Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4406/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçı (Şirvan şəhərində qeydiyyatdadır, ixtisası: elektrik montyor, işsiz), cavabdehin nümayəndəsi və vəkili X5 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 09 mart 2020-ci il tarixindən, 57 yaşdan “ Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş” Vətəndaşların pensiya təminatı haqqında Qanunun güzəştli pensiya üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 09 mart 2020-ci il tarixindən, 57 yaşdan “ Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş” Vətəndaşların pensiya təminatı haqqında Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında pensiya hüququnun yarandığı tarixdən, 57 yaşdan, Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən təyin edilməsi və hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi məsələsi ilə əlaqədar mübahisə yaranmışdır. O, 01 yanvar 2006-cı ilə qədər 25 ildən çox ümumi, 22 ildən çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün, qeyd edilən tarixə kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və halhazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Lakin cavabdeh 25 noyabr 2020-ci il tarixli **********6 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, 01 yanvar 2006-cı ilə qədər işlədiyi istehsalat sahəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10.2 neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlağının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsinin nəzərdə tutulduğu sahəyə aid deyil və bu səbəbdən də iddiaçının 01 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. Bu səbəblə də ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçı cavabdeh orqanın imtina məktubunu 03 fevral 2021-ci il tarixində almışdır. O, xx xxxx 1963-cü ildə Sabirabad rayonunun Poladtoğay kəndində doğulmuş, hal-hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Sabirabad rayonu, Poladtoğay kəndində yaşayır. İddiaçı orta məktəbi bitirdikdən sonra Bəndatma üzrə X3 Dəstəsinə fəhlə peşəsinə işə qəbul edilmişdir. 02 may 1981 – 18 may 1983-cü il tarixində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 12.07.1983-cü il tarixində X9 Çıxarma İdarəsinin İstehsalatın Avtomatlaşdırılması Sexinə dispetçer avadanlığının və teleavtomatika üzrə elektrik montyoru vəzifəsinə işə qəbul edilmiş və hal-hazıradək həmin vəzifədə və həmin neft mədənində işləyir. Onun əmək kitabçasındakı qeydlərə əsasən və həmçinin ümumi və güzəştli iş stajını təsdiq edən arxiv və çalışdığı idarə tərəfindən təqdim edilmiş arayışlarla əmək fəaliyyəti dövründə 01 yanvar 2006-cı il tarixinə kimi qeyd edilən vəzifələrdə 25 il 4 ay 02 gün ümumi, 22 il 05 ay 20 gün güzəştli pensiya hüququ verən iş stajı vardır. Güzəştli iş stajı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” uyğun olaraq, 12.07.1983 – 01.01.2006-cı illərdə X9 Çıxarma İdarəsinin X2 dispetçer avadanlığı və teleavtomatika üzrə elektrik montyoru vəzifəsində topladığı iş stajıdır ki, həmin vəzifə də Siyahıda 10.2. Neft, qaz və qaz kondensatının hasilatı bölməsində neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər bəndinə uyğundur. Cavabdehin imtina məktubuna əsasən, iddiaçının ümumi iş stajı mübahisələndirilməyib, onun minimum 25 il ümumi iş stajının olması qəbul edilmiş, pensiya təyinatı üçün pensiya kapitalının məbləğini mübahisələndirilməmiş və ən azı minimum əmək pensiya məbləğində məbləğində pensiya təyinatı aparılmasına imkan verdiyini qəbul etmiş, yalnız iddiaçının 01 yanvar 2006-cı il tarixinə kimi güzəştli iş stajının olmasını mübahisələndirmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamına əsasən iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçıya əvvəlki qanunvericiliyin tələblərinə uyğun olaraq 57 yaşdan pensiya tıyin edilə bilməsi üçün o, 01.01.2006-cı il tarixinədək ümumi və güzəştli iş stajını toplamış olmalı idi. İddiaçı isə qeyd olunan tələblərə cavab vermir. O, öz fəaliyyətioni Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş aşağıdakı koda uyğun hesab edir: 10.2: Neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalı/ Neft, qaz və qaz kondesatının hasilatı/neft, qaz və qaz kondensantı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər. Beləliklə, iddiaçının fəaliyyətinin həmin kodə uyğun gələ bilməsi üçün aşağıdakı məlumatlar təsdiq edilməli idi: 1) Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsində, məhz Neft, qaz və qaz kondensatının bölməsində işləyib. 2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olub. 3) elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru texnoloji qurğuların təmiri üzrə çilingər olub. İddiaçı isə istehsalın avtomatlaşdırılması sexində teleavtomatika və dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsində işləmişdir. İddiaçı qeyd olunan tələblərə cavab verməsi ilə əlaqədar hər hansı sübut təqdim etməmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddiada göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri və iddia tələbini nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Cavabdehin 25 noyabr 2020-ci il tarixli, **********6 nömrəli “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respuiblikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi filiala təqdim edilən 27 fevral 1981-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında 12.07.1983-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin X2 teleavtomatika dispetçer avadanlıqlarının elektrik montyoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən iddiaçının 01 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1963-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Hərbi biletə əsasən iddiaçı 02.05.1981-ci ildən 18.05.1983-cü ilə qədər hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Socar”-ın İddiaçı ünvanladığı “iş stajı haqqında” məktubuna əsasən, Socar-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı həqiqətən 12.07.1983-cü ildə İstehsalatın avtomatlaşdırılması sexinə (İAS) teleavtomatika və dispetçer avadanlıqlarının 2-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. 01.06.1987-ci ildə teleavtomatika və dispetçer avadanlıqlarının 3-cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmiş, 01.01.1991-ci ildə teleavtomatika və dispetçer avadanlıqlarının 4-cü dərəcəli elektrik montyoru peşəsinə keçirilmiş, ARDNŞ-nin 22.08.1997-ci il tarixli, 158 nömrəli əmrinə əsasən “Şirvanneft” NQÇİ 01.09.1997-ci il tarixindən ləğv olunmuş və onun bazasında "xxxx" BMMM yaradılmış, 01.09.1997-ci ildə “Şirvan Oyl BMMM-in İAS-nə 4-cü dərəcəli elektrik montyoru peşəsinə köçürülmüş, 01.03.2007-ci ildə 5-ci dərəcəli elektrik montyoru peşəsinə keçirilmişdir. 05.10.2009-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. X6 Limited şirkətinin Azərbaycan Respublikasındakı filialının 14 nömrəli, 15.07.2020-ci il tarixli “güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışına əsasən, İddiaçı həqiqətən hal-hazırda “X6 Limited” Şirkətinin Energetika Xidmətinin X2 5-ci dərəcə elektrik montyoru peşəsində işləyir. İddiaçı ğlunun əmək kitabçasına əsasən ümumi əmək stajı 15.07.2020-ci il tarixinə 39 il, 10 ay, 11 gündür. İddiaçı 01.01.2006-cı il tarixinə ümumi əmək stajı 25 il, 03 may, 27 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 saylı Qərarının 10-cu bəndinin 10.02. yarımbəndinə əsasən (neft, qaz və qaz kondesatının hasilatı) İddiaçı “Şirvanneft” NQÇİ, "xxxx" BMMM, “X6 Limited” Şirkətində 01.01.2006-cı il tarixinə 22 il, 05 ay, 19 gün güzəştli şərtlərlə iş stajı vardır. Belə ki, 11.07.1983-cü il tarixli 111/k saylı əmrlə 12.07.1983-cü il tarixdən 01.01.2006-cı il tarixədək “Şirvanneft” NQÇİ və "xxxx" BMMM-in Energetika Xidmətinin (EX) X2 5-ci dərəcə elektrik montyoru peşəsində işləmişdir. (22 il, 05 ay, 19 gün). Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sabirabad Melioservis idarəsinin 42 nömrəli, 07 sentyabr 2020-ci il tarixli arayışına əsasən, İddiaçı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Sabirabad İSMD-də həqiqətən 02.07.1980-ci il tarixdən 100k saylı əmrə əsasən 3 nömrəli iş sahəsinə fəhlə vəzifəsinə işə qəbul edilmişdir. 27.04.1981-ci il tarixdən hərbi xidmətə getdiyi üçün 44-k 22.04.1981-ci il tarixli əmrə əsasən tutduğu vəzifədən işdən azad edilib hərbi xidmətə getmişdir. 01.01.1996-cı il tarixdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Komitəsinin 29.12.1995-ci il tarixli 73 saylı əmrinə əsasən Sabirabad İSMD-si ləğv edilib Sabirabad MMS-nə sənədləri və əmlakı təhvil verilmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 22.05.1997-ci il tarixli 25 saylı əmrinə əsasən idarənin adı dəyişdirilib Sabirabad Melioservis idarəsi kimi fəaliyyət göstərir. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən, iddiaçı 02.07.1980-ci ildə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Bəndatma üzrə X1 Kolonu 3 nömrəli sahəyə fəhlə qəbul olunmuş, 27.06.1981-ci ildə Sovet Ordusunun sıralarına getməsi ilə bağlı tutduğu vəzifədən azad edilmiş, 05.05.1981- 18.05.1983 illər arasında sovet ordusu sıralarında xidmət etmiş, 12.07.1983-cü ildə “Şirvanneft” Neftqazçıxarma idarəsinin istehsalatın avtomatlaşdırılması sexinə 2-ci dərəcəli dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru işinə qəbul olunmuş, 01.06.1987-ci ildə dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru işi üzrə 3cü dərəcə verilmiş, 01.01.1991-ci ildə dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru işi üzrə 4-cü dərəcə verilmiş, 01.09.1997-ci ildə Azərbaycan Respublikası dövlət Neft Şirkətinin 22.08.1997-ci il tarixli 158 saylı əmri ilə “Şirvanneft” NQÇİ-si 01.09.1997-ci il tarixdən ləğv olunmuş və onun bazasında "xxxx" birgə MMM yaradılmışdır. 01.09.1997-ci il tarixdə həmin sexdə işini davam etdirmiş, 01.03.2007-ci ildə həmin sexdə 5-ci dərəcə verilmiş, 05.10.2009-cu ildə Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmiş, 05.10.2009-cu ildən “X6 Limited” şirkəti. İstehsalatın avtomatlaşdırılması sexinə 5-ci dərəcə elektrik montyoru qəbul edilmiş, halhazıra kimi işləyir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1963-cü il təvəllüdlüdür, 25 ildən çox ümumi iş stajı vardır. İddiaçı iddia ərizəsində həmin işlədiyi müddətin 12 il 6 aydan artıq müddətini əmək şəraiti sağlamlıq üçün təhlükəli və ağır olan işlərdə - dispetçer avadanlığı və teleavtomatika üzrə elektrik montyoru vəzifəsində işlədiyini göstərərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmiş, imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələr qanunvericilikdə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün nəzərdə tutulmamışdır. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır: 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. İşin müəyyən olunmuş hallarına görə, iddiaçı 12.07.1983-cü ildən 01.03.2007-ci ilə kimi “Şirvanneft” Neftqazçıxarma idarəsinin X2, 05.10.2009-cu ildən hal-hazıra kimi “X6 Limited” şirkətinin X2 dispetçer avadanlığı və teleavtomatika üzrə elektrik montyoru peşəsində işləyir. Lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda və həmin qərar qəbul edilənə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahılarda iddiaçının işlədiyi istehsalın avtomatlaşdırılması sexində teleavtomatika və dipsetçer avadanlıqlarının elektrik montyoru vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməsi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi peşəsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yuxarıda göstərilmiş Qərarı ilə təsdiq edilmiş “10.2: Neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalı” koda uyğun hesab edilməsi əsassızdır. Belə ki, iddiaçının neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə işləməsi, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru olması təqdim edilmiş əmək kirabçası və ya arayışları ilə təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosesual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 09 mart 2020-ci il tarixindən, 57 yaşdan “ Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş” Vətəndaşların pensiya təminatı haqqında Qanunun güzəştli pensiya təyanatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi əsassızdır və bu səbəbdən də təmin edilməməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci,33-cü, 68-ci,69-cu, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 09 mart 2020-ci il tarixindən, 57 yaşdan “ Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş” Vətəndaşların pensiya təminatı haqqında Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-4406/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4406/2021
30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver