Məhkəmə qərarları › İş №2-1(112)-4425/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4425/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4425/2025 03.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 03 aprel 2025ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC cavabdeh Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş, “Gömrük borcunun, dəbbə pulunun hesablanması və ödənilməsinin tələb edilməsi barədə” 3-33-3200/000003Q saylı 10 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cəmiyyət ilə Azərbaycan Respublikasının qanunvericiliyi əsasında qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sonuncu tərəfindən xx.xx.2022-ci tarixində idxal edilmiş, model nömrəsi LT-32N3105E olan 1000 (bir min) ədəd və model nömrəsi LT-32N3105 olan 425 (dörd yüz iyirmi beş) ədəd “JVC” markalı televizorların Cəmiyyət adından rəsmiləşdirilərək Cəmiyyətin mülkiyyətinə keçməsinə razılaşmışdılar. Bu barədə hər iki hüquqi şəxs tərəfindən Azərbaycan Respublikasının müvafiq gömrük orqanına ərizə ilə müraciət edilmiş və gömrük orqanı tərəfindən razılıq əldə edilmişdir. Satıcı, yəni "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti X1vericiliyi əsasında qeydiyyatdan keçmiş “X4 East DMCC” şirkəti ilə bağlamış olduğu 20 oktyabr 2021-ci il tarixli, ******* saylı Müqaviləyə əsasən sonuncu Çin Xalq Respublikasında istehsal olunan “JVC” markalı televizorları istehsalçıdan alıb "xxxx" MMC-nin adına idxal edəcəkdir. Razılaşmaya uyğun olaraq “X4 East DMCC” şirkəti 20 oktyabr 2021-i il tarixli, NWG-1NV 4685-1 saylı qaimə faktura ilə model nömrəsi LT- 32N3105E olan, bir ədədinin qiyməti 94 (doxsan dörd) ABŞ Dolları olmaqla 1000 (bir min) ədəd və model nömrəsi LT-32N3105 olan, bir ədədinin dəyəri 95 (doxsan beş) ABŞ Dolları olmaqla 425 (dörd yüz iyirmi beş) ədəd, ümumi dəyəri 134.375,0 (bir yüz otuz dörd min üç yüz yetmiş beş) ABŞ Dolları təşkil edən “JVC” markalı televizorların idxal edilə biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixində LTKU2144662 saylı konteyner ilə Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra gömrük ərazisi adlandırılacaq) daxil olmuşdur. Belə olan halda "xxxx" MMC tərəfindən təqdim edilən sənədlər əsasında bəyannaməçi tərəfindən **********6428 saylı gömrük bəyannaməsi elektron qaydada doldurulmuşdur. İdxal olunan mallar Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük buraxılış məntəqəsi ərazisinə daxil olmuşdur. Mallar gömrük ərazisinə daxil olarkən mal müşayiət sənədlərində Çin Xalq Respublikasının **********00885165 saylı ixrac bəyannaməsi müvafiq qurum tərəfindən qəbul edilmişdir. Həmin ixrac gömrük bəyannaməsində malların dəyəri mexaniki səhvlik nəticəsində həddən artıq baha yazılmışdır. Belə ki, model nömrəsi LT-32N3105E olan “JVC” markalı televizorun bir ədədi 140,88 (bir yüz qırx dollar səksən səkkiz sent) ABŞ Dolları, LT-32N3105 olan “JVC” markalı televizorun bir ədədi 142,84 (bir yüz qırx iki dollar səksən dörd) ABŞ Dolları olmaqla ümumilikdə malların dəyəri 201.507,00 (iki yüz bir min beş yüz yeddi) ABŞ Dolları olaraq qeyd edilmişdir. Bununla da mal müşayiət sənədləri arasında olan ixrac bəyannaməsi ilə "xxxx" MMC tərəfindən təqdim edilən idxal bəyannaməsi arasında 67.212,00 (altmış yeddi min iki yüz on iki) ABŞ Dolları məbləğindən artıq məbləğ müəyyən edilmişdir. Belə olan halda müvafiq gömrük qurumu tərəfindən mal müşayiət sənədləri arasında olan ixrac bəyannaməsində qeyd edilən qiymətlər əsasında malların rəsmiləşdirilməsi tələb edilmişdir. "xxxx" MMC-nin səlahiyyətli şəxsləri tərəfindən buna etirazlar edilmişdir. Müvafiq qurum tərəfindən etirazlara məhəl qoyulmamış, idxal olunmuş malların elektron qaydada doldurulmuş gömrük bəyannaməsi əsasında gömrük rəsmiləşdirilməsinin aparılmasına imkan verilməmiş, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq araşdırma aparılmamışdır. Yuxarıda adı qeyd edilən şirkət tərəfindən "xxxx" MMC-nin adına model nömrəsi LT-32N3105 olan 1425 (bir min dörd yüz iyirmi beş) ədəd “JVC” markalı televizorlar idxal edilmiş və xx.xx.2022-ci il tarixində mallar gömrük ərazisinə daxil olmuşdur. Müvafiq sənədlər əsasında "xxxx" MMC tərəfindən malların gömrük ərazisinə idxal edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq **********8572 saylı elektron gömrük bəyannaməsi təqdim edilmişdir. Malları müşayiət edən sənədlərlə "xxxx" MMC tərəfindən təqdim edilən sənədlər arasında heç bir fərq ortaya çıxmamışdır. Lakin müvafiq gömrük orqanı tərəfindən sənədlər əsas götürülmədən əlavə dəyər tətbiq edilmişdir. Bunu da xx.xx.2022ci il tarixli gömrük bəyannaməsində yaranan fərqlə izah etmişlər və bu sənədləri əsas götürərək idxal olunan mallara əlavə gömrük dəyəri tətbiq etmişdilər. Gömrük orqanları xx.xx.2022-ci il tarixli idxal olunmuş malların aqibətinin xx.xx.2022-cil tarixli idxal olan malların aqibəti ilə bir həll olunacağını şifahi qaydada bildirilmişdilər. İkinci bəyannamə əsasında gömrük ərazisinə idxal olunan mallar da gömrük orqanı tərəfindən təyin olunmuş müvafiq yerdə saxlanılmaqdadır və konteyner bu günə kimi təhvil verilməmişdir. Hər iki hal ilə əlaqədar "xxxx" MMC tərəfindən müvafiq qurumun əməkdaşlarının hərəkət və ya hərəkətsizliyindən dəfələrlə həmin qurumun rəhbərinə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxslərinə şifahi şəkildə və yazılı şəkildə müraciətlər edilmişdir. Yazılan ərizələr nəticəsində ERDNBGİ-nin Gömrük prosedurları və ödənişləri şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 31/012/006066 saylı raportun araşdırılması ERDNBGİ, Əməliyyat və Təhqiqat şöbəsinin Təhqiqat bölməsinin böyük təhqiqatçısı X3 tapşırılmışdır. Gömrük ödənişlərinin ödənilməsindən yayınma cinayətinin törədilə biləcəyi ehtimalı olduğundan qeyd olunan qurumda "xxxx" MMC barəsində 34/012/006066 saylı material ilə araşdırma başladılmışdır. Təhqiqat şöbəsi tərəfindən məhkəmə iqtisad ekspertizası təyin olunmuş və xx.xx.2022-ci il tarixli, 9/8662 nömrəli ekspert rəyi həmin şöbəyə təqdim edilmişdir. Ekspert rəyini şübhəli bilən Təhqiqat şöbəsi Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq təkrar məhkəmə iqtisad ekspertizası təyin etmişdir. Təkrar ekspertizanın xx.xx.2023-cü il tarixli, 9/731 nömrəli ekspert rəyi müvafiq quruma təqdim edilmişdir. Bundan sonra müvafiq qurum tərəfindən malların gömrük rüsumları çıxılmaqla malların gömrük dəyərinin hesablanması üçün Baş İdarənin müvafiq struktur bölməsinə müraciət edilmişdir. Aidiyyəti bölmədən xx.xx.2023-cü il tarixli 34/012/001016 saylı raportda göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyində qeyd edilən xərclər ekspertin rəyində göstərilən dəyərdən çıxıldığı zaman model nömrəsi LT-32N3105E olan “JVC” televizorunun bir ədədinin dəyəri 94 (doxsan dörd) ABŞ Dolları, model nömrəsi LT-32N3105 olan “JVC” markalı televizorun bir ədədinin dəyəri isə 95 (doxsan beş) ABŞ Dolları təşkil edir. Ekspert rəyi və araşdırmalar nəticəsində ERDNBGİ, Əməliyyat və Təhqiqat şöbəsi, Təhqiqat bölməsinin böyük təhqiqatçısı, gömrük xidməti baş leytenantı X2 xx.xx.2023-cü il tarixli qərarı əsasında 34/012/006066 saylı material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, idxal edilmiş malların xx.xx.2022-ci il tarixli, **********6428 saylı gömrük bəyannaməsində qeyd edilmiş xx.xx.2021-ci il tarixli NWG-İNV4685-1 saylı qaimə faktura (invoys) sənədinə əsasən rəsmiləşdirilməsinin aparılması qərarlaşdırılmışdır. Beləliklə, ERDNBGİ, Əməliyyat və Təhqiqat şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə isbat edilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********6428 saylı gömrük bəyannaməsində qeyd edilən malların gömrük dəyəri "xxxx" MMC tərəfindən düzgün bəyan edilmiş və bəyan edilən gömrük dəyərinə görə gömrük borcunun ödənilməsi qərarlaşdırılmışdır. İddiaçı MMC ilə "xxxx" MMC arasındakı razılaşma və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciətlər əsasında xx.xx.2022-ci il tarixində idxal edilmiş malların xx.xx.2021-ci il tarixli, NWG- İNV4685-1 saylı qaimə fakturada qeyd edilən gömrük dəyəri əsasında İddiaçı MMC tərəfindən gömrük rəsmiləşdirilməsinin aparılması xahiş edilmiş və sonuncu tərəfindən qaimə fakturada qeyd edilən məbləğ əsasında Azərbaycan Respublikasının gömrük qanunvericiliyi əsasında gömrük dəyəri ödənilmək şərti ilə rəsmiləşdirilməsinin aparılması xahiş edilmişdir. Lakin yuxarıda da qeyd edildiyi kimi Cəmiyyətdən gömrük dəyərindən əlavə dəbbə pulunun ödənilməsi tələb edilmişdir. "xxxx" MMC tərəfindən yuxarı gömrük orqanına müraciətlər edilmişdir. Lakin edilən müraciətlər öz təsirini 2022-ci ilin noyabr ayında tapmışdır. Məhz bundan sonra araşdırmalar düzgün və qanununla müəyyən edilmiş istiqamətdə aparılmış, idxal olunan mallara görə gömrük dəyəri müəyyən edilməyə çalışılmışdır. 2022-ci ilin noyabr ayına kimi heç bir araşdırma aparmadan sadəcə səhv yazılmış ixrac bəyannaməsinə əsasən əsassız qaydada malların gömrük dəyəri artırılaraq "xxxx" MMC tərəfindən əlavə ödəniş tələb edilmişdir. Araşdırmalar nəticəsində bəyan edən şəxsin, yəni "xxxx" MMC-nin səhv məlumat verməsi, malların dəyərinin düzgün bəyan etməməsi kimi hal ortaya çıxmamışdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, qeyd olunan mallar xx.xx.2022-ci il tarixli **********6428 sorğu nömrəli və xx.xx.2022-ci il tarixli **********8572 sorğu nömrəli gömrük bəyannamələri bəyan olunduqları vaxtdan qeyd olunan gömrük bəyannamələrinin ləğv edildiyi müvafiq olaraq 1 il 1 ay 1 gün və 11 ay 10 gün müddətində, yəni xx.xx.2023-cü il tarixinədək gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi mərhələlərində "xxxx" MMC idxal etdiyi malların gömrük dəyərinin müəyyən edilməsi ilə bağlı gömrük ekspertizasının təyin edilməsi üçün gömrük orqanına müraciət etməmiş və vaxtında gömrük ekspertizasının aparılmasına dair hüququndan da istifadə etməmişdir. "xxxx" MMC-nin idxal etdiyi mallarla bağlı öhdəlikləri İddiaçı MMC-yə keçdiyindən mallarla bağlı yaranmış bütün ödənişlər də İddiaçı MMC tərəfindən həyata keçirilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş, “Gömrük borcunun, dəbbə pulunun hesablanması və ödənilməsinin tələb edilməsi barədə” 3-33-3200/000003Q saylı 10 oktyabr 2024-cü il tarixli qərar ilə, İddiaçı MMC tərəfindən Qərarın alındığı gündən və ya qanunvericiliklə ona çatdırıldığı hesab olunduğu gündən 10 gün müddətində dövlət büdcəsinə 47.483,31 manat məbləğində dəbbə pulunun qoşmada qeyd edilmiş bank hesabına ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: 1.0.12. gömrük dəyəri – malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri; 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. 247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır: 247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək; 247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək. 247.3. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. 247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir. 247.5. Dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən Çin Xalq Respublikasından idxal edilən mənşə ölkəsi Çin Xalq Respublikası olan malların gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə elektron formada **********7921 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Daha sonra həmin gömrük bəyannaməsi xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir. Bundan sonra "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Baş İdarəyə elektron formada **********6428 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə Bəyannamə bəyannaməçiyə geri qaytarılmışdır. Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat şöbəsinin, Təhqiqat bölməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, **********6428 saylı gömrük bəyannaməsində qeyd edilən malların gömrük dəyəri "xxxx" MMC tərəfindən düzgün bəyan edilmiş və bəyan edilən gömrük dəyərinə görə gömrük borcunun ödənilməsi qərarlaşdırılmışdır. Gömrük qanunvericiliyinə əsasən, gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Lakin, cavabdeh tərəfindən yanlış hesablanmış gömrük ödənişlərinin sonradan araşdırma nəticəsində həmin yanlışlıq nəticəsində çox hesablandığı müəyyən olunarsa, başqa sözlə bəyannaməçi tərəfindən düzgün olaraq bəyan edildiyi müəyyən edilərsə, hesablanmış gömrük ödənişləri yuxarıda qeyd olunan səbəbdən iddiaçı tərəfindən ödənilmə müddəti başa çatmış və ya müəyyən olunmuş ödəmə müddəti pozulmuş gömrük borcu kimi qiymətləndirilə bilməz. Yuxarıda istinad edilən normaların tələbinə görə, dəbbə pulunun hesablanması üçün qanunvericiliklə müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır. Yəni malların gömrük dəyəri müəyyən ediləndən sonra cavabdeh tərəfindən hesablanmış gömrük borcu mövcud olmalı və həmin borcun ödənilməsi üçün müəyyən olunmuş müddət başa çatmış olmalıdır. Hazırkı mübahisəyə münasibətdə, qeyd edilən şərtlərin mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı düzgün hesablanmamış, sonradan araşdırma nəticəsində müəyyən olunmuş və hesablanmış məbləğə görə (hansı ki, bəyannaməçi tərəfindən düzgün olaraq bəyan edilmişdir) iddiaçıya münasibətdə dəbbə pulunun hesablanmasında yuxarıda qeyd olunan səbəblərdən cavabdeh haqlı sayıla bilməz. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş, “Gömrük borcunun, dəbbə pulunun hesablanması və ödənilməsinin tələb edilməsi barədə” 3-33-3200/000003Q saylı 10 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş, “Gömrük borcunun, dəbbə pulunun hesablanması və ödənilməsinin tələb edilməsi barədə” 3-33-3200/000003Q saylı 10 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar