Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-444/2021 12.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin (əvvəlki İddiaçı) cavabdeh Azəbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “malların saxlancı ilə bağlı və digər xərclərin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC (əvvəlki İddiaçı) cavabdeh Azəbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, idxal olunan penetrometr avadanlığın qazma maşınlarının müvəqqəti saxlancda 13 gün ərzində saxlandığına görə saxlama xərci olaraq “X7 Handling” şirkətinə ödənilmiş 3758 manat, habelə vəkilə ödənilmiş 300 manatın iddiaçıya geri qaytarılması və ya bu məbləğin qaytarılması üçün müvafiq rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini üçüncü şəxslər sırasından çıxarmaqla, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, idxal olunmuş penetrometr avadanlığının qazma maşını 13 gün ərzində müvəqqəti saxlancda saxlandığına görə İddiaçı-nin “X7 Handling” şirkətinə ödədiyi saxlanc ilə bağlı xərclərin əvəzi olan 3758 (üç min yeddi yüz əlli səkkiz) manatın, həmçinin hazırki inzibati iş üzrə vəkillərə ödənilmiş hüquqi yardım haqqının əvəzi olan 400 (dörd yüz) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın, cəmi 4188 (dörd min yüz səksən səkkiz) manatın İddiaçı QSC-yə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 izahatında bildirdi ki, iddiaçı “Gouda Geo-Equipment B.V.” şirkəti ilə imzaladığı xx.xx.2019-cu il tarixli №473-2019-07 saylı müqaviləyə əsasən, penetrometr avadanlığın qazma maşınını almışdır. Alınan malların gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2019-cu ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə **********5568 №-li Gömrük bəyannaməsi təqdim edilmişdir. Gömrük orqanı - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi idxal edilmiş bu malın tarif dərəcəsini (gömrük dəyərinə görə %) düzgün müəyyən etmədiyi üçün iddiaçının tələbi ilə keçirilmiş ekspertizanın nəticəsində müəyyən edilmişdir ki, idxal edilmiş bu avadanlıq XİF MN görə ********** alt yarımbəndinə aiddir. Ekspertizanın cavabı alındıqdan və sənədləşmə işləri başa çatdıqdan sonra bu avadanlıq 13 gün ərzində müvəqqəti saxlama haqqı olaraq X7 Handling şirkətinə 3758 manat ödəndikdən sonra buraxılmışdır. İddiaçının təqsiri olmadan avadanlığın anbarda saxlanıldığı günlərə görə iddiaçıdan saxlama haqqının alınması yolverilməz və qanunvericiliyə ziddir. Belə ki, Gömrük tarifi haqqında Qanunun 11.4-cü maddəsinə əsasən, yuxarı gömrük orqanı və va məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. Gömrük Məcəlləsinin 152.4-cü maddəsinə əsasən gömrük orqanları gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina edə bilməzlər. Gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina ilə əlaqədar mallar barəsində səlahiyyəti olan şəxsə dəymiş ziyan bəyannamənin təsdiqindən əsassız olaraq imtina etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. Həmin Məcəllənin 221.4-cü maddəsinə əsasən yuxarı gömrük orqanı və ya məhkəmə şəxsin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Məcəllənin 221.1-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 89.1-ci maddəsinə əsasən İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Göründüyü kimi, bu malların saxlancı ilə bağlı xərclər iddiaçıdan deyil, gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulmalı idi. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə və “X7 Handing” şirkətinə ərizə ilə müraciət etsələr də, cavabdeh ərizələrini təmin etməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, İddiaçı-nin Niderlandın “Gouda Geo - Equipment B.V." şirkəti ilə imzaladığı xx.xx.2019cu il tarixli № 473-2019-07 saylı müqaviləyə əsasən alınan penetrometr avadanlığının gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2019-cu il tarixdə **********5568 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Həmin gün qeyd olunan bəyannamə 33-cü qrafada bəyan olunun malın təsnifat koduna düzəliş etmək üçün gömrük əməkdaşı tərəfindən bəyannaməçiyə qaytarılmışdır. xx.xx.2019-cu il tarixdə **********5568 sorğu nömrəli gömrük bəyannaməsi yenidən rəsmiləşdirmək üçün təqdim olunmuş, lakin malın əmtəə kodunda olan şübhələr aradan qalxmadığına görə gömrük əməkdaşı tərəfindən ekspert rəyi almaq üçün laboratoriyaya müraciət edilmişdir. Gömrük ekspertizası keçiriləndən sonra İddiaçı-nin ünvanına 20191170 nömrəli invoys üzrə idxal olunan penetrometr avadanlığın qazma maşını XİF MN görə 8430 49 000 0 alt yarımmövqeyində sinifləşdirildiyi təsdiq olunmuşdur. Göründüyü kimi, gömrük rəsmiləşdirilməsi zamanı malın gömrük dəyəri gömrük orqanının vəzifəli şəxsi tərəfindən mübahisələndirilməmişdir. Yalnız malın XİF MN üzrə təsnifat kodunda şübhələr yaranmışdır və bu sahədə xüsusi biliklər tələb olunduğuna görə gömrük ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 321.1-ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Həmin Məcəllənin 321.3-cü maddəsinə əsasən bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Həmin Məcəllənin 322.1.2-ci maddəsinə əsasən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi məqsədi ilə gömrük ekspertizası aparılır. Həmin Məcəllənin 322.5-ci maddəsinə əsasən gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi haqqında sənədi (göndərişi) və ya şəxslərin müraciəti əsasında, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır. “Gömrük ekspertizasının aparılması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli qərarı ilə təsdiq edilmişdir. Sözügedən Qaydaların 4.1-ci bəndinə əsasən Gömrük Məcəlləsinin 322.1-ci maddəsində göstərilənlərin (o cümlədən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi) müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük ekspertizasının aparılması ilə bağlı gömrük laboratoriyasına yazılı və ya elektron formada müraciət etmək hüququna malikdirlər. Qaydaların 7.1-ci maddəsinə əsasən gömrük ekspertizası 20 (iyirmi) iş günü müddətində aparılır. Beləliklə, qanunvericiliyin tələblərinə uyğun olaraq, gömrük ekspertizası keçirildikdən sonra İddiaçı-nin **********5568 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal etdiyi penetrometr avadanlığının gömrük rəsmiləşdirilməsi xx.xx.2019-cu il tarixdə başa çatdırılmış və yük sərbəst dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Gömrük orqanının vəzifəli şəxsi qanun çərçivəsində hərəkət etmişdir və İddiaçı-nin malların saxlancı ilə bağlı xərclərin çəkilməsində gömrük əməkdaşının təqsiri yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azəbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən İddiaçı-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2019-cu il tarixli 1000-120/1xx-xx/023230 nömrəli məktubunda qeyd edilmiş İddiaçınin müraciətləri Hava Nəqliyyatında Baş Gömrük İdarəsində araşdırılmışdır. İddiaçı-nin xx.xx.2019-cu il tarixli müraciəti və **********7841 sorğu nömrəli gömrük bəyannaməsi ilə əlaqədar olaraq bildiririk ki, İddiaçı tərəfindən qeyd edilən gömrük bəyannaməsi əsasında ölkəyə idxal olunan mallar üzrə laboratoriya rəyi malların buraxılışından sonra alınmışdır və bununla da «Gömrük ekspertizasının aparılması Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2013-cü il 232 nömrəli Qərarının tələbləri pozulmuşdur. **********7841 sorğu nömrəli gömrük bəyannaməsinin gömrük rəsmiləşdirilməsi «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri»nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2017-ci il tarixli, 500 nömrəli Qərarının tələblərinə uyğun şəkildə həyata keçirilmiş, malın XİFMN üzrə tarif dərəcəsinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 153.2.3-cü maddəsinə əsasən, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsinə düzəlişlərin edilməsi və ya onun geri götürülməsinə icazə verilmir. İddiaçınin xx.xx.2019-cu il tarixli müraciəti və **********5568 sorğu nömrəli gömrük bəyannaməsi ilə əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikasının “Gömrük Tarifi haqqında" Qanunun 11.4-cü maddəsinə görə malların gömrük dəyəri düzgün hesab edildikdə malların saxlancı ilə bağlı xərclər həmin Qanunun 11.2-ci maddəsinə əsasən, gömrük dəyərinə düzəlişi təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. Belə ki, **********5568 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük əməkdaşı tərəfindən malların gömrük dəyəri ilə bağlı hər hansı iddia irəli sürülməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, saxlanda bağlı xərclərin gömrük orqanının vəzifəli şəxsi tərəfindən ödənilməsi halınının qanunvericiliklə nəzərdə tutulmadığını bildiririk. İş materiallarında olan “X7 Handling” şirkətinin İddiaçı-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, beynəlxalq hava daşımaları qaydalarına uyğun olaraq, zəruri gömrük prosedurlarının icrası yükalan tərəfin üzərinə düşür və bu prosesə “xxxx” MMC-nin “GHC” filialının aidiyyəti yoxdur. İş materiallarında olan gömrük bəyannaməsinin surətindən görünür ki, İddiaçı-nin Niderlandın “Gouda Geo - Equipment B.V." şirkəti ilə imzaladığı xx.xx.2019-cu il tarixli № 473-2019-07 saylı müqaviləyə əsasən alınan avadanlığın gömrük rəsmiləşdirilməsi üçün xx.xx.2019-cu il tarixdə **********5568 nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. İş materiallarında olan gömrük orqanının xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı-nin ünvanına 20191170 nömrəli invoys üzrə idxal olunan penetrometr avadanlığın qazma maşını XİF MN gorə 8430 49 000 0 alt yarımmövqeyində sinifləşdirilir. İş materiallarında olan “X7 Handling” şirkətinin ödəniş qəbzindən görünür ki, malların 13 gün saxlanılmasına görə İddiaçı tərəfindən “X7 Handling” şirkətinə 3758,40 manat ödənilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 152.4-cü maddəsinə əsasən gömrük orqanları gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina edə bilməzlər. Gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina ilə əlaqədar mallar barəsində səlahiyyəti olan şəxsə dəymiş ziyan bəyannamənin təsdiqindən əsassız olaraq imtina etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur; 220.1-ci maddəsinə əsasən malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur; 221.1-ci maddəsinə əsasən apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir; 221.4-cü maddəsinə əsasən yuxarı gömrük orqanı və ya məhkəmə şəxsin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Məcəllənin 221.1-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəf Niderlandın “Gouda-Geo Equipment B.V." şirkəti ilə imzaladığı müqaviləyə əsasən alınan penetrometr avadanlığının gömrük rəsmiləşdirilməsi üçün cavabdeh orqana gömrük bəyannaməsi təqdim etmişdir. Lakin təqdim edilmiş malın gömrük dəyərinə şübhə olduğuna görə cavabdehin əməkdaşı tərəfindən ekspert rəyi almaq üçün laboratoriyaya müraciət edilmişdir. Gömrük ekspertizası keçiriləndən sonra iddiaçının ünvanına 20191170 nömrəli invoys üzrə idxal olunan penetrometr avadanlığın qazma maşını XİF MN görə 8430 49 000 0 alt yarımmövqeyində sinifləşdirildiyi təsdiq olunmuşdur. Lakin ekspertizanın keçirilməsi 13 gün davam etmişdir və bu müddətdə malların müvəqqəti saxlanılmasına görə iddiaçı tərəfindən “X7 Handling” şirkətinə 3758,40 manat ödənilmişdir. Göründüyü kimi, cavabdehin təqsiri nəticəsində iddiaçıya 3758,40 manat məbləğində maddi ziyan dəymişdir. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən iddiaçıya dəymiş həmin ziyan məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin «hazırki inzibati iş üzrə vəkillərə ödənilmiş hüquqi yardım haqqının əvəzi olan 400 (dörd yüz) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi» hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı məhz hazırki iş üzrə hüquqi yardım üçün vəkilə 400 manat ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyinə görə, habelə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunduqları üçün iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 3758 (üç min yeddi yüz əlli səkkiz) manat məbləğində pulun İddiaçı QSC-yə ödənilməsi öhdəliyi cavabdeh Azəbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-444/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-444/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver