Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4419/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinə dair plan-cizgi sənədinin verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı torpaq sahəsinə dair plan-cizgi sənədinin verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh başçısının 31 mart 2000-ci il tarixli, 253 saylı sərəncamına əsasən Lökbatan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün X2 ayrılmış 300 kv.m torpaq sahəsini və orada tikilmiş bir mərtəbəli, üç otaqlı yaşayış evinin özəlləşdirilməsi üçün Cavabdehndən plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, Ə-105-091 nömrəli və xx.xx.2022-ci iltarixli, Ə- 101-091 nömrəli cavab məktublarında torpaq sahəsinin ölçülərində uyğunsuzluq və əlavə torpaq sahəsinin olması əsas gətirilərək ona plan-cizgi sənədinin verilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə qarşı hər hansı münasibət bildirilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, H-218 nömrəli Cavabdeh başçısının 253 nömrəli, 31 mart 2000-ci il tarixli sərəncamından arxiv çıxarışının surətindən görünür ki, Bakı şəhər XDS İcrakomunun xx.xx.1989-cu il tarixli, 13/713 saylı qərarına müvafiq olaraq, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 16, mənzil 4-də yaşayan X2 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 300.0 kv.m torpaq sahəsi ayrılmışdır. İşdə olan Bakı Nikah Evi tərəfindən verilmiş AZ-İ seriyalı, 549252 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 ilə X3 arasında 28 noyabr 2009-cu il tarixdə rəsmi nikah bağlanmışdır. Nikahdan sonra arvada “Həsənova” soyadı verilmmişdir. İşdə olan Bakı şəhəri 8 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş AR-İ nömrəli, 806208 nömrəli etibarnamədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli, 253 nömrəli sərəncamına əsasən ona məxsus Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsini özəlləşdirməyi, buna dair idarə və təşkilatlarda, həmçinin Azərbaycan Respublikasının rayon icra hakimiyyətlərində, Arxivlər İdarəsində, Asan Xidmət Mərkəzlərində, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin Ərazi İdarələrində, notariat ofisində təmsilçisi olmağı, sənədlərdə müvafiq düzəlişlər aparmağı, lazımi sənədləri verməyi almağı və s. işləri aparmağı etibar etmişdir. Etibarnamə 60 il müddətinə verilmişdir. İşdə olan cavabdeh tərəfindən X5 ünvanlanmış Ə-101-091 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubunun surətindən görünür ki, Nümayəndə Lökbatan qəsbəsində yerləşən torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə bağlı rayon icra hakimiyyəti başçısına ünvanlanmış müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, Cavabdeh başçısının xx.xx.2000-ci il tarixli, 253 nörməli sərəncamına əsasən Dəmirova (onun soyadının Həsənova ilə dəyişdirilməsini təsdiq edən sənəd təqdim edilməmişdir) Rəxşəndə Mirzə qızına Lökbatan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin 300 kv.m torpaq sahəsi üzərində müəyyən hərəkətlər etmək səlahiyyəti Bakı şəhəri 8 saylı dövlət notariusunda təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, AR-İ № 806208 nömrəli etibarnaməyə əsasən ona etibar edilmişdir. Etibarnamə əsasında ona verilmiş sözügedən torpaq sahəsi Rəxşəndə Dəmirovaya ayrılarkən həmin zaman qüvvədə olan qanunvericilik aktlarına əsasən ona yerləşmə cizgisi yer quruluşu orqanları tərəfindən yerdə (natuarada) sahənin hüdudları müəyyən edilməklə müvafiq sənədlər rəsmiləşdirilib verilmişdir. Bu həmin sərəncamın qüvvəyə minməsi üçün əsas olmuşdur. Eyni zamanda bildirilmişdir ki, ərizəsinə əsasən araşdırma zamanı cizgidə göstərilən hüdudlar üzrə ölçü aparılmış və tərəflərindən əlavə torpaq sahəsinin zəbt edilməsi faktı aşkar edilmişdir. Beləliklə, məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddia ərizəsi üzrə mübahisəli torpaq sahəsi Həsənova (Dəmirova) Rəxşəndə Mirzə qızına ayrılmasına, iddia ərizəsi Həsənova (Dəmirova) Rəxşəndə Mirzə qızı tərəfindən qaldırılmasına baxmayaraq, iddia ərizəsi onun əvəzindən xx.xx.2019-cu il tarixli, AR-İ seriyalı, 806208 nömrəli etibarnamə əsasında X7 tərəfindən imzalanmışdır. Halbuki, həmin etibarnamə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1 və 69.1-1-ci, 74-cü və 150.1-ci maddələrinin tələblərinə uyğun olmamaqla, sözügedən iddianın səlahiyyətli şəxs tərəfindən imzalanması halını istisna etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə əsasən Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəlləsinin 150.1-ci maddəsinin tələblərinə əsasən: 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); 150.1.7. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd. Qanunvericiliyin tələblərindən göründüyü kimi, qanunverici məhkəmə iclasında nümayəndə qismində iştirak edə biləcək səlahiyyətli şəxslərin dairəsini müəyyən edərək (MPM maddə 69.1-1) fiziki şəxsin nümayəndəsinin onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola biləcəyini təsbit etmişdir. Hazırki işin halları ilə isə X1 şəxslərin siyahısına daxil olması müəyyən edilməmişdir. Bütün bu qeyd olunanlar isə hazırkı iddia tələbinin məhkəmə icraatının mümkünlüyünü istisna edir. Belə olan halda da, İPM-in 35.1-ci maddəsinin tələbi baxımından, həmin iddia tələbi əsaslandırılmış iddia tələbi kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibatiMəhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4419/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4419/2023
23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver