Məhkəmə qərarları › İş №2-1(112)-4404/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4404/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4404/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə (üçüncü şəxs X2 cəlb olunmaqla) qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X2 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 09.02.2021-ci il tarixli 091-6558!-32 №li imtina məktubunun qanunsuz hesab edilməsi və onun mülkiyyətində olab ünvan 1 ünvanda qeydiyyatda olan X1 qeydiyyatdan çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi ev 134 mənzil 12-i qeydiyyat vərəqəi ilə iddiaçıya məxsusdur. Bacısı oğlu X2 özünə məxsus olan evi satmış və Nərimanov rayonu ərazisində özünə yeni tikilən binada ev almış, həmin evin çıxarışı olmadığından, həmin evə qeydiyyata düşə bilməmişdir. Köhnə mənzilindən də qeydiyyatdan çıxarılmışdır. Bir qohum kimi onun öz evinə müvəqqəti qeydiyyata düşmsinə razılıq vermişdir. Bacısı oğlu Mehman Poladov heç vaxt onun evində yaşamayıb, birgə təsərrüfat idarə etməmişdir. Bacısı oğlu Mehman Poladov notarial qaydada ərizə verərək ki, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilinə dair heç bir iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Həmin mənzilin satılmasına, bağışlanmasına etiraz etmir. X2 qeydiyyata düşdüyü gündən bu günə kimi ona məxsus olan yuxarıda qeyd olunan mənzildə yaşamamışdır. O, X1 ona aid mənzildən qeydiyyatdan çıxarılmasına dair Bakı şəhəri Yasamal rayonu Polis idarəsinə ərizə ilə müraciət etmiş, lakin, Bakı şəhəri Yasamal rayon Polis İdarəsi heç bir məntiqi əsas göstərmədən onun mülkiyyətində olan mənzildən X1 qeydiyyatdan çıxarılmasından imtina etmişdir. X2 iddiaçıya aid mənzildə yaşmamasına, mənzildə formal olaraq qeydiyyatda qalmasına baxmayaraq cavabdehin heç bir əsas olmadan onu qeyddiyatdan çıxarmaqdan imtina etməsi başa düşülən deyil və heç bir zaman qanuni və əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Cavabdeh məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək, keçiriləcək bütün məhkəmə iclaslarında işə İdarənin əməkdaşlarının iştirakı olmadan baxılmasını xahiş etmişdir. 3-cü şəxsə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilsə də, üçüncü şəxs məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 010678 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanda yerləşən 12 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 134 ünvanda yerləşən 12 saylı mənzilə dair İddiaçı adına Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 010678 saylı qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən sorğu əsasında tələb olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 078497 saylı müqavilənin təsdiq olunmuş surətindən görünür ki, X3 tərəfindən ünvan 2 ünvanda yerləşən 12 saylı mənzil İddiaçı satılmışdır. Məhkəmə araşdırması dövründə 31 dekabr 1975-ci il təvəllüdlü X1 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 134 ünvanda yerləşən 12 saylı mənzilə qeydiyyata alınmasına əsas olmuş sənədlərin surəti Bakı şəhər Yasamal rayon Polis İdarəsindən sorğu əsasında tələb olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 mart 2021-ci il tarixli məktubdan görünür ki, 31 dekabr 1975-ci il təvəllüdlü X2 1 saylı “Asan xidmət” mərkəzi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 134 ünvanda yerləşən 12 saylı mənzilə qeydiyyata alındığı bildirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Naziliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 02.02.2021-ci il tarixli, ******* nömrəli Araışdan görünür ki, 31 dekabr 1975-ci il təvəllüdlü X2 ünvan 4 ünvanda yerləşən 12 saylı mənzildə qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 23 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş 18 iyun 2020-ci il tarixli **********573 aylı ərizədən görünür ki, X2 ünvan 4 ünvanda yerləşən 12 saylı mənzilə dair heç bir iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Həmin mənzilin satılmasına, bağışlanmasına etiraz etmir. İşdə olan cavabdeh tərəfindən verilmiş 09.02.2021-ci il tarixli, 091-6558Q-3221 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 134 ünvanında yerləşən 12 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxs X2 iddiaçının bacısı oğludur, özünə məxsus ayrıca mənzilə sahibdir. Lakin həmin evin hüquqmüəyyənedici sənədləri olmadığından qeyd olunan mənzilə pasport qeydiyyatına alınmamışdır. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. O cümlədən iş materialları ilə müəyyən edilir ki, 3-cü şəxs X2 ünvan 4 ünvanda yerləşən 12 saylı mənzilə dair heç bir iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Həmin mənzilin satılmasına, bağışlanmasına etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, X2 iddiaçıya məxsus ünvan 1 ünvanında yaşamadığı halda üçüncü şəxsin həmin ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 09.02.2021-ci il tarixli, 091-6558Q-3221 saylı itina məktubu qanunsuz hesab edilsin, X1 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar