Məhkəmə qərarları › İş №2-1(112)-4401/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4401/2020

04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4401/2020 04.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Sumqayıt şəhəri, 10-cü mikrorayon, ev 55, mənzil 8) cavabdeh – Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «müvafiq iş illəri sığorta stajına daxil edilməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə alınmamış pensiya məbləğinin ödənilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 (bundan sonra – DSMF) Sumqayıt şəhər şöbəsinə qarşı «müvafiq iş illəri sığorta stajına daxil edilməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə alınmamış pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, o (iddiaçı), x xxx 1965-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. O, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı DSMF Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Lakin şöbə məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli qərarına (1 nömrəli siyahı üzrə) istinad olunaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün tələb olunan 20 il sosial sığorta stajının qarşılığında 19 il 8 ay 12 gün sığorta stajının olduğunu, həmçinin əmək kitabçasında qeyd edilən xx xxxxx 1991-ci il tarixdən xx xxxx 1996-cı il tarixədək, x xxxxxx 1992-ci il tarixdən xx xxxxxx 1992-ci il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək, xx xxxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 1993-cü il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxx 1994-cü il tarixədək olan dövrlər üzrə sığorta stajının yoxlanılması mümkün olmadığını bildirərək, həmin illərin sığorta stajına daxil edilməsinin və bununla da güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasının qanuna zidd olduğu bildirilmişdir. Şöbənin imtinası qnunsuzdur. O, cavabdehin həmin illərin sığorta stajının yoxlanmasının mümkün olmaması dəlili ilə razılaşmır. Belə ki, həmin illər üzrə işləməsi ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Əmək kitabçası isə, şəxsə əmək pensiyası təyin edilməsi üçün əsasdır. Bundan başqa, o, x xxxxxxxx 1981-ci il tarixdən xx xxxx 1984-cü il tarixədək Sumqayıt şəhərindəki 7 saylı X10 əyani şöbədə təhsil almışdır. 1984-cü ildə X4 qəbul olmuş, 1984 – 1986-cı illərdə hərbi xidmət keçmiş, hərbi xidmətdən sonra 1986 – 1989-cu illərdə həmin texnikumda təhsilini davam etdirmişdir. Cavabdeh həmin təhsil illərini sığorta stajına daxil etməmişdir. O, xx xxxx 1995-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək “Azərkimya” X5-Polietilen Zavodunun etilen qəbulu və sıxılması sexində kompressor qurğu maşinisti işləmiş və hazırda da həmin vəzifədə işləyir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər ümumi və zərərli iş stajı toplamışdır. Beləliklə, onun əmək pensiyası hüququ 52 yaşdan yaranır. Ona 52 yaşdan, yəni x xxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməlidir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8, 31.1, 37.7-ci maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsaslanaraq, ona xx xxxxx 1991-ci il tarixdən xx xxxx 1996-cı il tarixədək, x xxxxxx 1992-ci il tarixdən xx xxxxxx 1992ci il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək, xx xxxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 1993-cü il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxx 1994-cü il tarixədək olan dövrlər üzrə işlədiyi və 1981 – 1984-cü illərdə X10, 1986 – 1989-cu illərdə texnikumda təhsil aldığı dövrlər sosial sığorta stajına daxil edilməklə 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. X11 Məhkəməsinin icraatına qaytarıldıqdan sonra cavabdeh DSMF Sumqayıt şəhər şöbəsi DSMF X8 İdarəsi ilə əvəz olunaraq xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra işin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 1 nömrəli Siyahında hazırkı iddiaçının x xxxxxx 2006-cı il tarixədək 10 ildən çox işlədiyi “kompressor qurğu maşinisti” peşəsi 1071200a—13775 kodu ilə nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, bu, işin mübahisələndirilməyən hallarına aiddir. Məhkəmə qeyd edir ki, İddiaçı əmək kitabçasındakı qeydlərin (1991 – 1994-cü illər üzrə əmək fəaliyyətinə dair), habelə hərbi bilet və diplomlardakı qeydlərin həqiqətə uyğun olmadığı inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur. Həmin iş illərinin yoxlanılmasının mümkün olmaması, bu dövrün sığorta stajına daxil edilməməsinə əsas vermir. Nəzərə alınmalıdılr ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İddiaçının 1981 – 1984-cü illərdə X10, 1986 – 1989-cu illərdə X2 təhsil dövrü və 1984 – 1986-cı illərdə hərbi xidmət müddəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, x xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə əsasən ümumi iş stajına daxildir. Bu səbəbdən, inzibati orqanın imtinasındakı “20 il ümumi iş stajının toplanmaması” dəlili ilə məhkəmə razılaşmır. İnzibati orqan imtinasında həmin halları əsas gətirməklə ərizəçinin (iddiaçının) qaldırdığı məsələnin həllindən imtina olunması «İnzibati icraat haqqında» AR Qanununun 15, 19, 24.1, 24.2, 58.1-ci maddələrinin tələblərinə ziddir. Belə olan halda, İddiaçı x xxxxxx 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 20 ildən artıq ümumi, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 52 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından inzibati orqanın imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə bir xüsusatı da vurğulayır ki, iddianın ikinci hissəsində “hazırkı dövrədək yaranmış fərq məbləğinin ödənilməsi” tələb olunur. Bu tələbə münasibətdə məhkəmənin qənaəti belədir ki, İddiaçı cavabdeh inzibati orqana 52 yaşı tamam olduğu, yəni əmək pensiyası hüququ yarandığı vaxtdan 10 ay sonra müraciət etdyindən (yəni müraciətin gecikdirilməsi müddəti 3 ildən çox olmadığından), pensiya təyin olunarkən ödənilməmiş məbləğinin ödənilməsində ona münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsindəki “məbləğin ötən dövrdəki ayların sayına bölünərək pensiya məbləğinə əlavə edilməsi” şərti tətbiq olunmamalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı onun xx xxxxx 1991ci il tarixdən xx xxxx 1996-cı il tarixədək, x xxxxxx 1992-ci il tarixdən xx xxxxxx 1992-ci il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək, xx xxxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 1993-cü il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxx 1994-cü il tarixədək olan dövrlər üzrə işlədiyi, 1981 – 1984-cü illərdə X10 və 1986 – 1989-cu illərdə texnikumda təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməklə 52 yaşdan, yəni x xxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF X8 İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı onun xx xxxxx 1991-ci il tarixdən xx xxxx 1996-cı il tarixədək, x xxxxxx 1992ci il tarixdən xx xxxxxx 1992-ci il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək, xx xxxx 1993-cü il tarixdən xx xxxx 1993-cü il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxxxx 1993-cü il tarixədək, x xxxxxx 1993-cü il tarixdən xx xxxx 1994-cü il tarixədək olan dövrlər üzrə işlədiyi, 1981 – 1984-cü illərdə X10 və 1986 – 1989-cu illərdə texnikumda təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməklə 52 yaşdan, yəni x xxx 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar