Məhkəmə qərarları › İş №2-1(112)-4437/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4437/2022

22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4437/2022 22.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyоvanın sədrliyi Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçı X2 iştirakı ilə iddiaçı X1 cavabdeh Bakı şəhər Binəqədi rayon qeydiyyat şöbəsinə qarşı “iddiaçıya aid doğum haqqında akt qeydi bərpa edilməklə həmin aktda qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi, bu akt qeydində düzəliş edilərək, “vətəndaş” qrafasında soyadının “Əliyev” atası qrafasında atasının soyadı Əliyev kimi qeyd olunmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baхaraq, MÜƏYYƏN ETDİ: İddiаçı X2 cavabdeh Bakı şəhər Binəqədi rayon Qeydiyyat şöbəsinə qarşı “iddiaçıya aid doğum haqqında akt qeydi bərpa edilməklə həmin aktda qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi, bu akt qeydində düzəliş edilərək, “vətəndaş” qrafasında soyadının “Əliyev” atası qrafasında atasının soyadı Əliyev kimi qeyd olunmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 22 fevral 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması inzibati məhkəmə icraatının prinsiplərinə zidd olmadığı üçün sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyrimümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Bakı şəhər Binəqədi rayon Qeydiyyat şöbəsinə qarşı “iddiaçıya aid doğum haqqında akt qeydi bərpa edilməklə həmin aktda qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi, bu akt qeydində düzəliş edilərək, “vətəndaş” qrafasında soyadının “Əliyev” atası qrafasında atasının soyadı Əliyev kimi qeyd olunmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 55 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh Bakı şəhər Binəqədi rayon Qeydiyyat şöbəsinə qarşı “iddiaçıya aid doğum haqqında akt qeydi bərpa edilməklə həmin aktda qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi, bu akt qeydində düzəliş edilərək, “vətəndaş” qrafasında soyadının “Əliyev” atası qrafasında atasının soyadı Əliyev kimi qeyd olunmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar