Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4440/2024 27.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 1 ünvanına pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxx 1957-ci ildə anadan olmuşdur. Hazırda yuxarıda qeyd olunan ünvanda faktiki olaraq yaşayır. O, uzun illər ata evi olan ünvan 2 ünvanda ailəsilə birlikdə yaşamışdır. 1963-cü ildən bu ünvanda daimi qeydiyyatda olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2805/2020 saylı mülki iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 cavabdehlər X13, X8, X14, İddiaçı, X25, X15, X9, X16, X28ma, X19, X17, X20, X10, X2 və X21 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası təmin edilərək cavabdehlər X3 və digərlərinin ünvan 2 ünvanındakı evdən qeydiyyatdan çıxarılmaları qət edilmişdir. “Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə yeni ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012- ci il tarixli, 590 nömrəli Fərmanı” ilə əlaqədar respublika üzrə daşınmaz əmlak obyektlərinin girişlərinə ünvanların yeni qaydalar əsasında təyin edilməsinin icrası ilə bağlı ünvan 4 ünvanının girişinə ev “190" saylı nömrənin təyin edilməsi barədə ünvan arayışı verilmişdir. Binəqədi RİH başçısının M.Ə.Rəsulzadə qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 30 sentyabr 2020-ci il 14-18/140 nömrəli arayışı ilə fərdi evin Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 88 saylı ünvanının verildiyi fərdi evin başqa - Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zaur Mehdiyev küçəsi 38 №-li evdən 250-300 metr kənarda olduğu bildirilmiş və məhkəmədən bu faktın nəzərə alınması xahiş edilmişdir. M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 88 saylı evin kitabının və Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun ( qəbz: 23346 №li 27/X/1972-ci il tarixli) və X4 Asan 1-dən aldığı xx.xx.2020-ci il tarixli ******* nömrəli ünvan 15-ə daimi qeydiyyatda olanlar haqqında (forma 2) arayışın surətləri də Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Hətəmzadə ƏMDX rəhbərliyinə 2(001)-2805/2020 №-li 06 oktyabr 2020-ci il tarixli məktubla müraciət edərək araşdırma nəticəsində cavabdehlərin M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 88 saylı ünvanda uzun illər yaşadıqlarını, qeydiyyatda olduqlarını, kommunal xidməti rüsumlarını ödədiklərini bildirmiş, faktiki surətdə bir nömrənin iki fərqli evə ünvan verildiyini qeyd etmiş və bu səbəbdən cavabdehlərin qeydiyyatda olduqları köhnə M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 88 saylı fərdi evin ünvan məsələsini həll etməyi xahiş etmişdir. Binəqədi rayon Məhkəməsinin Cəbrayılov Ataş və digərlərinə 2(001)-2805/2020 nömrəli 11 noyabr 2020-ci il tarixli məktubdakı tövsiyyəsi ilə X11 DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməsilə onun adına ünvan 8 ünvanına yeni qaydalarla “190” nömrəsinin təyin edilməsi barədə ünvan arayışı verilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli yeni qaydalarla təyin edilmiş Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi 190 saylı fərdi evə qeydiyyata düşməsi barədə müraciətinə Binəqədi Rayon Polis İdarəsi xx.xx.2023-cü il tarixli 3-13-46/2-Z- 454xx/xx/2023 saylı məktubunda etiraz cavabı vermişdir. Qeyd olunanlardan aydın olur ki, Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş mülki iş üzrə iddiaçı X22 və iddiaçı ayrıayrı evlərdə yaşasalar da yeni qaydalarla ünvan təyin edilərkən digər şəxsə məxsus evə iddiaçının qeydiyyatda olduğu evin ünvanı verilmiş, nəticədə ünvanlar bir olmuş və yuxarıda qeyd olunan qətnamə iddiaçının uzun illər pasport qeydiyyatında olduğu tamamilə fərqli yaşayış sahəsindən istifadə etsə də, hüququnun itirilməsinə və nəticədə pasport qeydiyyatından çıxarılmasına səbəb olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, yeni qaydalarla nömrə təyin edilmiş fərdi evə qeydiyyata düşməsi barədə müraciətinə verilmiş imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, əlavə olaraq bildirdi ki, qeydiyyata alınmaq istədiyi evdə uzun müddətdir ki, yaşayır. Digər ailə üzvləri də həmin evdə qeydiyyatdadırlar. Göstərilənlərə əsasən tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının sözügedən ünvana qeydiyyata alınmasından imtina edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********78-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zaur Mehdiyev küçəsi, ev 38 (yeni qaydalarla: AZ 1114, ünvan 9) xüsusi mülkiyyət hüququ ilə xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X7 adına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* №-li “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışından müəyyən olunur ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2005-ci ildən ünvan 9 ünvanında qeydiyyatda olmuşdur. xx.xx.1950-ci il təvəllüdlü X23, xx.xx.1965-ci il təvəllüdlü X18 və digərləri də ünvan 9 ünvanında qeydiyyatda olmuşlar. -Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2805/2020 nömrəli, xx.xx.2020ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, qeyd olunan qətnamə ilə X7 iddiasının təmin edilməsi, cavabdehlər X3, X5, X11, İddiaçı, X24, X12, X6 və digərlərinin Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 88 saylı evdən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qeyd olunmuşdur. Göstərilən qətnamədə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 09 iyul 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, X7 xüsusi mülkiyyətində olan ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinə “Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq yeni qaydalarla ünvan 13 ünvanı təyin edilmişdir. -Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.X26 Ərazi Dairəsi üzrə nümayəndəliyinin 30 sentyabr 2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Z.Mehdiyev küçəsi, ev 38 və Koroğlu küçəsi, ev 88 iki fərqli evdir. Aralarında təxmini 250-300 metr məsafə vardır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********55 nömrəli məktubunda göstərilmişdir ki, X27 Sisteminə əsasən ünvan 15 ünvanına yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 190 ünvan nömrəsi təyin edilmişdir. -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ünvan 16 ünvanında, xx.xx.2021-ci il tarixdən hazıradək ünvan 17 ünvan üzrə inzibati binada yaşayış yeri üzrə qeydiyyatdadır. X31, X23 və X1 ünvan 19 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmalarına əsas olmuş sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-7420/2023 nömrəli qərarının surətindən görünür ki, X31, X23 və X1 iddiası təmin edilərək onların ünvan 19 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis idarəsinin üzərinə qoyulmuşdur. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan görünür ki, ünvan 19 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. -Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.X26 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubunda görünür ki, Nümayəndəliyin əməkdaşları tərəfindən sorğuda qeyd olunan ünvan 21 ünvanla əlaqə saxlanılmış, (*** *** ** **) sorğuda adı qeyd olunan vətəndaş İddiaçı sözügedən fərdi yaşayış evində yaşadığı müəyyən olunmuşdur. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. - 5-ci maddəsinə (vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5ci maddəsinin 2-ci hissəsi yaşayış yerini dəyişdirmiş şəxsə yeni yaşayış yerinə gəldikdən sonra həmin yaşayış yeri üzrə qeydiyyata alınmağı məcburi göstərişlə şərtləndirir. Eyni zamanda qanunvericilik şəxsin qeydiyyatının aparılmasını məhz yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququnun mövcud olması və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olması istiqamətində aparılmalı olmasını konkret olaraq şərtləndirir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların hazırda yaşayış yeri üzrə qeydiyyata alınmaq istədikləri və əvvəllər qeydiyyatda olduqları ünvan 15 ünvanına yeni qaydalarla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 190 ünvan nömrəsi təyin edilmişdir. ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinə yeni qaydalarla ünvan 13 ünvanı təyin edildikdən sonra həmin fərdi evin mülkiyyətçisi tərəfindən verilmiş iddia əsasında qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən hazırkı iş üzrə iddiaçı qeyd olunan ünvandan qeydiyyatdan çıxarılmışdır. İddiaçı yaşadığı fərdi evə - yeni qaydalarla müəyyən edilmiş qaydada verilmiş ünvana yaşayış yeri üzrə qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etməsinə baxmayaraq, cavabdeh orqan əsassız olaraq iddiaçını həmin ünvana qeydiyyata almaqdan imtina etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının yaşadığı tikili vahid ünvan göstəricilərinə də (fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) malikdir. Həmçinin qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrıseçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Məhkəmə qeyd etmək istəyir ki, mübahisəli fərdi yaşayış evi müvafiq reyestrdə qeydiyyata alınmasa belə, iddiaçının digər ailə üzvləri yaşayış yeri üzrə həmin evə qeydiyyata alındıqlarından, iddiaçının da bərabərlik hüququnun məfhumu baxımından eyni əsaslar ilə yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etmək hüququ yaranır. İddiaçıya münasibətdə fərqli yanaşmanın tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasının 25ci maddəsində əks olunan mövqeyin pozulmasına səbəb ola bilər və onların yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər ilə müqayisədə bərabərlik hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ona deməyə əsas verir ki, əgər iddia olunan yaşayış yeri üzrə başqa fiziki şəxslərin qeydiyyata alınması halı müəyyən olunursa, bu zaman qeydiyyata alınmağı tələb edən şəxsin də bərabərlik hüququ baxımından həmin yaşayış sahəsinə yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etmək hüququ yaranır. (Bax: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-849/2022 saylı, xx.xx.2022-ci il tarixli; 2-1(103)-474/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı) . Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının faktiki yaşadığı və əvvəllər qeydiyyatda olduğu ünvana qeydiyyata alınması barədə müraciətinin təmin edilməsindən imtina etməsi əsassız, qanunsuz və “bərabərlik” prinsipinə zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ünvan 19 ünvanına qeydiyyata alınması öhdəliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4440/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4440/2024
27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver