Məhkəmə qərarları › İş №2-1(112)-441/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-441/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-441/2022 31.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdehə (3-cü şəxs "xxxx" MMC) qarşı sərəncamın iddiaçıya aid hissədə etibarsız hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddianın baxılmadan geri qaytarılması haqqında ərizəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehin 161 saylı, xx.xx.2019-cu il tarixli sərəncamının iddiaçıya aid hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 04 fevral 2021-ci il tarixli Qərardadına əsasən "xxxx" MMC 3-cü şəxs qismində işə cəlb edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə elektron qaydada ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı və 3-cü şəxs "xxxx" MMC mübahisənin sülh yolu ilə həll edilməsi razılığına gələrək 158 saylı, xx.xx.2022-ci il tarixli müqavilə bağlamışlar. Qeyd edilən müqavilənin 1.2, 1.3 və 1.4-cü maddələrinin şərtləri ilə iddia ərizəsində irəli sürdükləri tələblər ödənildiyindən mübahisə predmeti aradan qalxmışdır. Müqavilənin 7.8-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, bu müqavilə imzalandıqdan sonra tərəflərin həmin əmlaka görə, eyni zamanda satıcının tikinti ərazisinə düşməyən əmlakı üzrə qaldırılmış bütün iddialardan imtina edilir. Hər iki tərəf bir-birlərinə qarşı hər hansı bir iddia irəli sürməyəcəklərini qəbul edirlər. "xxxx" MMC ilə bağladıqları müqaviləyə əsasən tərəflərindən verilən iddia ərizəsini geri götürmək qərarına gəlmişlər. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakları olmadan ərizəyə münasibət bildirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi baxılmadan geri qaytarıldığından məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80-cı, Mülki Prosessual Məcəlləsinin 170.1, 170.3-cü maddələrinə əsasən, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdehə (3-cü şəxs "xxxx" MMC) qarşı sərəncamın iddiaçıya aid hissədə etibarsız hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işə baxılmadan iddiaçıya geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (iki yüz) manat məbləğində pul İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardaddan təqdim edildiyi andan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə tərəflər Bakı Apellyasiya Məhkəməsinə şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar