Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4438/2021 29.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində qəbul edilmiş 31 oktyabr 2019-cu il tarixli "İntizam tənbehin görülməsi haqqında" əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə işə bərpa edilməsi, onun məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 vəsatət verərək bildirdi ki, iddia müddəti ötürüldüyündən İddiaçı iddia tələbi mümkün sayılmamalıdır. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Eyni zamanda, həmin maddənin tələblərinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı Salahov X1 Nazirliyinin Daxili Təhlükəsizlik Baş idarəsinin Daxili Audit şöbəsinin baş dövlət vergi müfəttəşi vəzifəsində çalışmış, Vergilər Nazirliyinin 31.10.2019-cu il tarixli **********441700 nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissədinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən azad edildiyi tarixdən təxminən 1 il 3 ay müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı barəsində verilmiş əmrin surətini və əmək kitabçasını 4 fevral 2021-ci il tarixdə cavabdeh Dövlət Vergi Xidmətindən əldə etdiyini əsas gətirərək iddia müddətini ötürmədiyi görünüşünü yaratmağa çalışmışdır. İddiaçı qeyd olunan dəlili tamamilə əsassızdır. Belə ki, cavabdeh vergi orqanında İddiaçı barəsində verilmiş əmrin tarixi və nömrəsindən, eləcə də məzmunundan məlumatlı olduğuna dair kifayət qədər mötəbər sübutlar vardır. Eyni zamanda cavabdeh vergi orqanı tərəfindən İddiaçı barəsində verilmiş əmrin surətinin işdən azad edildiyi tarixdən etibarən əldə edilməsinə heç bir maneə də yaradılmamışdır. İş materiallarından göründüyü kimi İddiaçı barəsində verilmiş əmrin 2-ci bəndi ilə işlədiyi struktura İddiaçı əmrlə tanış edilməsi və təhvil-təslim işlərinin aparılması tapşırılmışdır. Məhz qeyd olunan əmrin icrası ilə bağlı 31.10.2019-cu il tarixdə İddiaçı mübahisələndirdiyi əmr elan olunmaqla təhvil-təslim işləri aparılmış və onun tərəfindən eyni tarixli təhvil-təslim aktı imzalanmışdır. Təhvil-təslim aktından göründüyü kimi 31.10.2019-cu il tarixdə İddiaçı istifadəsində olan bütün avandanlıqlar, eləcə də xidməti vəsiqəsi və tanınma nişanı ondan təhvil alınmışdır. Belə ki, Əmək Məcəlləsinin 189.3-cü maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Sözügedən normanın müddəalarından aydın olur ki, yalnız işçinin tələbi olduqda ona həmin əmrin surəti təqdim edilir. Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi İddiaçıla təhvil-təslim işləri aparılarkən barəsində verilmiş əmr ona elan edilmişdir. Lakin iddiaçı tərəfindən əmrin surəti tələb edilməmişdir, iddiaçı təhvil-təslim işləri aparıldıqdan bir il ötdükdən sonra əmrin surətini istəmiş və heç bir maneə olmadan əmrin surəti ona təqdim edilmişdir. Halbuki, İddiaçı əmrin surətini bundan əvvəlki tarixlərdə də cavabdeh vergi orqanından istəyə bilərdi. Sözsüz ki, bunun bir səbəbi var. Səbəb ondan ibarətdir ki, İddiaçı barəsində qəbul edilmiş əmrdən məlumatlı olmuşdur və buna görə də əmrin surətini əldə etməyə heç bir lüzum görməmişdir. Lakin sonradan, yəni bir ildən artıq müddət ötdükdən sonra İddiaçı məhkəməyə müraciət etmək fikrinə düşmüş və guya iddia müddətini ötürmədiyi görünüşünü yaratmaq üçün süni surətdə əmrin surətini cavabdeh vergi orqanından əldə etmişdir. İddiaçı mübahisələndirilən əmr barədə daha öncədən məlumatlı olduğunu və həmin əmrin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməsinə yol verdiyini göstərən bir sıra digər mötəbər sübutlar da mövcuddur. Belə ki, iddiaçı ilə aparılmış 31.10.2019-cu il tarixdə təhvil-təslim işlərinin ardınca 2019-cu ilin noyabr ayında onunla son haqq-hesab aparılmış və hesablanmış məbləğlər həmin tarixdə iddiaçının əmək haqqı kartına yüklənmişdir. Bundan sonra 07.11.2019-cu il tarixdə, yəni əmrin verildiyi tarixdən bir həftə sonra cavabdeh vergi orqanı tərəfindən İddiaçı **********699100 nömrəli məktub ünvanlanaraq ona məxsus olan əmək kitabçasını Vergilər Nazirliyinin İnsan resursları baş idarəsindən götürməsi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməyi xahiş edilmişdir. Qeyd olunan məktub poçt vasitəsi ilə İddiaçı 03.12.2019-cu il tarixdə çatdırılmışdır. Lakin İddiaçı bu dəfə də məsuliyyətsizlik və etinasızlıq göstərərək cavabdeh vergi orqanının qeyd olunan məktubuna hər hansı bir reaksiya verməmişdir. Nəticədə İddiaçı hazırki iddia tələbini qaldırmamışdan bir həftə əvvəl cavabdeh vergi orqanından əmək kitabçasını təhvil götürməklə guya iddia müddətini ötürmədiyi görünüşünü yaratmağa çalışmışdır. Halbuki, əmək kitabçasını götürməsi ilə bağlı bildiriş iddiaçının poçt ünvanına təxminən 1 ildən artıq müddət bundan əvvəl çatdırılmış və keçən dövr ərzində iddiaçı açıq-aşkar məsuliyyətsizlik edərək əmək kitabçasını götürməmişdir. Hazırda isə bu məsuliyyətsizliyini gözardına almaqla əmək kitabçısını yenicə əldə etdiyini qeyd etməklə guya iddia müddətini ötürmədiyini əsaslandırmağa çalışmışdır. Bundan əlavə, iddiaçının barəsində verilmiş əmrdən məlumatlı olduğunu sübut edən daha bir mötəbər sübutu məhkəmənin nəzərinə çatdırmaq istəyirik. Belə ki, İddiaçı işdən azad edildiyi tarixdən 9 ay ötdükdən sonra, yəni 09.07.2020-ci il tarixdə cavabdeh vergi orqanına müraciət ünvanlayaraq 31.10.2019-cu il tarixli əmrin dəyişdirilərək öz ərizəsi ilə işdən azad edilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh vergi orqanı 21.07.2020-ci il tarixli **********349400 nömrəli məktubla həmin müraciəti cavablandıraraq qeyd etmişdir ki, "dövlət vergi orqanlarında əmək fəaliyyətiniz zamanı işdə yol verdiyiniz kobud nöqsanlara görə vergilər nazirliyinin 31.10.2019-cu il tarixli **********441700 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən intizam tənbehi qaydasında tutduğunuz vəzifədən azad edilmisiniz.". Qeyd olunan müraciətinin, eləcə də cavabdeh vergi orqanının müraciətə verdiyi cavab məktubunun məzmunu iddiaçının işdən azad olunmasına əsas olmuş intizam tənbehi tədbirinin görülməsi barədə əmrdən ən geci 2020ci ilin iyul ayında məlumatlı olduğunu bir daha sübut edir. Nəticədə, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 17.02.2021-ci il tarixə iddiaçının pozulduğunu iddia etdiyi hüquqlarının və qanunla qorunan maraqlarının məhkəmə müdafiəsi üçün müddət axımı artıq bitmiş və iddia müddətləri ötürülmüşdür. Həmçinin İddiaçı barəsində 29.11.2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və heç şübhəsiz iş materiallarına onun barəsində qəbul edilmiş 31.10.2019cu il tarixli "İntizam tənbehi tədbirinin görülməsi barədə” əmr də daxil edilmişdir. Həmin zaman İddiaçı barəsində aparılan araşdırma materialı olaraq həmin əmrlə tanış olma və surətini əldə etmə hüququ və imkanı olmuşdur. Eyni zamanda ********* nömrəli cinayət işi üzrə icraata 21.12.2019-cu il tarixli qərarla xitam verilmiş və qərarın surəti İddiaçı göndərilmişdir. Həmin xitam qərarında 31.10.2019-cu il tarixli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrin məzmunu, İddiaçı işdən azad edilməsinin əsas və səbəbləri barədə ətraflı məlumatların əks etdirilməsi də onu deməyə əsas verir ki, İddiaçı 31,10.2019-cu il tarixli əmrdən ən azı bir il iki ay bundan əvvəl məlumatlı olmuşdur. Bütün qeyd olunan hallar iddiaçının 31.10.2019-cu il tarixli əmrdən guya 04.02.2021-ci il tarixdə məlumatlı olması faktını təkzib etməklə yanaşı iddiaçının yanlış dəlillərini ifşa edir. Bunlardan əlavə, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək niyyəti var idisə o zaman hələ bundan bir il əvvəl Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 21.12.2019-cu il tarixli qərarını əldə etdikdən dərhal sonra məhkəməyə müraciət etmiş olardı. Göründüyü kimi, iddiaçının belə bir niyyəti olmamışdır. Aşağıdakılar İddiaçı barəsində verilmiş əmrdən daha əvvəlki tarixlərdə məlumatlı olduğunu və məhz qeyd olunan tarixlərdən etibarən iddia müddəti axımının başlandığını sübut edir: - 31.10.2019-cu il tarixdə İddiaçıla təhvil-təslim işləri aparılmışdır; - 2019-cu ilin noyabr ayında son haqq-hesab edilmişdir; - 07.11.2019-cu il tarixdə İddiaçı əmək kitabçasını Vergilər Nazirliyindən götürməsi barədə məktub ünvanlanmış, məktub poçt vasitəsi ilə İddiaçı 03.12.2019-cu il tarixdə çatdırılsa da sonuncu əmək kitabçasını götürməmişdir; - 09.07.2020-ci il tarixdə İddiaçı DVX-ya müraciət ünvanlayaraq 31.10.2019-cu il tarixli əmrin dəyişdirilərək öz ərizəsi ilə işdən azad edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Müraciətin məzmunundan görünür ki, İddiaçı hazırda məhkəmədə mübahisələndirdiyi 31.10.2019-cu il tarixli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrdən ən geci 2020-ci ilin iyul ayında məlumatlı olmuşdur; - Bütün bunlardan əlavə İddiaçı barəsində istintaqı aparılan cinayət işi materiallarında əmrin surəti olmuş və həmin əmrlə tanış olmaq imkanı olmuşdur; - ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə 21.12.2019-cu il tarixli qərarda 31,10.2019-cu il tarixli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrin məzmunu, İddiaçı işdən azad edilməsinin əsas və səbəbləri barədə ətraflı məlumatlar əks etdirilmişdir. Mübahisələndirilən intizam tənbehi tədbirinin görülməsi barədə əmrdən məlumatlı olduğu tarixdən ən çoxu 1 il 3 ay, ən azı isə 7 aydan çox müddət keçdikdən sonra iddiaçı həmin əmrin ləğv edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçının tələb hüququnun axımı müvafiq əmrlə tanış olduğu, məlumatlı olduğu və son haqq-hesabın aparıldığı gündən başlandığından o, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini pozmuşdur. Başqa sözlə, iddiaçı qanunvericiliklə ona verilmiş prosessual hüququn həyata keçirilməsinə müəyyən olunmuş müddət bitdikdən sonra məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsinə Ali Məhkəmənin 17 mart 2020-ci il tarixli qərarında qeyd olunanlara istinad edərək iddia müddətini ötürmədiyini əsaslandırmağa çalışmışdır. Həmin məhkəmə işi təkrar baxılması üçün apellyasiya instansiyasına qaytarılmasına baxmayaraq, iddia təkrarən mümkünsüz sayılmış və iddiaçının kassasiya şikayətinə baxan Ali Məhkəmə 10.03.2021-ci il tarixli 2-1(102)-314/2021 saylı qərarı ilə iddiaçının kassasiya şikayətini təmin etməmişdir. Həmin qərarın 49-cu bəndində qeyd edilmişdir ki, iddiaçının iş otağında olan əşyaları və xidməti vəsiqəsini cavabdehin əməkdaşlarına təhvil verdiyi tarix hüququnun pozulmasının aşkar edildiyi gün olmuşdur. Göründüyü kimi, Ali Məhkəmə işdən azad edilən işçi ilə təhvil-təslim işlərinin aparıldığı günü işçinin hüququnun pozulmasının aşkar edildiyi gün kimi qiymətləndirmişdir. Qeyd olunan hüquqi nəticəsini hazırki işə tətbiq etdikdə aydın olur ki, İddiaçı hüququnun pozulmasını aşkar etdiyi gün 31.10.2019-cu il tarixdir və 2021-ci il fevral ayında məhkəmə müraciət etməklə açıq aşkar surətdə iddia müddəti ötürülmüşdür. Məlum olduğu kimi, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, cavabdeh iddia ərizəsinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etiraz ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372 və 377.1-ci maddələrinə, habelə Əmək Məcəlləsinin 296-cı maddəsinə istinad edərək iddiaçının 31 oktyabr 2019-cu il tarixdə işdən azad edildiyindən və həmin vaxtdan 1 il 3 ay keçdiyindən iddia qaldırılması ilə bağlı iddia müddətinin ötürüldüyünü qeyd edir. Ərizə iradə ifadə etmək üçün verilir. Ərizə verən cavabdeh “iddia müddəti” anlayışını dərk etməlidir. Bu, pozulmuş subyektiv hüququn müdafiəsi müddətidir. Ona görə də cavabdeh ərizə verməklə belə məzmunda iradə ifadə etmiş olur ki, iddiaçının subyektiv hüququ mövcuddur, həmin hüququ pozulub, ona görə də pozulmuş hüququn müdafiəsi barədə tələbə iddia müddətinin tətbiq edilməsini istəyir. Əgər cavabdeh bunun əksini hesab edirsə, belə halda o, ərizə verməməli, bununla da iddiaçının subyektiv hüququnun mövcud olmadığı və ya mövcud olsa da həmin hüququ pozmadığı barədə iradə ifadə etməlidir. Göstərilən iradə ifadələri bir-birini təkzib etdiyinə görə eyni zamanda mövcud ola bilməz, ikisindən biri mövcud olmalıdır. İddia müddətinin tətbiqi barədə ərizə verilirsə, birinci iradə ifadəsi mövcud sayılır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi verməklə subyektiv hüququnun mövcud olduğunu və cavabdeh tərəfindən pozulduğunu iddia edir, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verməklə iddiaçının hüququnun mövcud olduğunu və həmin hüququ pozduğunu etiraf edir. Belə vəziyyətdə məhkəmə subyektiv hüququn olub-olmadığı və pozulub-pozulmadığı barədə araşdırma aparmalı deyil, çünki tərəflər öz hərəkətləri ilə belə araşdırmaya olan zərurəti aradan qaldırmış olurlar. Araşdırma isə tərəflər üçün həyata keçirilir, çünki araşdırmanın nəticəsində qəbul ediləcək qərar ilə tərəflərin hüquq və vəzifələrinə dair məsələ həll ediləcək. Ona görə də tərəflərin belə hərəkətindən sonra məhkəmənin araşdırma aparması inzibati prosesin dispozitivlik prinsipinə ziddir. Hazırkı işdə iddiaçı iddia ərizəsi verib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, cavabdeh iddia müddətinin ötürüldüyünü dəfələrlə vurğulasa da, lakin bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İş materiallarından müəyyən olunur ki, iddiaçı tutduğu vəzifədən 31 oktyabr 2019-cu il tarixdən azad edilməsinə baxmayaraq, sonuncu həmin əmrin məzmunu ilə tanış edilməmiş və sözügedən əmrin surəti və əmək kitabçası ona rəsmi qaydada təqdim edilməmişdir. İşdən azad edilməsinə əsas olan əmrin surətinin və əmək kitabçasının əldə edilməsi üçün cavabdehə 26 yanvar 2021-ci il tarixdə müraciət edilmiş, sonuncu tərəfindən əmrin surəti və əmək kitabçası iddiaçıya 04 fevral 2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı tələbinin əsaslandığı halları və onu təsdiq edən sübutları iddia ərizəsinə əlavə etmişdir. Bunlardan əlavə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, əmək qanunvericiliyinin tələblərinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni ona müvafiq əmrin və əmək kitabçasının verildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı isə əmrin surətini və əmək kitabçasını 04 fevral 2021-ci il tarixdə qəbul etmiş və həmin vaxtdan da iddia müddətini ötürmədən məhkəmədə iddia qaldırmışdır. Cavabdeh 31 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktına əsaslanaraq iddiaçının isdən azad olunması barədə əmrdən məlumatlı olmasını, lakin süni səkildə özünün bu prosesi uzadaraq 2021-ci il tarixdə məhkəmədə iddia qaldırmasını bildirsə də, ilk növbədə qeyd edilməlidir ki, cavabdehin özünün istinad etdiyi təhvil-təslim aktında qeyd edilən əmrin nömrəsi **********285400 və tarixi 19 mart 2019-cu il qeyd edilmişdir. Halbuki, iddiaçı **********441700 nömrəli 31.10.2019-cu il tarixli əmrlə işdən azad edilmişdir. Eyni zamanda, həmin təhvil-təslim aktında işdən azad edilməsinə dair əmr fərqli nömrədə və tarixdə göstərilsə də, həmin aktın məzmununda işdən azad edilməsi sözləri belə geyd edilməmişdir. Belə olan halda, iddiaçı hansı əmrlə bilməli idi ki, o, işdən azad olunub? Həmçinin, nəzərə alınmalıdır ki, vergi orqanlaında təkçə işdən azad edildikdə deyil, başqa vəzifəyə keçirildikdə, inzibati binanı dəyişdikdə və yaxud işdən kənarlaşdırıldıqda eyni məzmunda təhvil-təslim aktı imzalanır ki, həmin aktla da yalnız işə aid olan sənədlər, iş masası və dolab təhvil verilir ki, bu da iddiaçının hüquqlarının pozulduğunun aşkar edildiyi gün kimi qəbul etmək olmaz. Belə olan halda, isdən azad edilməsinə aid sözlər belə qeyd edilmədən və əmrin nörməsi və tarixi fərqli olan təhvil-təslim aktı ilə iddiaçı məhz işdən azad edildiyini bilə bilməzdir. Bu səbəbdən də, həmin təhvil-təslim aktına istinad edilməklə iddiaçının güya təhvil-təslim aktının tərtib edildiyi günü öz hüquqlarının pozulduğunun bildiyi gün kimi qiymətləndirmək qanunvericilik baxımından əsassız və qanunsuzdur. Bundan əlavə, əmək qanunvericiliyi imperativ norma ilə qeyd edir ki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni ona müvafiq əmrin və əmək kitabçasının verildiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, əmək qanunvericiliyi təhvil-təslim aktının imzalandığı günü deyil, müvafiq əmrin və əmək kitabçasının verildiyi günü işçi hüququnun pozulduğunu aşkar etdiyi gün kimi qeyd etmişdir. Ona görə də cavabdehin etirazının dəlilləri hüquqi müstəvidə əsassızdır. Bundan başqa, cavabdeh etiraz ərizəsində qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı barəsində verilmiş əmrin surətinin onun işdən azad edildiyi tarixdən əldə edilməsinə heç bir maneə yaradılmamışdır. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, qanunvericilik əmrin surəti, işçinin əmək kitabçası və digər sənədləri sonuncu iş günü işçiyə verilməli olduğunu qeyd etmişdir, başqa sözlə, qanunvericilik işçinin üzərinə həmin sənədlərin işəgötürəndən alınması vəzifəsini deyil, həmin sənədlərin verilməsi vəzifəsini işəgötürənin üzərinə qoymuşdur. Yəni cavabdeh sonuncu iş günü həmin sənədləri iddiaçıya verməli olduğu halda verməmiş, bunun əksinə etirazda bununla bağlı iddiaçını günahlandırmışdır. Qeyd olunanlara əsasən cavabdehin etirazının dəlilləri əsassız hesab edilməli və iddiaçının iddiası isə təmin edilməlidir. Göstərilənlərə əsasən iş üzrə cavabdehin dəlillərini əsassız hesab etməklə, iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ərizəni və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Vergilər Nazirliyinin 31.10.2019-cu il tarixli **********441700 nömrəli əmrinə əsasən Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin Daxili audit şöbəsinin baş dövlət vergi müfəttişi İddiaçı vergi orqanlarında xidmətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə və «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»nin 46-cı maddəsinin 5-ci hissəsinə əsasən xitam verilmişdir. Daxili təhlükəsizlik baş idarəsinin rəisi müavini, Daxili təhlükəsizlik baş idarəsinin Daxili audit şöbəsinin rəisi, İnsan resursları baş idarəsinin İnsan resurslarının planlaşdırılması şöbəsinin baş mütəxəssisi, Maliyyə baş idarəsinin Təchizat şöbəsinin böyük mütəxəssisi və İddiaçı tərəfindən imzalanmış 31.10.2019-cu il tarixli Təhvil-təslim aktına və həmin akta əlavəyə əsasən Vergilər nazirinin 19.03.2019-cu il tarixli **********285400 nömrəli əmrinin icrası ilə əlaqədar akta əlavə olunmuş sihayıda qeyd olunan sənədlərin, inventarın, avadanlıq və ofis ləvazimatının təhvil-təslimi aparılmışdır. Həmçinin 2019-cu ilin noyabr ayında iddiaçı ilə son-haqq hesab da aparılmışdır. Bundan başqa, 07.11.2019-cu il tarixdə İddiaçı əmək kitabçasını Vergilər Nazirliyindən götürməsi barədə məktub ünvanlanmış, məktub poçt vasitəsi ilə İddiaçı 03.12.2019-cu il tarixdə çatdırılmışdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 09.07.2020-ci il tarixdə müraciət edərək 31.10.2019-cu il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edildiyini bildirərək barəsində verilmiş əmrin dəyişdirilərək öz ərizəsi ilə işdən azad edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göründüyü kimi, Vergilər Nazirliyinin 31.10.2019-cu il tarixli əmrinə əsasən iddiaçının vergi orqanlarında xidmətinə xitam verilmişdir və həmin tarixdə də iddiaçı ilə sənədlərin, inventarın, avadanlıq və ofis ləvazimatının təhvil-təslimi aparılmışdır. 31.10.2019-cu ildə iddiaçının da iştirakı ilə imzalanmış Təhvil-təslim aktına və həmin akta əlavəyə əsasən iddiaçının icraatında olan sənədlər, iş qovluqları, xidməti vəsiqə, iş otağı, iş masası və digər sənədlər, inventar, avadanlıq və ofis ləvazimatı iddiaçı tərəfindən cavabdehin əməkdaşlarına təhvil verilmişdir və həmin tarix də iddiaçının hüququnun pozulduğunu bildiyi gün hesab edilir. İddiaçı isə məhkəməyə 1il 2 aydan artıq müddət keçdikdən sonra hazırki iddia tələbi ilə müraciət etmiş, bununla da iddia müddətini buraxmışdır. İddiaçı tərəf təhvil-təslim aktında başqa tarixli və nömrəli əmrin qeyd olunmasına istinad edir. Lakin məhkəmə qeyd edir ki, bu, texniki səhvdir və təhvil-təslim aktında qeyd olunan 19.03.2019-cu il tarixli **********285400 nömrəli əmr iddiaçı ilə əlaqədar olmayıb ümumiyyətlə başqa əmrdir (həmin əmrin surəti iş materiallarına əlavə edilmişdir). İddiaçının iştirakı ilə imzalanmış Təhvil-təslim aktı və həmin akta əlavədən də bəlli olur ki, bu, iddiaçının vergi orqanlarında xidmətinə xitam verilməsi barədə olan əmrin icrası ilə əlaqədar təhvil-təslimin aparılmasıdır. Eyni zamanda 07.11.2019-cu il tarixdə iddiaçıya cavabdeh tərəfindən əmək kitabçasını götürməsi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verməsi üçün müraciət də edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 09.07.2020-ci il tarixdə müraciət edərək 31.10.2019-cu il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edildiyini bildirərək barəsində verilmiş əmrin dəyişdirilərək öz ərizəsi ilə işdən azad edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı hazırda mübahisələndirdiyi əmr barəsində 09.07.2020-ci il tarixdə də məlumatlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı isə 09.07.2020-ci il tarixdən 7 aydan artıq müddət keçdikdən sonra 18.02.2021-ci ildə hazırki iddia tələbi ilə müraciət etmiş, bununla da iddia müddətini buraxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddiaçı tərəfə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermək hüququnun izah edilməsinə və bununla əlaqədar təklif verilməsinə baxmayaraq, belə bir ərizə ilə məhkəməyə müraciət edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Beləliklə, araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4438/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4438/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver