Məhkəmə qərarları › İş №2-1(112)-4410/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4410/2020

14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4410/2020 14.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinə qarşı «sonuncu müayinəyə dair məlumatda düzəliş edilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinə qarşı «sonuncu müayinəyə dair məlumatda düzəliş edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, AR Əmək və X6 Nazirliyinin 36 saylı X8 Komissiyasının 1076 saylı x xxxxxx 2015-ci il tarixli “Müayinə aktından çıxarş”ına əsasən ona ümumi xəstəlik səbəbi ilə müddətsiz 2-ci qrup əlillik təyin olunmuş, rəydə “əmək zəmanəti verilir” qeydi aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1997-ci il tarixli 93 saylı Qərarı ilə təsdiq edilmiş «X8 Komissiyası haqqında» Əsasnamənin 1.6-cı bəndinə əsasən X8 Komissiyası tərəfindən verilmiş əmək zəmanətinə təşkilati və hüquqi formasından asılı olmayaraq idarə, müəssisə, təşkilatların rəhbərləri tərəfindən əməl edilməlidir. Cavabdeh AR Əmək və X6 Nazirliyi “Tibbi X5 sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə “müayinə olunan şəxs barədə məlumat”ın əmək zəmanəti barədə qrafasında “əmək qabiliyyətsiz” kimi qeyd aparmşdır. Hesab olunur ki, cavabdeh bu qeydi aparmaqda haqlı olmamışdır. Bu səbəbdən də, cavabdehin hərəkətləri nəticəsində onun əmək və mülkiyyət hüquqları pozulmuşdur. Həmin qeyd ilkin sənədlərə düzgün istinad olunmadan aparılmışdır. Cavabdeh tərəfindən verilmiş qərar tam əsassız olduğundan, eləcə də Əsasnamənin tələblərinə düzgün istinad olunmadan qəbul edildiyindən, ləğv olunmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı maddələrinə, İPM-in 2, 33, 70.1, 73-cü maddələrinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2, 24-cü maddələrinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsaslanaraq, cavabdeh AR Əmək və X6 Nazirliyinin üzərinə “Tibbi X5 sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə “müayinə olunan şəxs barədə məlumat”ın əmək zəmanəti barədə qrafasında “əmək qabiliyyətli” düzəlişinin edilməsi öhdəliyinin cavabdeh AR Əmək və X6 Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmuş, cavabdehdən iddiaya qarşı yazılı münasibətin (etirazın) məhkəməyə təqdim olunması tələb dilmişdir. Lakin cavabdeh AR Əmək və X6 Nazirliyinin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə AR Əmək və X6 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubda hazırkı iddia ilə bağlı aşağıdakılar bildirilmişdir: - İddiaçı tərəfindən irəli sürülən tələb qanunsuz və əsassız olduğundan, İPM-in 47.2-ci maddəsinə uyğun olaraq qeyd edilən iddiaya etiraz olunması məhkəmənin nəzərinə çatdırılır. Müəyyən olunmuşdur ki, İddiaçı x xxxxxxx 2003-cü il tarixdə X2 ilkin müayinə olunmuş və ona ümumi xəstəlik səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlilliyin təyin olunması barədə qərar verilmişdir. Ona sonrakı illərdə təkrar müayinələr zamanı ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmış, sonuncu dəfə xx xxxxxxxx 2014-cü il tarixdə təkrar müayinə olunaraq, müddətsiz ikinci dərəcə əlilliyin təyin olunması barədə qərar verilmişdir. Əmək zəmanəti kimi İddiaçı “xüsusi yaradılmış şəraitdə işləyə bilər” zəmanəti yazılmışdır. Bu barədə məlumatın əlillik altsisteminə daxil edilməsi üçün şəxs tərəfindən Xidmətə müraciət olunmamışdır. Məsələ Xidmət tərəfindən araşdırılaraq müvafiq qaydada icra olunduqdan sonra iddiaçıya məlumat veriləcəkdir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gılmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyi bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 24-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbi İPM-in 2.2.1-ci maddəsində göstərilən iddia npvünə aid edildiyi halda, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti 1 ildən artıq müddət buraxılmaqla təqdim edilmişdir. İPM-in 24-cü maddəsində prosessual müddətin 1 ildən çox müddət buraxılmasının üzürlü sayılmasının mümkün olduğu hallara dair isə iddiaçı tərəf heç bir dəlil bildirməmişdir. Ona görə də məhkəmə buraxılmış iddia müddətinin bərpası barədə ərizə verilməsinin iddiaçıya tövsiyə olunmasını zəruri saymır. Yəni, iddiaçı tərəfindən iddia müddəti ötürülməklə iddia qaldırıılmışdır. İddiaçının tələbinə İPM-in 2.2.2 və ya 2.2.3-cü maddələrində nəzərdə tutulmuş iddia növləri qismində baxıldıqda isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: - Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 4-cü bəndləri ilə «Dövlət X7 Nizamnaməsi», «Dövlət X3», «Dövlət Tibbi- Sosial Ekspertiza və X1» və “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi” təsdiq edilmişdir. Fərmanın 5-ci bəndi ilə müəyyən edilmişdir ki, bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət X9, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X7, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. «Dövlət Tibbi-Sosial Ekspertiza və X1»nin 1.1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 3.1-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: - (3.1.2) müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək; - (3.1.3) əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək; - (3.1.4) tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin X4 tərtib etmək və onun icrasına nəzarət etmək. Göründüyü kimi, hazırkı İddiaçı ona təyin olumuş əlilliyi ilə bağlı aparılmış müvafiq qeydin dəyişdirilməsini tələb edir və bu səlahiyyət onun iddia ərizəsi üzrə seçdiyi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi deyil, “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxs səlahiyyətlidir. İddiaçı qaldırdığı məsələ üzrə hazırda səlahiyyətli sayılan orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə vəı ya onun hüquqi varisi olduğu əvvəlki AR ƏƏSMN yanında yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmədiyindən və bununla əlaqədar həmin qurumların (Xidmət və Agentlik) hər hansı biri tərəfindən inzibati araşdırma aparılmadığından və imtina cavabı verilmədiyindən (iş materiallarına əsasən), məhkəmə İPM-in 13 və 54-cü maddələrinin tələblərini rəhbər tutub cavabdehin dəyişdirilməsinin təklif olunmasını məqsədəuyğun saymır. Beləliklə məhkəmənin qənaətinə görə cavabdeh AR Əmək və X6 Nazirliyi tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü və 9-cu bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar