Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4414/2021 07.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “tikilinin inşa edilməsinə dair icazə barədə qərarın nüsxəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə hazırlıq icraatı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Aşıq Ələsgər küçəsi 2 saylı binanın qarşısındakı yeni tikili doqquz mərtəbəli binanın 7-ci mərtəbəsində 30 saylı mənzilə dair Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən tikilinin inşa edilməsinə dair icazə barədə qərarı və istismar qəbul aktının qanunvericiliklə müvafiq nüsxələrinin verilməsi öhdəliyinin cavabdeh Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə məhkəmə hazırlıq icraatının iclası 07 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X2 tərəfindən 07.09.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə daxil etmişdir. İddia tələbi üzrə mülkiyyətində olan Aşıq Ələsgər küçəsi 2 saylı binanın qarşısındakı yeni tikili doqquz mərtəbəli binanın 7-ci mərtəbəsində 30 saylı mənzilə dair Xətai rayon İcra Hakimiyyəti tərəfindən tikilinin inşa edilməsinə dair icazə barədə qərarın nüsxəsinin verilməsi öhdəliyinin cavabdeh Xətai rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbi üzrə izahat verərək, son olaraq Aşıq Ələsgər küçəsi 2 saylı binanın qarşısındakı yeni tikili doqquz mərtəbəli binanın 7-ci mərtəbəsində 30 saylı mənzilə dair Xətai rayon İcra Hakimiyyəti tərəfindən tikilinin inşa edilməsinə dair icazə barədə qərarın nüsxəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Məhkəmə araşdırılması zamanı işin obyektiv araşdırılması məqsədi ilə 20 aprel 2021ci il tarixdə fərdi sahibkar X5 tərəfindən Bakı şəhəri, Xətai rayonu, Aşıq Ələsgər küçəsi, 2 saylı yaşayış binasının yaxınlığında inşa edilmiş 9 mərtəbəli fərdi yaşayış evinin tikintisi ilə bağlı İcra Hakimiyyətində mövcud olan bütün inzibati icraat materiallarının (icazə sənədi, sərəncam və s.), həmçinin Xətai Rayon İcra Hakimiyyətinin 09.09.2016-cı il tarixli 294 nömrəli Sərəncamının təsdiq edilmiş surətinin təqdim edilməsi barədə məlumatın əldə edilməsi məqsədi ilə Xətai rayon İcra Hakimiyyətinə sorğu göndərilmişdir. Sorğuya 21 iyul 2021-ci il tarixli 427 nömrəli cavab məktubuna Xətai rayon İcra Hakimiyyətinin 09.09.2016cı il tarixli 294 nömrəli sərəncamının sürəti əlavə edilmişdir. Xətai Rayon İcra Hakimiyyətinin 09.09.2016-cı il tarixli 294 nömrəli Sərəncamından görünür ki, vətəndaş X3 icra hakimiyyətinə müraciət edərək, Aşıq Ələsgər küçəsində 2 saylı ünvanda yerləşən köhnə tikilinin sökülüb yerində təqdim edilmiş layihəyə uyğun olaraq yeni yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmiş, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən tikiliyə icazə verilmişdir. Məhkəmə iclasında Xətai Rayon İcra Hakimiyyətinin 09.09.2016-cı il tarixli 294 nömrəli Sərəncamının surəti iddiaçının nümayəndəsinə təqdim edildi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi Aşıq Ələsgər küçəsində 2 saylı ünvanda yerləşən yeni tikilinin inşasına icazə ilə bağlı qərarın nüsxəsinin təqdim edilməsi ilə bağlı olduğundan, Xətai Rayon İcra Hakimiyyətinin 09.09.2016-cı il tarixli 294 nömrəli Sərəncamının surəti məhkəmə sorğusu ilə təqdim edildiyindən, bununla da cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İPM-nin 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Azərbaycan Respublikası İPM-nin 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Azərbaycan Respublikası İPM-nin 67.3-ci maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16.3, 67-ci, 80-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “tikilinin inşa edilməsinə dair icazə barədə qərarın nüsxəsinin verilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4414/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4414/2021
07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver