Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4437/2023 26.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Cəbrayıl oğlu vasitəsilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası Qanuni nümayəndə xx.xx.1974-cü il tarixdə Zəngilan rayonunda anadan olmu, 1993-cü il tarixdə erməni işğalçılarının Zəngilan rayonunun Zəngilən şəhərini işğal etməsi səbəbindən o, həmin şəhərdən məcburi köçkün düşmüşdür. Ona “məcburi köçkün” vəsiqəsi verilmişdir. Qanuni nümayəndə həyat yoldaşı X9 xx.xx.1975-ci il tarxidə Füzuli rayonunda anadan olmuşdur. 1993-ci il tarixdə erməni işğalçılarının Füzuli rayonunu işğal etməsi səbəbindən həmin rayondan məcburi köçkün düşmüşdür. Ona “Məcburi köçkün” vəsiqəsi verilmişdir. xx.xx.1997-ci il tarixdə Qanuni nümayəndə ilə X9 arasında nikah bağlanmışdır. Bu nikahdan xx.xx.2006-cı il təvəllüdlü İddiaçı doğulmuşdur. İddiaçı “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə müraciət olunmuşdur. Komitə həmin müraciətə imtina cavabı verərək, xx.xx.2022-ci il tarixli, 01/6015 saylı məktubunda bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə görə valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Həmin qaydaların 4.2.6-cı bəndinin tələblərinə uyğun olaraq “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək, həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmadığından 2006-cı il təvəllüdlü İddiaçı doğum tarixindən əvvəl anası X10 adına qeydiyyata alınmış şəxsi mənzildə daimi qeydiyyata düşdüyündən və hal-hazırda da İddiaçı hər iki valideyninin qeydiyyatı işğal rayonunda olmadığından ərizə təmin edilmir. İddiaçı cavabdeh orqanın qərarı ilə razı deyil. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ının 4.2.6-cı bəndinə əsaslanaraq İddiaçı “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsindən imtina etmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdə doğulmasını, sözügedən “Qaydalar”ın isə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli Qərarı ilə təsdiqlənməsini nəzərə alsaq, o zaman Komitənin həmin Qaydalara əsaslanması qanunvericiliyin tələbinə ziddir. Çünki İddiaçı “məcburi köçkün” statusunu almaq hüququ onun doğulduğu vaxt yaranmışdır və bu səbəbdən də sözügedən məsələ həmin vaxt qüvvədə olan qanunvericilik normalarına uyğun həll edilməlidir. İddiaçı hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuzdur. Onun müraciəti həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (Ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinin tələbinə əsasən, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Yuxarıda qeyd olunan Qaydaların 4.2.6-cı bəndinin tələblərinə əsasən, “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmadığından, 2006-cı il təvəllüdlü övladı İddiaçı doğum tarixindən əvvəl anası Hacıyeva llhamə Tofiq qızıının adına qeydiyyata alınmış şəxsi mənzildə qeydiyyata düşdüyündən və hal-hazırda da onun və həyat yoldaşının qeydiyyatı işğal rayonunda olmadığından istəyinin müsbət həlli Komitənin imkanı xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı İlə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün“ statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı valideynləri Qanuni nümayəndə və X10 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olsalar da, ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadırlar. İddiaçı valideynlərinin yaşayış yeri uzrə qeydiyyat ünvanları işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və Bakı şəhəri Sabunçu rayonunda doğulduğundan “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburı koçkun statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublıkasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Göründüyü kimi o uşaqlara məcburi köçkün statusu verilir ki, valideynlərindən atası "məcburi köçkün” statusuna malik olsun, hər iki valideynin qeydiyyatı daimi yaşayış veri üzrə isğal olunmuş rayon (səhər) olsun, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Beləliklə, iddiaçıya münasibətdə yuxarıda sadalanan hər üç şərtdən biri ödənilmədiyindən ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Bildirilir ki, Qaydaların 4.2.6-cı bəndinə əsasən, “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatının Texniki invertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin qeydiyyat vərəqəsindən də göründüyü kimi ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının anası X4 adına xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır. 2007-2023-cü illəri əhatə edən məcburi köçkünlər haqqında elektron məlumat bazasından da göründüyü kimi iddiaçının anası İddiaçı doğum tarixindən əvvəl də hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Göründüyü kimi, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı anadan olmasından əvvəl, yəni xx.xx.1999-cu il tarixində ünvan 1 ünvanında yerləşən yaşayış sahələrinə mülkiyyət hüququ əldə etdiyi, iddiaçının doğum tarixindən əvvəl həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduğundan Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburı köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə əsasən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd olunması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi tələb olunan mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıya məcburi köçkün statusu və bu barədə vəsiqənin verilməsi ilə bağlı müraciət iddiaya etirazdakı dəlillərə uyğun əsaslandırılaraq təmin edilməmişdir. -AA seriyalı ******* nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının atası Qanuni nümayəndə xx.xx.1974-cü il təvəllüdlüdür. -Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının anası X9 xx.xx.1975-ci il tarixdə Füzuli rayonunda doğulmuşdur. Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 16, mənzil 15-də yaşayış yeri üzrə qeydiyyatdadır. -Zəngilan rayonu VVAQ tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, Vİİ-ЖГ seriyalı 336135№li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Qanuni nümayəndə ilə X9 arasında eyni tarixdə nikah bağlanmışdır. -Zəngilan rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Qanuni nümayəndə, anası- X6r. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.12006-cı il təvəllüdlüdür. -Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AA4258874 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə məcburi köçkün statusuna malikdir. -Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AA422562 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X9 məcburi köçkün statusuna malikdir. -Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən verilən xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Qanuni nümayəndə 1993-cü ilin oktyabr ayının 29-da Zəngilan rayonunun Zəngilan şəhərindən məcburi köçkün düşmüş, vahid aylıq müavinət almış, 1996-cı ildə qeydiyyatını Bakı şəhərinə dəyişdiyi üçün həmin tarixdən ona verilən vahid aylıq müavinət dayandırılmışdır. Əsas: Zəngilan rayon İcra hakimiyyəti başçısının Zəngilan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 466 nömrəli arayışı. -146 saylı MKİS tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 167 №-li arayışdan görünür ki, arayış İddiaçı ünvan 3 ünvanında məcburi köçkün kimi qeydiyyatsız yaşayır. -Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Zəngilan rayonunun Zəngilan şəhər sakini Qanuni nümayəndə xx.xx.1993-cü ildə Zəngilan şəhərindən məcburi köçkün gəlmiş, lakin 1996-cı ildə Zəngilan şəhərindən qeydiyyatdan çıxaraq Bakı şəhərinə daimi qeydiyyata düşmüşdür. Qocayev X5 şəhər İƏD-si üzrə nümayəndəlikdə daimi qeydiyyatda olmadığı üçün, onun oğlu xx.xx.2006-cı il təvəllüdlü İddiaçı da məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinət almır. -Məhkəmənin sorğusuna cavab olaraq AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X9 xx.xx.2005-ci il tarixdən, xx.xx.1998-ci il təvəllüdlü X7 xx.xx.2014-cü il tarixdən, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən, Qanuni nümayəndə xx.xx.2019-cu il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 02 avqust 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Qanuni nümayəndə xx.xx.2000-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. -Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, 30/8235 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, ev 16 ünvanda yerləşən 15 saylı mənzil X4 adına tam mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 3 X4 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. -X4 adına mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas olmuş 082931 nömrəli, 30 noyabr 1999-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X9 Bakı şəhəri, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsində yerləşən 16 saylı evin 15 nömrəli mənzilini 22.000.000 manata X1 almışdır. Beləliklə, işin mübahisələndirilməyən halları belədir ki, İddiaçı valideynləri- məcburi köçkün statusuna malik olan atası Qocayev X5 rayonunda, anası X2 rayonunda anadan olmuş, onlar xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. İlhamə Hacıyeva iddiaçının doğulmasından əvvəl, yəni xx.xx.1999-cu il tarixdə bağlanmış mülki-hüquqi əqd əsasında yaşayış sahəsi əldə etmiş və valideynlərin hər ikisi həmin mənzilə qeydiyyata düşmüşlər. Həmçinin, iddiaçının atası Qanuni nümayəndə 1996-cı il tarixdən qeydiyyatını Zəngilan rayonundan Bakı şəhərinə dəyişdiyi üçün ona və İddiaçı verilən vahid aylıq müavinətin verilməsi dayandırılmışdır. Məhkəmə cavabdehin imtinasının qanunsuz olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)- Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. -9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. -10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; -12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli, 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. İstinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin (Komitənin) qərarı əsasında verilir. Bu statusun verilməsi üçün şəxs Komitədə qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.1-ci bəndinə əsasən sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. Həmin Qaydaların 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Həmin Qaydaların 4.2.6-cı bəndinə əsasən "Məcburi köçkün statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Göründüyü kimi qanunvericilik "məcburi köçkün” statusunun əldə edilməsi qaydalarından biri olaraq “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsini mümkün hesab etmir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının anadan olduğu tarixdən əvvəl, yəni 2006-cı ilədək onun anası İlhamə Hacıyeva ayrıca yaşayış sahəsi əldə etdiyindən və iddiaçının hər iki valideyni həmin ünvana qeydiyyata alındığından iddiaçıya “məcburi köçkün” statusu verilməsi "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə ziddir və bu halda cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. "Məhkəmələr və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Göstərilənlərə əsasən qeyd edilməlidir ki, oxşar mübahisə ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2113/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında da kassasiya instansiya məhkəməsi analoji mövqedən çıxış edərək “məcburi köçkün” statusuna malik olan şəxsin ayrıca yaşayış sahəsi əldə etdikdən və həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsini mümkün hesab etməmişdir. Məhkəmə iddiaçının digər uşaqlarına eyni faktiki hallar əsasında məcburi köçkün statusu və vəsiqəsinin verilməsi ilə bağlı arqumentinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Göründüyü kimi, qanunauyğun olmayan inzibati praktika tətbiq edilə bilməz. Odur ki, məhkəmə iddiaçı tərəfin qeyd olunan dəlilini əsaslı saymır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4437/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4437/2023
26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver