Məhkəmə qərarları › İş №2-1(112)-4441/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4441/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4441/2024 23.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirаkı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ.Mübahisənin predmeti

1. İddiаçı İddiaçı Bаkı İnzibаti Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq cavabdehin müharibə veteranları üçün dövlət tərəfindən müəyyən edilmiş müavinət və təqaüdlərin ötən dövr üzrə ödənilməsinin mümkün olmaması barədə imtinasının qanunsuz hesab edilməsi və müharibə veteranı kimi iddiaçıya ödənilməyən aylıq müavinət və təqaüdlərin huququ yarandığı vaxtdan, yəni 1994-cü ilin may ayından başlayaraq xx.xx.2022-ci il tarixədək olan müddət üçün qanunvericilikdə nəzərdə tutulan qaydada hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul еdilməsini хаhiş еtmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixində Qərbi Azərbaycanda anadan olmuşdur, 1-ci Qarabağ müharibəsi dövründə (1994-cü ildə) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 11 oktyabr 2022-ci il tarixində iddiaçıya “Müharibə veteranı" vəsiqəsi verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı əsasında müharibə veteranları üçün nəzərdə tutulmuş aylıq 80 manat məbləğində Prezident təqaüdü “Müharibə veteranı” vəsiqəsini aldığı tarixdən, yəni xx.xx.2022-ci il tarixindən ona ödənilməyə başlanılmışdır.1994-cü ildən xx.xx.2022-ci il tarixədək keçən dövr üçün müharibə veteranlarına verilmiş “kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” və hal-hazırda qüvvədə olan Prezident təqaüdü iddiaçıya ödənilməmişdir.Bununla əlaqədar olaraq 2023-cü ilin noyabr ayında ərizə İlə cavabdehə müraciət edərək həmin ödənilməyən aylıq müavinət və təqaüdlərin hüququ yarandığı vaxtdan, yəni 1994-cü ilin may ayından etibarən iddiaçıya ödənilməsini xahiş etmişdir. Cavabdeh isə qanunsuz və əsassız olaraq xx.xx.2022-ci il tarixində iddiaçıya “Müharibə veteranı vəsiqəsi" verilməsi səbəbindən əvvəlki dövrlər üzrə müavinət və təqaüdlərin ödənilməsindən xx.xx.2023-cü il tarixli, 3-17-1/2-B-274832/2023 saylı məktubla imtina etmişdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı məhkəməyə iddia tələbinə etirazını təqdim edərək göstərmişdir ki, iddiaçı M.Bəxşəliyev veteran vəsiqəsini xx.xx.2022-ci il tarixdə almış və ona həmin tarixdən prezident təqaüdü təyin edilmişdir. Daha sonra, iddiaçı xx.xx.2023, xx.xx.2023-cü il və xx.xx.2023-cu il tarixlərdə müharibə veteranı üçün nəzərdə tutulmuş sosial müavinətin 3 il geriyə ödənilməsi üçün müraciət etmişdir.Fondun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış məktublarla ona Prezident təqaüdünün ötən dövr üçün ödənilməsinin mümkün olmaması barədə məlumat verilmişdir. Bundan narazı qalan iddiaçı müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin xx.xx.1994-cü ildən xx.xx.2022-ci il tarixədək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci il tarixli, 311 nömrə qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısı) 2.33-cü bəndinə görə, müharibə veteranlarına təqaüdün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. "Veteranlar haqqında* Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən vəsiqəni, yəni veteran adını almaq vacibdir və vəsiqə veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə təsdiq edilir Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.Veteranların veteran statusu almaq hüququ təqaüd almaq hüququndan daha əvvəl, təqaüdü almaq hüququ isə birbaşa statusun alınması ilə yaranır.Bu səbəbdən, müvafiq mübahisələrin həlli zamanı bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığı müəyyən etmək lazımdır.Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir."Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan ən çoxu 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şami edilmir.Beləliklə, iddiaçıya “müharibə veteranı vəsiqəsi” xx.xx.2022-ci il tarixdə verildiyindən, həmçinin, Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki illər üzrə ödənilməsi qaydası nəzərdə tutulmadığından hesab edilir ki, hazırki halda, iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən 3 il geriyə müavinət almaq hüququ yoxdur.Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:..2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

5.İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 6.Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin verdiyi 090088 nömrəli vəsiqəyə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdə “Müharibə veteranı” vəsiqəsi verilmişdir; Cavabdehin imtina məktubuna əsasən iddiaçıya izah edilmişdir ki, ona müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2022-ci il tarixindən qanunvericiliyə tələblərinə uyğun olaraq veteran vəsiqəsinin verildiyi tarixdən təyin edilmişdir və bu səbəbdən xx.xx.2022-ci il tarixdən əvvəli tarixlərdən müavinətin (təqaüdün) verilməsindən imtina edilmişdir; 8.Cavabdehin təqdim etdiyi inzibati icraat materiallarında olan sənədlərə əsasən də iddiaçı xx.xx.2022-ci il tarixdən əvvəlki tarixlərdə ona “Müharibə veteranları” üçün müəyyən edilmiş sosial ödənişlərin hesablanaraq verilməsini xahiş etmişdir.

İV. Məhkəmənin mövqeyi 9.Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin çıxışlarını nəzərə alaraq, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır.

10. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2005-ci il tarixli 257 saylı fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsini gücləndirmək qərara alınmışdır. 11.28 iyun 1994-cü il tarixdən qüvvədə olan «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin ilkin redaksiyasında müharibə veteranları üçün mənzil, rabitə və kommunal xidmətləri haqqının ödənilməsinə görə güzəştlərin verilməsi nəzərdə tutulmuş, sonradan həmin maddəyə bir neçə dəfə müvafiq dəyişikliklər edilmiş (02 may 1995-ci il tarixli 1029 nömrəli, 20 iyun 1995-ci il tarixli 1067 nömrəli və 15 noyabr 2001-ci ıl tarixli 214-İİQD nömrəli Qanunlarla) və sonuncu dəyişikliyə əsasən bu güzəştlər müavinətlə əvəz olunmaqla, maddənin hazırkı redaksiyası belədir: «İkinci Dünya müharibəsi iştirakçılarına, bu Qanunun 3-cü maddənin ikinci, dördüncü, beşinci və altıncı abzaslarında qeyd edilən şəxslərdən həlak olmuşların dul arvadlarına müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) mənzil, kommunal xidmətlərindən istifadə haqqının ödəmək üçün müavinət verilir». 12.Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli fərmanı ilə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlər müavinətlərlə əvəz olunmuş və həmin Fərmana 11 iyul 2005-ci il tarixli, 257 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün müəyyən məbləğdə müavinət təyin edilmişdir. 13.Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir. 14.«Veteranlar haqqında» Qanunun 7-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 4-cü bəndinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir”. 15.İşin faktiki hallarına əsasən iddiaçıya müharibə veteranı adı və vəsiqəsi 2022-ci ilin oktyabr ayında verilmişdir, Azərbaycan Respublikası Prezidentinin 641 saylı Fərmanı isə 15 aprel 2019-cu il tarixdə qəbul edilmişdir və həmin fərmanla 2019-cu ilin aprelin 1dən kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan veteranlara həmin sosial müavinətlərin əvəzinə, Azərbaycan Respublikası Prezidentinin aylıq 80 manat məbləğində təqaüdü təsis edilmişdir, başqa sözlə, iddiaçı müharibə veteranı vəsiqəsini 2022-ci ilin oktyabr ayında yəni, Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanından sonra aldığı üçün iddiaçı 2022-ci il oktyabr ayından sonra 80 manat məbləğində Prezident təqaüdü almalıdır, buna görə də əvvəlki illər üçün aylıq təqaüd və ya sosial müavinətlərin tələb edilməsi barədə iddiasının hüquqi əsasları mövcud deyildir.Belə ki, qanunvericilikdə 80 manat Prezident təqaüdünün müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki illər üçün ödənilməsi nəzərdə tutulmamışdır. 16.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 17.Hal-hazırda cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuş, heç bir qanun pozuntusuna yol verilməmişdir, odur ki, cavabdehin imtinasının qanunsuz hesab edilməsi üçün əsaslar mövcud deyildir. 18.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 19.Məhkəmənin yuxarıda sadalanan hallara əsasən gəldiyi nəticəyə görə iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdehin müharibə veteranları üçün dövlət tərəfindən müəyyən edilmiş müavinət və təqaüdlərin ötən dövr üzrə ödənilməsinin mümkün olmaması barədə imtinasının qanunsuz hesab edilməsi və müharibə veteranı kimi iddiaçıya ödənilməyən aylıq müavinət və təqaüdlərin huququ yarandığı vaxtdan, yəni 1994-cü ilin may ayından başlayaraq xx.xx.2022-ci il tarixədək olan müddət üçün qanunvericilikdə nəzərdə tutulan qaydada hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. 20.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 21.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. 22.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68, 69, 85, 110cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdehin müharibə veteranları üçün dövlət tərəfindən müəyyən edilmiş müavinət və təqaüdlərin ötən dövr üzrə ödənilməsinin mümkün olmaması barədə imtinasının qanunsuz hesab edilməsi və müharibə veteranı kimi iddiaçıya ödənilməyən aylıq müavinət və təqaüdlərin huququ yarandığı vaxtdan, yəni 1994-cü ilin may ayından başlayaraq xx.xx.2022-ci il tarixədək olan müddət üçün qanunvericilikdə nəzərdə tutulan qaydada hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar