Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4431/2020 25.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X8, cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxx” X1 təsisçisi X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və üçüncü şəxs Dövlət Vergi Xidmətinin 3 saylı X9rşı «müəssisəyə aid sənədlərin (bəyannamələr və onların əlavələr, yoxlama aktları) surətinin təqdim olunması, müəssisənin fəaliyyətində yol verilmiş qanunsuzluqlarla bağlı faktların araşdırılması üzrə hərəkətsizliyə son qoyularaq müvafiq hərəkətlərin icrası»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi X11 cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinə və üçüncü şəxs Dövlət Vergi Xidmətinin 3 saylı X9rşı «müəssisəyə aid sənədlərin (bəyannamələr və onların əlavələr, yoxlama aktları) surətinin təqdim olunması, müəssisənin fəaliyyətində yol verilmiş qanunsuzluqlarla bağlı faktların araşdırılması üzrə hərəkətsizliyə son qoyularaq müvafiq hərəkətlərin icrası» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, X11 “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin (bundan sonra – MMC) nizamnamı kapitalında 33,3% paya malik olmaqla qurumun üç təsisçisindən biridir. Digər təsisçilər X12 (33,3% payla) və X6r (33,3% payla). E.Vəlibəyov 2006-cı ildən müəssisənin idarəetməsindən adıçəkilən digər təsisçilər tərəfindən qanunsuz olaraq uzaqlaaşdırılmışdır və müvafiq olaraq bütün bu illər ərzində müəssisənin idarəetməsində faktiki olaraq iştirak edə bilməmişdir. Bu illər ərzində müəssisənin fəaliyyətini faktiki rəhbərlik həmin digər iki təsisçi tərəfindən həyata keçirilmiş və müəssisənin fəaliyyəti ilə bağlı ona bu illər ərzində digər iki təsisçi və müəssisənin icra orqanı tərəfindən məlumat verilməmişdir. xx xxxxxx 2015-ci il tarixli yazılı müraciətin əsasında 6 saylı X13 rəhbərliyi xx xxxxxx 2015-ci il tarixli məktubuna əlavə etməklə MMCnin 6 saylı X3 2011 – 2014-cü il üzrə mənfəət vergisi və həmin illərin bütün rübləri və 2015-ci ilin 3-cü rübü üzrə ödəmə mənbəyində vergi bəyannamələrinin təsdiqlənmiş surətlərini ona təqdim etmişdir. Bundan sonra o, xx xxxxxx 2016-cı il tarixli ərizə ilə 6 saylı X16 müraciət edərək aşağıdakı sənədlərin surətlərinin təqdim olunmasını xahiş etmişdir: 2013 – 2015-ci illərin ƏDV bəyannamələri və əlavələri, 2015-ci ilin 4-cü rübü üzrə ÖMTV bəyannamələri və onun əlavələri, 2015-ci ilin mənfəət vergisi bəyannaməsi və əlavələri, 2011 – 2016-cı illər üzrə şəxsi hesab vərəqəsinin surətləri, 2011 – 2015-ci illər üzrə səyyar vergi yoxlaması aktlarının surətləri. İdarənin xx xxxxxx 2016-cı il tarixli məktubu ilə x xxxxxx 2011-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək təqdim edilmiş bəyannamələrin, şəxsi hesab vərəqəsinin və vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlaması aktlarının surətləri E.Vəlibəyova təqdim olunmuşdur. 6 saylı X13 təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, MMC-nin fəaliyyətində çoxlu qanun pozuntularına yol verilmişdir. Sənədlərdən aydın göründüyü kimi, MMC-nin fəaliyyəti 2016-cı ilin sonlarında ümumi yığıncağın qərarı olmadan, ona məlumat verilmədən və zərurət olmadan dayandırılmış, bu zaman müəssisənin balansından böyük məbləğdə vəsait qanunsuz yolla silinmiş, MMCnin fəaliyyətindən ona ödənilməli olan divident və MMC-nin 2004-cü ilədək tək təsisçi olduğu dövrdəki fəaliyyətindən əldə edilmiş xalis gəlirdən ona ödənilməsi qərara alınmış, lakin ödənilməmiş dividentdən qalan məbləğ mənimsənilmiş, əvəzləşdirilməli müvafiq məbləğdə ƏDV əvəzləşdirilməmiş, ödəmə mənbəyində hesablanıb dövlət büdcəsinə ödənilməli olan müvafiq vergi məbləği büdcədən yayındırılmışdır. 6 saylı X10 əldə olunmuş sənədlər tam olmadığından, o, həmin İdarəyə yenidən müraciət edərık 2011- 2012-ci illər üzrə ƏDV bəyannamələrinin və əlavələrin, 2011 və 2016-cı illər üzrə səyyar vergi yoxlaması aktlarının surətlərinin təqdim olunmasını xahiş etmişdir. Lakin ona İdarədən aşağıdakı məzmunda cavab məktubu ünvanlanmışdır: AR Vergi Məcəlləsinin 30.2-ci maddəsinə görə vergi ödəyicisinin bəyannamə məlumatları və səyyar vergi yoxlaması aktı kommersiya (vergi) sirri hesab olunur. Vergi Məcəlləsinin 30.8-ci maddəsinə əsasən vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bilər. Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin 195-1 nömrəli Çağrı Mərkəzinə və ya 6 saylı X13 vergi ödəyicilərinə xidmət şöbəsinə müraciət oluna bilər. Cavab məktubunu aldıqdan sonra məktubda göstərilənlərin qanunsuz olduğu, təsisçisi olduğu MMC-yə münasibətdə digər şəxs olmadığı, təsişçi olduğundan tələb olunan sənədlərin ona verilməli olduğu, habelə MMC-nin fəaliyyətinin ümumi yığıncağın qərarı olmadan, ona məlumat verilmədən və buna hər hansı zərurət olmadan dayandırılması, bu zaman müəssisənin balansından vəsaitin qanunsuz yolla silinməsi, MMC-nin fəaliyyətindən ona ödənilməli olan dividentin MMC-nin 2004-cü ilədək tək təsisçi olduğu dövrdəki fəaliyyətindən əldə edilmiş xalis gəlirin ona ödənilməsi qərara alınmış, lakin ödənilməmiş dividentdən qalan borc məbləğinin mənimsənilməsi, ƏDV əvəzləşdirilməsindən yayındırma, ödəmə mənbəyində hesablanıb dövlət büdcəsinə ödənilməli məbləğdən ibarət vəsaitin dövlət büdcəsindən yayındırılması ilə bağlı Vergilər Nazirliyinə və onun struktur bölmələrinə dəfələrlə müraciətlər edərək baş vermiş qanun pozuntuları ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Lakin müraciətlərə verilən cavablarda Vergilər Nazirliyi və onun aidiyyəti struktur bölmələri tərəfindən eyni məzmunlu qanunsuz cavablar göndərilmiş, tələb olunan sənədlərin verilməsindən qanunsuz və əsassız olaraq imtina edilmiş, müraciətdə qeyd olunan MMCnin fəaliyyətindəki qanun pozuntularına göz yumulmuş, bu qanun pozuntularının qarşısının alınması, dövlət büdcəsindən yayındırılmış məbləğlərin ödənilməsi ilə bağlı hər hansı hərəkət edilməmişdir. Belə ki, 6 saylı X10 daxil olmuş sonuncu – xx xxxxxx 2020-ci il tarixli məktubla ona aşağıdakı məzmunda cavab verilmişdir: MMC-nin sahibkarlıq fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında müraciətlərin təsdiq olunmuş surətləri təqdim edilir. Bundan əvvəl 6 saylı X16 daxil olmuş eyni məzmunlu müraciətlərə baxılmış və nəticəsi barədə Baş İdarənin məktubu ilə cavab verilmişdir. Göründüyü kimi, cavabdeh və onun struktur bölmələri tərəfindən ona nizamnamə kapitalının 33,3% hissəsinin sahibi olduğu MMC-nin bundan əvvəl əksər illər və rüblər üzrə bəyannamələrinin və səyyar vergi yoxlama aktlarının təsdiq edilmiş surətlərinin təqdim edilməsinə baxmayaraq, 2011 və 2012-ci illərin vergilər idarəsi tərəfindən qəbul edilmiş aylar üzrə ƏDV bəyannamələrinin və əlavələrinin, həmçinin səyyar vergi yoxlaması aktlarının surətlərinin təqdim edilməsindən həmin sənədlərin MMC-nin kommersiya (vergi) sirri olması, onun təsisçisi olduğu MMC-yə münasibətdə digər şəxs olması əsasları ilə imtina edilmişdir. Hesab olunur ki, cavabdehin və onun struktur bölmələrinin bu imtinasının əsası yoxdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə, «İnsan Hüquqlarının və X4 haqqında» Avropa Konvensiyasının müddəalarına, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.6, 23.1.6-1, 23.1.12, 24.0.1, 24.0.2, 24.0.5-1, 24.0.11, 24.0.12, 30.2, 30.8, 38, 50, 54, 56, 61, 85-ci maddələrinə, İPM-in 33, 34, 37-ci maddələrinə əsaslanaraq, müəssisəyə aid sənədlərin (bəyannamələr və onların əlavələr, yoxlama aktları) surətinin təqdim olunması, müəssisənin fəaliyyətində yol verilmiş qanunsuzluqlarla bağlı faktların araşdırılması üzrə hərəkətsizliyə son qoyularaq müvafiq hərəkətlərin icrası öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış, məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim olunmuşdur. Cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim etdiyi yazılı vəsatətində aşağıdakılar bildirilmişdir: - Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2019-cu il tarixli 845 nömrəli “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Fərmanı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi dövlət xidməti statusunda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Göründüyü kimi, Dövlət Vergi Xidməti Vergilər Nazirliyinin hüquqi varisi hesab olunur. AR NK-nın xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edilmiş və həmin Təsnifatın 15.2.2-ci bəndinə əsasən AR Vergilər Nazirliyi yanında ərazi vergilər baş idarələri inzibati orqan kimi qeyd edilmişdir. AR Vergilər nazirinin xx xxxxxxx 2019-cu il tarixli əmri ilə AR Vergilər Nazirliyinin ərazi vergilər baş idarələrinin əsasnamələri təsdiq edilmişdir. Qeyd olunan Əsasnamənin 1-ci bəndinə əsasən AR Vergilər Nazirliyinin strukturuna daxil olan qurum kimi Ərazi vergilər baş idarəsi öz səlahiyyətləri daxilində kommersiya və publik hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin, habelə ailə kəndli təsərrüfatlarının və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uşotu, dövlət vergilərinin, nəzarəti vergi orqanlarına həvalə edilmiş digər büdcə daxilolmamalarının, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının düzgün hesablanması, onların vaxtında və tam məbləğdə müvafiq olaraq dövlət büdcəsinə, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta fondlarına köçürülməsi sahəsində tədbirləri həyata keçirir, müvafiq sahədə fəaliyyətin effektivliyinə və qanunvericiliyə uyğun icrasına cavabdehdir və buna görə məsuliyyət daşıyır. Həmin Əsasnamə üzrə Baş idarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Vergilər Nazirliyinin digər struktur vahidləri və ya bölmələri, müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, habelə müstəqil qaydada məhkəmədə tərəf və digər şəxs (iştirakçı) qismində bilavasitə iştirak edir. İddia tələbinin yönəldilməli olduğu subyekt AR İN yanında Dövlət Vergi Xidməti deyil. Odur ki, cavabdeh qismində AR İN yanında Dövlət Vergi Xidmətinin çıxarılmasına və Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin cavabdeh qismində icraata qəbul edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsaslanaraq, AR İN yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi ilə əvəz edilməsi barədə qərardad çıxarılması mhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X17 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. O, cavabdehin vəsatətinə etiraz edərəık, iddiaçı tərəfin iş üzrə cavabdeh kimi AR İN yanında Dövlət Vergi Xidmətinin saxlanılmasında israrlı olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianın əsassız olduğunu bildirdi və cavabdehin dəyişdirilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasənm inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 27-ci maddəsinə əsasən aşağıdakılar inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar: iddiaçı (və ya bu Məcəllənin 132-ci maddəsinə uyğun olaraq ərizəçi), cavabdeh, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər. MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxx 2019-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və X15 Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yeni strukturu təsdiq edilmişdir. Fərmanla təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturu”nda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nəzərdə tutulmuşdur. AR Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi vergilər departamentləri inzibati orqan kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia ərizəsi ilə müraciət edən şəxs (E.Vəlibəyov) “xxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin təsisçisi olsa da, qanuni təmsilçisi sayılmadığından, müəssisə ilə bağlı vergi orqanı ilə inzibati münasibətlərdə tərəf kimi çıxış edə bilməz. O, həm də hazırkı iddianı da öz adından qadırmış qiymətləndirilir. Vergi orqanı ilə inzibati münasibətlərin tərəfi olmayan şəxs, inzibati mübahisənin tərəfi kimi təmsil oluna bilməz. Məhkəmə həmçinin vurğulayır ki, iddiaçının qaldırdığı məsələlərin həlli istər vergi qanunvericiliyi, istərsə də vətəndaşların müraciətləri haqqında qanunvericiliyin normaları baxımından hazırkı cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin, deyil, onun tabeliyindəki ərazi vergi orqanının vəzifələri sırasına daxildir. İddiaçı tərəf cavabdehin dəyişdirilməməsində israrlı olduğundan (nümayəndənin izahatına əsasən), məhkəmə İPM-in 13-cü maddəsinin tələblərini rəhbər tutub cavabdehin dəyişdirilməsinin təklif olunmasını məğbul qiymətləndirməmişdir. Beləliklə məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. AR Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü və 9-cu bəndlərində vurğulanmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərəəsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində 2 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə(Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4431/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4431/2020
25.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver