Məhkəmə qərarları › İş №2-1(112)-4425/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4425/2020

30.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4425/2020 30.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Sumqayıt şəhəri, mk-r-10, ev 59, mənzil 28) cavabdeh – Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X6 İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «təhsil illəri sığorta stajına daxil edilməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş məbləğin ödənilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 (bundan sonra – DSMF) Sumqayıt şəhər şöbəsinə qarşı «təhsil illəri sığorta stajına daxil edilməklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş məbləğin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, o (iddiaçı), xx xxxxxxx 1962-ci il tarixdə doğulmuşdur. x xxxxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1980-ci il tarixədək Sumqayıt şəhərində X10ndə təhsil almış, 1980 – 1982-ci illərdə hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə 1983-cü ildə başlamışdır. Müxtəlif idarələrdə, müxtəlif işlərdə, o cümlədən güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə işləmişdir. İş materiallarına əlavə olunan arxiv arayışından görünür ki, onun əmək fəaliyyətinin böyük bir hissəsi güzəştli şərtlərlə pensiya hüququ verən xüsusilə zərərli olan sahədə olmuşdur. x xxxxxx 2006-cı il tarixədək o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 1 nömrəli Siyahı üzrə 10 ildən artıq güzəştli iş stajına, həmçinin iş materiallarına əsasən 20 ildən artıq ümumi iş stajına malikdir. O, əmək pensiyası təyin olunması üçün DSMF Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Lakin həmin qurum tərəfindən ona pensiya təyin olunmamış və imtinaya səbəb kimi təhsil müddətinin nəzərə alınaması göstərilmişdir. Halbuki, x xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 3-cü abzasının “g” bəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüquqi verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 38, 60, 71-ci maddələrinə, İPM-in 33.1, 73.1-ci maddələrinə əsaslanaraq, ona (iddiaçıya) x xxxxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1980-ci il tarixədək təhsil aldığı dövr sosial sığorta stajına daxil edilməklə 52 yaşdan, yəni xx xxxxxxx 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş əmək pensiyasının məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatına qəbul olunduqdan sonra İPM-in 45, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmışdır. Cavabdeh DSMF Sumqayıt şəhər şöbəsinin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış iddia qarşı yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilmişdir: - x xxxxxx 2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yeraltı və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 52 yaşına çatdıqda və (x xxxxxx 2006-cı il tarixədək) azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ qazanırlar. Şöbəyə təqdim edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəıçi xx xxxxxxx 1962-ci il təvəllüdlüdür, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 20 il ümumi sosial sığorta stajına qarşı 19 il 3 ay 12 gün sosial sığorta stajı olduğundan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sosial sığorta iştirakçıları sığortaçı, sığortaedən və sığortaolunanlardır. Sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. İddiaçı x xxxxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1980-ci il tarixədək və x xxxxx 1998-ci il tarixdən xx xxxxx 2000-ci il tarixədək məcburii dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığından, tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-734/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF Sumqayıt şəhər şöbəsinin apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(085)-734/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati- İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. X8 Məhkəməsinə daxil olduqdan sonra iddiaçı tərəf məhkəməyə ərizə təqdim edərək, cavabdeh DSMF Sumqayıt şəhər şöbəsinin DSMF X6 İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək cavabdeh DSMF Sumqayıt şəhər şöbəsi DSMF X6 İdarəsi ilə əvəz olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil oluqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq məhkəmənin xx xxx 2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdeh DSMF X6 İdarəsinə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 DSMF orqanının imtinasının əsaslı olduğunu, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmadığını bildirdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan DSMF Sumqayıt şəhər şöbəsinin İddiaçı onun xx xxxxxx 2019-cu il tarixli ərizəsinə cavab olaraq ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - x xxxxxx 2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxxxx 2006-cı il tarixədək qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və (x xxxxxx 2006-cı il tarixədək) azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Şöbəyə təqdim olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1962-ci il tarixdə doğulmusunuz, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 20 il ümumi sosial sığorta stajına qarşı 19 il 03 ay 12 gün sosial sığorta stajınız olduğundan, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sosial sığorta iştirakçıları sığortaçı, sığortaedən və sığortaolunanlardır. Sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. Siz (ərizəçi) x xxxxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1980-ci il tarixədək və x xxxxx 1998-ci il tarixdən xx xxxxx 2000-ci il tarixədək məcburii dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığınızdan, tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərkimya” İstehsalat Birliyi “Üzvi sintez” Zavodu tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli arayışlarında aşağıdakılar bildirilmişdir: - İddiaçı xx xxxx 1996-cı il tarixdən x xxxxxxxx 1996-cı il tarixədək tam iş günü “Azərkimya”nin “Üzvi sintez” Zavodunun 1 saylı İst. Epixlorlidrin sexində aparatçı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsində şifr 1080A010 koduna əsasən 1 saylı siyahıda sadalanan istehsalatlarda güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir; - İddiaçı xx xxxxxx 1983-cü il tarixdən xx xxxxxx 1992-ci il tarixədək tam iş günü “Azərkimya”nin “Üzvi sintez” Zavodunun 5 saylı İst. Kalium qələvisinin buxarlandırıcıları sexində aparatçı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsində şifr 1080A010 koduna əsasən 1 saylı siyahıda sadalanan istehsalatlarda güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir; - İddiaçı xx xxxxxx 1992-ci il tarixdən xx xxx 1996-cı il tarixədək tam iş günü “Azərkimya”nin “Üzvi sintez” Zavodunun “Etimad” BDM-nin Kalium qələvisi sexində aparatçı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsində şifr 1080A010 koduna əsasən 1 saylı siyahıda sadalanan istehsalatlarda güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir; - İddiaçı xx xxxxxxxx 1996-cı il tarixdən xx xxxxxxxx 2001-ci il tarixədək tam iş günü “Azərkimya”nin “Üzvi sintez” Zavodunun Epoksid qətranı poliizobutilen və lak-boya bərkidiciləri sexində aparatçı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarının Vİİİ bölməsində şifr 1080A010 koduna əsasən 1 saylı siyahıda sadalanan istehsalatlarda güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İş materiallarında olan X9 İdarəsi tərəfindən xx xxxxxxx 2012-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, xx xxxxxxx 1962-ci il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Sumqayıt şəhəri, mkr-10, ev 59, mənzil 28. İş materiallarında olan HЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1980-ci il tarixdən xx xxxxxx 1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan İddiaçı məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1983-cü ildən 2001-ci ilin sentyabr ayınadək müxtəlif işlərdə (vəzifələrdə) əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X3 xx xxxxxx 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 1978-ci ilin sentyabr ayından 1980-ci ilin dekabr ayınadək Sumqayıt şəhər X10 – 41 -də təhsil almışdır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxxx 1962-ci il tarixdə doğulmuşdur, 1978-ci ilin sentyabr ayından 1980-ci ilin dekabr ayınadək Sumqayıt şəhərində X10ndə təhsil almışdır. 1980 – 1982-ci illərdə hərbi xidmətdə olmuşdur. 1983cü ildən əmək fəaliyyətinə başlamış və 2006-cı ilin 1 yanvar tarixinədək müxtəlif işlərdə (vəzifələrdə), o cümlədən “Azərkimya” İB “Üzvi sintez” Zavodunda ayrı-ayrı sexlərdə aparatçı kimi çalışmışdır. X10ndə təhsil illəri nəzərə alınmadıqda, 2006-cı ilin 1 yanvar tarixinədək onun 19 il 3 ay 12 gün umumi sığorta stajı, o cümlədən 12 ildən artıq “xüsusilə zərərli və ağır” sayalan işdə stajı toplanmış olur. İddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF Sumqayıt şəhər şöbəsinə xx xxxxxx 2019-cu il tarixli ərizə ilə müraciət etmişdir. Şöbə məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılır ki, iddiaçının 2006-cı ilin yanvar ayının 1-dək 20 il ümumi sığorta stajı toplanmır və o, x xxxxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1980-ci il tarixədək və x xxxxx 1998-ci il tarixdən xx xxxxx 2000-ci il tarixədək məcburi dövlət sosila sığortaya cəlb edilən fəaliyyətlə məşğul olmamışdır. İddia hazırda DSMF orqanının imtinasını mübahisələndirir və ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin Qərarla təsdiqlənmiş 1 nömrəli Siyahının “Vİİİ. Kimya istehsalı” bölməsində hazırkı İddiaçı x xxxxxx 2006-cı il tarixədək 10 ildən çox işlədiyi aparatçı peşəsi 1080A10 kodu ilə nəzərdə tutulmuşdur (Tam iş günü “üzvi əridicilər, laklar və onların qatışıqları, . . ., kalium, onların oksidləri, . . . ”lə işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri). Məhkəmə qeyd edir ki, İddiaçı əmək kitabçasındakı qeydlərin (1983 – 2006-cı illər üzrə əmək fəaliyyətinə dair), habelə diplom və hərbi biletdəki qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, onlar mötəbər hesab olunur. Eləcə də, həmin qeydlərin həqiqiliyinin hər hansı arayışla sübut olunması vəzifəsi də inzibati icraatda ərizəçinin üzərinə qoyula bilməz. Bundan başqqa, iddiaçının X10ndə 1978 – 1980-ci illərdəki təhsil dövrü və 1980 – 1982-ci illərdə hərbi xidmət müddəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə, x xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə əsasən ümumi iş stajına daxildir. Bu səbəbdən, cavabdehin imtinasındakı “20 il ümumi iş stajının toplanmaması” dəlili ilə məhkəmə razılaşmır. İnzibati orqanın imtinasındakı digər dəlilə ( “1978 – 1980-ci və 1998 – 2000-ci illərdə məcburi dövlət sosial sığortaya cəlb edilməyən əmək fəaliyyəti ilə məşğul olmaması” barədə) gəldikdə isə, nəzərə alınmalıdır ki, x xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa . . . ğ) ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Odur ki, belə hal (məcburi dövlət sosial sığortaya cəlb edilməmə) iddiaçının sığorta stajının hesablanmasında həmin illərin nəzərə alınmamasına əsas vermir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Həmin halları əsas gətirməklə ərizəçinin (iddiaçının) qaldırdığı məsələnin həllindən imtina olunması ilə «İnzibati icraat haqqında» AR Qanununun 15, 19, 24.1, 24.2, 58.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə olan halda, İddiaçı x xxxxxx 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 20 ildən artıq ümumi, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 52 yaşı tamam olduğu vaxt, yəni xx xxxxxxx 2014-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF X6 İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İddianın ikinci hissəsi (“keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” barədə) ilə bağlı isə məhkəmənin mövqeyi belədir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx xxxxxxx 2014-cü il tarixdə yaransa da, onun müraciəti xx xxxxxx 2019-cu il tarixdə olduğundan, pensiyanın ödənilməmiş hissəsinin yalnız xx xxxxxx 2016-cı ildən sonrakı dövr üzrə məbləği ödənilməlidir. Odur ki, iddia ikinci hissədə qismən əsaslıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı onun x xxxxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1980-ci il tarixədək təhsil aldığı dövr sosial sığorta stajına daxil edilməklə 52 yaşdan (xx xxxxxxx 2014-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının məbləğinin xx xxxxxx 2016-cı il tarixdən sonrakı dövr üzrə hissəsinin ödənilməsi öhdəliyi cavabdeh DSMF X6 İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı onun x xxxxxxxx 1978-ci il tarixdən xx xxxxxx 1980-ci il tarixədək təhsil aldığı dövr sosial sığorta stajına daxil edilməklə 52 yaşdan (xx xxxxxxx 2014-cü il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının məbləğinin xx xxxxxx 2016-cı il tarixdən sonrakı dövr üzrə hissəsinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət X7 X6 İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar