Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4418/2020 06.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X7 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X3rşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğinin ödənilməsi» barədə tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) X3rşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı x xxxxxx 1962-ci il tarixdə doğulmuşdur, güzəştli şərtlərlə pensiya təyinatı ilə əlaqədar DSMF X11 İdarəsinə rəsmən müraciət etmişdir. Müraciətdə qanunvericiliyə əsasən onun sığorta iş staji və sağlamlıq üçün təhlükəli olan zərərli işdə çalışmağı ilə əlaqədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi xahiş olunmuşdur. DSMF X12 İdarəsi xx xxxx 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Həmin məktubda göstərilmişdir ki, təqdim edilən sənədlərə əsasən x xxxxxx 2006-cı il tarixinədək ümümi iş stajı 25 ildən az təşkil etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. DSMF X2 ümümi iş stajını və zərərli işdəki stajını təsdiq edən və güzəştli şərtlərlə yaşa gorə pensiya hüququnun olduğunu sübut edən sənədlər təqdim olunmuşdur. Belə ki, işlədiyi “xxxx” QSC-nin X15 Donanmasının xx xxxxxx 2020-ci il tarixli arxiv arayişında onun tutuduğu vəzifələr, çalışdığı peşə və gün göstərilən tarixlərdən onun ümümi və zərərli işdə çalışdığı iş stajı göstərilmişdir. Həmin arayışda qeyd olunub ki, onun x xxxxxx 2006-cı il tarixədək 21 il, 11 ay 26 gün güzəştli şərtlərlə əmək stajı vardır, iş stajından əlavə olaraq iş stajı kimi hesablanan 2 il 18 gün hərbi xidmətdə olmuş və 2 il, 10 ay 16 gün işlədiyi peşə üzrə təhsil almiş, ümümilikdə 26 il 11 ay ümümi iş stajı vardır. x xxxxxxx 1956-cı il tarixdə qanuni qüvvəyə minmiş və xx xxxxxxxx 1992-ci il tarixədək qüvvədə olmuş «Dövlət Təminatı haqqında» SSRİ qanununun 1-ci maddəsinin “V” bəndinə görə ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar əmək pensiyası almaq hüququna malikdir. Həmin Qanunun 109-cu maddəsinin “İ” yanmbəndində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərin bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 67-ci maddəsinin “g” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Həmin arayışa və əmək kitabçasına əsasən onun (iddiaçının) x xxxxxx 2006-cı il tarixədək onun AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarın ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda qeyd olunan “XXİİİ. Ümumi peşələr” bölməsində "12100000—19905” və “12100000—19906” kodla göstərilən peşələrə uyğun olaraq ağır və zərərli işdə işlədiyinə görə “elektrik qaynaqçı” kimi 21 il, 11 ay, 26 gün iş stajı vardır. Yuxarıda qeyd olunan sənədlər DSMF X12 İdarəsinə təqdim etdilsə də, öz imtina məktubunda əsassız olaraq «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə istinad edərək və AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahinı əsas tutaraq qeyd olunur ki, onun x xxxxxx 2006-cı tarixədək 25 il ümümi iş stajı toplanmır. Görünür ki, DSMF X12 İdarəsinin əmədaşları ümumiyyətlə onun sənədlərinmə baxmamışdır. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Bundan əlavə olaraq, AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarında onun çalışdığı vəzifə 1 nömrəli siyahıda “XXİİİ. Ümumi peşələr” bəndində “12100000 – 19905” və “12100000 – 19906” nömrə ilə qeyd olunmuşdur və çalışdığı peşə vəzifəsinə uyğun olaraq 50 yaşına çatdığı halda azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışdığına görə pensiya təyin olunmalıdır. Bir daha qeyd olunmalıdır ki, onun 26 il 11 ay ümümi iş stajı vardır, həmin stajın 21 il, 11 ay, 26 günü “elektrik qaynaqçı” olaraq çalışmışdır. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunanlara əsasən ona x xxxxxx 2012ci il tarixdən, 50 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. DSMF qurumunun qəbul etdiyi qərar əsasız və qanunsuzdur. Göstərilənlərə və İPM-in 1.2, 12-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 8, 9, 14-cü maddələrinə, «Dövlət rüsümü haqqında» AR Qanununun 9.1.12-ci maddəsinə əsaslanaraq, ona (iddiaçıya) 50 yaşdan, yəni x xxxxxx 2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və məhkəmə qərarı qüvvəyə minənədək yığılan pensiya ödənişini orta aylıq əmək haqqı ilə hesablanaraq birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddiasına etiraz olunur, onun dəlilləri əsasızdır. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun iddiaçıya şamil edilməsi üçün onun x xxxxxx 2006-ci il tarixinədək (yəni «Əmək pensiyaları haqqında» AR Qanunu qüvvəyə minənədək) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1 - iddiaçının qanunla tələb edilən pensiya yaşma çatması, 2 - iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması, 3 - iddiaçının işlədiyi peşənin AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıda göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə görə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər islərdə çalışan kişilər 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmir işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Ümumiyyətlə, iddiaçının işləmiş olduğu peşələrin güzəştli olub-olmaması ilə bağlı “xxxx” QSC X15 Donanması tərəfindən xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2020ci il tarixli iki arxiv aravısı təqdim edilmişdir. Bu arxiv arayışları arasında ziddiyyətli məqamlar ondan ibarətdir ki, onlarda AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı Nazirlər Kabinetinin müvafiq qərarının fərqli bölmələrinə istinad edilmişdir. Lakin hər iki arxiv arayışından da görünür ki, iddiaçının işləmiş olduğu peşələr AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahıda mövcud deyildir. İddiaçının güzəştli staj illəri 10 ildən azdır. Belə olan halda, ona münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu tətbiq edilə bilməz. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlamamışdır. Bu mənada, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. AR Ali Məhkəməsinin X8 işi üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli 2-l(102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya instansiya məhkəməsi qərarında belə hesab edir ki, əgər AR Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır. Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə, qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab oluna bilər ”. Göründüyü kimi, AR Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki. hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız İddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Şərh edilənlərə əsasən və İPM-in tələblərini rəhbər tutaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və iddianın «iddiaçıya 51 yaş 6 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişini orta aylıq əmək haqqı ilə hesablanaraq birdəfəlik qaydada ödənilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qismən, yəni «iddiaçıya 51 yaş yarımdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yığılan pensiya ödənişinin müraciət olunduğu vaxtdan son üç illik dövr üzrə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul etmiş, iddianın dəyişdirilməsinin qalan hissədə qəbulundan imtina etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “Dövlət X4”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Həmin Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki: - (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi (vəkili) gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X10 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qərarla təsdiqlənmiş 1 nömrəli Siyahının “XXİİİ. Ümumi peşələr” bölməsinə 12100000 – 19906 kodu ilə müəyyən edilən “Rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları” peşəsi də daxil edilmişdir. İş materiallarından görünür ki, hazırkı İddiaçı x xxxxxx 1962-ci il tarixdə doğulmuşdur və onun hazırkı yaşayış yeri Şabran rayonunun Qəndov kəndidir. “xxxx” QSC X15 Donanmasının xx xxxxxx 2020-ci il tarixli məktubu ilə hazırkı İddiaçı təqdim olunmuş arayışda aşağıdakılar qeyd olunmuşdur: - x xxxxxx 1962-ci il tarixdə doğulmuş İddiaçı həqiqətən hərbi xidməti bitirdikdən sonra (hərbi xidmət müddəti: xx xxxxxxx 1981-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək, hərbi bilet NZ № 4497255) x xxxxxx 1984-cü il tarixdə Abşeron Rayon Dəniz X13 adası X16 Emalatxanasına (ÜGTE) 3-cü dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı peşəsinə (x xxxxxx 1984-cü il tarixli 05/şh nömrəli əmr) işə qəbul edilmişdir. xx xxxxxxx 1984-cü il tarixdə ÜGTE-yə 4-cü dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı peşəsinə (xx xxxxxxx 1985-ci il tarixli 353/şh nömrəli əmr) keçirilmişdir. O, x xxxx 1987-ci il tarixdə Çilov adası ÜGTE-də 5-ci dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısi (x xxxx 1987-ci il tarixli 163/şh nömrəli əmr), x xxxxx 1989-cu il tarixdə Çilov adası ÜGTE-də 5-ci dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı (x xxxxx 1989-cu il tarixli 34/şh nömrəli əmr), xx xxxxxx 2005-ci ildə ÜGTE-də 5-ci dərəcəli gəmi gövdə təmirçisi peşəsində (xx xxxxxx 2005-ci il tarixli 184/şh nömrəli əmr), xx xxxxxx 2006-cı il tarixdə ÜGTE-də 5-ci dərəcəli elektrik qaynaqçısı (xx xxxxxx 2006-cı il tarixli 12/şh nömrəli əmr), x xxxxxx 2014-cü ildə Çilov adası ÜGTE-də 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsində (xx xxxxxx 2014-cü il tarixli 208/şh nömrəli əmr) çalışmışdır. xx xxx 2014-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi) xx xxx 2014-cü il tarixli 91-k nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Gəmi elektrik qaynaqçısı, gəmi gövdə təmirçisi işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olanlar. “Gəmi elektrik qaynaqçısı", ’’Gəmi gövdə təmirçisi” güzəştli peşə olaraq, AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 11-ci “Metal emalı” bölməsinin 11.6 bəndində və 35-ci “Ümumi peşələr” bölməsində müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 21 il 11 ay 26 gün təşkil edir. Əsas: kadr əmrləri, şəxsi iş, ştat cədvəli “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində Xidmət Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin x xxxx 2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən ’Xəzərdənizneftdonanma” İdarəsi x xxxx 2007-ci il taruxdən X15 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2013-cü il tarixli 6 nömrəli və xx xxxxxx 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X9 və X15 Donanmasının yenidən təşkili yolu ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. “xxxx” QSC X15 Donanmasının xx xxxxxx 2020-ci il tarixli məktubu ilə hazırkı İddiaçı təqdim olunmuş arayışda aşağıdakılar qeyd olunmuşdur: - xx xxxxxx 1962-ci il tarixdə doğulmuş İddiaçı həqiqətən hərbi xidməti bitirdikdən sonra (hərbi xidmət müddəti: xx xxxxxxx 1981-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək, hərbi bilet NZ № 4497255) x xxxxxx 1984-cü il tarixdə Abşeron Rayon Dəniz X13 adası X16 Emalatxanasına (ÜGTE) 3-cü dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı peşəsinə (x xxxxxx 1984-cü il tarixli 05/şh nömrəli əmr) işə qəbul edilmişdir. xx xxxxxxx 1984-cü il tarixdə ÜGTE-yə 4-cü dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı peşəsinə (xx xxxxxxx 1985-ci il tarixli 353/şh nömrəli əmr) keçirilmişdir. O, x xxxx 1987-ci il tarixdə Çilov adası ÜGTE-də 5-ci dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısi (x xxxx 1987-ci il tarixli 163/şh nömrəli əmr), x xxxxx 1989-cu il tarixdə Çilov adası ÜGTE-də 5-ci dərəcəli əllə qaynaqedən elektrik qaynaqçısı (x xxxxx 1989-cu il tarixli 34/şh nömrəli əmr), xx xxxxxx 2005-ci ildə ÜGTE-də 5-ci dərəcəli gəmi gövdə təmirçisi peşəsində (xx xxxxxx 2005-ci il tarixli 184/şh nömrəli əmr), xx xxxxxx 2006-cı il tarixdə ÜGTE-də 5-ci dərəcəli elektrik qaynaqçısı (xx xxxxxx 2006-cı il tarixli 12/şh nömrəli əmr), x xxxxxx 2014-cü ildə Çilov adası ÜGTE-də 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsində (xx xxxxxx 2014-cü il tarixli 208/şh nömrəli əmr) çalışmışdır. xx xxx 2014-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisar edilməsi) xx xxx 2014-cü il tarixli 91-k nömrəli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda qeyd olunan elektrik qaynaqçısı peşəsi AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın (AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə Siyahı qüvvədən düşmüşdür) 23-cü “Ümumi peşələr” bölməsinə əsasən (kod: 12100000 – 19906: rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları) əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr siyahısına daxildir. İddiaçı elektrik qaz qaynaqçısı peşəsi üzrə x xxxxxx 2014-cü il tarixdən xx xxx 2014-ci il tarixədək fəaliyyət göstərdiyi və bu tarixlərdə AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahıları» qüvvədən düşdüyündən, həmin peşə AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 11-ci “Metal emalı” bölməsinin 11.5-ci bəndinin “a” yarımbəndinə əsasən (məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaqedənlər elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları) əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrə aid edilir. Əsas: kadr əmrləri, şəxsi iş, ştat cədvəli. Azərbaycan Respublikası Prezidentinin x xxxx 2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən ’’Xəzərdənizneftdonanma” İdarəsi x xxxx 2007-ci il tarixdən X15 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2013-cü il tarixli 6 nömrəli və xx xxxxxx 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X9 və X15 Donanmasının yenidən təşkili yolu ilə “xxxx" QSC yaradılmışdır. İş materiallarından görünür ki, İddiaçı adına ИТ-İ ******* nömrəli əmək kitabçası açılmış və sənəddə onun 1981 – 2014-cü illərdə fəaliyyəti ilə bağlı müvafiq qeydlər aparılmışdır. İş materiallarında olan НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1981-ci ilin oktyabr ayından 1983-cü ilin noyabr ayınadək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan B 813141 nömrəli diplomun surətindən görünür ki, İddiaçı 1978 – 1981-ci illərdə Bakı şəhəri 5 nömrəli orta texniki peşə məktəbində təhsil almışdır. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq X15 Donanmasından daxiul olmuş x xxxxxxx 2020-ci il tarixli məkltubda aşağıdakılar bildirilmişdir: - İddiaçı əl ilə qaynaq edən elektrik qaynaqçısı kimi rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində işləmişdir. Göründüyü kimi, hazırkı İddiaçı x xxxxxx 2006-cı il tarixədək 10 ildən çox işlədiyi “əl ilə qaynaq edən elektrik qaynaqçısı” peşəsi AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda 12100000 – 19906 kodu ilə nəzərdə tutulmuşdur (rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan). Məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərin, habelə hərbi bilet və diplomdakı qeydlərin həqiqətə uyğun olmadığı inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur. Həmin iş illərinin ümumi sığorta stajına daxil olunmasına əsas verir. Belə olan halda, məhkəmə cavabdehin iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda göstərilən vəzifədə azı 10 il iş stajının olmaması mövqeyi ilə razılaşmır. İnzibati orqan imtinasında həmin halı əsas gətirməklə ərizəçinin (iddiaçının) qaldırdığı məsələnin həllindən imtina olunması «İnzibati icraat haqqında» AR Qanununun 15, 19, 24, 58.1-ci maddələrinin tələblərinə ziddir. Belə olan halda, İddiaçı x xxxxxx 2000-ci il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 20 ildən artıq ümumi, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 51 yaş yarım tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından inzibati orqanın imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə bir xüsusatı da vurğulayır ki, iddianın ikinci hissəsində “hazırkı dövrədək yaranmış fərq məbləğinin ödənilməsi” tələb olunur. Bu tələbə münasibətdə məhkəmənin qənaəti belədir ki, İddiaçı əmək pensiyası təyin olunarkən ödənilməmiş məbləğinin ödənilməsi üzrə ona münasibətdə «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1, 37.7-ci maddələrinin tələbləri tətbiq olunmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı 51 yaş yarım tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və keçmiş 3 illik müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF X11 İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 51 yaş yarım tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və keçmiş 3 illik müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh DSMF X11 İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4418/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4418/2020
06.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver