Məhkəmə qərarları › İş №2-1(112)-4409/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4409/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4409/2020 06.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı – “xxxxxxxxxxxxxxxxxxx” Birgə Müəssisəsinin (yerləşdiyi yer: Bakı şəhəri, Nərimanov rayonu, Çernyayevski küçəsi, ev 1, mənzil 48) cavabdeh – Bakı Baş Gömrük İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Salyan şosesi, 14-cü km) qarşı «gömrük ödənişlərinin tutulması barədə qərarın ləğv edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” Birgə Müəssisəsi cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı gömrük ödənişlərinin tutulması barədə qərarın ləğv edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, Bakı Baş Gömrük İdarəsi “xxxxxxxxxxxxxxxxxxx” BM-ə xx xxxxxx 2020-ci il tarixli 1400-02/0xx-xx/001067 nömrəli məktub ünvanlamışdır. Məktubda qeyd olunmuşdur ki, AR DGK Gömrük Risklərinin İdarəolunması və Auditi Baş İdarəsi tərəfindən 2017-ci il üzrə aparılan audit yoxlaması nəticəsində müvafiq (məktuba əlavədə göstərilmiş) gömrük bəyannamələri üzrə “xxxxxxxxxxxxxxxxxxx” BM-ə 219.657,55 manat idxal rüsumu, 39.538,36 manat əlavə dəyər vergisi, 94.606,51 manat dəbbə pulu olmaqla, ümumilikdə 353.802,42 manat borc hesablanmışdır. Sonradan hesablanmış borcun qısa zamanda ödənilməsi tələb olunmuşdur. Borcun hesablanmasına əsas kimi “xxxxxxxxxxxxxxxxxxx” BM-in ünvanına idxal olunan yüklərə gömrük rəsmiləşdirilməsi üçün qəbul edilmiş gömrük bəyannamələrində mənşə sertifikatlarının düzgün təqdim olunmadığı göstərilmişdir. İddiaçı tərəfindən AR DGK-ə xx xxxxxx 2020-ci il tarixli 046/20 nömrəli şikayət məktubu ünvanlamışdır. Bakı Baş Gömrük İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 1400-02/0xx-xx/001067 saylı məktubu ilə ödənilməsi ödənilməsi tələb olunan, əslində əsassız hesablanmış 353.802,42 manat borc məbləğinin silinməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Lakin AR DGK xx xxxx 2020-ci il tarixli 1000-160/1xxxx/005429 nömrəli məktubu ilə iddiaçının şikayətlərinin təmin edilmədiyi bildirilmişdir. Cavabdeh Bakı Baş Gömrük İdarəsinin iddiaçı “xxxxxxxxxxxxxxxxxxx” BM-də 2017-ci il üzrə 33 ədəd gömrük bəyannaməsi üzrə ümumilikdə 353.802,42 manat gömrük ödənişinin hesablanması və tutulması haqqında qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, qanuni şəkildə bəyan edilərək sərbəst dövriyyə məqsədilə ölkəyə gətirilməsindən və satılmasından sonra əlavə gömrük rüsumu, ƏDV və dəbbə pulu tələb olunması gömrük hüququnun təməl prinsiplərinə, o cümlədən Gömrük Məcəlləsinin tələblərinə ziddir. Göstərilən (**********0560, **********6462, **********0992, **********8249, **********4936, **********5188, **********0992, **********3471, **********8233, **********6704, **********0907, **********9894, **********4051, **********2707, **********8407, **********9670, **********8133, **********1094, **********8456, **********3948, **********8267, **********9598, **********3895, **********4103 nömrəli) gömrük bəyannamələri əsasında “xxxxxxxxxxxxxxxxxxx” BM-in ünvanına idxal olunmuş malların mənşə ölkəsinin müvafiq olaraq, Rusiya Federasiyası və Belarus Respublikası olduğu şübhə doğurmur. Gömrük orqanı bu halı birmənalı olaraq qəbul etmiş və mübahisələndirməmişdir. Malların mənşə ölkələrinin müəyyən edildiyi gömrük bəyannamələrinin 16 və 34 qrafalarında öz təsdiqini tapmışdır.“xxxxxxxxxxxxxxxxxxx” BM-in ünvanına 2017-ci ilin yanvar ayının əvvəlindən 2017-ci ilin sonuna kimi ayrı-ayrı vaxtlarda Rusiya Federasiyası və Belarus Respublikasından 33 dəfə müxtəlif mallar idxal edilmişdir. Həmin malların gömrük qanunvericiliyinə müvafiq qaydada gömrük rəsmiləşdirilməsi aparılması üçün aidiyyəti sənədlər, o cümlədən istehsalçı ölkələr tərəfindən yerilən mənşə sertifikatları gömrük bəyyəanməsinə əlavə olunmaqla gömrük orqanında təqdim edilmişdir. Gömrük orqanı da gömrük yoxlaması apardıqdan sonra heç bir qeyd-şərt, tələb qoymadan bəyannamələri təsdiq etmiş və malları ölkəyə buraxmışdır. Gömrük bəyannamələrində (48-ci qrafada) malın mənşə ölkəsinin müəyyənləşdirilməsi üçün hər hansı əlavə sənədin, o cümlədən CT-1 sertifikatının təqdim edilməsinə möhlət verilməsinə dair heç bir qeyd aparılmamışdır. Gömrük orqanına ayrı-ayrı vaxtlarda təqdim etdiyimiz gömrük bəyannamələri Gömrük Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə tam cavab verdiyi üçün gömrük orqanı tərəfindən təsdiq edilmişdir. Əgər gömrük bəyannamələrində və ona əlavə edilmiş sənədlərdə çatışmazlıq, mənşə sertifikatlarının düzgün təqdim edilməməsi, digər bu kimi hal olardısa, onda bu hallar malların gömrük yoxlaması zamanı gömrük orqanı tərəfindən mütləq müəyyən edilərdi. Əgər belə hallar gömrük yoxlamasından və bəyannamə təsdiq edildikdən sonra müəyyən edilmişdirsə, “xxxxxxxxxxxxxxxxxxx” BM bu barədə məlumatlandırmalı idi. Lakin gömrük orqanı “xxxxxxxxxxxxxxxxxxx” BM-dən əlavə sənəd istəməmiş, hətta malın bəyan edilməsindən keçən 3 il ərzində bu barədə ona məlumat belə verməmişdir. AR Gömrük Məcəlləsinin 41-ci fəslində göstərilən əsaslarla gömrük orqanı tərəfindən malların mənşəyinin qeyri-preferensial və preferensial qaydada müəyyən edilməsinin məqsədi idxal olunan mallara gömrük tarifinin tətbiq edilməsi və ya tətbiq edilməməsidir. Gömrük orqanı 2017-ci ilin əvvəlindən sonuna kimi ayrı-ayrı vaxtlarda 33 dəfə “xxxxxxxxxxxxxxxxxxx” BM-in ünvanına Rusiya Federasiyasından və Belarus Respublikasından daxil olan malların mənşəyini müəyyən etməklə mənşə sertifikatları əsasında güzəştli gömrük tarifini tətbiq etməklə 2017-ci il ərzində “xxxxxxxxxxxxxxxxxxx” BM-i idxal rüsumundan azad etmiş və ayrı-ayrı vaxtlarda idxal oluna malların uğurlu gömrük rəsmiləşdirilməsindən sonra qeyd-şərt, qüsur və düzəlişlər olmadan sərbəst dövriyyəsinə icazə vermişdir. AR Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 3 nömrəli qərarı ilə malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi qaydalarının 10.1.1 və 10.1.3-cü hissələrinə əsasən mənşəyi gömrük tarifinə görə Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallar olduqda – Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallara uyğun BM idxal edilən malların mənşə ölkəsini təsdiq edən sənədi – mənşə sertifikatlarını gömrük orqanına təqdim etmişdir. Təqdim edilən mənşə sertifikatlarının qüvvədə olma müddəti bu qaydalara və digər qanunvericilik aktlarına əsasən 1 ildir. Təqdim olunan mənşə sertifikatlarının qüvvədə olduğu müddət ərzində və sonrakı dövrlərdə onun mübahisələndirilməsi, dəyişdirilməsi, yenisi ilə əvəz edilməsi, güzəştli gömrük tarifinin tətbiq olunub-olunmaması barədə MMC-yə gömrük orqanı tərəfindən nə yazılı, nə də şifahi müraciətlər daxil olmamışdır. Birgə Müəssisə 20 ildən artıqdır ki, ölkəni keyfiyyətli ərzaqqida məhsulları ilə təmin edən müəssisələrdən biridir, bundan əlavə bu qurum ölkədə yaşıllıqların qorunması, meşə, qoruq sahələri və digər ərazilərdə yaşıllıqların məhvinin qarşısının alınması məqsədilə Rusiya Federasiyasından ölkəyə ağac emalı məhsullarını da idxal edir. Məlum devalvasiyadan (2 dəfə) sonra süni qiymət artımı və digər qanunsuz əməllərə yol verilməməsi üçün ölkə başçısının tövsiyyə və tapşırıqlarına uyğun olaraq Müəssisə süni və əsassız qiymət artımına yol verməmiş, əksinə digər hüquqi və fiziki şəxslərin oxşar və xeyirxah addımlar atmasına nail olmuşdur. Birgə Müəssisə təsərrüfat fəaliyyətini davam etdirmək, Respublikada rəqabətə davam gətirmək və ölkəni uzun illər idxal etdiyi mallarla davamlı və mütamadi təmin etmək üçün yerli və xarici hüquqi və fiziki şəxslər və ayrı-ayrı banklar qarşısında böyük maliyyə-pul öhdəliyi-borcu vardır. Qurum 2017-ci ilə görə 2018-ci ildə 2017-ci ilin maliyyə təsərrüfat fəaliyyətinin yekunları ilə bağlı müvafiq qaydalara uygun hesabatlar vermişdir, eləcə 2018-ci ilin yekunları ilə bağlı eyni hərəkəti icra etmişdir. Göründüyü kimi gömrük orqanında mübahisələndirilən 2017-ci ilin yanvar ayının əvvəlindən 2017-ci ilin sonuna kimi ayrı-ayrı vaxtlarda 33 dəfə idxal edilən malların satışı idxal olunduqdan az müddət sonra satılmış və satışla bağlı mühasibatlıq tərəfindən müvafiq hesabatlar da tərtib edilmişdir. Həmin dövrdə idxal olunan malların üzərinə gömrük orqanın hazırda iddia və tələb etdiyi idxal rüsumu ilə bağlı borc məbləği hesablanmamışdır. Hazırda iddia olunan borc məbləğini indi idxal edilən malların üzərinə gəlmək mümkün deyil, ona görə ki, istifadə-yararlılıq müddəti az olduğundan həm satışda böyük qiymət fərqi yaranacaq, həm də satışda olan, lakin alınmayan mallar tez xarab olmaqla Müəssisə böyük ziyanla üzləşə bilər, nəticədə istehlakçıların quruma olan rəğbəti tamamilə itirilə bilər. Birgə Müəssisə fəaliyyəti ilə bağlı ölkədə ən böyük vergi, sosial, idxal və digər ödənişləri icra edən hüquqi şəxslərdən biridir. Gömrük orqanının əsassız hesablamış olduğu ümumilikdə 353.802,42 manat borc məbləğinin ödənilməsi Müəssisənin maliyyə və təsərrüfat fəaliyyətini tamamilə pozar. Müəssisə bağlanmaq təhlükəsi ilə üzləşər, bu hal da qurumda əmək müqaviləsi ilə çalışan 250 nəfərə yaxın işçinin işsiz qalmasına gətirib çıxarar. Digər tərəfdən, 2017-ci ildə malların idxal edilməsini qanunvericiliklə müəyyən edilmiş 3 illik müddət keçdikdən sonra audit yoxlamasından keçirmək və məsuliyyətə cəlbetmə müddəti bitdikdən sonra əlavə gömrük ödənişləri tələb etmək qanuni akt sayıla bilməz. Cavabdeh inzibati orqan xx xxxxxx 2020-ci il tarixli, 1400- 02/0xx-xx/001067 nömrəli məktubda və onun əlavəsində 2017-ci il üzrə 33 ədəd gömrük bəyannaməsi üzrə ümumilikdə 353.802,42 manat məbləğində borc hesablandığını bildirmişdir. Yuxarı orqanın xx xxxx 2020-ci il tarixli 1000-160/1xx-xx/005429 nömrəli məktubda 31 ədəd gömrük bəyannaməsi üzrə eyni məbləğdə, ümumilikdə 353.802,42 manat hesablandığı bildirilmişdir. xx xxxxxx 2020-ci il tarixli, 1400-02/0xx-xx/001067 nömrəli məktubun əlavəsində göstərilən 2017-ci il üzrə aşağıdakı gömrük bəyannamələrinin təsdiq edilməsinin üzərindən 2017-ci ilin xx xxxxxx 2020-ci il tarixə olan müddət ərzində 3 ildən çox müddət keçmişdir. Qeyd edilən gömrük bəyannamələrinin ümumi gömrük dəyərini topladıqda onların cəmi 615.488 manat təşkil edir: x xxxxxx 2017ci il tarixli 01 **********58 nömrəli gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 34.162,12 manat, x xxxxxx 2017-ci il tarixli 01 **********84 nömrəli gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 44.196,05 manat, xx xxxxxx 2017-ci il tarixli **********4479 nömrəli gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 65.246,99 manat, xx xxxxxx 2017-ci il tarixli **********4498 nömrəli gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 158.870,71 manat, xx xxxxxx 2017-ci il tarixli **********6493 nömrəli gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 34.636,54 manat, xx xxxxxx 2017-ci il tarixli **********8270 nömrəli gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 49.773,17 manat, xx xxxxxx 2017-ci il tarixli 01 **********557 nömrəli gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 56.646,61 manat, x xxxxxx 2017-ci il tarixli **********6646 nömrəli gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 73.324,51 manat, x xxxxxx 2017-ci il tarixli 01 **********75 nömrəli gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 42.155,13 manat, x xxxxxx 2017-ci il tarixli **********9411 nömrəli gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 56.476,32 manat. 615.488 manat məbləğində pul vəsaitinə görə idxal rüsumu 92.323 manat, ƏDV 16.618 manat, dəbbə pulu üzrə 39.763, cəmi 148.704 manat pul vəsiatinə müddət tətbiq olunmalı, cavabdehin tələb etdiyi məbləğ azaldılmalıdır. AR Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 il ərzində gğmrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. İstinad olunan normanın tələbindən bir daha aydın olur ki, tələb 3 illik dövrü əhatə etməlidir. Cavabdehin Müəssisədən 219.657,55 manat idxal rüsumu, 39.538,36 manat ƏDV, 94.606,51 manat dəbbə pulu olmaqla, cəmi 353.802,42 manat borc hesablanması və tutulması barədə xx xxxxxx 2020ci il tarixli 1400-02/0xx-xx/001067 nömrəli qərarının ləğv edilməsi məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddia ilə bağlı yazılı etirazında aşağıdakılar bildirilmişdir: - Cavabdeh Bakı Baş Gömrük İdarəsi iddiaçının ərizəsində irəli sürülən tələbə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: İddia ərizəsində göstərildiyi kimi “xxxxxxxxxxxxxxxxxxx” BM-in ünvanına daxil olan yüklərin gömrük rəsmiləşdirilməsi aparılan zaman iddiaçı malın mənşəyi barədə sertifikat təqdim etmişdir. Lakin 2009-cu il noyabrın 20-də Yalta şəhərində imzalanmış və Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2010-cu il tarixli, 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin tələbinə zidd olaraq CT-1 formalı sertifikat iddiaçı tərəfindən gömrük orqanına təqdim edilməmişdir. Belə ki, həmin Sazişin 6-cı bölməsinin 6.1-ci bəndində göstərilir ki, sərbəst ticarət rejiminin təqdim edilməsi məqsədilə Sazişin iştirakçısı olan konkret dövlətdə malın mənşə ölkəsinin təsdiq edilməsi üçün idxal ölkəsinin gömrük orqanına CT-1 formalı sertifikatın əsli (sertifikatın blankı bu Qaydaların ayrılmaz hissəsi hesab olunan Əlavə 2-də təqdim edilmişdir) və ya malın mənşəyi barədə bəyannamə təqdim olunmalıdır. “Əgər Sazişin iştirakçısı olan dövlət mənşəli olan və bir mal partiyasında rəsmiləşdirilən idxal edilmiş malların ümumi dəyəri 5.000 ABŞ dollarına bərabər məbləğdən artıq deyildirsə, sərbəst ticarət rejiminin təqdim olunması məqsədi ilə idxal edilən belə malların mənşə ölkəsini təsdiq edən sənəd qismində malın mənşəyi barədə bəyannamə təqdim edilə bilər. Malların ümumi dəyəri ABŞ dollarından fərqli valyutada bəyan edildiyi halda, valyutanın məbləğinin ABŞ dolları ilə yenidən hesablanması üçün ölkənin milli qanunvericiliyinə uyğun olaraq idxal ölkəsinin gömrük orqanı tərəfindən gömrük bəyannaməsinin qeydiyyata alındığı gün üçün valyuta məzənnəsi tətbiq edilir. Əgər malın mənşə ölkəsini təsdiq edən sənəd qismində malın mənşəyi barədə bəyannamə təqdim edilmişdirsə və həmin bəyannamədə malların mənşə ölkəsi haqqında məlumatların yanlış olması əlamətləri aşkar edilərsə, idxal ölkəsinin gömrük orqanlarının əsaslandırılmış tələbi ilə CT-1 formalı mənşə sertifikatı təqdim edilir. Malların mənşəyi barədə sənədlərin təqdim edilməsinin zəruri olmadığı hallar Sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyinə müvafiq olaraq müəyyən edilir. Malın mənşəyi haqqında bəyannamənin surəti, habelə onunla bağlı olan və malın mənşəyini təsdiq edən istənilən sənədlər, malın mənşəyi barədə bəyannamənin tərtib edildiyi tarixdən 3 il müddətindən az olmayaraq ixracatçıda saxlanılır.” (6.2-ci bənd). «Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»nin 4.1.23-cü maddəsinə əsasən Komitə sisteminə daxil olan gömrük orqanlarının və onun tabeliyində olan digər qurumların fəaliyyətini yoxlamaq və təftişini həyata keçirmək Dövlət Gömrük Komitəsinin hüququdur. Bu hüquqa və Dövlət Gömrük Komitəsinin xx xxxxxx 2019-cu il tarixli 1000/331 nömrəli sərəncamına əsasən Bakı Baş Gömrük İdarəsinin x xxxxxx 2016-cı il tarixdən x xxxxxx 2019-cu il tarixədək olan fəaliyyəti AR DGK Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsi tərəfindən audit olunmuşdur. Audit nəticəsində yuxarıda qeyd edilən kimi CT-1 formalı sertifikatın “xxxxxxxxxxxxxxxxxxx” BM tərəfindən gömrük orqanına təqdim edilmədiyinə görə 219.657,55 manat idxal rüsumu, 39.538,36 manat ƏDV, 94.606,51 manat dəbbə pulu olmaqla, cəmi 353.802,42 manat borcun müəssisə tərəfindən dövlət büdcəsinə ödənilmədiyi aşkar olunmuş və həmin borc müəssisəyə hesablanmış və ödənilməsi tələb olunmuşdur. Hesab edirik ki, gömrük borcu gömrük orqanı tərəfindən əsaslı hesablanmışdır və “xxxxxxxxxxxxxxxxxxx” BM tərəfindən dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” Birgə Müəssisəsinin məhkəməyə iddianın (əsasının) dəyişdirilməsi barədə ərizəsi daxil olmuşdur. Ərizədə aşağıdakılar bildirilmişdir: - “xxxxxxxxxxxxxxxxxxx” BM-in cavabdeh AR DGK Bakı Baş Gömrük İdarəsinə qarşı inzibati aktın mübahisələndirilməsi haqqında iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatınadır. Müəssisə məhkəməyə təqdim edilən iddia ərizəsi üzrə iddia tələbini müdafiə edir və tamamilə təmin olunmasını məhkəmədən xahiş edir. Mübahisənin predmetini Bakı Baş Gömrük İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 1400-02/0xx-xx/001067 nömrəli məktubu təşkil edir. xx xxxxxx 2020-ci il tarixli 1400-02/0xx-xx/001067 nömrəli məktub “xxxxxxxxxxxxxxxxxxx” BM-ə Müəssisədə gömrük işləri üzrə mütəxəssis vəzifəsində çalışan X7 xx xxxxxx 2020-ci il tarixdə təqdim olunmuşdur. Məhkəmə zəruri hesab edərsə işçi X10 məhkəmədə şahid kimi ifadə verə bilər. Bundan əlavə iş üzrə vəkil (nümayəndə) X3 tərəfindən X13 MMC-yə verilən sorğuya cavab olaraq bildirilmişdir ki, X6 xx xxxxxx 2020-ci il tarixdə X13 MMC-də tibbi müayinələrdən keçmişdir, ona müvafiq diaqnoz qoyulmaqla ambulator müalicə təyin edilmişdir. Bir daha məlum olur ki, işçi X6 həmin gün səhhətində ciddi problemlər olmuşdur. xx xxxxxx 2020-ci il tarixli, 1400-02/0xx-xx/001067 nömrəli məktubun əlavəsində göstərilən 2017-ci il üzrə aşağıdakı gömrük bəyannamələrinin təsdiq edilməsinin üzərindən 2017-ci ilin xx xxxxxx 2020-ci il tarixə olan müddət ərzində 3 ildən çox müddət keçmişdir. İlkin iddia ərizəsində 2017-ci ilin 12 fevral tarixinə qədər gömrük bəyannamələrinin təsdiq edilməsinin üzərindən 3 ildən artıq vaxt keçməsi və vaxtı keçən gömrük bəyannamələrinin siyahısını iddia ərizəsində qeyd etməklə və vaxtı keçən gömrük bəyannamələrinin siyahısı (surəti) iddia ərizəsinə əlavə olunmuşdur. 2017-ci ilin 24 fevral tarixinə olan gömrük bəyannamələrinin siyahısı: xx xxxxxx 2017-ci il tarixli **********3895 nömrəli gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 64.798,36 manat, xx xxxxxx 2017-ci il tarixli **********5188 nömrəli gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 60.521,48 manat, xx xxxxxx 2017-ci il tarixli **********9894 nömrəli gömrük bəyannaməsi üzrə ümumi gömrük dəyəri 63.242,10 manat. Yuxarıda qeyd edilən gömrük bəyannamələrinin ümumi gömrik dəyərini topladıqda onların cəmi 188.562 manat təşkil edir. 188.562 manat məbləğində pul vəsaitinə görə idxal rüsumu 28.284 manat, ƏDV 5.091 manat, dəbbə pulu üzrə 12.182 manat, cəmi 45.557 manat məbləğində pul vəsitinə görə hissədə müddət tətbiq olunmalı, cavabdehin tələb etdiyi məbləğ azaldılmalıdır. AR Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. İstinad edilən AR Gömrük Məcəlləsinin tələblərindən və normalarından bir daha məlum olur ki, tələb 3 illik dövrü əhatə etməlidir. Göstərilənlərə əsaslanaraq, məhkəməyə təqdim edilən ilkin iddia ərizəsi üzrə iddia tələbinin və müddətin tətbiqi ilə bağlı hissədə hazırkı iddia tələbinin də tamamilə təmin olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Cavabdehin nümayəndəsinin məhkəməyə iddiaya qarşı yazılı etirazına əlavə olaraq təqdim etdiyi yazılı ərizəsində aşağıdakılar bildirilmişdir: - İddiaçı “xxxxxxxxxxxxxxxxxxx” BM Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Bakı Baş Gömrük İdarəsinin Müəssisəyə 219.657,55 manat idxal rüsumu, 39.538,36 manat ƏDV, 94.606,51 manat dəbbə pulu olmaqla, cəmi 353.802,42 manat borc hesablanması və tutulması barədə xx xxxxxx 2020- ci il tarixli, 1400-02/0xx-xx/001067 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək mübahisənin predmetinin xx xxxxxx 2020-ci il tarixli 1400-02/0xx-xx/001067 nömrəli məktubun təşkil etdiyi və həmin məktubun iddiaçının işçisi X7 xx xxxxxx 2020-ci ildə təqdim edildiyini, xx xxxxxx 2020-ci il tarixdə səhhətində yaranmış problemlə əlaqədar X13 MMC-də tibbi müayinələrdən keçməklə ambulator müalicə təyin edildiyini, 12 fevraldan 24 fevraladək olan dövr ərzində xx xxxxxx 2020-ci il, xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixli bəyannamələrlə hesablanmış cavabdehin tələb etdiyi 45.557 manat məbləğin azaldılmasını tələb etmişdir. Bununla əlaqədar BBGİ tərəfindən aparılmış araşdırma zamanı yuxarıda sözügedən məktubun gömrük orqanında qalan nüsxəsinin iddiaçının əməkdaşı Ağayev Kamran tərəfindən xx xxxxxx 2020-ci il tarixdə imzalanaraq götürüldüyü müəyyən olunmuşdur. DGK tərəfindən “xxxxxxxxxxxxxxxxxxx” BM-in gömrük borcunun ödənilməsi üçün məhkəməyə müraciət edilməsi məqsədilə sənədlərin toplandığını nəzərə alaraq həmin sübutla əyani tanış olaraq surətinin iş materiallarına əlavə edilməsi xahiş olunur. Daha əvvəl yazılan iddiaya etirazı və etiraza əlavəni nəzərə alaraq və İPM-in 68 və 69-cu maddələrinə əsaslanaraq, iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş olunur. İş materiallarında olan DGK Bakı Baş Gömrük İdarəsinin “xxxxxxxxxxxxxxxxxxx” BM-ə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 1400-02/0xx-xx/001067 nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - DGK Gömrük Risklərinin İdarəolunması və Audit Baş idarəsi tərəfindən 2017-ci il üzrə aparılan audit yoxlaması zamanı məlum olmuşdur ki, “xxxxxxxxxxxxxxxxxxx” BM-in ünvanına idxal olunan yüklərə gömrük rəsmiləşdirilməsi üçün qəbul, edilmiş gömrük bəyannamələrində mənşə serifikatları düzgün təqdim olunmadığından, qoşma vərəqdə qeyd edilən gömrük bəyannamələri üzrə idxal rüsumu 219.657,55 manat, ƏDV 39.538,36 manat, dəbbə pulu üzrə 94.606,51 manat, cəmi 353.802,42 manat borc yaranmışdır. Yaranmış borcun qısa zamanda ödənilməsini Sizdən xahiş olunur. Digər suallar yarandığı halda sənədlərin əsli ilə bir yerdə Bakı Baş Gömrük İdarəsinə müraciət edilə bilər. İş materiallarında olan məhkəmə iclas protokolundan görünür ki, iş üzrə əvvəlki məhkəmə iclasında şahid qismində ifadə verən X10 aşağıdakıları bildirmişdir: - o, “xxxxxxxxxxxxxxxxxxx” BM-də 2019-cu ildən gömrük işləri üzrə mütəxəssis vəzifəsində işləyir. Təxminən 2020-ci ilin fevral ayının 24-də ona Bakı Baş Gömrük İdarəsinin xx xxxxxx 2020-ci il tarixli məktubu təqdim olunmuş və həmin məktubu almağını imza və tarixlə təsdiq etmişdir. Məktubda imza barədə hansı tarixin göstərdiyini dəqiq xatırlamır. Həmin vaxtdan əvvəlki dövrdə səhhəti ilə əlaqədar işə fasilələrlə şıxmışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim edilmiş yazılı etirazın məzmununa uyğun izahat verdi və bildirdi ki, mübahisənin xx xxxxxx 2017-ci il tarixədək bəyannamələrlə rəsmiləşdirilmiş mallara hesablanmış əlavə ödənişlərə aid hissəsində həllini məhkəmənin mülahizəsinə buraxır, qalan hissəsində isə iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 1.0.1-ci maddəsinə əsasən bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsidir. Həmin Məcəllənin 1.0.12-ci maddəsinə əsasən gömrük dəyəri – malların «Gömrük tarifi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəridir. Həmin Məcəllənin 1.0.17-ci maddəsinə əsasən gömrük ödənişləri – bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqdır. Həmin Məcəllənin 1.0.19-cu maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. Həmin Məcəlləsinin 1.0.47-ci maddəsinə görə sərbəst dövriyyə üçün buraxılış – qanunvericilikdə nəzərdə tutulmuş bütün gömrük rüsumları və vergilər ödənildikdən və lazımi gömrük rəsmiləşdirilməsi yerinə yetirildikdən sonra gətirilən malların gömrük ərazisində sərbəst dövriyyəyə buraxılmasından ibarət gömrük proseduru; Həmin Məcəllənin 8.0.7-ci maddəsinə əsasən gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq gömrük orqanlarının vəzifələri sırasına daxildir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər: - (9.0.1) gömrük qanunvericiliyinə riayət olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirmək; - (9.0.2) bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına əsasən gömrük orqanlarına təqdim olunması nəzərdə tutulan sənəd və məlumatları şəxslərdən tələb etmək; - (9.0.3) gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq; - (9.0.4) şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq; - (9.0.14) öz funksiyalarını yerinə yetirmək məqsədi ilə şəxslərə gömrük qanunvericiliyinin pozulmasının aradan qaldırılması üçün yazılı formada xəbərdarlıqlar göndərmək və tələblərinin yerinə yetirilməsinə nəzarət etmək. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin predmeti olan cavabdehin xx xxxxxx 2020-ci il tarixli 1400-02/0xx-xx/001067 nömrəli məktubu qanunvericiliklə inzibati aktı səciyyələndirən əlamətləri daşıdığından, o cümlədən ünvanlandığı şəxs kimi hazırkı iddiaçı üçün hüquqi nəticələr yaratdığından, iddiaçıya münasibətdə inzibati akt kimi qiymətləındiriilməlidir. Nəzərə alınmalıdır ki, bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “«Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarında da vurğulanmışdır. Plenum qərara almışdır ki: 1. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digərrəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır; 2. «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsinin “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəası bu Qərarın birinci hissəsində göstərilən meyarlara cavab verən hər hansı bir qərarın qəbul olunmasını ehtiva edir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı inzibati mübahisəyə İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulan “mübahisələndirmə haqqında” iddia kimi baxıla bilər. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 98.1-ci maddəsinə əsasən gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər. Həmin Məcəllənin 98.7-ci maddəsinə əsasən gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilir. Həmin Məcəllənin 98.8-ci maddəsinə əsasən ümumi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının ümumi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. Həmin Məcəllənin 98.9-cu maddəsinə əsasən auditin aparılması şəxsin istehsal və kommersiya fəaliyyətinin həyata keçirilməsinə mane olmamalıdır. Eyni mallara dair təkrar ümumi gömrük auditinin aparılmasına icazə verilmir. Həmin Məcəllənin 98.10-cu maddəsinə əsasən xüsusi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının xüsusi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır. Həmin Məcəllənin 104-cü maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin Qanunun 17.2.7-ci maddəsinə görə yoxlamanın aparılması haqqında qərarda yoxlamanın müddəti (başlama və başa çatma tarixləri göstərilməklə) göstərilir. Həmin Qanunun 18-ci maddəsinə görə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən yoxlamanın dayandırılması barədə əsaslandırılmış qərar qəbul edilir və bu barədə məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilir. Yoxlamanın dayandırıldığı müddət yoxlamanın ümumi müddətinə daxil edilmir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Əsasnamənin 3.4-cü bəndinə görə reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: (3.4.11) yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə), (3.4.16) yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur (maddə 13.1). İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır (maddə 13.2). Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2010-cu il tarixli, 1046 saylı Sərəncamı ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi qaydaları haqqında" Sazişin aşağıdakı müddəalarına görə: - (6.1-ci bənd) sərbəst ticarət rejiminin təqdim edilməsi məqsədilə Sazişin iştirakçısı olan konkret dövlətdə malın mənşə ölkəsinin təsdiq edilməsi üçün idxal ölkəsinin gömrük orqanına CT-1 formalı sertifikatın əsli (sertifikatın blankı bu Qaydaların ayrılmaz hissəsi hesab olunan Əlavə 2-də təqdim edilmişdir) və ya malın mənşəyi barədə bəyannamə təqdim olunmalıdır; - (6.3-cü bənd) Sazişin iştirakçısı olan dövlətlərdən malların ixracı zamanı malın mənşəyi barədə CT-1 formalı sertifikat ixrac dövlətinin səlahiyyətli orqanı (təşkilatı) tərəfindən onun milli qanunvericiliyinə müvafiq olaraq verilir; - (6.5-ci bənd) Sazişin iştirakçısı olan dövlətlər CT-1 formalı sertifikatların blank nümunələrini, sertifikatları təsdiq etmək hüququna malik olan şəxslərin imza nümunələrini, səlahiyyətli orqanların möhürlərinin əksini, həmçinin səlahiyyətli orqanların adlan və ünvanları barədə informasiyanı mübadilə edirlər. Qeyd olunan məlumatlar təqdim edilmədikdə, sertifikatlar sərbəst ticarət rejiminin təqdim edilməsi məqsədləri üçün idxal ölkəsinin gömrük orqanları tərəfindən tanınmır; - (6.8-ci bənd) CT-1 formalı sertifikatların verilməsi barədə təlimat sənədi səlahiyyətli orqan tərəfindən və ya Sazişin iştirakçısı olan dövlətlərin milli qanunvericiliyi ilə nəzərdə tutulan digər qaydada işlənilir və təsdiq edilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı “xxxxxxxxxxxxxxxxxxx” BM x xxxxxx 2017-ci il tarixdən xx xxx 2017-ci il tarixədək Azərbaycan Respublikasına idxal etdiyi müxtəlif çeşid və adda malları ayrı-ayrı tarixlərdə 33 yük gömrük bəyannaməsi ilə bəyan etmiş və həmin mallarıın müvafiq gömrük proseduru altında gömrük rəsmiləşdirilməsi hazırkı cavabdeh inzibati orqan tərəfindən aparılmışdır (başa çatdırılmışdır). Bu malların rəsmiləşdirilməsi barədə bəyannamələrin 13-ü 2017-ci ilin 24 fevral tarixindən əvvəlki dövrə, qalan 20-i isə həmin tarixdən sonrakı vaxta təsadüf edir. Cavabdeh Bakı Baş Gömrük İdarəsi iddiaçının müvafiq (yuxarıda qeyd olunan) dövrdə idxal etdiyi həmin 33 bəyannamə ilə rəsmiləşdirilmiş mallara əlavə olaraq 219.65,55 manat idxal gömrük rüsumu, 39.538,36 manat ƏDV, habelə gömrük ödənişlərinin vaxtında ödənilməməsinə görə 94.606,51 manat dəbbə pulu hesablamışdır. Həmin hesablama cavabdehin xx xxxxxx 2020-ci il tarixli 1400-02/0xx-xx/001067 nömrəli məktubu ilə rəsmiləşdirilmiş və sonradan iddiaçıya göndərilmişdir. Hazırda iddiaçı həmin məktubu əlverişsiz inzibati akt kimi mübahisdələndirir. Məhkəmənin vurğulayır ki, mübahisələndirilən aktda (məktubda) xx xxxxxx 2020-ci il tarixin göstərilməsi, heç də aktın həmin tarixdə qəbul olununu təsdiqləmir. Bu halın mötəbərliyini şübhə altına alan xüsusatlar ondan ibarətdir ki, akt onun müvafiq tarixdə qəbulunda maraqlı olan qurum tərəfindən tərtib edilmiş və ünvanlandığı hüquqi şəxsin hüquqi ünvanına deyil, nümayəndəsinə qeyri-müəyyən şəraitdə çatdırılmışdır. Halbuki, qanunvericilik hüquqi şəxsin ünvanını həm təsis sənədlərində göstərilməsini, həm də hüquqi şəxslərin dövlət reyestrinə daxil olunmasını nəzərdə tutur. Odur ki, cavabdehin üzərində xx xxxxxx 2020-ci il tarixi göstərilmiş aktı ünvanındığı hazırkı iddiaçı “xxxxxxxxxxxxxxxxxxx” BM-ə sonuncunun buna dərhal reaksiya verərək Dövlət Gömrük Komitəsinə müraciət etdiyi vaxtda (yəni, xx xxxxxx 2020-ci il tarixdə) tərtib olunmuş sayılmalıdır. Bundan başqa, cavabdeh inzibati orqan iddiaçıya əlavə gömrük ödənişlərinin hesablanması barədə qərar qəbul edərkən “gömrük auditi”nin keçirilməsi ilə bağlı qanunvericiliyinin müddəalarına riayət etməli idi. Çünki, əvvəllər respublikaya mal idxal etmiş və onları müvafiq gömrük proseduru altında bəyan etmiş (bu bəyanetmə gömrük orqanlarında rəsmiləşdirilmiş) idxalatçı kimi hazılrkı iddiaçıya münasibətdə onun idxalixrac əməliyyatları üzrə fəaliyyətinə bu qəbidən olan yoxlamanın keçirilməsi qanunvericiliklə yalnız “gömrük auditi” keçirilməklə nəzərdə tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Bakı Baş Gömrük İdarəsi tərəfindən inzibati icraat çərçivəsində xx xxxxxx 2020-ci il tarixli 1400-02/0xxxx/001067 nömrəli inzibati akt (məktub) qəbul olunarkən aşağıdakı qanun pozuntularına yol verilmişdir: - AR Gömrük Məcəlləsinin müddəalarına zidd olaraq, gömrük auditinin keçirilməsi barədə ilkin qərar qəbul edilməmiş və həmin qərarın surətinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması, habelə müvafiq vəsiqənin əvvəlcədən barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunması təmin edilməmişdir. Bununla da, AR Gömrük Məcəlləsinin 98.8-ci maddəsinin, eləcə də «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» AR Qanununun 13.3-cü maddəsinin tələbləri pozulmuşdur; - Hesablanmış gömrük ödənişlərinin bir hissəsi bəyannamədə qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunun itirilməsindən, yəni sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməklə malların buraxılmasından 3 ildən artıq vaxt keçidikdən sonrakı dövrə təsadüf edir. Nəzərə alınmalıdır ki, AR Gömrük Məcəlləsinin 83.1.1-ci maddəsinə görə gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək gömrük nəzarəti altında olurlar. Bununla da, inzibati icraat zamanı AR Gömrük Məcəlləsinin 98.2-ci maddəsinin tələblərinə riayət edilməmişdir. İdxal əməliyyatları çərçivəsində 13 gömrük bəyannaməsi üzrə 3 ildən artıq müddət buraxılmaqla hesablanmış gömrük ödənişlərinin ümumi məbləği 194.261 manat (120.607 idxal gömrük rüsumu, 21.709 manat ƏDV, 51.945 manat) təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanan pozuntular məcmusunda cavabdehin həyata keçirdiyi inzibati icraat yoxlama kimi «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.5-ci bəndinin tələblərinə zidd aparılmaqla hüquqi nəticəsi olmayan sayılsa da, bu hal idxalatçı kimi hazırkı iddiaçının həmin əlavə hesablanmış gömrük ödənişlərini ödəməsini istisna etmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Bakı Baş Gömrük İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 1400-02/0xx-xx/001067 nömrəli inzibati aktı “194.261 manat əlavə gömrük ödənişlərinin hesablanması” hissəsində qanuna zidd sayılmalı və iddiaçı “xxxxxxxxxxxxxxxxxxx” BM-in hüquqlarının pozulmasına səbəb olan akt kimi qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh Bakı Baş Gömrük İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 1400-02/0xx-xx/001067 nömrəli inzibati aktı “194.261 manat əlavə gömrük ödənişlərinin hesablanması” hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı Baş Gömrük İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 1400-02/0xxxx/001067 nömrəli inzibati aktı “194.261 manat əlavə gömrük ödənişlərinin hesablanması” hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar