Məhkəmə qərarları › İş №2-1(112)-4426/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4426/2020

27.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4426/2020 27.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X6 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun X2rşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğin verilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə ödənilməmiş məbləğin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxx 1960-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, 1978-ci ildən etibarən əmək fəaliyyətinə başlamaqla müxtəlif müəssisələrdə işləmişdir. Əmək kitabçasına əsasən müxtəlif vəzifələrdə çalışmaqla onun x xxxxxx 2006cı il tarixədək 27 il 07 ay 23 gün ümumi sığorta stajı var, bu stajın 10 il 6 ay 26 günü yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aiddir. Belə ki, 160-k nömrəli x xxxxxx 1983-cü il tarixli əmrlə keçmiş “Azərkimyaquraşdırma” Trestinin 1-ci X4 (“xxxx” MMC) xx xxxxxx 1985-ci il tarixədək elektrik qaynaqçısı işləməklə onun 1 il 2 ay 26 gün sosial sığorta stajı var və bu müddət də AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarının 1080A010 sifri üzrə 1 saylı siyahısında qeyd olunmuş göstərişə əsasən ona güzəştli şərtlərlə pensiya hüququ verir. xx xxxxx 2019-cu il tarixdə iddiaçı cavabdeh DSMF-nun Sumqayıt şəhər şöbəsinə ərizə ilə rəsmi qaydada müraciət edərək ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat x xxx 2019-cu il tarixli (məktub xx xxx 2019-cu il tarixdə çatdırılmışdır) cavab məktubu ilə onun müraciətini təmin etməmiş və ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasının qanuna zidd olduğunu göstərmişdir. Cavabdeh DSMF Sumqayıt şəhər şöbəsinin imtinası qanunsuz və əsassızdır, onun konstitusion hüquqlarını pozur. Belə ki, onun müraciətinə baxılması ilə əlaqədar cavabdeh təşkilat tərəfindən «İnzibati icraat haqqında» AR Qanununun 21, 24, 28, 48, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl edilməmişdir. Hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» AR Qanununun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradn qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Qanunvericiliyin bu göstərişlərinə əsasən ona əmək pensiyası təyin edilməsi məsələsinə baxılarkən xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun tələblərinə istinad edilməlidir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9cu bəndində qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (x xxxxxx 2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş və x xxxxxx 2006-cı il tarixədək qüvvədə olan «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» əsasında müəyyən edilir. 2006-cı ilin 1 yanvarınadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, 52 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdirlər. Odur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 20 il ümumi və 1 nömrəli Siyahı üzrə 10 il sığorta stajı olduğundan, ona (iddiaçıya) yaşa görə əmək pensiyası «Əmək pensiyaları haqqında» AR Qanunun 9.8-ci maddəsinə uyğun olaraq 2006-cı ilin yanvarın 1-dək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndi ilə müəyyən edilmiş 52 yaşa çatdığı 2012-ci ilin 10 mayından təyin edilməlidir. Cavabdeh DSMF Sumqayıt şəhər şöbəsi onun 1983 – 1985-ci illər ərzində əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, yəni “Azərkimyaquraşdırma” Trestinin 1-ci X4 (“xxxx” MMC-də) elektrik qaynaqçısı işlədiyi müddəti nəzərə almır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 38, 60, 71, 149-cu maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 19-cu maddəsinə, İPM-in 1.2, 33, 70.3, 73.1-ci maddələrinə, AR Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 31-ci maddəsinə, AR Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin müddəalarına əsaslanaraq, əmək kitabçasında göstərilən, o cümlədən x xxxxxx 1983-ci il tarixdən xx xxxxxx 1985-ci il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə iddaçıya 52 yaşdan (xx xxx 2012-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün alınmamış əmək pensiyası məbləğinin hesablanmaqla birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh DSMF Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci maddəsinə uyğun olaraq cavabdeh DSMF Sumqayıt şəhər şöbəsinin məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı Həsənqulu oğluna pensiya hüququnun yarandığı xx xxx 2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun x xxxxxx 2006-cı il tarixədək ümuni iş stajı 27 il 07 ay 23 gündür. x xxxxxxx 2007-ci il tarixdən x xxxxxx 2018-ci il tarixədək 5 il 2 ay sığorta stajı, fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 14.237,97 manat təşkil edir. x xxxxxx 2019-cu il tarixə pensiyanın məbləği 283,77 manat təşkil edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığöortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışdırsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Həmin Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən səbəbdən də ona təyin edilmiş əmək pensiyasının 52 yaşdan yenidən yenidən hesablanması qanuna ziddir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1172/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, 2-1(085)-1172/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli məhkəmə qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. X11 Məhkəməsinə daxil olduqdan sonra iddiaçı tərəf məhkəməyə ərizə təqdim edərək, cavabdeh DSMF Sumqayıt şəhər şöbəsinin DSMF X9 İdarəsi ilə əvəz olunmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək cavabdeh DSMF Sumqayıt şəhər şöbəsi işə cavabdeh qismində cəlb olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İş materialları Bakı İnzibati Məhkəməsinə daxil oluqdan sonra işin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli 1077 nömrəli Fərmanının 1 – 3-cü hissələri ilə “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”, “Dövlət X3”, “Dövlət Tibbi-Sosial Ekspertiza və X1” təsdiq edilmişdir. Həmin Fərmanın 5-ci hissəsi ilə müəyyən edilmişdir ki, (5.1) bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X8 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. «Əmək pensiyaları haqqında» AR 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. İş materiallarında olan DSMF Sumqayıt şəhər şöbəsinin hazırkı İddiaçı ünvanlanmış xx xxxxxxxx 2012-ci il tarixli 62/2958 nömrəli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - Sizin “güzəştli şərtlərlə” yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı ərizənizə DSMF Sumqayıt şəhər şöbəsinin pensiya təyin edən komissiyada baxılmışdır. Bildirilir ki, AR Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş arxiv arayışında güzəştli şərtlərlə iş stajınız 9 il 4 ay olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinnə uyğun olaraq tələb edilən 10 il güzəştli stajınız olmadığından, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İş materiallarında olan “xxxx” MMC-nin xx xxxxxx 2018-ci il tarixli arayışında aşağıdakılar qeyd olunmuşdur: - 1960-cı il təvəllüdlü İddiaçı “xxxx” MMC-də (keçmiş “Azərneftkimyaquraşdırma” Trestinin 1-ci X7) x xxxxxx 1983-cü il tarixdən xx xxxxxx 1985-ci il tarixədək elektrik qaynaqçısı işləmişdir ,o cümlədən 1983-cü ilin noyabr – dekabr aylarında Kimya zavodunda sex - 115-də (elektroliz vannaları), 1984-cü ildə Superfosfat zavodunda sex sulfat turşusunda, 1985-ci ilin yanvar ayında Sintezkauçuk zavodunda sex E-9,10-da. İş materiallarında olan DSMF Sumqayıt şəhər şöbəsinin hazırkı İddiaçı ünvanlanmış x xxx 2019-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Təqdim olunmuş sənədlərə əsasən Sizə pensiya hüququnun yarandığı xx xxx 2017-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. x xxxxxx 2006-cı il tarixədək ümumi staj – 27 il 07 ay 23 gün, x xxxxxxx 2007-ci il tarixdən x xxxxxx 2018-ci il tarixədək 05 il 02 ay sosial sığorta stajı, fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı 14.237 manat təşkil edir. x xxxxxx 2019-cu il tarixə pensiyanızın məbləği 283,77 manat təşkil edir. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığöortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışdırsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Həmin Qanunun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan səbəbdən də Sizə təyin edilmiş əmək pensiyasının 52 yaşdan yenidən hesablanması qanuna ziddir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasındakı iş yerləri və vəzifələri ilə bağlı qeydlər, onların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının “Vİİİ. Kimya istehsalı” bölməsində elektrik qaynaqçısı peşəsi nəzərdə tutulmamışdır. Siyahının “Xİİİ. Ümumi peşələr” bölməsindəki elektrik qaynaqçısı peşəsi isə digər iş şəraitində (rezervuarların, bakların və s. daxili işlərində) fəaliyyətlə bağlıdır, hansı ki, hazırkı iddiaçı 1983 – 1985-ci illərdə fərqli sahədə çalışmışdır. İddiaçının müvafiq dövrdə işdəyi sahə üzrə elektrik qaynaqçısı peşəsi həmin qərarla təsdiqlənmiş 2 nömrəli siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000 – 19906 kodu ilə göstərilmişdir. İddiaçının 2006-cı ilin yanvar ayının 1-dək 27 ildən artıq ümumi iş stajına, o cümlədən 9 il 4 ay güzəştli şərtlərlə iş stajına malik olmasını DSMF orqanları mübahisələndirmir və hazırkı işin də mübahisələndirilməyən hallarına aiddir. 1983-cü ilin noyabr ayından 1985-ci ilin yanvar ayınadək 1 il 3 aylıq müddət üzrə iş stajına gəldikdə isə, məhkəmə vurğulayır ki, həmin dövrdəki işlədiyi vəzifə AR Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda deyil, 2 nömrəli Siyahıda nəzərdə tutulsa da, 1 il 3 aylıq həmin iş stajı sözügedən 1 nömrəli Siyahı üzrə ən azı 8 aylıq staja bərabər qiymətləndirilə bilər (hər iki siyahıdakı vəzifələr zərərli iş şəraitini nəzərdə tutduğundan). Nəzərə alınmalıdır ki, iddiaçının müvafiq qərarla təsdiqlənmiş işlərdə tələb olunan 10 il güzəştli şərtlərlə iş stajının qarşılığında, 9 il 4 ay iş stajının mübahisəsiz topladığı halda 1983 – 1985-ci ilərdəki həmin 1 il 3 aylıq iş stajı ona əlavə olunmaqla toplam dövrün 10 illik iş stajına bərabər tutulmaması «İnzibati icraat haqqında» AR Qanununun 12.2, 15, 17-ci maddələrində təsbit edilmiş prinsiplərə, o cümlədən “mütənasiblik prinsipi”nə ziddir. Bundan qaşqa, şəxsə «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsində göstərilən “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı”nın məbləği həmin Qanunun 9.8-ci maddəsi tətbiq olunmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasında şərtləndirən hal kimi çıxış edə bilməz. «İnzibati icraat haqqında» AR Qanununun 15.2-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Belə olan halda, İddiaçı x xxxxxx 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 20 ildən artıq ümumi, o cümlədən 10 ildən artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 52 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından (yenidəın hesablanmasından) inzibati orqanın imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 98-1-ci maddəsinə əsasən Ali Məhkəmənin məhkəmə tərkibi işə kasasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə və ya Ali Məhkəmənin məhkəmə tərkibi apellyasiya instansiyası məhkəməsinin Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olan qərarında fərqli yanaşmanın tətbiqi zərurətinin əsaslandırılması ilə razılaşdıqda, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin inzibati kollegiyasına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır (maddə 98-1.1). Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi qərardadda təsbit edir (maddə 98-1.3). Ali Məhkəmənin işə baxan məhkəmə tərkibi, habelə eyni xarakterli məsələlərə baxarkən bütün digər məhkəmə tərkibləri bu Məcəllənin 98-1.3-cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqeni rəhbər tutmalıdırlar (maddə 98-1.4). Ali Məhkəmənin məhkəmə tərkibi eyni xarakterli məsələlərə baxarkən, bu Məcəllənin 98-1.3cü maddəsində nəzərdə tutulmuş qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab edirsə, məsələyə bu Məcəllənin 98-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır (maddə 98-1.5). Məhkəmə bir xüsusatı da vurğulayır ki, iddiaçı həm də “hazırkı dövrədək yaranmış fərq məbləğinin birdəfəyə ödənilməsi”ni tələb edir. Bu məsələyə münasibətdə məhkəmə «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1, 37.7-ci maddələrinin (həmin maddələrin x xxxx 2017-ci il tarixdən qüvvədə olan) tələblərini rəhbər tutaraq, müraciət etdiyi vaxtdan əvvəlki son üç illik dövr üzrə məbləğin müvafiq qayda, yəni “məbləğin ötən dövrdəki ayların sayına bölünərək pensiya məbləğinə əlavə edilməsi” şərti tətbiq olunmaqla ödənilməsini qanunamüvafiq sayır. Çünki, 2017-ci ilin iyul ayının 1-dən qüvvədə olan qanunvericilik keçmiş müddət üzrə ödənilməmiş məbləğin həm birdəfəlik ödənilməsini nəzərdə tutmur, həm də son üç ili üzrə hissəsinin verilməsini müəyyən etmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “«Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” x xxxxxxx 2020-ci il tarixli qərardadında qərara alınmışdır ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Odur ki, iddia həmin hissədə qismən əsaslıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı onun əmək kitabçasında göstərilən, o cümlədən x xxxxxx 1983-ci il tarixdən xx xxxxxx 1985-ci il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə 52 yaşdan (xx xxx 2012-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının keçmiş müddət üzrə ödənilməmiş məbləğinin son üç ilinə aid hissəsinin «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsində müəyyən edilmiş qaydada ödənilməsi öhdəliyi cavabdeh DSMF X9 İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı onun əmək kitabçasında göstərilən, o cümlədən x xxxxxx 1983-ci il tarixdən xx xxxxxx 1985-ci il tarixədək işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə 52 yaşdan (xx xxx 2012-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının keçmiş müddət üzrə ödənilməmiş məbləğinin son üç ilinə aid hissəsinin «Əmək pensiyaları haqqında» AR Qanununun 32.1-1-ci maddəsində müəyyən edilmiş qaydada ödənilməsi öhdəliyi cavabdeh DSMF X9 İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar