Məhkəmə qərarları › İş №2-1(112)-443/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-443/2021

01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-443/2021 01.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövəst oğlunun katibliyi iddiаçı Məhərrəmov Vahid Əsgər oğlunun, iddiaçının vəkili və nümayəndəsi X3, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı, 3-cü şəxs qismində X7 inzibati məhkəmə icraatına cəlb edilməklə, “sərəncamın ləğv edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxs qismində X7 göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 274 saylı, 26.11.2009-cu il tarixli sərəcamının X5 aid hissədə etibarsız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 274 saylı 26.11.2009-cu il tarixli sərəncamının X5 aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının qonşusu X1 rayon İcra Hakimiyyəti Başçısının 734 saylı, 20.08.1997-ci il tarixli sərəncamı ilə Rəsulzadə qəsəbəsi ərazisində 600,0 kv.metr torpaq sahəsi fərdi yaşayış evi inşa etmək məqsədi ilə təhkim edilmişdir. Sərəncamın 4-cü bəndində göstərilmişdir ki, tikintiyə evin layihə smeta sənədləri RİH tikinti və memarlıq şöbəsində razılaşdırıldıqdan sonra başlanılsın. İşdən inşa ediləcək fərdi yaşayış evinin layihəsinin RİH ilə razılaşdırılması barədə sərəncamın olması müəyyən edilməsə də, Binəqədi rayon İHB-nın 274 saylı, 26.11.2009-cu il tarixli sərəcamından çıxarışdan görünür ki, X7 tərəfindən 600,0 kv.metr torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin ilkin hüquqi qeydiyyata alınmasına qərar verilmişdir. Binəqədi rayon İHB-nın 274 saylı, 26.11.2009-cu il tarixli sərəcamı X5 aid hissədə qanunsuzdur. Belə ki, M.Qasımov yanğın və digər təhlkəsizlik qaydalarına əməl etməklə evini iddiaçının hasarından aralı tikmək əvəzinə, bir hissəsini onun hasarının üzərində tikmişdir. Evinin kiçik bir hissəsini, hətta, Bakı şəhər Binəqədi rayon İHB-nın 313 saylı, 14.04.1997-ci il tarixli sərəncamı ilə 1970-ci ildən istifadə etdiyi torpaq sahəsinə daxil olmaqla inşa etmişdir. Məlum olduğu kimi qüvvədə olan qanunvericiliyə əsasən hasar torpaq sahələrinin sərhədlərini ayırmaq məqsədi ilə çəkilir və tikinti obyektinin bünövrəsi ola bilməz və mülki qanunvericilikdə, tikinti norma və qaydalarında bu hal yoverilməzdir. Buna baxmayaraq Binəqədi rayon İcra Hakimiyyəti tikinti norma və qaydalarına əməl edilmədən inşa edilmiş fərdi yaşayış evinin ilkin hüquqi qeydiyyata alınmasına qərar vermişdir. Qeyd olunanların sübutu kimi Binəqədi rayon Məhkəməsinin 2(001)-285/2018 saylı qərardadına əsasən Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 14.05.2018-ci il tarixli rəydə 1-ci sual üzrə göstərilmişdir ki, İddiaçı ayrılmış torpaq sahəsinin sərhəd hasarının üzərində M.Qasımov tərəfindən inşa edilmiş fərdi yaşayış evinin Tikinti və Şəhərsalma Məcəlləsinin 72.1-ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti və üçüncü şəxs tərəfindən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı, habelə, onun vəkili və nümayəndəsi ayrıayrılıqda iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdilər və iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Üçüncü şəxs X7 iddia tələbinin qanunsuz olduğunu, cavabdehin mübahisələndirilən sərəncamının qanuni qəbul edildiyini və iddiaçının hüquqlarını pozmadığını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan və məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara məcmusu ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının 313 nömrəli, 14.04.1997-ci il tarixli sərəncamından görünür ki, İddiaçı M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində Biləcəri qəsəbəsinin enişində yaşadığı evin yaxınlığında yerləşən, uzun müddət bağ kimi istifadə etdiyi 600 kv.m ərazi təhkim edilmişdir. - Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 20.08.1997-ci il tarixli, 734 nömrəli sərəncamına əsasən X5 M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində Biləcəri qəsəbəsinin enişində uzun müddət bağ kimi istifadə etdiyi ərazidən fərdi yaşayış evi tikmək məqsədilə 600 kv metr torpaq sahəsinin təhkim edilməsi qərara alınmışdır. - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, “Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının 26.11.2009-cu il tarixli 274 saylı sərəncamının etibarsız sayılması barədə Binəqədi rayonu İcra Hakimiyyətinə ünvanladığınız 17.10.2019-cu il tarixli M- 2 5 3/2-091 /2 -1 1 saylı müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətdə qeyd olunmuş məsələ ilə əlaqədar Sizinlə aparılan söhbət zamanı Siz qonşunuz X4 məhkəmədə Sizə qarşı ara məsafənin gözlənilməyərək inşa olunmuş tikilinin sökülməsi iddia tələbi ilə iddia qaldırdığını, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin olunduğundan Siz qərardan apellyasiya şikayəti verdiyinizi və məsələnin hal-hazırda ikinci instansiya məhkəməsi tərəfindən araşdırıldığını qeyd etdiniz. Nəzərinizə çatdırıram ki, müraciətinizdə qeyd olunmuş məsələ hal-hazırda məhkəmə müstəvisində araşdırıldığından hər-hansı inzibati orqan tərəfindən məsələyə münasibət bildirilməsi yolverilməzdir. Odur ki, ərizənizdə qeyd olunan hallar məhkəmə müstəvisində araşdırılıb hüquqi qiymət veriləcəkdir”. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 noyabr 2017-ci il tarixli 12289 saylı ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar göstərilmişdir: Qərardadın birinci sualı üzrə: rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən X5 məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin sağ yan boyunca qanunsuz inşa olunmuş mübahisəli tikilinin, ara məsafəsi baxımından, Azərbaycan Resput Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə uyğun olmadıgı müəyyən edilir. Mübahisəli tikilinin X4 hüquqlarına toxunub-toxunması hüquqi xarakter daşıdığından və məhkəmə eskpertinin həll etdiyi məsələrin dairəsində olmadığından, göstərilən məsələ üzrə tədqiqat aparılmadı. Qərardadın ikinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 6 ünvanda X5 aid ərazidə İddiaçı tərəfindən əlavə piyada yolunun salınması faktı müəyyən edilmir. Qərardadın üçüncü sualı üzrə: İddiaçı ayrılmış torpaq sahəsinin sərhəd hasarının üzərində X7 tərəfindən inşa olunmuş fərdi yaşayış evinin Azərbayoan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 72.1 -ci maddəsinin tələblərinə uyğun olmadığı müəyyən edilir. Fərdi yaşayış evinin İddiaçı hüquqlarına toxunub-toxunmaması məsələsi hüquqi xarakter daşıdığından və məhkəmə tikinti-texniki ekspertinin həll etdiyi məsələlər dairəsində olmadığından, göstərilən məsələ üzrə tədqiqat aparılmadı. Qərardadın dördüncü sualı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən mübahisəli tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69 və 72-ci maddələrinin tələblərinə əməl edilmədən inşa olunduğu müəyyən edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 sentyabr 2019-cu il tarixli 15785 saylı ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar göstərilmişdir: Qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən, ünvan 7 ünvanda yerləşən X5 məxsus evin giriş qapısına bitişik olan cavabdeh İddiaçı giriş qapısından hasarın yanı ilə evinə gedən piyada yolunun X4 mülkiyyətində olan həyətyanı sahənin sərhədləri daxilində olmadığı müəyyən edilir. Qərardadın ikinci sualı üzrə: X4 mülkiyyətində olan fərdi yaşayış evinin mövcud vəziyyətdə müvafiq hüquqmüəyyənedici və texniki sənədlər üzrə nəzərdə tutulmuş ərazidə yerləşməsi və fərdi yaşayış evinin texniki pasportun göstəriciləri ilə üst-üstə düşdüyü müəyyən edilir. Qərardadın üçüncü sualı üzrə: X4 mülkiyyətində olan fərdi yaşayış evinin ikinci mərtəbəsinin 11,40 metr uzunluğunda olan xarici divarının cavabdeh İddiaçı faktiki istifadəsində olan həyətyanı sahə arasındakı həmsərhəd hasarının üzərində inşa olunduğu müəyyən edilir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən X4 adına 13.02.2010-cu ildə tərtib edilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, 43Q nömrəli evin texniki pasportundan görünür ki, həmin ünvanda inşa edilən ev ikimərtəbəlidir və texniki pasportda evin texniki göstəriciləri əks olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışdan görünür ki, ünvan 8 ünvanda inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi və yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsi X4 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tərtib etdiyi A N221263 nömrəli 12.10.2009-cu il qeydiyyat tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində sahəsi 600 kv metr olan torpaq sahəsi fərdi yaşayiş evinin tikintisi üçün Binəqədi rayon İcra Hakimiyyətinin 734 nömrəli, 20.08.1997-ci il tarixli sərəncamı ilə X5 ayrılmış torpaq sahəsinin göstəriciləri və koodinatları müəyyən edilmişdir. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsinin 271 nömrəli, 01.11.2004-cü il tarixli Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubuna əsasən Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 734 nömrəli, 20.08.1997-ci il tarixli sərəncamı ilə qəsəbənin qərb hissəsində fərdi yaşayış evinin tikintisi üçün X5 ayrılmış torpaq sahəsində inşa edilmiş ev istismara yararlıdır, sanitar-texniki normalara cavab verir. - Binəqədi rayon İcra Hakimiyyətinin M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi S.A.Mərdanov və mühəndis H.Məhərrəmov tərəfindən tərtib edilmiş 01.11.2004-cü il tarixli akta əsasən X4 Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən ərazidə inşa etdiyi ev istismara yararlıdır, sanitar normalara cavab verir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 avqust 2019-cu il tarixli 2-1(81)- 74/2019 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X7 tərəfindən ünvan 8 ünvanda inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınması hərəkətlərinin qanunsuz hesab edilməsi, bununla bağlı verilmiş ******* nömrəli, 15.02.2010-cu il tarixli çıxarışın və 13.02.2010-cu il tarixli texniki pasportun etibarsız hesab edilməsi barədə tələbi təmin edilməmişdir. - Bakı Apelyasiya Məhkəməsinin 22.01.2020-ci il tarixli 2-1(103)-118/2020 saylı qərarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 avqust 2019-cu il tarixli 2-1(81)-74/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti “Bakı Şəhər Ekspertiza Mərkəzi”nin 08.07.2005-ci il tarixli 922-E/5 saylı rəyindən görünür ki, ünvan 11 ünvanda 2 mərtəbəli fərdi yaşayış evi layihəsində binanın davamlılığının qüvvədə olan TN və Q tələblərini təmin etdiyini, ekspertizanın verdiyi iradların tövsıyyə xarakteri daşıdığını və binanın dayanaqlığına xələl gətirmədiyini nəzərə alaraq layihə razılaşdırılır. Tikinti işləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməli və obyekt layihədə nəzərdə tutulmuş təyinatı üzrə istifadə edilməlidir. - Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının 274 nömrəli, 26.11.2009-cu il tarixli sərəncamının 1.9-cu bəndindən görünür ki, vətəndaş X4 istifadəsində olan 600 kv.m. torpaq sahəsində (torpaq sahəsinin planı və ölçüsü A № 221263), M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küç., ev 43Q ünvanda (Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubu: № 18/03-8/75, 05.01.05) inşa olunmuş iki mərtəbəli fərdi yaşayış evi (RİH tərəfindən razılaşdırılmış layihəyə Bakı şəhər EM-dən təqdim edilmiş rəy: 08.07.05, № 922-E/5) onun xüsusi mülkiyyətinə verilməsi üçün ilkin hüquqi qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15.10.2019-cu il tarixli 2(001)-247/2019 saylı qətnaməsi ilə qət edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q” saylı evinin sağ yan divarı boyunca İddiaçı inşa etdiyi təxminən 4,5 metr hündürlüyündə olan tikili sökülsün. İlkin iddia tələbi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsindəki 43 “Q" nömrəli evinin hasarının yanından 1x20 sm enində olan əlavə piyada yolunun bağlanması hissəsində rədd olunsun. X7 tərəfindən qanunsuz olaraq inşa etdiyi evin sökülməsi tələbi ilə bağlı qarşılıqlı iddia rədd edilsin. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 61 saylı sahə üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 27.02.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 26.02.2020-ci il tarixli A seriyalı 474809 saylı torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi, 61 saylı sahə İddiaçı mülkiyyətdədir, sahəsi 0.06 ha təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 07.04.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 31.03.2020-ci il tarixli 04/2007 inventar nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətdədir, sahəsi 56.9 kv.m təşkil edir. - "xxxx" MMC-nin 18.02.2021-ci il tarixli 12 saylı mütəxəssis rəyindən görünür ki, X7 tərəfindən inşa edilmiş ünvan 14 ünvanında yerləşən 43Q saylı fərdi yaşayış evinin hər hansı tikilisinin (divar, hasar və sairə) Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 734 saylı 20.08.1997-ci il tarixli sərəncamı ilə ona ayrılmış M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 600 kv. metr torpaq sahəsinin hüdudlarından xaricə düşməsi müəyyən edilmir və X7 tərəfindən Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 734 saylı, 20.08.1997-ci il tarixli sərəncamı ilə ona ayrılmış M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsində inşa edilmiş ünvan 14 ünvanında yerləşən 43Q saylı fərdi yaşayış evinin hər hansı tikilisi (divar, hasar və sairə) Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 313 saylı 14.04.1997-ci il tarixli sərəncamına əsasən İddiaçı ayrılmış M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 600,0 kv.metr torpaq sahəsinin hüdudları daxilinə düşmür. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyun 2021-cu il tarixli 10/1164 saylı ekspert rəyinin nəticəvi hissəsində aşağıdakılar göstərilmişdir: Qərardadın birinci, ikinci və üçüncü sualları üzrə: "xxxx" MMC-nin 29 mart 2021-ci il tarixli, 26 nömrəli mütəxəssis rəyinə əsasən, X7 tərəfindən inşa edilmiş ünvan 14 ünvanında yerləşən 43Q saylı fərdi yaşayış evinin hər hansı tikilisinin (divar, hasar və sairə) Binəqədi rayon icra Hakimiyyəti Başçısının 734 saylı, 20.08.1997-ci il tarixli sərəncamı ilə ona ayrılmış M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsinin hüdudlarından xaricə düşməsi müəyyən edilmir. Eyni zamanda həmin fərdi yaşayış evinin hər hansı tikilisinin (divar, hasar və sairə) Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 313 saylı, 14.04.1997-ci il tarixli sərəncamına əsasən İddiaçı ayrılmış M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 600,0 kv.metr torpaq sahəsinin hüdudları daxilinə düşmədiyi müəyyən olunur. İddiaçı Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının 274 nömrəli, 26.11.2009-cu il tarixli sərəncamının X5 aid hissəsini mübahisələndirərək onun mülkiyyət hüquqlarını pozduğundan əlverişsiz inzibati akt kimi ləğv edilməsini xahiş etmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 67.1-67.3-cü maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 26.11.2009-cu tarixli 274 saylı sərəncamının qanuni olub-olmadığının yoxlanılması üçün onun maddi hüquq normalarının tələblərinə əməl olunmaqla qəbul edilib-edilmədiyi müəyyənləşdirmək lazımdır. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin Qanunun 61.1 və 61.2-ci maddələrində isə təsbit olunmuşdur ki, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İşin araşdırılan faktiki hallarından məlum olur ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının 274 nömrəli, 26.11.2009-cu il tarixli sərəncamı ilə vətəndaş X4 istifadəsində olan 600 kv.m. torpaq sahəsində (torpaq sahəsinin planı və ölçüsü A № 221263), M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küç., ev 43Q ünvanda (Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubu: № 18/03-8/75, 05.01.05) inşa olunmuş iki mərtəbəli fərdi yaşayış evi (RİH tərəfindən razılaşdırılmış layihəyə Bakı şəhər EM-dən təqdim edilmiş rəy: 08.07.05, № 922-E/5) onun xüsusi mülkiyyətinə verilməsi üçün ilkin hüquqi qeydiyyata alınmışdır. Daha sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışla ünvan 8 ünvanda inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi və yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsi X4 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi üçüncü şəxs X7 tərəfindən inşa edilən evin torpaq sahəsi üzərində qanuni istifadə hüququ olmuş və həmin torpaq sahəsində tikintiyə icazə verilmişdir, qeyd edilən şəxsin həmin torpaq sahəsində inşa etdiyi evin layihə sənədləri və planı hazırlanmış və layihəsi müvafiq dövlət orqanı ilə razılaşdırılmış, ev inşa edildikdən sonra onun istismara yararlı olması və sanitar normalara cavab verməsi müəyyən edilmişdir, həmin ev və evin yerləşdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeyd edilən əsaslarla adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu zaman qanunvericiliyin tələblərinə əməl edilmişdir. Beləliklə də məhkəmə hesab edir ki, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 26.11.2009-cu tarixli 274 saylı sərəncamı qəbul edilərkən cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarının tələblərinə riayət edilmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlara əsaslanaraq, cavabdehin 08 may 2017-ci il tarixli, 188 saylı sərəncamını qanuni və əsaslı hesab edir. Məhkəmə, həmçinin, qeyd edir ki, iddiaçı tərəfindən sərəncamın qəbul edilməsi zamanı cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir, əksinə olaraq, yuxarıda göstərilmiş şərtlərə uyğun olaraq ayrılmış torpaq sahəsində evin tikintisinin layihələndirilməsinə dair müvafiq sənədləşmə işlərinin aparılması iş materialları ilə öz təsdiqini tapır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə araşdırması zamanı həmçinin üçüncü şəxsə dair qəbul edilmiş sərəncamın icrasının iddiaçının hüquqlarını pozub-pozmamasını müəyyənləşdirmək məqsədilə 2- 1(112)-913/2020 saylı 16.06.2020-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyun 2021-cu il tarixli 10/1164 saylı ekspert rəyi ilə bildirilmişdir ki, “X7 tərəfindən inşa edilmiş ünvan 14 ünvanında yerləşən 43Q saylı fərdi yaşayış evinin hər hansı tikilisinin (divar, hasar və sairə) Binəqədi rayon icra Hakimiyyəti Başçısının 734 saylı, 20.08.1997-ci il tarixli sərəncamı ilə ona ayrılmış M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsinin hüdudlarından xaricə düşməsi müəyyən edilmir. Eyni zamanda həmin fərdi yaşayış evinin hər hansı tikilisinin (divar, hasar və sairə) Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 313 saylı, 14.04.1997-ci il tarixli sərəncamına əsasən İddiaçı ayrılmış M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 600,0 kv.metr torpaq sahəsinin hüdudları daxilinə düşmədiyi müəyyən olunur”. Beləliklə də, ekspertiza nəticəsində mübahisələndirilən sərəncamın icrası nəticəsində iddiaçının heç bir hüquq və mənafeyinin pozulmadığı müəyyən edilmişdir. Bundan başqa, iddiaçı daha əvvəl Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 tərəfindən ünvan 8 ünvanda inşa edilmiş 2 mərtəbəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun DƏDRXnin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydiyyata alınması hərəkətlərinin qanunsuz hesab edilməsi, bununla bağlı verilmiş ******* nömrəli, 15.02.2010-cu il tarixli çıxarışın və 13.02.2010-cu il tarixli texniki pasportun etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 avqust 2019-cu il tarixli 2-1(81)-74/2019 saylı qərarı ilə təmin edilməmişdir. İddiaçı tərəfindən həmin qərarda apelyasiya şikayəti verilsə də, Bakı Apelyasiya Məhkəməsinin 22.01.2020-ci il tarixli 2-1(103)-118/2020 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 avqust 2019-cu il tarixli 2-1(81)-74/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə də üçüncü şəxs X5 məxsus ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə etməsinin iddiaçının mülkiyyət və digər hüquqlarını məhdudlaşdırmadığı müəyyən edilmişdir. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sadalanan hüquq normalarının tələblərini və işin müəyyən olunan hallarını nəzərə alaraq hesab edir ki, müvafiq ekspert rəyində göstərilən halları təkzib edən və şübhə altına alan sübut məhkəməyə təqdim edilmədiyindən hazırkı iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1164 nömrəli ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Sporronq və Lönrot İsveçə qarşı (23 sentyabr 1982-ci il tarixli qərar) işdə Avropa Məhkəməsi hesab etdi ki, böyük şəhərlərin yenidən qurulması kimi mürəkkəb və çətin bir sahədə Konvensiyaya üzv Dövlətlər şəhərsalma siyasətini aparmaq üçün geniş mülahizə səlahiyyətinə malikdirlər. Bununla belə, Məhkəmə öz nəzarətetmə səlahiyyətindən imtina edə bilməz. 1-ci maddənin (P1-1) birinci cümləsinə əsasən tələb edilən tarazlığın ərizəçilərin «(öz) mülkiyyətindən maneəsiz istifadə» hüququna uyğun olaraq təmin edilibedilmədiyinə nəzarət etmək Məhkəmənin səlahiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 274 saylı 26.11.2009-cu il tarixli sərəncamının X5 aid hissədə ləğv edilməsi barədə iddiası təmin edilməməlidir. İş üzrə məhkəmə xərcləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş ekspertiza xərclərindən ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01.06.2021-cu il tarixli, 10/1164 saylı məktubuna əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyinə görə iş üzrə prosessual xərclər iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə qarşı Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 274 saylı 26.11.2009-cu il tarixli sərəncamının X5 aid hissədə ləğv edilməsi barədə iddiası təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul iddiaçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün (köçürüləcək hesab: büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı- X2; kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, Məhkəmə ekspertizası mərkəzi-VÖEN **********, Hesab AZ34CTRE********************). Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 16ƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar