Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4430/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər Defta Mircea-Ali Ovidiu-Mircea, Defta Matei-Amir Ovidiu-Mircea, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Defta Aişə-Maria Ovidiu-Mircea qızı, Cavabdeh14, Cavabdeh15, X1 və Cavabdeh17) ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Defta Mircea-Ali Ovidiu-Mircea, Defta Matei-Amir Ovidiu-Mircea, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Defta Aişə-Maria Ovidiu-Mircea qızı, Cavabdeh14, Cavabdeh15, X1 və Cavabdeh17 xüsusi mülkiyyətində olan ünvan 1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbi irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qeyd edilən üçüncü şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Ak.H. Əliyev küçəsi, ev 92a, 3 nömrəli mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı 05.02.2021-ci il tarixli ərizə ilə müraciət edib. 14.05.2015-ci il tarixində Bakı şəhəri 38 saylı notariat ofisində bağışlama yolu ilə əldə etdiyi və 24.06.2015-ci il tarixində çıxarış əsasında mülkiyyətinə keçən Bakı şəhəri Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, ev 92a, 3 nömrəli mənzilə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat” haqqında və mənzil-kommunal təsərrüfat birliyindən aldığı arayış əsasında qeydiyyatda kənar şəxslərin olması barədə məlumat alıb. Ona görə də polisə ərizə ilə müraciət edərək göstərilən şəxslərin qeydiyyatının ləğvini xahiş etdi. Lakin Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin 16.02.2021-ci il tarixli cavab məktubu ilə göstərilən şəxslərin pasport qeydiyyatından çıxarılmasından imtina olunmuş və bununla bağlı müvafiq məhkəmə orqanlarına müraciət etməyi bildirilmişdir. Bildirir ki, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, ev 92a, 3 nömrəli mənzil ona 2015ci ildə atası tərəfindən bağışlanmışdır və onun xüsusi mülkiyyətindədir, həmin mənzilə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mülkiyyətində olan mənzilində atası X6, həyat yoldaşı X4, qızı X5 və oğlu X7 yaşayır.
3. Nərimanov rayon polis idarəsinin 16.02.2021-ci il tarixli məktubunda iddiaçının müraciətindən imtina edilərək (bundan sonra - cavabdehin imtinası) bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələbinə əsasən, qeyd edilən şəxslərin ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsi idarənin səlahiyyəti daxilində olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunur.
4. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək bildirdi ki, üçüncü şəxslər həmin evdə yaşamır, hazırda mənzildəki qeydiyyatları formal xarakter daşıyır. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Eyni zamanda bildirdi ki, Cavabdeh5 iddiaçının qardaşıdır, hazırda Rusiya Federasiyasının ərasində yaşayır, üçüncü şəxslərdən “Amoyev” soyadlı şəxsləri, eləcə də digər üçüncü şəxsləri iddiaçı tanımır.
5. Cavabdeh Nərimanov rayon polis idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, iclasda iştirak etmir. Məhkəməyə ünvanlanmış 01.06.2021-ci il tarixli və 23.06.2021-ci il tarixli məktublarla işə nümayəndənin iştirakı olmadan baxılmasına etiraz edilmədiyi bildirilmişdir.
II. İddianın növü və mümkünlüyü
6. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
7. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
8. Məhkəmənin hazırki iş üzrə 22.02.2021-ci il tarixli qərardadı ilə Defta Mircea-Ali Ovidiu-Mircea, Defta Matei-Amir Ovidiu-Mircea, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Defta Aişə-Maria Ovidiu-Mircea qızı, Cavabdeh14, Cavabdeh15, X1 və Cavabdeh17 üçüncü şəxs qismində cəlb olunmuşlar.
9. DİN-in “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 13.06.2020-ci il tarixli arayışına əsassən, Defta Mircea-Ali Ovidiu-Mircea, Defta Matei-Amir Ovidiu-Mircea, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Defta Aişə-Maria Ovidiu-Mircea qızı, Cavabdeh14, Cavabdeh15, X1 və Cavabdeh17 ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
10. X8 ilə Amoyev X10 arasında ünvan 2-ə dair 14.05.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır (notariat işi əlavə olunur). Həmin müqavilənin bağlanması zamanı Rusiya Federasiyası, Krasnodar şəhəri, Mərkəz dairəsi, Svobodnaya küçəsi ev 50 ünvanında qeydiyyatda olan Cavabdeh5 notariusa mənzilin bağışlanmasına etiraz etmədiyinə dair ərizə təqdim etmişdir (notariat qaydasında təsdiq olunmuş surəti notariat işinə əlavə olunmuşdur əlavə olunur).
11. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 iddiaçının xüsusi mülkiyyətindədir, daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüquqları 24.06.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (notariat qaydasında təsdiq olunmuş surəti əlavə olunur).
12. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 27.04.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, sorğuda adı qeyd edilən üçüncü şəxslərin Bakı şəhəri, Nərimanov rayonu Ak. H.Əliyev küçəsi, ev 92a, 3 saylı mənzilə dair istifadə hüququnun qeydə alınması ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir.
13. Məhkəmənin sorğusuna cavab oaraq Daxili İşlər Nazirliyi Baş Pasport qeydiyyat və miqrasiya idarəsinin 03.05.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1941-ci il təvəllüdlü X2 28.01.2004-cü il, xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh4 17.12.2010-cu il, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh5 28.02.2003-cü il, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh7 13.12.2012-ci il, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh9 10.02.2005-ci il, xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh10 15.12.2010-cu il, xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh11 26.12.2013-cü il, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh8 26.12.2013-cü il, xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh14 13.12.2012-ci il, 27.01,1987-ci il təvəllüdlü Cavabdeh6 27.12.2013-cü il, xx.xx.1976-cı il təvəllüdlü Cavabdeh12 09.07.2005-ci il, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh17 16.12.2010-cu il, xx.xx.1985-ci il təvəllüdlü X11 28.01.2014-cü il və övladları 29.07.2009-cu il təvəllüdlü Defta Mircea-Ali Ovidiu- Mircea, 29.10.2012-ci il təvəllüdlü Defta Matei-Amir Ovidiu-Mircea 05.07.2019-cu il, 08.09.2015-ci il təvəllüdlü Defta Aişə-Maria Ovidiu-Mircea 18.11.2017-ci il tarixdən halhazıradək Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 92a, mənzil 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Əlavə olaraq bildirilmişdir ki, adları qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericliklə müəyyən edilmiş qaydada məhv edilmişdir
14. Məhkəmə tərəfindən üçüncü şəxsə ünvanlanan məhkəmə aktı və bildirişlər geri qayıtmış, məhkəmə iclasında üçüncü şəxs iştirak etməmişdir.
15. Məhkəmənin sorğusuna cavab olaraq Nərimanov rayon mənzil-kommunal təsərrüfat birliyi 54 saylı mənzil-kommunal istismar sahəsi tərəfindən bildirilmişdir ki, 01.06.2021ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 92a, mənzil 3-də oldular və məlum oldu ki, Mircea-Ali-Ovidiu-Mircea, Defta-Matei-Ovidiu-Mircea, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Defta-X3, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16 və Cavabdeh17 yaşamırlar.
IV. Məhkəmənin mövqeyi
16. Üçüncü şəxslər həmin ünvanda faktiki olaraq yaşamırlar, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
17. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
20. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....
21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
23. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Defta Mircea-Ali Ovidiu-Mircea, Defta Matei-Amir Ovidiu-Mircea, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Defta Aişə-Maria Ovidiu-Mircea qızı, Cavabdeh14, Cavabdeh15, X1 və Cavabdeh17 Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 92a, mənzil 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.
24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Defta Mircea-Ali Ovidiu-Mircea, Defta Matei-Amir Ovidiu-Mircea, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh8, Cavabdeh6, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Defta Aişə-Maria Ovidiu-Mircea qızı, Cavabdeh14, Cavabdeh15, X1 və Cavabdeh17 Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, ev 92a, mənzil 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva