32, X42, X41 və Orucova Hicran Rəsul qızının paylı mülkiyyətindədir. ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən fərdi ev və 0.021297 ha torpaq sahəsi X19, X29, X22, X4, X32, X42, X41 və Orucova Hicran Rəsul qızının paylı mülkiyyətindədir. ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən fərdi ev və 0.021297 ha torpaq sahəsi X19, X29, X22, X4, X32, X42, X41 və Orucova Hicran Rəsul qızının paylı mülkiyyətindədir. A Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 5 ünvanında yerləşən fərdi evə dair xx.xx.2022-ci il tarixli texniki pasportun surətinə əsasən sənəd üzrə torpaq sahəsi 0.0337 ha, faktiki sahə 0.03967 ha, tikintialtı sahə 0.02125 ha, digər sahələr 0.01842 ha təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ünvan 6 ünvanında yerləşən fərdi evə dair xx.xx.2023-cü il tarixli texniki pasportun surətinə əsasən sənəd üzrə torpaq sahəsi 0.0124 ha, faktiki sahə 0.01837 ha, tikintialtı sahə 0.01408 ha, digər sahələr 0.00429 ha təşkil edir AN-İ seriyalı, ******* nömrəli, 15 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə Orucova Hicran Rəsul qızı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən, ümumi sahəsi 0.0337 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 1/3 hissə=112,33 kv.m.-dən 41,34 kv.m. sahəsini X2. AN-İ seriyalı, ******* nömrəli, 15 dekabr 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə X42, X32, X4 və X41 Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 89 C ünvanında yerləşən, ümumi sahəsi 0.0337 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə X42 ona məxsus 1/12 hissə=28.08 kv.m.-dən 10,33 kv.m. sahəsini, X32 ona məxsus 1/12 hissə=28.08 kv.m.-dən 10,33 kv.m. sahəsini, X4 ona məxsus 1/12 hissə=28.08 kv.m.dən 10,33 kv.m. sahəsini və X41 ona məxsus 1/12 hissə=28.08 kv.m.-dən 10,33 kv.m. sahəsini X3. Beləliklə, hazırkı işdən görünür ki, A.Nağıyev ilə iddiaçı arasında olan nikah ləğv edilmiş, lakin 30 saylı mənzil kommunal istismarı sahəsi tərəfindən 2019-cu il 5 mart tarixində verilmiş 2 saylı formada arayışdan müəyyən edilir ki, Ə.Əliyev küçəsində yerləşən 89c (9a) saylı evdə iddiaçı 2011-ci ildən, keçmiş əri A.Nağıyev 2007-ci ildən, qızı X28 2016-cı ildə, keçmiş ərinin bacısı Ç.Ələsgərova 2018-ci ildən qeydiyyatdadırlar. İddiaçı Nağıyeva Zeynəb Sadıq qızının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası daşınmaz əmlakın reyestrində X5 adına aparılmış qeydlərin ləğvi barədədir. İddiaçı iddiasının hüquqi əsası kimi ona istinad etmişdir ki, dövlət reyestrindən çıxarışın verilməsi üçün əsas olmuş Nərimanov rayonu İH başçısının 29 iyun 2018-ci il tarixli 276 №-li sərəncamı məhkəmə qaydasında etibarsız hesab edildiyindən həmin çıxarış ləğv edilməlidir. Halbuki, iş üzrə müəyyən olunur ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-336/2023 saylı 02 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçı Nağıyeva Zeynəb Sadıq qızının cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2018-ci il tarixli, 276 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə” iddiası mümkün sayılmamış və qərar Azərbaycan Respublikasının Ali Məhkəmə İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-2065/2023 saylı qərarından sonra qanuni qüvvəsini almışdır. Başqa sözlə, hazırkı halda iddiaçının istinad etdiyi hal aradan qalxmış, yəni sərəncamın etibrasız hesab edilməsi barədə qüvvədə olan məhkəmə qərarı mövcud deyildir. Adıçəkilən inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-2065/2023 saylı qərarında qeyd edilmişdir ki, “...Hazırki iddiaya münasibətdə cavabdehin sərəncamının etibarsız hesab edilməsi iddiaçı üçün heç bir hüquqi maraq yaratmayacaqdır. Belə ki, iddiaçının özünün də məhkəmə iclasında bildirdiyi kimi o sadəcə həmin sərəncamın etibarsız hesab edilməsini istəyir ki, ərinə heç nə qalmasın, lakin bunda onun hüquqi marağının nədən ibarət olmasını əsaslandıra bilməmişdir. 38. Belə ki, hazırki vəziyyətdə iddiaçının keçmiş əri ilə vaxtılə yaşadıqları iddia etdiyi Əliyar Əliyev küçəsi 9A ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikili olmuş, sərəncamın etibarsız hesab edildiyi halda belə iddiaçının həmin tikiliyə dair heç bir hüquqları yarana bilməzdi. (...) İddiaçının həmin evə dair marağı o halda ola bilərdi ki, əgər o birgə nikah dövründə həmin evə çəkdiyi xərclərin bölünməsini tələb etmiş olsun. Lakin iddianın onun hüquqi maraqlarına toxunması nəticəsinə gəlmək üçün bu yetərli əsas sayıla bilməz. Belə ki, istinad olunan əsaslar hüquqi maraqdan deyil, iqtisadi maraqdan irəli gəlir. Lakin bu hal da onunla təkzib edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2021-ci il 9 aprel tarixli, 2(005)- 647/2021 nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmiş iddiasından və müəyyən edilmiş işin hallarından da göründüyü kimi iddiaçı evdəki əmlakların bölünməsini tələb etmiş, lakin evin tikintisinə sərf edilmiş xərclərin tələb etməsində belə niyyəti olduğunu bildirməmiş, heç bir iddia qaldırmamışdır. Bundan başqa, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. İddiaçının isə (yaxud keçmiş ərinin) belə bir hüquq sahibinin olması iş üzrə müəyyən edilmir. Əksinə hazırki işin materiallarından müəyyən edilir ki, ünvan 7 ünvanında yerləşən torpaq sahəsi və orada yerləşən A və B tikilisindən ibarət fərdi yaşayış evi və torpaq sahəsi ilkin texniki pasport üzrə mərhum X26 məxsus olmuş və sonradan onun vərəsələrinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra isə paylı mülkiyyətçilər (vərəsələr) özlərinə məxsus hissələri 3-cü şəxs S.Ələsgərova satmışlar. Belə olan halda iddiaçının yalnız adı çəkilən daşınmaz əmlakda uzun illər bundan öncə qeydiyyatda olması və orada yaşaması əsası ilə daşınmaz əmlaka hüququnun olması səbəbindən cavabdeh orqanın sərəncamını mübahisələndirməsi mümkünsüzdür. Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəmə İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-2065/2023 saylı qərarında qeyd edilmişdir ki: “.... iddiaçının iddia qaldırmaqla bağlı subyektiv hüququ mövcud olmamışdır. Belə ki, hazırkı işdə bir çox hallar mövcuddur ki, iddianın qeyri-mümkün sayılması üçün əsasdır. Həmin hallar sərəncamın etibarsız hesab edilməsinin iddiaçı üçün heç bir hüquqi maraq yaratmaması, iddiaçı ilə evin əvvəlki sahibi arasında alqı-satqı müqaviləsinin mövcud olmaması, tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının və ya sabiq ərinin adına olmaması və sair hallar. (....) Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüququnun pozulduğu iş materialları ilə müəyyən edilmir. Belə ki, işdə olan sənədlərlə iddia olunan sərəncamın iddiaçının hansı hüquqlarını və qanunla qorunan maraqlarını pozması sübuta yetmir.” Göründüyü kimi hazırkı iş üzrə iddiaçının mübahisəli əmlakla bağlı üçüncü şəxsin adına aparılmış qeydlərin əsasında dayandığını iddia etdiyi sərəncamın, ümumiyyətlə mübahisəli əmlakla bağlı hüquqmüəyyənedici sənədlərə əsaslanaraq iddia qaldırmaq hüququ digər inzibati iş üzrə məhkəmələr tərəfindən baxılaraq hüquqi qiymət verilmiş və nəticə etibarı ilə İddiaçı iddiası subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamışdır. Belə olan halda hesab edilir ki, artıq məhkəmə tərəfindən yoxlanılmış və qanuni qüvvəsini almış qərarları ilə iddiaçının mübahisəli əmlakla bağlı ilkin hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsinə dair subyektiv hüququnun olmadığı nəticəsinə gəlindiyindən, hazırkı iddia üzrə iddiaçının üçüncü şəxsin adına mülkiyyət hüququna dair reyestr qeydlərinin mübahisələndirməsinə dair də subyektiv hüququ müəyyən edilmir. İddiaçı tərəfin istinad etdiyi –Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 115 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı ilə “Fərdi yaşayış evinin vətəndaş Ç.Ə. Ələsgərovanın adına sənədləşdirilməsi haqqında” 29 iyun 2018-ci il tarixli, 276 nömrəli sərəncam etibarsız hesab edildiyindən bununla da reyestr qeydlərinin qüvvədə qalmaq zərurətinin aradan qalxdığı və qeydlərin ləğv edilməli olmasına dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəmə İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(103)-2065/2023 saylı qərarında qeyd edilmişdir ki, (....) işdə olan həmin sənədlərdə, habelə reyestr xidmətinin ərazi idarəsinin məktublarında mənzilə hüquq qeydə alınarkən iddianın predmeti olan cavabdeh başçısının 2018-ci il 29 iyun tarixli 276 nömrəli sərəncamına istinad edilməsi qeyd edilməmişdir. Digər tərəfdən, 29 iyun 2018-ci il tarixli, 276 nömrəli sərəncamın etibarsız hesab edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin 115 nömrəli, xx.xx.2020-ci il tarixli sərəncamı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1517/2019 nömrəli 25 iyun 2019-cu il tarixli qərarının icra olunması nəticəsində qəbul edilmişdir və nə qədər ki, iddiaçının qanuni qüvvəsini almış məhkəmə qərarı ilə 29 iyun 2018-ci il tarixli, 276 nömrəli sərəncamını mübahisələndirməyə subyektiv hüququ müəyyən edilməmişdir, həmin sərəncamın etibarsız hesab edilməsinə də istinad edib reyestr qeydlərinin ləğvini tələb etməyə hüququ müəyyən olunmur. Prosessual qanunvericiliklə məhkəmə qərarına əsasən icra edilmiş inzibati aktın etibarsız hesab edilməsi barədə hüquqi nəticənin mübahisələndirilərək qərarın icrasının geri dönüşünü tələb etmək hüququ isə hazırkı halda iddiaçıya deyil, mübahisəli əmlaka hüquq sahibi olan üçüncü şəxsə məxsus olan prosessual hüquqdur. Beləliklə, hazırkı iş üzrə iddiaçının iddianı qaldırmaqda subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Nağıyeva Zeynəb Sadıq qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-44/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-44/2024
14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver