Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4426/2022 16.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “mənzil ilə təmin edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə mənzil ilə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 742 saylı sərəncamına əsasən İddiaçı 5 nəfər ailə tərkibi ilə xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli şərtlər əsasında salındıgı mənzil növbəsinə uygun mənzil ilə təmin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının qardaşı X5 xx.xx.1994-cü il tarixdə Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. İlk öncə İddiaçı atası X6, o vəfat etdikdən sonra isə anası X2 şəhid ailəsi statusu verilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamına əsasən iddiaçının anası X3 başda olmaqla 5 nəfər ailə tərkibi ilə şəhid ailəsi kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüşdür. xx.xx.2012-ci il tarixdə X3 vəfat etmişdir. 1 sayı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2 inz (81)- 1565/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamına əsasən güzəştli mənzil növbəsinin iddiaçının adına keçirilməsi vəzifəsinin Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 742 saylı sərəncamına əsasən B.İbrahimovanın mənzil növbəsi onun ölümü ilə əlaqədar olaraq oğlu olan iddiaçının adına keçirilmiş, iddiaçı 5 nəfər ailə tərkibi ilə xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli şərtlərlə növbəlilik siyahısına daxil edilmişdir. Cavabdehə müraciət edilərək Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 742 saylı sərəncamına əsasən sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə mənzil ilə təmin edilməsi xahiş edilmiş, lakin cavabdeh şəhid ailəsi hesab edilmədiyindən sosial-məişət şəraitinin yaxşılaşdırılmasının səlahiyyəti xaricində olduğunu əsas gətirərək iddiaçının müraciətindən imtina etmişdir. Cavabdehin qeyd olunan əsaslarla müraciətdən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş və cavabdehə iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi təklif olunmuşdur. Cavabdehin etirazında bildirilmişdir ki, iddia tələbi qanunvericilik baxımından tam əsassızdır və mümkünsüz hesab edilməlidir. İddiaçının cavabdehə hər hansı bir hüquqi münasibətlərdə olması, həmin hüquqi münasibətlər zəminində cavabdeh tərəfindən iddiaçının publik hüququnun pozulması və bununla da iddiaçının iddia ərizəsində göstərilmiş tələbi irəli sürmək üçün subyektiv hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas yoxdur. İddiaçı şəhid ailəsinin üzvü hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən, güzəştlərin tətbiqi qaydalarının 2-ci bəndinə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: arvadı (əri); valideynləri; yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları; qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. İddiaçı xx.xx.1962-ci ildə anadan olmuş və xx.xx.2009cu ildə mənzil növbəsinə ailə üzvü kimi götürüləndə onun 47 yaşı olmuşdur. Qanunvericiliyin tələbinə əsasən o, şəhid ailəsi statusuna malik deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.7-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması nəzərdə tutulması, güzəştli mənzil uçotu onun ailə üzvlərinin adına keçirilməsi yalnız Mənzil Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulduğu halda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır və qanunvericilikdə digər kateqoriyadan olan şəxslərin mənzil növbələrinin addan-ada keçməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul 322 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydalarına əsasən mənzil uçotunun saxlanılması yalnız uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılır. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin mümkünsüz hesab olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İş üzrə keçirilmiş məhkəmə hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi isə yazılı etiraza uyğun izahat verərək iddianın mümkünsüz hesab olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş: -Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 242 nömrəli, xx.xx.2013-cü il tarixli “Bənövşə İbrahimovanın ölümü ilə əlaqədar onun mənzil növbəsinin oğlu İddiaçı adına keçirilməsi haqqında” Sərəncamına əsasən B.İbrahimovanın mənzil növbəsi onun ölümü ilə əlaqədar olaraq oğlu İddiaçı adına keçirilmiş və iddiaçının 5 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, oğlu, qızı, nəvəsi) xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli əsaslarla növbəlilik siyahısına daxil edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 32 nömrəli arayışa əsasən iddiaçı xx.xx.2009-cu il tarixdən 5 nəfər ailə tərkibi ilə Şəhid ailəsi kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Sıra № 709-güzəştli (№37 Şəhid ailəsi) -Cavabdehin iddiaçıya ünvanlanmış 18 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”-na əsasən şəhidin arvadı (əri), valideyinləri, 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları, qardaşları və bacıları (uşaq evlərində tərbiyə olunanlar), texniki peşə, orta ixtisas məktəblərində və ali təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil alanlar isə bu məktəbi bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək, qanunla onları saxlamalı şəxs yoxdursa, babalar və nənələr şəhid ailəsi üzvü hesab edilirlər. Qeyd edilən qərarla təsdiq olunmuş qaydalarda müəyyən olunan ailə üzvü hesab edilmədiyindən iddiaçının sosialməişət şəraitinin yaxşılaşdırılması səlahiyyətləri xaricindədir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1565/2013 nömrəli, 25 aprel 2013cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2009cu il tarixli sərəncamına əsasən güzəştli mənzil növbəsinin İddiaçı adına keçirilməsi vəzifəsi cavabdeh Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. -Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən iddiaçının mərhum anası X2 xx.xx.2008-ci il tarixdə verilmiş 014655 nömrəli vəsiqəyə görə onun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda göstərilən güzəşt və imtiyazlardan istifadə etmək hüququ olmuşdur. - 08 noyabr 2012-ci il tarixli, AZ-İ seriyalı, 577980 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçının anası X3 30 oktyabr 2012-ci ildə Bakı şəhərində ölmüşdür. - 30 iyul 1999-cu il tarixli, AZ-İ seriyalı, 012124 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçının atası X9 08 iyul 1999-cu ildə Bakı şəhərində ölmüşdür. - 28 fevral 2008-ci il tarixli, AZ-İ seriyalı, 276569 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçının qardaşı X5 14 fevral 1994-cü ildə Kəlbəcər rayon ərazisində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. -İddiaçıya məxsus seriya AZE, ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən o, ünvan 2 ünvanında qeydiyyatdadır. İşin halları ondan ibarətdir ki, iddiaçının qardaşı xx.xx.1994-cü il tarixdə Kəlbəcər rayonu ərazisində gedən döyüşlərdə şəhid olmuşdur. İddiaçının anası X2 şəhid ailəsi statusu verilmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamına əsasən iddiaçının anası 5 nəfər ailə tərkibi ilə iddiaçı da daxil şəhid ailəsi kimi güzəştli şərtlərlə mənzil növbəsinə götürülmüşdür. xx.xx.2012-ci il tarixdə iddiaçının anası vəfat etdiyindən 1 sayı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 1565/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2009-cu il tarixli sərəncamına əsasən güzəştli mənzil növbəsinin iddiaçının adına keçirilməsi vəzifəsinin Nəsimi Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 742 saylı sərəncamına əsasən anasının mənzil növbəsi onun ölümü ilə əlaqədar olaraq iddiaçının adına keçirilmiş, iddiaçı 5 nəfər ailə tərkibi ilə xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli şərtlərlə növbəlilik siyahısına daxil edilmişdir. Cavabdeh iddiaçının mənzillə təmin edilməsi barədə ərizəsini təmin etməməsini şəhid ailəsi statusuna malik olmaması və anasının vəfatı ilə əlaqədar Mənzil Məcəlləsinin 55.1.7 və 55.3-cü maddələri ilə əsaslandırmışdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun preambulasına əsasən, bu Qanun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunu və sosial müdafiəsini tənzimləmək məqsədinə xidmət edir. Həmin Qanunun 1-ci maddəsinə görə, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ərarvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar (4-cü maddə). Şəhid və şəhid ailələrinin məsələləri ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olurlar. Onlar şəhid ailələrinə tibbi və sosial xidmət göstərilməsi, mənzil tikintisi və təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri ayrılması, ailə üzvlərinin işə düzəldilməsi, habelə digər yardım göstərilməsi məsələlərini qarşılıqlı əlaqə şəraitində həll edirlər (5-ci maddə). İddiaçının anası şəhid ailəsi kimi güzəştli şərtlərlə mənzil növbəsinə durarkən iddiaçı da ailə üzvü kimi siyahıya daxil edilmişdir. İddiaçının anası güzəştli mənzil növbəsində olsa da, sağlığında bu hüquqdan istifadə edə bilməmişdir. İddiaçının anası vəfat edən zaman iddiaçının yaşı 18-dən yuxarı olduğundan o, qanunda nəzərdə tutulan şəhid ailəsi statusunda olmamışdır. Lakin iddiaçı şəhid ailəsi sayılan mərhum anasının ailə üzvüdür və qardaşının şəhid olması mübahisə doğurmur. Qüvvədəolan məhkəmə qərarına əsasən Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 742 saylı sərəncamına əsasən anasının mənzil növbəsi onun ölümü ilə əlaqədar olaraq iddiaçının adına keçirilmiş, iddiaçı 5 nəfər ailə tərkibi ilə xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli şərtlərlə növbəlilik siyahısına daxil edilmişdir. Beləliklə, iddiaçının qardaşının Vətən uğrunda şəhid olması, onun anası ilə birlikdə güzəştli şərtlərlə mənzil növbəsində olması cavabdehin dəlillərinin əsaslı olmadığını təsdiq edir. İddiaçının anası güzəştli əsaslarla mənzil növbəsinə xx.xx.2009-cu il tarixdə götürülmüşdür. Həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 34-cü maddəsinin ikinci bəndində qeyd edilmişdir ki, uçotda olan vətəndaş öldükdə...mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi üçün əsaslar aradan qalxmamışsa, ailə üzvlərindən biri onun yerinə uçota götürülür... Mənzil Məcəlləsinin 55.1.7-ci maddəsində qeyd edilir ki, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaş vəfat etdikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Qanunverici birmənalı olaraq hər bir halda vətəndaşın vəfat etməsi ilə onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmasını nəzərdə tutmamışdır. Məsələn Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Göründüyü kimi, qanunverici mənzil növbəsində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, mənzil uçotunun onun ailə üzvləri üçün saxlanılmasını nəzərdə tutmuşdur. Hazırkı işdə iddiaçı da şəhid ailəsi statusuna malik olan ailənin üzvüdür, müharibə əlillərinə münasibətdə, qanunvericilik şəhid ailələrinə nisbətən üstün güzəştlər nəzərdə tutmuşdur. Bu səbəbdən iddiaçının anasının vəfatı yaşayış sahəsinə güzəştli əsaslarla ehtiyacı olan qismində uçotda olan iddiaçıya (icra hakimiyyətində olan siyahı üzrə sıra № 709-güzəştli (№37 Şəhid ailəsi) mənzil verilməsindən imtina üçün əsas ola bilməz. Məhkəmə onu da xüsusilə vurgulayır ki, iddiaçıya münasibətdə fərqli rəftarın X12 Konvensiyasının (AİHK) 14-cü maddənin (ayrı-seçkiliyin qadağan olunması) tələblərinə uyğun olduğu qənaətinə gəlmək üçün iddiaçının fərdi situasiyası nəzərə alınmaqla "ağlabatan mütənasiblik əlaqəsi" mövcud olmuş olmalıdır. Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkiliyə qoyulan qadağanın yalnız o halda mənası ola bilər ki, ərizəçinin fərdi situasiyası olduğu kimi qəbul edilsin. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun hərəkətsizliyi həmin güzəştli hüququ vaxtılə əldə etmiş şəxslərlə ailə bağları nəzərə alınaraq X12 Konvensiyasının 8-ci maddəsi ilə qorunan ailə həyatına hörmət hüququ və mənzilinə hörmət hüququnun tətbiq dairəsinə düşür. Odur ki, məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan fərqli yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil. X12 Məhkəməsi dəfələrlə qərarlarında qeyd etmişdir ki, istifadə olunmuş vasitələr və qarşıya qoyulmuş məqsəd arasında proporsionallığın olmaması, ərizəçinin məruz qaldığı fərqli davranışın obyektiv və ağlabatan əsaslarının olmaması ayrı-seçkilik hesab olunur (bax digərləri ilə yanaşı Fabris Fransaya qarşı [BP] - 16574/08 Qətnamə xx.xx.2013-cü il tarixli qərar [Böyük Palata]; X7rşı (Muñoz Díaz v. Spain), ərizə № 49151/07, xx.xx.2009-cu il tarixli qərar). Odur ki, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla başqa cür yanaşma AHİK-in 8-ci maddəsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin pozuntusu hesab edilə bilər. Beləliklə, məhkəmə araşdırması ilə sübut olmuşdur ki, iddiaçının arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir (İPM-14.3), cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1). İnzibati Prosessual Məcəllənin 68.2.-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 742 saylı sərəncamına əsasən İddiaçı 5 nəfər ailə tərkibi ilə xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli şərtlər əsasında salındıgı mənzil növbəsinə uygun mənzil ilə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2013-cü il tarixli, 742 saylı sərəncamına əsasən İddiaçı 5 nəfər ailə tərkibi ilə xx.xx.2009-cu il tarixdən şəhid ailəsi kimi güzəştli şərtlər əsasında salındıgı mənzil növbəsinə uygun mənzil ilə təmin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 Hakim: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4426/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4426/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver