Məhkəmə qərarları › İş №2-1(112)-44/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-44/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-44/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı X3, İddiaçının nümayəndəsi(vəkili) Vəkil Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yenidənqurma işlərinin rəsmiləşdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Cavabdeh nəzdində X16 X2 xx.xx.2021-ci il tarixli qərarınının qanunsuz hesab edilərək ləğv olunması və iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç, 237\14 saylı evin 20 saylı mənzilində aparılmış yüngül konstruksiyalı yenidənqurma (rekonstruksiya) işlərinin müvafiq komissiya vasitəsi ilə rəsmiləşdirilməsi və bu işlərin başa çatmasına dair qəbul komissiyasının aktının verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1199\2019 saylı, 31 iyul 2019-cu il tarixli qərarına əsasən X4 iddiası qismən təmin edilərək mülkiyyətində olan Bakı şəh, Nəsimi ray, Dilarə Əliyeva küç, 237\14 saylı evin 20 saylı mənzilində aparılmış yüngül konstruskiyalı yenidənqurma (rekonstruksiya işlərinin) müvafiq komissiya ilə rəsmiləşdirilməsi və bu işlərin başa çatmasına dair qəbul komissiyasının aktının verilməsi tələbinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini alaraq icraya yönəlmiş və icra edilməsi üçün Cavabdehnə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəmənin yuxarıda qeyd edilən qərarının icrasına AR Mənzil Məcəlləsinin 27-ci maddəsinin tələbləri baxımından baxılmış və iddiaçıya məxsus mənzildə özbaşına aparılmış yenidənqurma işlərinin rəsmiləşdirilməsindən imtina edilmiş və həmin mənzilin əvvəlki vəziyyətinə qaytarılması üçün ona 6 ay müddətində vaxt verilməsi qərara alınmışdır. Bakı şəhəri Cavabdeh nəzdində X16 X2 xx.xx.2021 tarixli Qərarını aşağıdakı əsaslara görə tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, hər şeydən əvvəl qeyd edilməlidir ki, mənzildə aparılmış yenidənqurma və yenidən planlaşdırma işlərinin yerində tədqiq edilməsi yalnız razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının səlahiyyətinə aiddir və göstərilənlərlə bağlı müvafiq qərar qəbul edilməsi Bakı şəhəri Cavabdeh nəzdində X16 idarələrarası texniki komissiyasının səlahiyyətlərinə aid deyildir. Digər tərəfdən hazırda mübahisələndirilən qərar yalnız aidiyyəti olmayan qanun normalarının və işin hallarının formal sadalanmasından ibarət olmaqla qərarda göstərilən pozuntuların mahiyyətinin nədən ibarət olduğu və bu pozuntuların hansı sanitariya, tikinti norma qaydalarını pozduğu, eləcə də binanın xarici görünüşünün arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməməsinin hansı qanun normasına əsasən nədən ibarət olduğunu göstərə bilməmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.85 kv.m olan mənzil xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2896 nömrəli reyestr kitabının 270228 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********17 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanı ilə bağlı arxiv əsaslarında qeyd olunan mənzil ilə əlaqədar texniki pasport aşkar edilməmişdir. Həmin məktubla təqdim edilmiş sənədlərdən görünür ki: -xx.xx.1990-cı il tarixli Alqı-satqı Müqaviləsinə əsasən X19 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237/14 ünvanında yerləşən ümumi sahəsi 62.85 kv.m, yaşayış sahəsi 36.08 kv.m olan 20 saylı mənzili X8 mülkiyyətinə vermişdir. -AN-İ seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, satıcı X9 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.85 kv.m olan 2 otaqlı mənzili alıcı İddiaçın mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********46 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 237/14, 20 saylı mənzilə dair tərtib edilmiş texniki pasport arxiv qovluğunda aşkar edilməmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-1199/2019 nömrəli qərarına əsasən iddia qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində aparılmış yüngül konstruksiyalı yenidənqurma(rekonstruksiya) işlərinin müvafiq komissiya vasitəsilə rəsmiləşdirilməsi və bu işlərin başa çatmasına dair qəbul komissiyasının aktının verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsi Cavabdeh üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(103)-2447/2019 nömrəli qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-1199/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiasının xx.xx.2020-ci il tarixli 2-1(102)-1107/2020 nömrəli qərarına əsasən, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasını xx.xx.2019-cu il tarixli 2-1(103)-2447/2019 nömrəli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)211/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-1199/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil- Kommunal Təsərrüfat Birliyi 70 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2018-ci il tarixli aktında qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dvlət Reyestri Xidmətinin çıxarşında mənzilin ümumi sahəsi 65.85 kv.m olduğu halda faktiki olaraq ümumi sahəsi 134.35 kv.mdir. Mənzilin sahəsində yarana fərq həmin binanın 2009-cu ildə AZƏR MMC tikinti şirkətinin apardığı təmir bərpa və tikinti işləri aparılması nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil- Kommunal Təsərrüfat Birliyi 70 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli 45 nömrəli məktubu ilə 2 saylı Xüsusi Təyinatlı Mənzil - Kommunal Təsərrüfatı Birliyinin 70 sayh Mənzil Kommunal İstismar Sahəsinin xidməti ərazisinə aid olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237/14 saylı evin 20 nömrəli mənzilinin texniki vəziyyətinin, həmin binada Dövlət qurumları tərəfindən 2008-ci ildə binanın daxilində və fasad hissəsində aparılan rekonstruksiya işlərindən sonra mənzilin halhazırdakı vəziyyətini əks etdirən planı təqdim edilmişdir. Həmin planda göstərilmişdir ki, mənzilin ümumi sahəsi 153.38 kv.m-dir. Hər birinin sahəsi: 17.75 kv.m, 19.57 kv.m, 14.55 kv.m, 12.91 kv.m, olmaqla, 4 yataq otağı var.Daxilində mətbəx yerləşən salonun sahəsi 41.22 kv.m, anbarın sahəsi-9.59 kv.m, holl hissənin sahəsi- 7.3 kv.m, dəhlizin sahəsi 12.26+4.25 kv.m, dəhlizdə yerləşən sanitar qovşağın sahəsi 9.15 kv.m, yataq otağı daxilində yerləşən sanitar qovşağın sahəsi-2.23 kv.m, giriş hissənin sahəsi isə 2.60 kv.mdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-12669/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışda göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 68.75 kv.m, yaşayış sahəsi 42.0 kv.m, yardımçı sahəsi 26.75 kv.m olan mənzil xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 1868 nömrəli reyestr kitabının 172186 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Cavabdeh xx.xx.2013-cü il tarixli 74 nömrəli Sərəncamında göstərilmişdir ki, Cavabdehnə. D.Əliyeva küçəsi 237 saylı evin 17 saylı mənzilinin sahibi X15 ərizə ilə müraciət edərək, mənzilinin yaşayış sahəsinin yenidən ölçülərək, şəxsi hesab vərəqəsində müvafiq dəyişiklik edilməsinə icazə verilməsim xahiş etmişdir. Araşdırma zamanı təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki. X1 məxsus. D.Əliyeva küçəsi 237 saylı evin 17 saylı mənzili Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı idarəsinin xx.xx.2004-cü il tarixli, seriya ÖM 203662 №-li qeydiyyat vərəqəsinə əsasən 3 otaq, yaşayış sahəsi 42,0 m2, ümumi sahəsi isə 80.0 kv.m-dir. Lakin komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidənölçmə zamanı aşkar edildi ki, mənzil faktiki yerində 3 otaqdan ibarət olub, yaşayış sahəsi 51,80 m2, ümumi sahəsi 99,20 m2-dir. Yaşayış və ümumi sahələrdəki fərq, ilkin ölçmə zamanı mənzil sahəsinin düzgün ölçülməməsi və dövlət təşkilatı tərəfindən binanın fasad hissəsində yenidənqurma işləri aparılması səbəbindən yaranmışdır (Bu barədə 70 saylı MKİS-nin xx.xx.2013-cü il tarixli aktı əlavə olunur). Bununla əlaqədar: Cavabdeh nəzdində X16 İdarələrarası komissiyanın xx.xx.2013-cü il tarixli 23 saylı texniki rəyi təsdiq edilsin. X1 məxsus. D.Əliyeva küçəsi 237 saylı evin 17 saylı mənzili 3 otaqdan ibarət olub, yaşayış sahəşi 51,80 kv.m, ümumi sahəsi 99,2 kv.m hesab edilsin. Sərəncamın surəti M.F.Cəfərova, şəxsi hesab vərəqəsində dəyişiklik edilməsi üçün rayon MKTB-nə, qeydiyyat vəsiqəsində dəyişiklik edilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə göndərilsin. -xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən X15 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237 ünvanında yerləşən ümumi sahəsi 99.2 kv.m ölçüdə 17 saylı mənzili X10 mülkiyyətinə vemişdir. -RX seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışda göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 99.2 kv.m olan mənzil xx.xx.2016-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X10 adına daşınmaz əmlakın dövlət reyestrində 1868 nömrəli kitabının 172186 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər Cavabdeh nəzdində X16 X2 xx.xx.2021ci il tarixli 115 nömrəli qərarında göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 237/14 saylı bina “italyanka tipli” 3 mərtəbəli bina olmuş və sakinlər öz mənzillərinə ümumi eyvan vasitəsilə daxil olublar. Hal-hazırda eyvan daş konstruksiya ilə tikilib və şüşələrlə əhatə olunaraq rekonstrtuksiya işləri aparılmışdır, iddiaçı tərəfindən ümümi istifadədə olmalı olan sahədə aparılan özbaşına yenidənqurma nəticəsində qeyriqanuni olaraq həmin sahələr öz mənzilinə əlavə edilərək mənzilin ümumi sahəsi DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018 il tarixli RX-1337849 saylı çıxarışına əsasən 65.85 kv.metr olmasına baxmayaraq faktiki olaraq 134.35 m2 olmuşdur. (Beləliklə ümumi sahədə 134.35 kv.m - 65.85kv.m= 68.5kv.m fərq yaranmışdır). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının 1-ci maddəsinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın 2-ci maddəsinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X17 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Beləliklə, Bakı şəhəri Cavabdeh nəzdində X16 idarələrarası Texniki Komissiya yuxarıda sadalanları nəzərə alaraq qərara alır: İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində yaşayış sahəsinin özbaşına yenidən qurulması ilə bağlı Azərbaycan Respublikasının Mənzil Məcələsinin 24.2.3, 24.2.4, 25.1.4 və 27.2.2 maddələrində nəzərdə tutulan hallarını aşkar edilməsi nəzərə alınaraq yenidən qurulmasının rəsmiləşdirilməsindən imtina edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilinin əvvəlki vəziyyətinə qaytarılması üçün 6 ay müddətində İddiaçı həvalə edilsin. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırkı iş üzrə iddia məcburetmə haqqında iddia növünə aid olmaqla cavabdehdən mənzildə aparılmış yenidənqurma işlərinin rəsmiləşdirilməsi və bu işlərin başa çatmasına dair qəbul komissiyasının aktının verilməsi barədə sərəncamın qəbul edilməsi barədədir. İddia mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İşin sadalanan hallarından müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı 65.85 kv.m olan mənzil xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən, satıcı X9 tərəfindən İddiaçı satılmış və mənzil İddiaçı adına ümumi sahəsi 65.85 kv.m olmaqla xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçının mövqeyinə görə 08 iyun 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilini satın aldıqdan sonra məlum olmuşdur ki, aldığı mənzilin yerləşdiyi binada Bakı şəhərinin ümumi abadlaşdırılması və binaların görünüşünün müasir standartlara uyğunlaşdırılması məqsədilə Dövlət sifarişinə əsasən təmir-bərpa və tikinti işləri aparılmış, bunun nəticəsində yaranmış genişlənmiş sahə hesabına bütün mənzil mülkiyyətçiləri tərəfindən öz mənzillərində mənzildaxili yüngül rekonstruksiya işləri aparılaraq onların mənzil şəraiti yaxşılaşdırılmışdır. Həmin binada yerləşən və hazırda mülkiyyətində olan mənzildə də əvvəlki mülkiyyətçi tərəfindən genişlənmiş sahə hesabına öz şəxsi vəsaiti ilə müəyyən razılaşdırılmamış yenidənqurma işləri aparılmış, bu səbəbdən də mənzilin ümumi sahəsində yaranmış fərq (artım) adına verilmiş yeni çıxarışda nəzərə alınmamışdır. Belə ki, iddiaçının mülkiyyətində olan mənzil hüquqmüəyyənedici sənədlərdə 65.85 kv.metr olsa da lakin faktiki olaraq mənzilin sahəsi 68.5kv.m artırılaraq 134.35 kv.m-ə çatdırılmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək Mənzil Məcəlləsinin 27-ci maddəsinə uyğun olaraq əvvəlki mülkiyyətçi tərəfindən özbaşına aparılmış və başa çatmış yenidənqurma işlərinin yerində tədqiq edilərək müvafiq komissiya vasitəsi ilə rəsmiləşdirilməsini və istismarına dair qəbul komissiyasının aktının verilməsini xahiş etmiş, cavabdeh orqan mənzilin yenidən qurulması və yenidən planlaşdırma layihəsi, texniki pasportu və s. sənədlər təqdim edilmədiyinə görə Mənzil Məcəlləsinin 24-cü maddəsinə əsasən müraciətin təminindən imtina etmişdir. Bundan sonra iddiaçı 2019-cu ildə inzibati məhkəmədə müvafiq tələblə cavabdeh icra hakimiyyətinə qarşı iddia qaldırmış, həmin iş üzrə yekun məhkəmə aktı ilə İddiaçı Əlisa qızının Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində aparılmış yüngül konstruksiyalı yenidənqurma (rekonstruksiya) işlərinin müvafiq komissiya vasitəsi ilə rəsmiləşdirilməsi və bu işlərin başa çatmasına dair qəbul kommisiyasının aktının verilməsi məsələsinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsi Cavabdeh üzərinə qoyulmuşdur. Qeyd edilən inzibati iş üzrə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “cavabdeh inzibati orqan qanunla onun üzərinə düşən hərəkətləri yerinə yetirməmiş, aparılmış yenidənqurma işlərinin Mənzil Məcəlləsinin 24-cü maddəsində nəzərdə tutulan qaydada razılaşdırılmadığına istinad edərək iddiaçının müraciətinə baxmaqdan imtina etməkdə haqlı olammışdır. Belə ki, qanunun tələbinə görə (Mənzil Məcəlləsinin 27-ci maddəsi) özbaşına aparılmış yenidənqurma işlərinə münasibətdə qanunla müəyyən edilmiş qaydada cavabdehin müvafiq qərar qəbul etmək səlahiyyəti olduğu halda bundan əsassız olaraq imtina etmiş, eləcə də yenidənqurma işlərinin aparılmasına qabaqcadan icazə alınması icraatı üzrə nəzərdə tutulan sənədləri (mənzilin yenidən qurulması və yenidən planlaşdırılması layihəsi və s.) əsassız oaraq iddiaçıdan tələb etmişdir. “ Beləliklə, iş üzrə Ali Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mənzilində özündən əvvəlki mülkiyyətçi tərəfindən aparılmış və başa çatmış yenidənqurma işləri razılaşdırılmadan (özbaşına) aparıldığından həmin yenidənqurma işlərinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər Mənzil Məcəlləsinin 27-ci maddəsində nəzərdə tutulmuş qaydada tənzimlənməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -23.1-ci maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. -23.2-ci maddəsinə görə yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. -24.1-ci maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. -25.1-ci maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 25.1.1. bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 25.1.2. sənədlər müvafiq orqana deyil, digər orqana təqdim edildikdə; 25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda. -27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. -27.2-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. -27.5-ci maddəsinə əsasən yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Qeyd edilməlidir ki, cavabdeh orqanın üzərinə mənzildə aparılmış yüngül konstruksiyalı yenidənqurma (rekonstruksiya) işlərinin müvafiq komissiya vasitəsilə rəsmiləşdirilməsi məsələsinə yenidən məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması vəzifəsi qoyulmuşdur. Bundan sonra cavabdeh orqan həmin qərarın icrası ilə əlaqədar xx.xx.2021-ci il tarixli 115 nömrəli qərar qəbul etmiş və qərarla Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində yaşayış sahəsinin özbaşına yenidən qurulması ilə bağlı Azərbaycan Respublikasının Mənzil Məcələsinin 24.2.3, 24.2.4, 25.1.4 və 27.2.2 maddələrində nəzərdə tutulan hallarını aşkar edilməsi nəzərə alınaraq yenidən qurulmasının rəsmiləşdirilməsindən imtina etmiş və mənzilin əvvəlki vəziyyətinə qaytarılması iddiaçıya həvalə edilmişdir. Halbuki, sözügedən inzibati aktın məzmununda, eləcə də icraat materiallarında yenidənqurma işlərini yerində tədqiq edərək Mənzil Məcəlləsinin yuxarıda sadalanan normaların tələblərinə uyğun olub-olmaması ilə bağlı araşdırma apardığı, müvafiq ixtisaslaşmış rəyləri aldığı və bütün bunların yekununda aparılmış özbaşına yenidənqurma işlərinin qanunvericiliyin tələblərinə uyğun olmadığından rəsmiləşdirilməsindən imtina edildiyi görünmür. İnzibati aktda iddiaçı tərəfindən ümumi istifadədə olmalı olan sahədə aparılan özbaşına yenidənqurma nəticəsində qeyri-qanuni olaraq həmin sahələri öz mənzilinə əlavə edərək mənzilin ümumi sahəsinin artırıldığını qeyd edilsə də aparılmış özbaşına yenidənqurma işinin hansı hissədə və hansı müvafiq ixtisaslaşmış idarənin rəyinə əsasən Mənzil Məcəlləsinin 27-ci maddəsinin tələblərinə uyğun olmadığını əsaslandırmamışdır. Məhkəmə yuxarıda sadalan noramaların tələblərinə uyğun olaraq yenidənqurma işlərinin nələrdən ibarət olması, yenidənqurma işlərinin yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olubolmaması, yenidənqurma işlərinin həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahədə aparılıb-aparılmaması, yenidənqurmanın qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozub-pozmaması, həyat və sağlamlığına təhlükə yaradıb-yaratmaması, yenidənqurmanın binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun gəlib-gəlməməsi məsələsi müəyyən olunması ilə bağlı ekspertizalar təyin etmiş, müvafiq mütəxəssis rəylərinin əldə edilməsi istiqamətində sorğular vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4319/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi mübahisəli ərazidə tərəflərin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində aparılmış yenidənqurma işləri nələrdən ibarət olmuşdur?

2. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində aparılmış yenidənqurma işləri həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahədə (ümumi istifadədə olan sahə) aparılmışdırmı?

3. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində aparılmış yenidənqurma işləri yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmuşdurmu?

4. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində aparılmış yenidənqurma işləri binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun olmuşdurmu?

5. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində aparılmış yenidənqurma işlərinin qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozub-pozmaması, həyat və sağlamlığına təhlükə yaradıb-yaratmaması müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5608 nömrəli məktubu ilə göndərilmiş, ekspert rəyində göstərilmişdir ki: Qərardadın birinci sualı üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş plan sxem ilə baxış zamanı əldə olunmuş məlumatları mübahisə edilərkən, həmin binanın fasadından kənarda bütün mərtəbələr üzrə dəmir beton və yüngül konstruksiyalardan binada yaşayan mülkiyyətçilərin mənzillərinin qarşısı genişləndirilmişdir. ünvan 1-də aparılmış yenidənqurma işləri sahəsi 2.60 kv.m olan girişdən, sahəsi 7.31 kv.m olan holldan, sahəsi 9.59 kv.m olan anbardan, sahəsi 41.22 kv.m olan mətbəxdən ibarətdir. Qərardadın ikinci sualı üzrə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi,237/14 saylı binada 70 saylı MKİS aktına əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 237/14 saylı yaşayış evinin qarşı hissəsində 2009-cu ildə Azər MMC tikinti şirkəti tərəfindən aparılmış təmir bərpa və tikinti işləri nəticəsində bütün mərtəbələr üzrə mənzillərin qarşısının genişləndirildiyi və mərtəbələr üzrə mənzillərin hal-hazırda giriş-çıxış qapılarının yeni inşa olunmuş pilləkən qəfəsəsinə açıldığı müəyyən olunur. Lakin aparılmış tikinti işlərinə dair layihə sənədləri iş materiallarında olmadığından aparılmış yenidənqurma işlərinin həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahədə aparılıb-aparılmamasını müəyyən etmək mümkün olmadı. Qərardadın üçüncü sualı üzrə Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237/14 ünvanda yerləşən 20 saylı mənzilin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.2,2.4,2.9 bəndlərinin və metodik vəsaitin, eləcə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.4-cü bəndinin tələblərinə uyğun olmaqla yaşayış üçün yaralı vəziyyətdə olduğunu müəyyən edilir. Rəydə qeyd edilmişdir ki, ekspert Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində aparılmış yenidənqurma işləri binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunverciliklə müəyyən olunmuş tələblərə uyğun olmasını və 20 saylı mənzilində aparılmış yenidənqurma işlərinin qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozubpozmaması, həyat və sağlamlığına təhlükə yaradıb-yaratmaması müəyyən etmək üçün Azərbaycan Respublikasının Fövqələdə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssis rəyi təqdim olunmadığından qərardadın dördüncü və beşinci sualları üzrə tədqiqat aparmamışdır. Belliklə, iş üzrə təyin edilmiş 29.1.2.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237/14 nömrəli binada binanın fasadından kənarda bütün mərtəbələr üzrə dəmir beton və yüngül konstruksiyalardan binada yaşayan mülkiyyətçilərin 2009-cu ildə Azər MMC tikinti şirkəti tərəfindən aparılmış təmir bərpa və tikinti işləri nəticəsində bütün mərtəbələr üzrə mənzillərinin qarşısı genişləndirilmiş və mərtəbələr üzrə mənzillərin giriş-çıxış qapılarının yeni inşa olunmuş pilləkən qəfəsəsinə açılmış vəziyyətdədir. Sözügedən mənzildə aparılmış yenidənqurma işləri sayəsində artırılmış sahə 2.60 kv.m olan girişdən, sahəsi 7.31 kv.m olan holldan, sahəsi 9.59 kv.m olan anbardan, sahəsi 41.22 kv.m olan mətbəxdən ibarətdir. Ekspert rəyinə əsasən qeyd edilməidir ki, nə mənzilin, nə də ümumiyyətlə binanın texniki pasportu reyestr orqanında aşkar olunmamış, bu əsasdan aparılmış yenidənqurma işlərinin həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan sahədə aparılıb-aparılmamasını müəyyən etmək mümkün olmamışdır. Yekunda ekspert tədqiqatı nəticəsində Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 237/14 ünvanda yerləşən 20 saylı mənzilin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.2,2.4,2.9 bəndlərinin və metodik vəsaitin, eləcə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.4-cü bəndinin tələblərinə uyğun olmaqla yaşayış üçün yaralı vəziyyətdə olduğunu müəyyən edilmişdir. Eyni zamanda ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində aparılmış yenidənqurma işləri binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunverciliklə müəyyən olunmuş tələblərə uyğun olmasını və 20 saylı mənzilində aparılmış yenidənqurma işlərinin qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozubpozmaması, həyat və sağlamlığına təhlükə yaradıb-yaratmamasının müəyyən etmək üçün Azərbaycan Respublikasının Fövqələdə Hallar Nazirliyi Tikintidə X7 Aqentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssis rəyi təqdim olunmadığından qərardadın müvafiq sualları üzrə tədqiqat aparmamışdır. Bundan sonra məhkəmə tərəfindən Fövqələdə Hallar Nazirliyi Tikintidə X7 Aqentliyindən və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq mütəxəssis rəylərinin əldə edilməsi üçün çoxlusayda müraciətlər edilmiş və hər iki qurumdan müvafiq rəylərin əldə edilməsi mümkün olmamışdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-559/2023 nömrəli qərardadına əsasən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4319/2022 saylı, 11 aprel 2022-ci il tarixli qərardadının icrası il əlaqədar Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilinə yerli baxışda mütəxəssisin iştirakı təmin edilməklə ekspertiza tədqiqatı üçün zəruri məlumatların (rəy) təqdim edilməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təmin edilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinin xx.xx.2023-cü il tarixli 3-18-2/2-2399/2023 nömrəli məktubunda göstərilmişdir ki, Sizin 01 mart 2023-cü il tarixli, 2-1(112)-559/2023 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, Agentliyin əsas fəaliyyət istiqaməti - fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, habelə inşaat sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı tikintiyə dövlət nəzarətinin həyata keçirilməsidir. Agentlik məhkəmə ekspertizasının keçirilməsinə cəlb edildikdə isə tabeliyimizdə olan təsərrüfat hesablı qurumlarda çalışan müvafiq mütəxəssislər öz xidməti vəzifələrindən ayrılır ki, bu da həmin qurumların əsas işlərində yubanmalara və gecikmələrə səbəb olur, eyni zamanda dövlətin sifarişləri və ya mülki müqavilələr ilə götürülmüş öhdəliklərin vaxtıvaxtında icra olunmasına maneələr yaradır. Qeyd olunanları, habelə mütəxəssislərimizin Respublika ərazisində həyata keçirilən bir çox dövlət əhəmiyyətli tədbirlərdə iştirak etdiklərini nəzərə alaraq, məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin və ya özəl məhkəmə ekspertlərinə həvalə olunmasını Sizdən xahiş edirik. Eyni zamanda, yalnız xüsusi zərurət yarandığı hallarda, Agentlik müstəsna hal kimi Mülki-Prosessual Məcəlləsinin 117.1-ci və 118.1-ci maddələrinə uyğun olaraq ekspertiza xərcləri qabaqcadan ödənilməklə məhkəmə ekspertizasının aparılmasında öz mütəxəssislərin iştirakını təmin edə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinin xx.xx.2023-cü il tarixli 3-18-2/2-4972/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-18-2/2- 6433/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-18-2/2-7828/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 3-18-2/2-568/2024 nömrəli məktublarında bildirilmişdir ki, Agentliyin fəaliyyət istiqamətləri öz səlahiyyətləri daxilində tikintidə təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edilməsi, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi, ərazilərin, bina və qurğuların fövqəladə hallardan müdafiəsi və nəticələrinin aradan qaldırılmasının təşkilində iştirak etməsindən ibarətdir. Məhkəmə ekspertizası birbaşa dövlət büdcəsindən maliyyələşdirilən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi və ya fərdi qaydada fəaliyyət göstərən məhkəmə ekspertləri tərəfindən həyata keçirilir. Cari ilin 8 ayı ərzində müxtəlif məhkəmə orqanlarından Agentliyə məhkəmə ekspertizasının keçirilməsi ilə bağlı 150-dən artıq məhkəmə işləri daxil olmuşdur. Agentlik məhkəmə ekspertiza tədqiqatlarına cəlb edildikdə tabeliyində olan təsərrüfat hesablı qurumlarda çalışan mütəxəssislər öz xidməti vəzifələrindən ayrılır ki, bu da həmin qurumların əsas işlərində yubanmalara və gecikmələrə səbəb olur, eyni zamanda dövlətin sifarişləri və ya mülki müqavilələr ilə götürülmüş öhdəliklərin vaxtında icra olunmamasına gətirib çıxarır. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında’’ Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli 2181 nömrəli Fərmanı ilə Respublikanın bütün ərazisi üzrə müxtəlif vaxtlarda inşa olunmuş qeyri-yaşayış binalarının sənədləşdirilməsi ilə bağlı müraciətlərin qəbul edilməsi, həmin binalarda yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından müayinə işlərinin aparılması, müayinənin nəticəsinə dair istismara hazır olub-olmaması barədə rəylərin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi Fövqəladə Hallar Nazirliyinə tapşırılmışdır. Fərmanda bu işlərin aparılması üçün məhdud vaxt müəyyən edildiyini, həmin işlərin çox böyük həcmli olduğunu, ölkənin müxtəlif şəhər və rayonlarının ərazisini əhatə etdiyini, bu tədbirlərin həyata keçirilməsinin birbaşa Agentliyə tapşırıldığını və Agentliyin bu sahədə mütəxəssislərinin məhdud sayda olduğunu nəzərə alaraq, məhkəmə ekspertiza tədqiqatının aparılması üçün tərəfimizdən hazırda hər hansı mütəxəssisin ayrılması imkan xaricindədir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-559/2023 nömrəli qərardadına əsasən iş üzrə əlavə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində aparılmış yenidənqurma işləri binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun olmuşdurmu? 2. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində aparılmış yenidənqurma işlərinin qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozub-pozmaması, həyat və sağlamlığına, yaşayış binasının dayanıqlılığına təhlükə yaradıb-yaratmaması müəyyən edilsin. Ekspertizanın keçirilməsi mübahisəli ərazidə tərəflərin iştirakı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyi və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssislərinin iştirakları ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilsin. Ekspertə inzibati işin materialları təqdim edilmişdir. Azərbaycan Respubliksı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024cü il tarixli 3-35/2-492/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnaməyə əsasən mütəxəssis rəyinin verilməsi Komitənin səlahiyyətlərinə aid edilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyinin xx.xx.2024-cü il tarixli 3-18-2/2-568/2024 nömrəli məktubunda eyni məzmunlu məlumat təqdim edilərək mütəxəssis rəyinin verilməsindən imtina edilmişdir. ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarilxi məktubu ilə ekspert qarşısında qoyulmuş sualla bağlı mütəxəssis rəyləri təqidm edilmədiyindən ekspertizanın aparılmasından imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-154/2024 nömrəli qərardadına əsasən, iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisi qarşısında aşağıdakı sual qoyulmuşdur:

1. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 237/14 saylı evin 20 saylı mənzilində aparılmış yenidənqurma işlərinin tikinti norma və qaydalarına uyğun olub-olmaması, həmin yenidən yenidənqurma işlərinin qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozub-pozmaması, həyat və sağlamlığına təhlükə, yaşayış binasının dayanıqlılığına təhlükə yaradıb-yaratmaması müəyyən edilsin. Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması mütəxəssisin səlahiyyətinə (sərəncamına) buraxılsın. İş üzrə mütəxəssis rəyi verilməsi üçün inzibati işdə olan zəruri sənədlər Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutuna təqdim edilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-tədqiqat İnstitutu Azimetinin xx.xx.2024-cü il tarixli 3- 35-3/2-79/2024 nömrəli məktubunda göstərilmişdir ki, iş üzrə mütəxəssis rəyinin alınması ilə əlaqədar qarşıya qoyulmuş sualın (Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 237/14 saylı evin 20 saylı mənzilində aparılmış yenidənqurma işlərinin tikinti norma və qaydalarına uyğun olub-olmaması, həmin yenidənqurma işlərinin qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozub-pozmaması, həyat və sağlamlığına təhlükə, yaşayış binasının dayanıqlığına təhlükə, yaşayış binasının dayanıqlığına təhlükə yaradıb-yaratmaması) müəyyən olunması İnstitutunun fəaliyyət istiqamətinə və nizamnaməsinə daxil olmadığından bu məsələnin bizim tərəfimizdən həll edilməsi qeyri-mümkündür. Məktubda qeyd etdiyiniz məsələ ilə bağlı müvafiq işlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X11 Agentliyi və yerli rayon və şəhər İcra Hakimiyyətləri tərəfindən icra olunur. Beləliklə, yenidənqurma işləri binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğunluğunun, eləcə də yenidənqurma işlərinin təhlükəsizlik baxımından yoxlanılması mümkün olmamışdır. Hansı ki, cavabdeh inzibati orqan inzbati icraat gedişində qeyd edilən məsələləri də yoxlamalı olduğu və yalnız bundan sonra müvafiq nəticəyə gəlməli olduğu halda məhkəmə hazırkı icraat gedişində inzibati icraatda yoxlanılmalı olan bu halları öz təşəbbüsü ilə yoxlamış və nəticədə yenidənqurma işlərinin nələrdən ibarət olduğu, yenidəqurma nəticəsində mənzilin İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.12.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin, eləcə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.4-cu bəndinin tələblərinə əsasən yaşayış üçün yararlı olduğunu müəyyən edilmişdir. Başqa sözlə aparılmış yenidənqurma işlərinin tikinti və norma qaydalarının tələblərinə zidd olması, hər hansı şəxsin hüquq və mənaeyini pozması halı sübuta yetirilməmişdir. Bundan əlavə hazırkı iş üzrə qeyd edilməlidir ki, 70 saylı MKİS aktına əsasən, sözügedən binada evin qarşı hissəsində 2009-cu ildə Azər MMC tikinti şirkəti tərəfindən aparılmış təmir bərpa və tikinti işləri nəticəsində bütün mərtəbələr üzrə mənzillərin qarşısının genişləndirilmiş və mərtəbələr üzrə mənzillərin hal-hazırda giriş-çıxış qapılarının yeni inşa olunmuş pilləkən qəfəsəsinə açıldığı müəyyən olunmuşdur. Məhkəmə işin bu halını nəzərə alaraq həmin binada iddiaçıya məxsus mənzillə eyni istiqamətdə-alt üst mərtəbələrdəki mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqandan müvafiq hüquqmüəyəynedici sənədlər tələb edilmişdir. Müəyyən olunmuşdur ki, iddiaçı ilə eyni binada 3-cü mərtəbədə yerləşən 17 saylı qonşu mənzil ilkin olaraq ümumi sahəsi 68.75 kv.m ölçüdə xx.xx.2013-cü il tarixdə X12 adına qeydiyyata alınmış, daha sonra Cavabdeh xx.xx.2013-cü il tarixli 74 nömrəli sərəncamı ilə həmin mənzilin ümumi sahəsinin 99.2 kv.m olmaqla Nəsimi rayon İH nəzdində X16 İdarələrarası Komissiyanın 15.03.203-cü il tarixi 23 saylı texniki rəyi təsdiq edilmiş və bundan sonra mənzil 99.2 kv.m ölçüdə xx.xx.2014-cü il tarixdə mülkiyyətçinin adına qeydiyyata alınmışdır. Həmin mənzilə dair hüquqmüəyyənedici səənədlər sırasında təqdim edilmiş Cavabdeh xx.xx.2013-cü il tarixli 74 nömrəli sərəncamında yaşayış və ümumi sahələrdəki fərq, ilkin ölçmə zamanı mənzil sahəsinin düzgün ölçülməməsi və dövlət təşkilatı tərəfindən binanın fasad hissəsində yenidənqurma işləri aparılması səbəbindən yarandığı qeyd edilərək bu barədə 70 saylı MKİS-nin xx.xx.2013-cü il tarixli aktına istinad edilmişdir. Göründüyü kimi cavabdeh orqan həmin binada qonşu mənzillə bağlı yenidənqurma işlərinin dövlət təşkilatı tərəfindən binanın fasad hissəsində aparılan təmir işləri ilə əlaqədar yarandığını qəbul etmiş və nəticədə mənzildə apaılmış yenidəənqurrma işlərini rəsmiləşdirilməsi ilə bağlı mənzil komissiyasınınn rəyini təsdiq etmişdir. Beləliklə, cavabdeh inzibati orqan eyni binada olan mənzildə eyni əsasla aparılmış özbaşına yenidənqurma işlərini təsdiq etdiyi halda iddiaçıya münasibətdə fərqli əsasla yenidənqurma işlərinin rəsmiləşdirməkdən imtina etməsi iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: -24. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). -32.2. Ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. -32.2-1. İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. -32.3. İnzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Həmin Qanunun: -61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. -61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Sadalanan normalardan görünür ki, Qanun inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli araşdırılmasını inzibati orqana vəzifə kimi müəyyən edir, öz səlahiyyətləri və imkanları daxilində inzibati orqanların bir-birinə hüquqi yardım göstərməsini nəzərdə tutur, eləcə də yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə ərizəçinin üzərinə öhdəliklərin qoyulmasını və bu tələblərə əməl olunmaması (və ya lazımi qaydada əməl olunmaması) şərtilə ərizəçinin arzuladığı qərarın qəbulundan və ya hərəkətin edilməsindən imtinanı qadağan edir. Qeyd edilməlidir ki, cavabdeh iddiaçının müraciəti ilə bağlı inzibati icraat aparmamış, iddiaçının müraciətini yuxarıda adları çəkilən qanunvericiliyin tələblərinə istinadən uyğunluğunu yoxlamamış, iddiaçıya formal əsaslarla imtina cavabı vermişdir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə¬sinin 68, 69 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. Bakı şəhəri Cavabdeh nəzdində X16 X2 xx.xx.2021-ci il tarixli 115 nömrəli qərarı ləğv edilsin. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küç, 237/14 saylı evin 20 saylı mənzilində aparılmış yenidənqurma (rekonstruksiya) işlərinin müvafiq komissiya vasitəsi ilə rəsmiləşdirilməsi və bu işlərin başa çatmasına dair qəbul komissiyasının aktının verilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar