Məhkəmə qərarları › İş №2-1(112)-440/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-440/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-440/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiаçı İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, işləmir), iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil), cavabdehin nümayəndəsi və vəkili X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil) iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 noyabr 2019-cu il tarixli, Ə921-001-19 saylı əmrinin ləğv edilməsi” bаrədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 noyabr 2019-cu il tarixli, Ə921-001- 19 saylı əmrinin ləğv edilməsi barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1991-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 2012-ci ilin mart ayında X8 xidmətə qəbul olunmuş və ilkin olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsində polis nəfəri, sürücü kimi xidmətə başlamışdır. 2014-cü ildə Polis Akademiyasına qəbul olunaraq qiyabi təhsil almışdır. 2016-cı ildə xidməti Cavabdeh2 26-cı Polis Bölməsinə dəyişdirilmiş, polis nəfəri, sürücü kimi xidmətini davam etdirmişdir. Xidmətdə olduğu müddət ərzində iddiaçının hər hansı intizam tənbehi, xəbərdarlığı olmayıb, hətta ona xidmətlə bağli irad belə bildirilməmişdir. 2019-cu ildə Polis Akademiyasını bitirmiş və Akademiyada keçirilmiş püşkatma nəticəsində Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə düşmüşdür. 23.10.2019-cu ildə DİN-nin 2-Saylı Poliklinikasina yoxlama üçün getmiş və sidikdən analiz vermişlər, iddiaçıya bildirdilərki, onun analizinin nəticələri şübhəlidir. Bundan sonra Poliklinikanın müraciəti əsasında DİN-nin Daxili Təhqiqatlar Baş İdarəsindən 2 nəfər inspektor gəldi və onunla söhbət apararaq bildirdilər ki, iddiaçının analizin həkimdə şübhə yaratmışdır və onun marixuanadan istifadə etməyi ehtimal olunmuşdur. İddiaçıdan psixatrop dərmanlardan və ya marixaunadan istifadə edib-etməməyi barədə soruşdular. O, heç vaxt psixatrop dərmanlardan və ya marixaunadan istifadə etmədiyini bildirdi və şübhəli analizin ekspertizaya göndərilməsini istədi. DİN-nin Daxili Təhqiqatlar Baş İdarəsindən gəlmiş inspektorlar ona təklif etdilərki izahat yazki, güya 2-3 həftə əvvəl hansısa məclisdə iştirak edərkən təsadüfən, bilməyərəkdən mariuxanadan istifadə edib. İddiaçı etiraz edərək bu məzmunda izahat yazmayacağını bildirdi. Bundan sonra ona təziqlər edildi və tabesizlik göstərməyin yaxşı nəticələr verməyəcəyi barədə xəbərdarlıq edildi, əlavə olaraq bildirdilərki, onların dediylərini yazarsa məsələni yoluna qoymağa çalışacaqlar. O, məcburiyyət qarşısında qaldığından və təsir altında onların dediyi məzmunda izahat yazdı və imzaladı. Səhərisi gün iddaçını poliklinikanın göndərişi ilə ekspertizadan keçmək üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon Şöbəsinə göndərdilər və həmin gün o, orada qandan və sidikdən analizlər verdi. Analizlərin cavabı ilə tanış olmağa imkan verilmədi və cavablar DİN-nin Daxili Təhqiqatlar Baş İdarəsinə göndərildi, lakin onda olan məlumata görə analizlərin cavabı təmiz çıxmışdır. İddiaçı birneçə dəfə Cavabdeh2nə gedərək analizin nəticəsi ilə və işi ilə bağlı məlumat bilmək istəsədə ona gözləməyi məsləhət bilmişlər. 20.11.2019-cu il tarixdə Cavabdeh2ndən iddiaçıya zəng edərək işdən çıxarıldığıı bildirdilər. O, səhərisi gün idarəyə gələrək əmrin surətini istəsədə ona əmrin surətini verməkdən imtina etdilər və yalnız əmək kitabçasını verdilər. Əmək kitabçasında göstərilənlərə əsasən iddiaçı Cavabdeh2 Rəisinin 12 noyabr 2019-cu il tarixli, Ə921-001-199 saylı əmri ilə qərəzli olaraq X3 xaric edilmişdir. İddiaçı həqiqətən tam olaraq arxayınlaşmaq üçün Bakı şəhəri Narkoloji Dispanserinə 25.11.2019cu ildə müraciət edərək onun narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılmasını istədi. Ondan sidik analizi götürüldü və analizin cavabı təmiz çıxdı və bu barədə 2144-sayh akt tərtib olunaraq iddiaçıya təqdim olundu. O ailəlidir, himayəsində 2 azyaşlı övladı vardır, onun başqa işi və ailəsini dolandıracaq gəlir yeri yoxdur, ailəsinin yeganə dolanışıq yeri onun aldığı məvacibdir. O 2012-ci ildən X4 xidmət edir, xidməti təqdirəlayiq olduğundan Polis Akademiyasına təhsil almağa göndərilmişdir. 12 noyabr 2019-cu il tarixli, Ə921-001-19 saylı əmri qərəzlidir, iddiaçı DİO-dan xaric olunmağına səbəb ola biləcək kobud pozuntulara yol verməmişdir, onun barəsində deyilənlər tamami ilə əsassızdır, o arxasız , köməksiz bir insandır, yazdığı izahatı təziq, təsir altında yazmışdır. Göstərilən əmr qərəzli, əsassız olduğundan ləğv edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamını icra edərək məhkəməyə təqdim etdiyi iddia tələbinə etirazında cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi göstərmişdir ki, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin polis nəfəri-sürücüsü İddiaçı narkotik vasitə qəbul etməsi barədə daxil olmuş məlumatla bağlı DİN rəhbərliyinin göstərişi əsasında cari ilin noyabr ayında DİN-nin Daxili Təhqiqatlar İdarəsində aparılmış xidməti təhqiqatla müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin polis nəfərisürücüsü İddiaçı 22.10.2019-cu il tarixdə DİN-nin Tibb İdarəsinə bilavasitə tabe olan 2 nömrəli poliklinikasında "ekspress-test” üsulu ilə tibbi müayinədən keçirilərək sidik nümunəsinin tərkibində narkotik maddə olan THC (marixuana) aşkar olunaraq bu barədə 4 nömrəli akt tərtib edilmişdir. Xidməti təhqiqat prossesində polis serjantı İddiaçı tibbi müayinənin aşkar və obyektiv keçirildiyini bildirməklə narkotik vasitə qəbul etməsini etiraf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.09.2002-ci il tarixli 145 nömrəli qərarının 10-cu bəndinə əsasən qanunsuz narkotik vasitələrdən istifadə edən şəxslərin hüquq-mühafizə orqanlarında işləmələri yolverilməzdir. Yol verdiyi qəbahətlərə görə polis serjantı İddiaçı DİN-nin 12.11.2019-cu il tarixli Ə921-001-19 nömrəli əmri ilə “Azərbaycan Respublikasının X4 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X4 xidmətdən xaric edilmişdir. Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin pois nəfər-sürücüsü İddiaçı barəsində qəbul olunmuş qərar əsaslıdır və onun dəyişdirilməsi məqsədəmüvafiq hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər:32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt;32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsindəki məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Ə.Həbilov cavabdehin iddia tələbinə etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiаçının, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçının iddia ərizəsi əsаssızdır. İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 0561645 nömrəli iddiaçıya aid əmək kitabçasının surətindən görünür ki, 30.03.2012-ci il tarixli qeydə əsasən Daxili İşlər Nazirliyi X4 xidmət müddəti təqvimi hesablama ilə 09 il 01 ay 15 gün təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən, İddiaçı 07 sentyabr 2011-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi Bakı şəhər Narkoloji Dispanserin narkotik vasitələrinin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 25.11.2019-cu il tarixli, 2144 nömrəli akta əsasən, göstərilən parametrlər İddiaçı aşkar edilməmişdir: THC (kannabinoidlər), OPİ (opioidlər), MET (metanfetamin), TML (tramadol HC), MTD (metadon), MOP (morfin). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhiqatlar İdarəsinin İddiaçı ünvanladığı 25.12.2019-cu il tarixli məktubuna əsasən, X4 xidmətdən əsassız xaric olunmağı və xidmətə qəbul edilməsinə köməklik göstərilməsi barədə elektron poçt vasitəsi ilə daxil olmuş eyni məzmunlu müraciətlərinə baxılmış və bununla əlaqədar qeyd edilmişdir ki, Yasamal RPİ-nin 26-cı polis nəfəri-sürücüsü vəzifəsində xidmət edərkən qanunsuz olaraq narkotik vasitə əldə edib ondan istifadə etdiyi üçün DİN-nin 12.11.2019cu il tarixli əmrilə X4 xidmətdən xaric edilmişdir. Barəsində qəbul edilmiş qərar əsaslıdır və dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 12 noyabr 2019-cu il tarixli, Ə921- 001-19 saylı əmrinin surətindən görünür ki, “Polis haqqında” Qanunun 29-cu, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1,2,3 və 11-ci maddələrinin “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq qanunsuz olaraq narkotik vasitə əldə edib ondan istifadə etdiyinə, habelə rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polis nüfuzuna xələl gətirdiyinə görə Yasamal RPİ 26-cı PB-nin polis nəfəri-sürücüsü polis serjantı İddiaçı “Azərbaycan Respublikasının X4 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X4 xidmətdən xaric edilməsi, “İntizam Nizamnaməsi”nin 26 və 27-ci bəndlərinin tələblərini pozaraq tabelikdəkilərin xidmət zamanı və xidmətdən kənar vaxtlarda qanunçuluğa, nizam-intizam və etik davranış qaydalarına riayət etmələrinə nəzarəti zəiflətdiyinə görə intizam tənbəhinə layiq olan Yasamal RPİ 26-ci PB-nin rəisi polis polkovnik-leytinantı X2 DİN 19.04.2019-cu il tarixli Ə300-001-19 nömrəli əmri ilə elan edilmiş “töhmət” intizam tənbehinin qüvvədə olması nəzərə alınaraq kifayətlənməsi; Yasamal RPİ-nin rəhbərliyindən (C.Əmirov) tabelikdəkilər tərəfindən qanunçuluğa, DİN-nin müvafiq əmr və göstərişlərinin tələblərinə ciddi riayət edilməsi, şəxsi heyət arasında narkomanlığa, spirtli işkilərə qurşanmış, habelə kriminal ünsürlərə meyilli əməkdaşların vaxtında aşkar edilərək barələrində müvafiq tədbirlərin görülməsi, polisin nüfuzuna və daxili işlər orqaqanları əməkdaşları əməkdaşının adına xələl gətirən neqativ halların qarşısının alınması üçün tədbirlərin görülməsi tələb olunması əmr edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6- Təcrübi və Tədris Birliyinin 04 noyabr 2019-cu il tarixli, 2616/ nömrəli aktın surətinə əsasən, İddiaçı götürülmüş qan və sidik nümunələrində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Narkotik, sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrinin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 22 oktyabr 2019-cu il tarixli, 4 nömrəli aktın surətindən görünür ki, ekspert-test üsulun nəticəsinə müvafiq olaraq müayinə zamanı İddiaçı sidiyində marixuana qrupuna aid olan narkotik vasitə aşkar olunmuşdur. 22.10.2019-cu il tarixli, 4 nömrəli protokoluna əsasən, DİN-nin 2 poliklikasının rəisi t/x mayoru A.Ə.Muxtarova, DİN-nin 2 nömrəli poliklinikasının rəis müavini t/x mayoru İ.R.Orucov, DİN-nin 2 nömrəli poliklinikasının həkim laborantı L.R.Sadıxova, DİN-nin 2 nömrəli poliklinikasının həkim-terapevti Ü.N.Tanrıverdiyeva, DİN-in Daxili Təhqiqatlar İdarəsinin baş inspektoru, polis polkovnik –leytinantı S.Y.Həsənəv, DİN-in Daxili Təhqiqatlar İdarəsinin inspektoru, polis kapitanı T.C.Alıyev, DİN-in 2 nömrəli poliklikasının operatoru, polis sıravi N.M. Kazımzadənin iştirakı ilə DİN-nin Bakı şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsinin polis nəfəri-sürücü, polis serjantı İddiaçı narkotik maddələr qəbul edib-etməməsini müəyyən etmək üçün poliklinikada ekspress-test üsulu ilə dərinləşdirilmiş tibbi müayinə aparıldı. Komissiya üzvlərinin iştirakı ilə İddiaçı sidiyinin tərkbiində ekspresstest üsulu ilə opiy və marixuana alkoloidlərin olub-olmaması yoxlanıldı. Müayinə zamanl İddiaçı sidiyinin tərkibində marixuana qrupuna aid olan narkotik maddə aşkar olundu. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş materiallarına İddiaçı 22.10.2019-cu il tarixli aşağıdakı izahatı əlavə edilmişdir: “ Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazova xx.xx.1991-ci ildə Ağdam rayonunda anadan olmuş, evli, ali təhsilli, məhkumluğu olmayan, 2012-ci ildən DİO-da xidmət edən, Yasamal RPİ 26ci PB-nin polis nəfəri –sürücüsü polis serjantı, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Qurtuluş küçəsində nömrəsiz evdə yaşayan İddiaçı tərəfindən izahat, mənə verilən suallara cavab olaraq bildirirəm ki, 2016-cı ildən tutduğu vəzifədən istifadə edirəm. DİNnin 2 nömrəli poliklinikasında müayinə zamanı sidiyimdə narkotik vasitə olan marixuananın çıxması ilə əlaqədar bildirirəm ki, yoxlama obyektiv şəraitdə keçirilmişdir. Sidik müayinəsində aşkar edilmiş narkotik vasitə olan marixuana ilə bağlı heç bir narahatçılığım, narazılığım yoxdur. 2019-cu ilin oktyabr ayının əvvəllərində mənim xatırladığıma görə son dəfə yaxın tanışlarımla Bakı şəhərində hazırda adını xatırlamadığım restoranların birində dostlarımla yeyib içdikdən sonra, bir məclisdə oturduğum şəxslərdən birinin tanışı bizim oturduğumuz stola yaxınlaşaraq bizimlə yeyib içməyə qoşuldu. Həmin tanımadığım şəxs öz siqaret qutusunun içərisindən bir siqaret çıxararaq yandırıb bir az çəkdikdən sonra, içərisində narkotik vasitə marixuana doldurulmuş siqaret dənəsini masada əyləşənlərə istifadə etmək üçün təklif etdi. Həmin vaxt sərxoş olduğuma görə marixuana içərisində olan siqaret dənəsinin nəfəsimə çəkməklə qəbul etdim. Bildirirəm ki, bundan başqa heç vaxt narkotik vasitədən istifadə etməmişəm. Etdiyim əməldən səmimi peşmanam. Bir daha belə hallara yol verməyəcəyəm. İzahatı özüm yazdım, doğrudur, imza ilə təsdiq edirəm. İmza , 22.10.2019-cu il. İzahatı aldı Tural Alıyev. İmza.” Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsinin 12 noyabr 2019-cu il tarixli DİN rəhbərliyinin 23.10.2019-cu il tarixli göstərişi əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair rəyə əsasən, Yasamal RPİ 26-ci PB-nin polis nəfəri-sürücüsü İddiaçı 22.10.2019-cu il tarixdə DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan 2 nömrəli poliklikasında “ekspress-test” üsulu ilə tibbi müayinədən keçirilərək sidik nümunəsinin tərkibində narkotik maddə olan THC (marixuana0 aşkar olunaraq bu barədə 4 nömrəli akt tərtib edilmişdir. Xidməti təhqiqat prosesində polis serjantı İddiaçı tibbi müayinənin aşkar və obyektiv keçirildiyini bildirməklə narkotik vasitə qəbul etməsini etiraf etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.09.2002-ci il tarixli 145 nömrəli qərarının 10-cu bəndinə əsasən qanunsuz narkotik vasitələrdən istifadə edən şəxslərin hüquq-mühafizə orqanlarında işləmələrinin yolverilməzliyini nəzərə alaraq, “Polis haqqında” Qanunun 29cu, “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi”nin 1,2,3 və 11-ci maddələrinin “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq narkotik vasitə əldə edib ondan istifadə etdiyinə, habelə rəhbərlik tərəfindən mənfi xarakterizə olunduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşlarının adına və polisin nüfüzuna xələl gətirdiyinə görə Yasamal RPİ 26-cı polis bölməsinin polis nəfərisürücüsü polis serjantı İddiaçı ciddi intizam tənbehinə layiqdir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı Daxili İşlər Nazirliyinin Bakı şəhəri Cavabdeh2 26-cı polis bölməsinin polis nəfəri-sürücüsü vəzifəsində xidmət etmişdir, cavabdehin 12 noyabr 2019-cu il tarixli, Ə921-001-19 saylı əmrilə “Azərbaycan Respublikasının X4 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X4 xidmətdən xaric edilmişdir. Hazırda iddiaçı xidmətdən xaric edilməsini qanunsuz hesab edilərək, X4 xidmətdən xaric edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmrinin ləğv olunmasını tələb edir. Məhkəmə iddiaçının iddiasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə uyğun olaraq, polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; Həmin Qanunun 29-cu maddəsinə görə, İ. polis əməkdaşı vəzifəsinin icrasına başlamazdan əvvəl təntənəli şəraitdə şəxsi heyətin yığıncağında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: “Mən, polisdə xidmətə başlayan andan Azərbaycan Respublikasına və Azərbaycan xalqına sədaqətlə xidmət etməyə və daim sadiq qalmağa, Azərbaycan Respublikasının Konstitusiyasını və digər qanunlarını rəhbər tutmağa, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa, qanunçuluğa ciddi riayət etməyə, xidməti vəzifələrimi namusla və vicdanla yerinə yetirməyə, intizamlı olmağa, ictimai qaydanı və ictimai təhlükəsizliyi mərdliklə qorumağa və lazım gələrsə, həyatımı belə əsirgəməməyə and içirəm” İİ. Polis əməkdaşının səlahiyyətləri and içdiyi vaxtdan başlanır. İİİ. Polis əməkdaşı andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır. İşin faktiki hallarına əsasən, iddiaçı İddiaçı -Yasamal RPİ 26-ci PB-nin polis serjantı- 30.03.2012-ci il tarixdən 20.11.2019-cu il tarixədək X4 xidmət etmişdir. Xidməti tədqiqat zamanı iddiaçı şəxsən yazdığı izahatında bildirmişdir ki, 2019-cu ilin oktyabr ayının əvvələrində narkotik vasitəsi( marixuana) qəbul etmişdir. Həmin izahat hədə-qorxu, təsir altında yazılmasına dair sübutların mövcud olması barədə iddia ərizəsində, və ya işə baxılan zaman məhkəməyə məlumat verilməmişdir. İddiaçının dəlilləri inandırıcı deyil, bu səbəbdən də məhkəmə tərəfindən əsaslı hesab edilmir. “Polis haqqında” Qanunun 33-cü maddəsinin İ hissəsinə əsasən polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: xidmət apararkən hüquqa zidd hərəkət etdikdə; xidmət və icra intizamını pozduqda; polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə; «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda). Həmin maddənin İİ hissəsinə əsasən polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması; xidmətdən xaric edilmə. Həmin Qanunun 34-cü maddəsinə görə polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə; and içməkdən imtina etdikdə; cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda; polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda; xidmətdə olmanın son yaş həddinə çatdıqda; səhhətinə görə, o cümlədən uzun müddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda; polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda; başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə; polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda; ştatlar ixtisar edildikdə; fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə; digər hüquq-mühafizə orqanlarına işə keçdikdə. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir (maddənin İ, İİ, İİİ hissələri). "Azərbaycan Respublikası X4 xidmət keçmə haqqında Əsasnamə"nin 114-cü bəndinə uyğun olaraq xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması, xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndin əsasən daxili işlər orqanları əməkdaşları adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 08 aprel 2005-ci il tarixli 130 saylı əmri ilə təsdiq edilmiş "Daxili işlər orqanları əməkdaşlarının etik Davranış kodeksi"nə görə hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və davranış Kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Həmin Kodeksin ümumi müddəallarında qeyd olunur ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini və davranış kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Həmin Kodeksin 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. Həmin Kodeksin 2-ci maddəsində isə göstərilir ki, hər bir əməkdaş xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. Həmin Kodeksin 3-cü maddəsinə görə, dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. Həmin Kodeksin 11-ci maddəsinə əsasən, sağlam həyat tərzi keçirməli, həkim təyinatı istisna olmaqla, sərbəst dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr qəbul etməməli, xidmət vaxtı, habelə xidmətdə olmadığı hallarda belə, xidməti geyim formasında olarkən spirtli içkilər içməməli, onları xidmət yerinə gətirməməlidir. Xidmətdən kənar vaxtlarda spirtli içkilər qəbul edərkən özünü idarə etməyi bacarmalı, həddini bilməli, şərəf və ləyaqəti alçaldan, eləcə də ertəsi gün xidməti vəzifələrin layiqincə yerinə yetirilməsinə mane ola biləcək dərəcədə spirtli içkilər qəbul etməməli, xidmətə gələrkən alkoqolun təsirindən tam azad olmalıdır. Belə olan halda iddiaçı daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkətlərə yol verdiyindən iddiaçıya məhz “Azərbaycan Respublikasının X4 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən X4 xidmətdən xaric edilmə tənbehinin tətbiq edilməsi əsaslıdır. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2. –ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh2 12 noyabr 2019-cu il tarixli, Ə921-001-19 saylı əmrinin ləğv edilməsi barədə iddiası təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İPM-nin 2-ci, 32-ci 68-ci, 69-cu, 85-ci, 110- cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh2 12 noyabr 2019-cu il tarixli, Ə921-001-19 saylı əmrinin ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar