Məhkəmə qərarları › İş №2-1(112)-4423/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4423/2021

05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4423/2021 05.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Dövlət Sərhəd Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək ehtiyata buraxılarkən xidmət etdiyi Dövlət Sərhəd Xidmətinin mühəndis şöbəsinin əsasında yaradılan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin mühəndis idarəsi rəisinin hazırki vəzifə maaşı əsas götürülməklə barəsində tərtib olunmuş yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti yarandığı gündən 20.06.2011-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit kimi hərbi xidmət keçib. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - X2 20.06.2011-ci il tarixli, 0171 №-li əmri ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin “mühəndis şöbəsinin rəisi” vəzifəsindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə ) ehtiyata buraxılıb. və ona Dövlət Sərhəd Xidməti tərəfindən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmiş barəsində tərtib edilmiş məlumat vərəqində göstərilən ehtiyata buraxılarkən aldığı pul təminatı xərcliyi (aylıq pul təminatı) nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun ehtiyata buraxıldığı zaman tutduğu vəzifənin vəzifə maaşında 2018-ci ilin avqustunda aparılmış təşkilatı-ştat dəyişiklikləri ilə əlaqədar artım baş vermişdir. Belə ki, ehtiyata buraxılarkən tutduğu vəzifənin adı - “Azərbaycan Respublikasının DSX-nın mühəndis şöbəsi” “Azərbaycan Respublikası DSX-nın mühəndis idarəsi” adına dəyişdirilmişdir. Bununla əlaqədar həmin vəzifənin vəzifə maaşında da artım baş vermişdir. Lakin bu artım onun aldığı pensiyada öz əksini tapmamışdır. Belə ki, ehtiyata buraxıldığı qurum - Dövlət Sərhəd Xidməti ehtiyata buraxılarkən tutduğu vəzifənin vəzifə maaşında baş vermiş artımı nəzərə almaq şərti ilə barəsində yeni məlumat vərəqi tərtib edərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərməli olduğu halda bunu etməmişdir. Ehtiyata buraxıldığı DSX-nın mühəndis şöbəsinin əsasında yaradılan DSX-nın mühəndis idarəsi rəisinin hazırki vəzifə maaşı əsas götürülməklə barəsində tərtib olunmuş yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi xahişi ilə 11.01.2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edib. Lakin ərizəsinə 01.02.2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabı onunla əsaslandırılmışdır ki, Dövlət Sərhəd Xidməti Aparatında aparılmış dəyişikliklərlə bağlı müəyyən edilmiş aylıq vəzifə maaşları ehtiyata buraxılmış hərbi qulluqçulara şamil edilmir. İmtinanı əsassız və qanunsuz hesab edir.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurumun 01.02.2021-ci il tarixli imtina məktubunda bildirilir ki, Dövlət Sərhəd Xidməti Aparatı Baş Qərargahın X3 İdarəsi mühəndis şöbəsinin rəisi vəzifəsi ilə 20 iyun 2011-ci il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılıb və Dövlət Sərhəd Xidməti Aparatının hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarına uyğun olaraq son təminat təminat xərcliyinə görə pensiya təyin edilmişdir. Ona 20 iyun 2011-ci il tarixdə təyin olunmuş pensiya Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 1 sentyabr 2019-cu il tarixdən qanuna uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 sentiyabr tarixli 406 nömrəli Qaran ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maşlarına uyğun olaraq artımlar nəzərə alınaraq (ehtiyata buraxıldığınız günə xidmət etdiyiniz son vəzifəyə üzrə) yenidən hesablanmışdır. 2018-ci ilin avqust ayında Dövlət Sərhəd Xidməti Aparatında təşkilat-ştat strukturunda aparılmış dəyişiklikləri ilə bağlı müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatında olan hərbi qulluqçulara şamil edilmir.

4. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı Dövlət Sərhəd Xidməti rəisi-X2 17.06.2011-ci il tarixli 929 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Mərkəzi Aparatın Baş Qərargahın X3 İdarəsinin mühəndis şöbəsinin rəisi (ştat üzrə polkovnik) vəzifəsindən polkovnik hərbi rütbəsində Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən ona qanunauyğun olaraq Dövlət Sərhəd Xidməti Aparatının hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarına əsasən son təminat xərcliyinə görə pensiya təyin edilmiş və hərbi xidmət müddətində tutduğu son vəzifə Dövlət Sərhəd Xidməti Aparatının Baş Qərargahının X3 İdarəsinin mühəndis şöbəsinin rəisi vəzifəsi və vəzifə maaşı hesablanaraq Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Dövlət Sərhəd Xidmətinin ştat strukturunda edilmiş müvafiq dəyişikliklərə əsasən Dövlət Sərhəd Xidməti rəisinin 17.07.2017-ci il tarixli əmri ilə sözügedən mühəndis şöbəsi vəzifəsi ştat üzrə polkovnik vəzifəsi saxlanılmaqla mühəndis idarəsi adlandırılmışdır. Dövlət Sərhəd Xidməti Aparatında təşkilat-ştat strukturunda aparılmış dəyişiklikləri ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hərbi qulluqçulara şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.09.2019-cu il tarixli 406 nömrəli qərarı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarına uyğun olaraq artımlar nəzərə alınaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı 20.06.2011-ci il tarixdə təyin olunmuş pensiya hərbi qulluqçunun ehtiyata buraxıldığı günə xidmət etdiyi son vəzifəyə uyğun yenidən hesablanmışdır.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Məhkəmənin baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. İddianın növü öhdəliyin icrasına dair iddiadır, belə ki, cavabdeh qurumun inzibati aktın qəbul edilməsi ilə nətəcələnməyən faktiki xarakterli hərəkətlərin icrası ilə bağlıdır.

8. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

9. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

11. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

12. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunları Komandanının “şəxsi heyət üzrə” 17.06.2011-ci il tarixli 929 ş/h №-li əmrindən çıxarışa əsasən, Polkovnik İddiaçı Baş Qərargahın X3 İdarəsi mühəndis şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, Polkovnik İddiaçı hərbi geyim forması daşımaq hüququ verilmiş, hərbi qeydiyyata götürülmək üçün Bakı şəhər Nərimanov rayon hərbi komissarlığına göndərilmişdir. Polkovnik İddiaçı 01 iyun 2011-ci il tarixə xidmət illəri: Təqvimi: 27 il, 09 ay, 26 gün; Güzəştli: 08 il, 11 ay, 26 gün; Cəmi: 36 il, 09 ay, 22 gün

15. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış 22.01.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 4 iyul 2011-ci il tarixli 000264 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun qaydada iddiaçıya 8 iyul 2011-ci il tarixində Mərkəzi Filial tərəfindən yaşa görə öz arzusu ilə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək sonuncu vəzifənizə uyğun olaraq 36 il 10 ay 12 gün (təqvimi xidmət illəri 27 il 10 ay 15 gün, güzəştli xidmət illəri 8 il 11 ay 27 gün) xidmət müddətinə görə təminat xərcliyinin (1588,70) 98 faizi-i 1556,93 manat" məbləğində pensiya qanunvericiliyə uyğun olaraq hesablanaraq ödənilmişdir. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyiniz orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1665,27 manata artırılmaqla ona ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi filiala daxil olmuş vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət etdiyi vəzifəsinə uyğun vəzifə maaşı 995.00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə-344,70 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə-348,25 manat, xarici dilə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə-99,50 manat, sərhəd qoşunlarında xidmətə görə vəzifə maaşının 10 faizi miqdarında əlavə-99,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 2104,95 saat təşkil etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası’nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (16 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (16x2) təminat xərcliyinin 32 faizi; natamam ildəki iş stajı aylarının sayına (10 ay) mütənasib olaraq təminat xərcliyinin 1.66 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 83,66 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyinin (1588,70 manat) ilə 1 sentyabr 2019cu il tarixindən sonrakı təminat xərcliyi (2104,95 manat) arasındakı fərq məbləğinin 516,25 manat) 83,66 faizi-431,90 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanın 1556,93 manat) üzərinə əlavə olunmaqla 1988,83 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, nərbi xidmət müddəti və təminat xərclıyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Mərkəzi Filiala göndərilməlidir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablanmanın aparılması məsələsinə təminat xərcliyində baş verən dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan Mərkəzi Filiala daxil olduqdan sonra baxıla bilər.

16. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən arayışa əsasən, iddiaçı sabiq hərbi qulluqçu İddiaçı Nazirlər Kabinetinin 135 nömrəli Qərarına əsasən hərbi qulluqçu ehtiyata buraxılarkən onun pensiyası sonuncu vəzifə maaşına əsasən hesablanmış pul təminatına uyğun təyin olunmuşdur. Dövlət Sərhəd Xidmətində şöbə rəisinin vəzifə (tarif) maaşları Nazirlər Kabinetinin 406 nömrəli qərarının İ hissəsinə uyğun olaraq qeyd edilən tarixlər üzrə aşağıdakı kimi olmuşdur. 2011-ci il üzrə 605,00 manat; 2012-ci il üzrə 665,00 manat; 2013-cü il üzrə 730,00 manat; 2019-cu il üzrə 995,00 manat; 2021-ci il üzrə 995,00 manat.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2019-cu il tarixli 406 nömrəli qərarı ilə 2019-cu il sentyabrın 1-dən tətbiq edilməklə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilmişdir.

20. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının pensiyasının yenidən hesablanması üçün yeni məlumat vərəqəsinin verilməsinə “qanuni gözləntisi” varmı? Belə ki, X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

21. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

22. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

23. Məhkəmə iddiaçının yeni məlumat vərəqəsinin verilməsinə dair hüquqi müddəaya və ya hüquqi akta əsaslanan “qanuni gözləntisi” olduğunu müəyyən etmir. Belə ki, müvafiq inzibati hüquq münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (bax 17 və 18-ci bəndlər) pensiya təminatı zamanı hərbi qulluqçuların məhz hərbi xidmətdən buraxıldığı günə olan vəzifəsi üzrə təminat xərcliyini nəzərə alır. Bu, hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Ştat strukturunda edilmiş sonrakı dəyişiklik əmək pensiyaçısının pensiya təminatına təsir etmir. İddiaçının həmin tələbi hüquqi müddəaya əsaslanmır.

24. Eyni zamanda məhkəmə müəyyən edir ki, iddiaçının Dövlət Sərhəd Xidmətində şöbə rəisinin vəzifə (tarif) maaşı üzrə pensiyası sonuncu vəzifə maaşına əsasən hesablanmış pul təminatına uyğun 2011-ci ildən bəri mütəmadi olaraq yenidən hesablanmış, sonuncu dəfə 2019-cu ildə iddiaçının təminat xərcliyindəki artımlar nəzərə alınaraq pensiyası yenidən hesablanmışdır (bax 15 və 16-cı bəndlər).

25. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

26. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar