Məhkəmə qərarları › İş №2-1(112)-4434/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4434/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4434/2024 02.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “qəyyum təyin olunma barədə sərəncamın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş həyat yoldaşı X2 fəaliyyət qabiliyyətli olmayan oğlu, X6 üzərində qəyyum təyin olunması barədə sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı keçmiş həyat yoldaşı X5 ilə 2015-ci ildə ayrılmışdır. Birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Nikah pozulduqdan sonra övladı anasının himayəsinə verilmişdir. İddiaçının oğlu X6 əqli qüsurlu olaraq dünyaya gəlmişdir. X5 tərəfindən Binəqədi Rayon Məhkəməsinə oğlu - X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair müraciət olunmuş və məhkəmə tərəfindən e- 2(001)-1945/2022 saylı xx.xx.2022-ci il tarixli qətnamə qəbul edilmişdir. Qətnamədə oğlu fəaliyyət qabiliyyətli olmayan şəxs hesab olunmuşdur. Oğlu İİ qrup əlildir, ona F72.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağılıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları, eşitmə qabiliyyətinin zəifləməsi ilə İQ-25 Amillər diaqnozu qoyulmuş, əlilliyi ilə bağlı dövlət tərəfindən ona müavinət təyin olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə iddiaçının keçmiş həyat yoldaşı X5 fəaliyyət qabiliyyətli olmayan oğlu X6 üzərində qəyyum təyin olunmuş, lakin qəyyumu olan anası tərəfindən ona lazımı qulluq və qayğı göstərilmir. Bugünkü gündə oğlu anasının yanında qalmaq istəmir və valideyinlik vəzifələrini yetərincə icra etmir, övladı hesabına gələn aylıq müvainət pulunu yalnız öz şəxsi ehtiyacları üçün xərcləyir. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında iddia tələbinə etirtaz etmiş və bildirmişdir ki, iddiaçının oğlu X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli e-2(001)-1945/2023 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. Sözügedən qətnamə mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 fevral 2023cü il tarixli 41 saylı sərəncamına əsasən, X2 fəaliyyət qabiliyyəti olmayan oğlu X6 üzərində qəyyum təyin olunmuşdur. İddiaçı Binəqədi Rayon İcra Hakimiyyətinə keçmiş həyat yoldaşı X2 fəaliyyət qabiliyyəti olmayan oğlu X6 üzərində qəyyum təyin olunması barədə sərəncamın ləğv edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 5-10/1-Q-83-099/2023 saylı ərizə ilə müraciət etmişdir. Vətəndaşın müraciətində qeyd olunmuş xüsusatları araşdırmaq məqsədi ilə iddiaçının keçmiş həyat yoldaşı S.Ə.Bayramova Rayon icra hakimiyyətinə dəvət olunmuşdur, qəbul zamanı S.Ə.Bayramova iddiaçı tərəfindən onun ünvanına deyilənlərlə razı olmadığını, hal-hazırda oğlu və iddiaçı ilə eyni ünvanda yaşadığını, oğlunun qayğısına qaldığını, ona qulluq etdiyini bildirərək, oğlunun onun qəyyumluğuna verilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 fevral 2023-cü il tarixli 41 saylı Sərəncamın ləğvinə etiraz etmiş, vətəndaş S.Ə.Bayramova qəbul zamanı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının yuxarıda qeyd olunan sərəncamının verilib-verilməməsi zamanı iddiaçının fəaliyyət qabiliyyəti olmayan oğlu üzərində S.Ə.Bayramovanın qəyyum təyin edilməsinə etiraz etmədiyini və bununla bağlı sərəncamın verildiyi vaxt notariat qaydada təsdiq olunmuş razılıq ərizəsini təqdim etdiyini bildirdi. S.Ə.Bayramova qəbul zamanı iddiaçı ilə aralarında olan mübahisənin oğluna dövlət tərəfindən ödənilən sosial müavinətlə bağlı olduğunu bildirmişdir. Belə ki, onun sözlərinə görə hazırda oğlunun kartı onda olduğundan və karta köçürülən məbləği kartdan özü çəkdiyindən iddiaçı ilə aralarında mübahisə yaranmışdır. Beləliklə də, iddiaçının müraciəti əsasında aparılan araşdırma zamanı onun keçmiş həyat yoldaşı S.Ə.Bayramovaya qarşı dedikləri öz təsdiqini tapmadığından Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 fevral 2023-cü il tarixli 41 saylı Sərəncamının ləğv olunması 28 sentyabr 2023-cü il tarixli 5-10/1-Q-83- 099/2023 saylı məktubla məqsədəmüvafiq hesab olunmamışdır. S.Ə.Bayramova öz üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədiyi, qəyyumluqdan tamah məqsədi ilə istifadə etdiyi və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduğu, ona qayğı göstərmədiyi aşkar olunmamışdır. Belə olan halda mövcud qanunvericiliyin tələblərinə əsasən iddiaçının mübahisələndirdiyi sərəncamın ləğvinə dair heçbir əsas mövcud deyildir. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məhkəmə qeyd edir ki, mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək onun faktiki əsası müəyyən edilməlidir. Məhz qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, hazırkı iş üzrə yaranmış mübahisənin faktiki əsasları mülki münasibətlərə söykənir. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)-1945/2022 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 41 saylı sərəncamından görünür ki, vətəndaş X5 fəaliyyət qabiliyyəti olmayan oğlu X6 üzərində qəyyum təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. - maddə 33.1. Qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. - maddə 34.1. Qəyyumluq və himayəçilik orqanları qanunvericiliklə müəyyənləşdirilir. - maddə 34.2. Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. - maddə 34.3. Qəyyumluqda olanların yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı onların qəyyumlarının və himayəçilərinin fəaliyyətinə nəzarət edir. - 35.1. Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. - maddə 35.2. Qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər. - maddə 35.3. Qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Göründüyü kimi, fəaliyyət qabiliyyəti olmayan fiziki şəxslərə qəyyum təyin edilməsi mülki hüquq normaları ilə tənzimlənir. Belə olan halda aydın olur ki, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları inzibati qanunvericlik baxımından inzibati orqan hesab edilsələr də, məzmun baxımından bu orqanlar daha çox xüsusi hüquq sahəsinə aid olan məsələlərlə, yəni qəyyumluq və onun şərtləri, himayəçilik, uşaqların rifahı, fəaliyyət qabiliyyəti və sair kimi məsələlərlə məşğul olduqlarından həmin hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, onların qəbul etdiyi bütün qərarlara (hərəkət və ya hərəkətsizlik) inzibati qaydada baxıla bilməz. Belə ki, bu zaman əsas məsələ mülki hüquqla bağlı həll edilməli və ya aydınlaşdırılmalı olan məsələ olduğundan, məhkəmə hesab edir ki, hazırkı işə mülki mühakimə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-411 nömrəli icmal məktubunda da göstərilmişdir ki, şəxsin qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə şəxsin mülki hüquq və vəzifələrin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasına əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2 Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar