Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4412/2025 28.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi(vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "pensiyadan tutulmuş məbləğin geri ödənilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı pensiyasından pulun tutulmasının dayandırılması və pensiyadan tutulmuş pul məbləğinin ona ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsinə qarşı xx.xx.2007-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiası təyin edilməsi və xx.xx.2012-ci il tarixdən yaşa görə əmək pensiyasının məbləğinin «Əmək pensiyası haqqında» Azərbaycan Respublikası Qanununun»10-cu maddəsinin 10.2-ci bəndinə və 27-ci maddəsinin xx.xx.2006-cı il tarixdə qüvvədə olan tələblərinə əsasən (52 yaşdan, 2004-2005-ci illərin əmək haqqı və iş stajı nəzərə alınmaqla) yenidən hesablanması və xx.xx.2012-ci il tarixdən bu günə qədər təyin olunaraq ödənilən əmək pensiyasının məbləğinin yenidən hesablanması zamanı yaranacaq məbləğ fərqinin birdəfəyə ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 25 may 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və DSMF-nin Xəzər rayon şöbəsi tərəfindən qərar icra edilərək pensiyası ödənilməyə başlamışdır. Lakin yanvar 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən mənə pensiyanın ödənilməsi tam dayandırılmış və bununla yanaşı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 may 2017-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərardadı ilə ərizə mümkün hesab edilməmişdir. Bundan sonra Mərkəzi Filial apellyasiya şikayəti ilə Bakı Apellyasiya məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 31 may 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Verilmiş kassasiya şikayəti əsasında işə Azərbaycan Respublikası Ali məhkəməsində baxılmış və məhkəmənin 21 sentyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellasiya Məhkəməsinin 31 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra o məhkəmə qərarının icrasını bərpası ilə bağlı Bakı İnzibati məhkəməsinə müraciət etmiş və məhkəmə 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə 25 may 2017-ci il tarixli 2-1 (82)-2393/2017 saylı məhkəmə qərarının icrasının təmin edilməsini Nərimanov rayon İcra şöbəsinə həvalə etmişdir. Bundan başqa 07 iyul 2023-cü il tarixli məktubda Mərkəzi Filial əmək pensiya almaq hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş sənədlərin düzgünlüyünə şübhələrin olduğundan və pensiya işinin araşdırılmasına zərurətin yarandığından pensiya ödənişinin 01 noyabr 2020-ci il tarixdən dayandırıldığı, hazırda məhkəmə qərarlarına zidd olaraq pensiyanın 820,74 manat məbləğinə endirildiyini, pensiya ödənişinin dayandırıldığı 01 noyabr 2020-31 may 2023cü il tarixləri arasındakı dövr ərzində ödənilməli olan 22014,92 manat pul vəsaitinin guya ona artıq ödənilmiş 103967,90 manatdan çıxıldığı, qalan artıq ödənilmiş 81952,98 manat pul vəsaitinin 01 iyun 2023-cü il tarixindən etibarən 164,14 manat olmaqla əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilməsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı “ona təyin olunmuş əmək pensiyasından tutulmaların aparılmasının dayandırılması və tutulmuş pul vəsaitinin geri ödənilməsi” tələbi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldırmışdır. İddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya Fondun keçmiş Xəzər rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixindən (52 yaşının tamamlandığı) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinə dair sənədlərin araşdırılmasına zərurət yarandığından iddiaçının pensiya ödənişi 1 noyabr 2020-ci il tarixindən dayandırılıb. Araşdırma zamanı, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun 52 yaşdan deyil, 57 yaşdan, yəni xx.xx.2012-ci il tarixindən olduğu müəyyən edilib. Nəticədə iddiaçıya qanunazidd əmək pensiyası təyin olunduğu xx.xx.2007-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixinədək cəmi 103.967,90 manat vəsaitin əsassız ödənildiyi aşkar edilib. Bundan başqa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin tələbələrinə uyğun qaydada hesablanaraq 820,74 manat (xx.xx.2024-cü il tarixinə indeksləşdirilməklə 912,66 manat) olmaqla xx.xx.2023-cü il tarixindən bərpa edilib. Həmçinin iddiaçının pensiya ödənişi dayandırıldığı xx.xx.2020xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə ona ödənilməli olan 22014,92 manat pu vəsaiti hesablanıb. Həmin 22014,92 manat iddiaçıya artıq ödənilmiş 103967,90 manatdan çıxılıb. Qalıq artıq ödənilmiş 81.952,98 manat vəsait xx.xx.2023-cü il tarixindən etibarən hər ay 164,14 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Araşdırma nəticəsində iddiaçıya qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 29 avqust 2022-ci il tarixli **********6 nömrəli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Sözügedən orqandan Nazirliyə daxil olmuş 8 sentyabr 2022-ci il tarixli 02/3-5553xid nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunub. Sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi (vəkili) xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək iddiaçının pensiyasından tutulma hərəkətlərinin qanunsuz hesab edilməsi və 2023-cü ilin iyun ayının 13-dən iddiaçıdan tutulmuş hər ay üçün 164.14 manat omaqla pulun geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icarata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etirz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya aid pensiya işinə dair sənədlərin surətindən görünür ki: -DSMF Xəzər rayon Şöbəsinin xx.xx.2012-ci il tarixli 359 nörməli qərarı ilə İddiaçı xx.xx.2012-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2393/2017 saylı, 25 may 2017ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınn təyin edilməsi və xx.xx.2012-ci il tarixdən yaşa görə əmək pensiyası məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 10-cu maddəsinin 10.2-ci bəndinə və 27-ci maddəsinin xx.xx.2006-cı il tarixdə qüvvədə olan tələblərinə əsasən 52 yaşdan 2004-2005-ci illərin əmək haqqı və iş stajı nəzərə alınmaqla yenidən hesablanması və xx.xx.2012-ci il tarixdən bu günə qədər təyin olunaraq ona ödənilən əmək pensiyaının məbləğinin yenidən hesablanması zamanı yaranacaq məbləğ fərdinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xəzər rayon Şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-10499/2023 nömrəli Qərarına əsasən, pensiyanın yenidən hesablamanın səbəbi 37.3.1-Fondun xx.xx.2023-cü il tarixli 3-17-1/3-1- 46852/2023 nömrəli məktubuna əsasən Nazirliyin DNAŞ **********3 nömrəli xx.xx.2021-ci il tarixli xidməti məktubuna uyğun dayandırılmış güzəştli şərtlərlə pensiyasının 57 yaşa bərpa edildi. əsasssız ödənilmiş məbləğ 39.1-ci maddənin tələblərinə uyğun olaraq nəzərə alınsın.İddiaçı hazırki pensiya məbləği 1525.42 manat, yenidən hesablanmış pensiya məbləği 820.74 manat. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-12888/2023 nömrəli Qərara əsasən İddiaçı hazırki pensiya məbləği 1525.42 manat, yenidən hesablanmış pensiya məbləği 820.74 manat. Yenidən hesablanmanın səbəbi: Fondun xx.xx.2023-cü il tarixli 3-17-1/3-1-46852/2023 nömrəli məktubuna əsasən Nazirliyin DNAŞ **********3 nömrəli xx.xx.2021-ci il tarixli xidməti məktubuna uyğun dayandırılmış güzəştli şərtlərlə pensiyası 57 yaşa bərpa edildi.Qeyd:xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-10499/2-23 nömrəli sərəncam nəzərə alınmasın. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-253536/2024 nömrəli artıq ödənilmiş pul vəsaiti haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 30 yanvar 2024- cü il tarixli 3-17-1/2-B- 21955/2024, 26 iyul 2024-cü il tarixli 3-17-1/2-B-178309/3/2024 nömrəli və 4 sentyabr 2024-cü il tarixli 3-17-1/2-B-211886/7/2024 nömrəli məktublarla cavablandırılmış eyni məzmunlu 8 oktyabr 2024-cü il tarixində daxil olmuş müraciətlərinizə aidiyyəti üzrə baxılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Eyni zamanda biidiririk ki, sizə Fondun keçmiş Xəzər rayon şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixindən (52 yaşınızın tamamlandığı) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əmək pensiyası hüququnuzun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinizin araşdırılmasına zərurət yarandığından pensiya ödənişiniz 1 noyabr 2020-ci il tarixindən dayandırılıb. Araşdırma zamanı, sizin güzəştli şərtlərlə pensiya hüququnuzun 52 yaşdan deyil, 57 yaşdan, yəni xx.xx.2012-ci il tarixindən olduğu müəyyən edilib. Nəticədə sizə qanunazidd əmək pensiyası təyin olunduğu xx.xx.2007-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixinədək cəmi 103.967,90 manat vəsaitin əsassız ödənildiyi aşkar edilib. Bundan başqa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyanız qanunvericiliyin tələbələrinə uyğun qaydada hesablanaraq 820,74 manat (xx.xx.2024-cü il tarixinə indeksləşdirilməklə 912,66 manat) olmaqla xx.xx.2023-cü il tarixindən bərpa edilib. Həmçinin pensiya ödənişinizin dayandırıldığı xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə sizə ödənilməli olan 22.014,92 manat pu vəsaiti hesablanıb. Həmin 22.014,92 manat sizə artıq ödənilmiş 103.967,90 manatdan çıxılıb. Qalıq artıq ödənilmiş 81.952,98 manat vəsait xx.xx.2023-cü il tarixindən etibarən hər ay 164,14 manat olmaqla əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilir. Araşdırma nəticəsində sizə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsində və yenidən hesablanmasına nailolunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 29 avqust 2022-ci il tarixli **********6 nömrəli məktubla Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Sözügedən orqandan Nazirliyə daxil olmuş 8 sentyabr 2022-ci il tarixli 02/3-5553xid nömrəli məktubda daxil olmuş materialların istintaqı aparılan ********* nömrəli cinayət işinə əlavə edildiyi qeyd olunub. -X1 Sistemindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlanaraq hər ay üzrə pensiya ödənişindən 164.14 manat tutulur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya ilkin olaraq DSMF Xəzər rayon Şöbəsinin xx.xx.2012-ci il tarixli 359 nörməli qərarı ilə xx.xx.2012-ci il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2393/2017 saylı, 25 may 2017-ci il tarixli qərarı ilə iddiaçıya 52 yaşdan 2004-2005-ci illərin əmək haqqı nəzərə alınmaqla güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Cavabdeh orqan qanuni qüvəyə minmiş məhkəmə qərarına uyğun olaraq iddiaçıya 2007-ci ildən-52 yaşdan pensiya ödənişini həyata keçirsə də 1 noyabr 2020-ci il tarixindən həmin pensiyanı dayandırmış, yalnız iddiaçıya pensiya ödənişini xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-12888/2023 nömrəli qərara əsasən xx.xx.2023-cü il tarixindən etibarən pensiya hüququnu 52 yaşdan 57 yaşa çəkməklə xx.xx.2012-ci il tarixindən hesablanan güzəştli pensiyanı bərpa etmişdir. Başqa sözlə, cavabdeh 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2393/2017 saylı, 25 may 2017-ci il tarixli qərarı ilə təyin edilmiş pensiya ödənişini dayandırmış və yeni icraat çərçivəsində iddiaçıya 57 yaşdan, yəni xx.xx.2012-ci il tarixindən hesablanmaqla iyun 2023-cü il tarixdən pensiya ödənişini həyata keçirməyə başlamışdır. Cavabdeh orqan xx.xx.2007-ci il tarixindən pensiya ödənişinin dayandırıldığı xx.xx.2020-ci il tarixinədək cəmi 103.967,90 manat vəsaiti əsassız artıq ödəmə kimi müəyyən etmiş, xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr üzrə iddiaçıya ödənilməli olan əksik qalan 22014,92 manat pul vəsaitini artıq ödəmə kimi müəyyən etdiyi 103967,90 manatdan çıxmış, qalıq artıq ödənilmiş hesab etdiyi 81.952,98 manat vəsaiti isə xx.xx.2023-cü il tarixindən etibarən hər ay iddiaçıya ödənilən cari pensiyadan 164,14 manat olmaqla tutmanı həyata keçirir. Qeyd edilməlidir ki, məhkəmə hazırkı iş üzrə cavabdeh orqanın yalnız yeni icraat nəticəsində iyun 2023-cü il tarixdən 57 yaşdan ödədiyi güzəştli pensiya məbləğindən hər ay 164,14 manat olaraq tutuma barədə hərəkətlərə hüquqi qiymət verir. Bu zaman məhkəmə nəzərə alır ki, hazırkı halda iddiaçıya iyun 2023-cü ildən ödənilən pensiya 57 yaşdan olan pensiya olmaqla inzibati orqanın yeni icraat çərçivəsində müəyyən edərək ödədiyi pensiya olduğundan həmin pensiyadan aparılan hazırkı tutulmalar da 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)-2393/2017 saylı, 25 may 2017-ci il tarixli qərarının icra edilməməsi ilə əhatə olunmur. Nəzərə alınmalıdır ki, iddiaçı hazırkı iddiada pensiyasının 52 yaşdan hesabalanaraq ödənilməsini və ya həmin pensiyanın bərpasını deyil, inzibati orqanın ona iyun 2023-cü ildən ödədiyi pensiyadan aparılan tutulmaları müstəqil iddiada mübahisələndirmişdir. Bu halda hazırkı iddia 52 yaşdan-2007-ci ildən pensiya təyinatını nəzərdə tutan 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(82)- 2393/2017 saylı, 25 may 2017-ci il tarixli qərarının icrasına daxil olmur. Məhkəmə inzibati orqanın keçmiş pensiya ödənişində artıq ödəmə hesab etdiyi məbləğin yeni təyin edilən pensiyadan tutulmasını müstəqil inzibati xarakterli hərəkət kimi qiymətləndirərək bununla bağlı iddianı da ayrıca iddia predmeti olaraq qəbul edir. İşdən görünür ki, cavabdeh 2023-cü ilin iyun ayının 13-dən etibarən hər ay üzrə 164.14 manat pul vəsaiti tutur və iddiaçı da bu hərəkətlərin qanunsuzluğunu mübahisələndirməklə tutulan vəsaitin geri qaytarılmasını mübahisələndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2-ci maddəsinə görə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. -3.3-cü maddəsinə görə isə Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə əsasən ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa görə bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Göstərilən normaların tələblərindən çıxış etdikdə müəyyən olunur ki, pensiya hüquq münasibətlərində “Əmək pensiyaları haqqında” Qanun sahə normativ hüquqi aktı kimi çıxış edir və onun müddəaları, o cümlədən 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: -1. Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan tutulma barədə qərar qəbul etməlidir. -2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. Başqa sözlə, inzibati orqan özü birbaşa pensiyadan tutulmalar həyata keçirə bilməz. Bu, onunla bağlıdır ki, pensiya hüququ sosial təminatın mühüm tərkib hissəsi olmaqla qazanılmış hüquqdur və inzibati orqan özbaşına şəxsi bu hüquqdan məhrum edə bilməz. İnzibati orqan hər bir halda pensiyadan tutulmaların aparılması ilə bağlı əvvəlcə razılıq almaq üçün vətəndaşa müraciət etməli, razılıq əldə etmədiyi halda məhkəmədə iddia qaldırmalıdır. Qeyd edilən məhkəməyəqədərki tədbirlərə və ondan sonra tələb olunan qaydalara (məhkəmədə iddia qaldırmaq) riayət edilmədən pensiyadan tutulmaların aparılması qanuni hesab edilə bilməz. İş materiallarından görünür ki, ƏPQ-nin qeyd edilən tələblərinə uyğun olaraq inzibati orqan artıq ödənilmiş hesab etdiyi pensiya məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya müraciət edərək onun razılığını almamışdır. Cavabdehin iddiaçıya ünvanladığı cavab məktubunda, məhkəmə sorğusuna cavab və eləcə də iddiaya etirazda da bildirmişdir ki, artıq vəsait kimi müəyyən etdiyi qalan 81.952.98 vəsaiti 2023-cü ilin iyun ayından etibarən hissə-hissə əmək pensiyasından tutaraq büdcəyə bərpa edir. Cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubu iddiaçıdan onun aylıq əmək pensiyasından artıq ödənilmiş hesab etdiyi məbləğin tutulmasına razılığının alınması ilə bağlı müraciət deyil, artıq ödənilmiş hesab etdiyi məbləğdən pul vəsaitinin əmək pensiyasından tutulmaqda davam etdiyi barədə “məlumat”dır. Üstəlik həmin “məlumat məzmunlu” məktubuna inzibati orqanın qəbul etdiyi artıq ödənilmiş məbləğin tutulması haqqında qərarı da əlavə olaraq göndərilməmişdir. Beləliklə, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulmaların aparılması mübahisəsizdir. Qanunla yalnız əmək pensiyaçısının razılığı olduğu təqdirdə inzibati orqan özü əmək pensiyasından tutulma barədə qərar qəbul edə, tutulma barədə hərəkətlər edə bilərdi. Belə olan halda, iddiaçının razılığı olmadan əmək pensiyasından tutulma barədə hərəkətləri qanuni hesab edilə bilməz. İddiaçıya 57 yaşdan pensiya təyinatı olan xx.xx.2023-cü il tarixli qərarda da artıq ödəmənin məbləği, yenidən hesablanan pensiya məbləğindən hansı nisbətdə tutulması ilə bağlı hər hansı müddəa olmadığından, inzibati orqanın tutma barədə qərar qəbul etdiyi deyil, pensiyadan tutma barədə faktiki xarakterli hərəkətlərə yol verdiyi müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. -21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -51.1-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. -58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. -61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. -61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün artıq ödəmənin geri tələb olunması ilə bağlı hallarda da inzibati orqan inzibati icraat apararaq pensiyanın artıq ödənilib-ödənilməməsini, bunun səbəblərini iddiaçının bilavasitə iştirakı ilə müzakirə etməli, bunun üçün iddiaçıya inzibati icraat barədə məlumat verərək onun dinlənilmə hüququnu təmin etməklə həmin məbləğin tələb edilməsinin mümkünlüyünü eyni zamanda iddiaçının maddi təminatı və etimad hüququnun qorunması prinsipinin tələbləri baxımından yoxlamalı və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı ola bilərdi. Hazırkı pensiya işindən görünür ki, inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan tələbləri nəzərə alınmamış, iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində tutma barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin pensiyanın tutulması ilə bağlı faktiki xarakterli hərəkətləri inzibati icraat haqqında hüquq normalarının və bu sahədə xüsusi norma kimi çıxış edən “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələblərinin pozulması ilə baş verdiyindən həmin hərəkətlər qanunsuz hesab olunmalı və tutulmuş vəsait iddiaçıya qaytarılmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, cavabdehin İddiaçı pensiyasından tutulma barədə hərəkətləri qanunsuz hesab edilməli, iddiaçının pensiya məbləğindən xx.xx.2023cü il tarixdən etibarən hər ay üçün 164.14 manat olmaqla tutulan pul vəsaitinin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı pensiyasından tutulma barədə hərəkətləri qanunsuz hesab edilsin. İddiaçı pensiya məbləğindən xx.xx.2023-cü il tarixdən etibarən hər ay üçün 164.14 manat olmaqla tutulan pul vəsaitinin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4412/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4412/2025
28.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver