Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4442/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, X1, cavabdehin nümayəndəsi X6, üçüncü şəxsin nümayəndəsi X7 iştirakı ilə X1 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına və üçüncü şəxs “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «iddiaçının kredit borcları restrukturizasiya ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına və üçüncü şəxs “xxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı «iddiaçının restrukturizasiya tətbiq edilməklə borc yükünün yüngülləşdirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “xxxxxxxxxxxx” ASC arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış İB-RP /20917/55/1 nömrəli sazişə və xx xxxxxx 2015-ci ildə bağlanmış İB-RP/20917/55/1 nömrəli kredit sazişinə əsasən Bankdan 36 ay müddətinə illik 28,42 faiz olmaqla 7.936 manat kredit götürmüşdür. Kreditin qaytarılması ilə əlaqədar kredit sazişinə 1 nömrəli əlavə kimi ödəniş cədvəli tərtib edilmişdir. Bankdan götürülmüş 7.936 manat kredit məbləğinə 36 ay müddətinə faiz ödənişləri 3.944 manat yazılmışdır. Lakin Azərbaycan Respublikasında insanların maddi vəziyyətinin çətinləşdiyindən və kredit borclarının devalvasiya ilə bağlı manatla artırılmış hissəsinin kredit ödənişlərini tam icra edə bilməmişdir. Yəni, bir ildən çox müddətə kredit ödənişlərini ödəyə bilməmişdir. Hazırda Bank tərəfindən ona böyük məbləğdə faiz və cərimələr hesablamaqla güya onun Banka 15.178 manat 59 qəpik pul borcu yarandığı qeyd edilir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının müddəalarında fiziki şəxslərin Banklara olan xarici valyuta 10.000 manat və milli valyuta ilə 17.000 manat kredit borclarına güzəştlər tətbiq edilməsi göstərilmişdir. Eyni zamanda, Fərmanda fiziki şəxslərin kredit borclarının restrukturizasiya edilməklə borc yükünün azaldılması da qeyd olunmuşdur. Həmin Fərmanda kredit borclarının restrukturizasiya edilməsi, kredit borclarının yenidən hesablanması və güzəştlərin tətbiq edilməsi Azərbaycan Respublikası Maliyyə X4 həvalə edilmişdir. Fərmanın dərc olunduğu vaxtdan birmddət sonra, yəni xx xxx 2019-cu il tarixdə və 2019cu ilin oktyabr ayında o (iddiaçı), kredit götürdüyü Bankda (“xxxxxxxxxxxx” ASC) olmuş və ona bildirilmişdir ki, kredit borcu ilə əlaqədar ona əlavə məlumat veriləcəkdir. Lakin uzun müddət bu barədə ona heç bir məlumat verilməmişdir. Sonradan Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Maliyyə X9 ləğv edilmiş və onun səlahiyyətləri Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilmişdir. Ona görə ərizə ilə Mərkəzi Banka müraciət edərək Bankla onun arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış kredit sazişinə əsasən Bankdan 36 ay müddətinə illik 28,42 faiz olmaqla 7.936 manat kredit vəsaitinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cuil tarixli Fərmanına əsasən restrukturizasiya tətbiq edilməklə borc yükümün yüngülləşdirilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxx 2020-ci il tarixli məktubunda bildirilmişdir ki, güya onun x xxxx 2019-cu il tarixinə sözügedən Banka olan əsas borcunun məbləği milli valyutada 17.000 manatdan (və ya xarici valyutada 10.000 ABŞ dollarından) çox olmasa da, həmin kreditə görə gecikdirilmiş günlər 360 gündən az olduğu üçün bu hissədə Fərmanın əhatə dairəsinə düşməmişdir. Hesab olunur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının cavab məktubunda reyd olunan hallar Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının müdəalarına ziddir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cuil tarixli Fərmanın 1-ci bəndində nəzərdə tutulmuşdur ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış aşağıdakı qaydada qiymətləndirilməldə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respblikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1 -ci bənd) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0.25 manat (0.15 ABŞ dolları) kimi: (1.2-ci bənd) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - ABŞ dollarına 0.6 manat (0.35 ABŞ dolları) kimi: (1.3-cü bənd) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə bu Fərmana 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi: banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısım müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Fərmanın göstərilən bəndlərinə əsasən kredit borclarına görə əsas və faiz borclarına görə 360 gün gecikmənin olması əsas şərt kimi qeyd olunmamışdır. Digər tərəfdən onun götürdüyü kreditə görə ödənişlərin dayandırılması fərmanın qəbul olunmasından əvvəlki bir ildən çox müddətə də heç bir ödəniş etməmişdir. Bank hansı əsasla mənim kredit ödənişlərimi göstərməsini başa düşmək mümkün deyidir. Göstərilənlərə əsaslanaraq, onun (iddiaçının) Bankla xx xxxxxx 2015-ci il tarixdə bağlanmış kredit sazişinə əsasən Bankdan 36 ay müddətinə illik 28,42% olmaqla 7.936 manat kredit vəsaitinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya tətbiq edilməklə borc yükünün yüngülləşdirilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının iddia ilə bağlı məhkəməyə ünvanlanmış xx xxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - İddiaçı iddiası ilə bağlı bildirilir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Azərbaycan Respublikası Mərkəzi Bankının x xxxx 2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə “xxxxxxxxxxxx” ASC arasında xx xxxxxx 2015-ci il tarixdə 7.936 manat dəyərində kredit müqaviləsinin bağlanılmasına dair qeyd mövcud olsa da, bu kredit borcu Fərman çərçivəsində restrukturizasiya olunacaq kreditlər siyahısına daxil edilməmişdir. Belə ki, məlumat bazalarına əsasən Fərmanın qüvvəyə mindiyi x xxxx 2019-cu il tarixə borclunun sözügedən kredit müqaviləsi üzrə əsas kredit borcunun cəmi 7.086 manat təşkil etməsi göstərilsə də, bazaya borcun ödənilməsinin yalnız 109 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Bununla bağlı qeyd olunur ki, Fərmana əsasən x xxxx 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunması nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə görə bu Fərmanın məqsədləri üçün vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə x xxxxxx 2012-ci il tarixdən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Borclu İddiaçı sözügedən kredit müqaviləsi üzrə borcu 360 gündən az gecikdirildiyindən, həmin kredit borcu restrukturizasiya siyahısına daxil edilməmişdir. Üçüncü şəxs “xxxxxxxxxxxx” ASC-nin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş xx xxxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - İddiaçı ilə “xxxxxxxxxxxx” ASC arasında xx xxxxxx 2015-ci il tarixdə RP/20917/55/1 saylı müqavilə imzalanmışdır. Məlum olduğu kimi, xx xxxxxx 2015-ci il və xx xxxxxx 2015-ci il tarixlərdə Azərbaycan manatının xarici valyutalar qarşısında devalivasiyası baş vermişdir. Bunun nəticəsində həm dollar, həm də manatla olan kreditlərin ödənişlərində çətinliklər yaranmışdır. Bu çətinliklər fonunda Mərkəzi Bank tərəfindən banklara tövsiyyə edilmişdir ki, müştərilərin maliyyə vəziyyətini nəzərə alaraq onlara köməklik göstərsinlər. “xxxxxxxxxxxx” ASC də həmin tövsiyyələrə uyğun olaraq bir sıra tədbirlər görmüşdür. Belə ki, RP/20917/55/1 saylı müqavilə çərçivəsində güzəştlər tətbiq edilməsi nəticəsində İddiaçı tərəfindən həyata keçirilmiş ödənişlər üzrə borcun silinməsində dəyişikliklər edilmişdir. Ödənilmiş vəsaitlərin silinməsində əsas borcdan silinmə daha çox olmuşdur. Nəticə etibarı ilə müştərinin kredit borcu üzrə maliyyə vəziyyəti yaxşılaşmış və gecikmə günlərinin sayı azalmışdır. Beləliklə də, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq x xxxx 2019-cu il tarixə RP/20917/55/1 saylı müqavilə üzrə gecikmə günlərinin sayı 109 gün olmuşdur. Lakin “xxxxxxxxxxxx” ASC tərəfindən yuxarıda sadalanan güzəştlər tətbiq edilməsəydi, x xxxx 2019-cu il tarixə İddiaçı RP/20917/55/1 saylı kredit müqaviləsi üzrə gecikmə günlərinin sayı 360 gündən çox olardı. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə ərizəsi təqdim etmiş və iddianın dəyişdirilərək “iddiaçının müqavilə üzrə kredit borclarının restrukturizasiya edələrək müvafiq siyahıya daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən X2 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, maddi durumunun pis olması ilə əlaqədar ödəniş edə bilmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Xaspoladov tarixə Orxan Raiq oğlu bildirdi ki, iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. İddiaçının müvafiq kredit müqaviləsi üzrə borcunun gecikdirilməsi günlərinin sayı 360 gündən az olmuşdur. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X11 iddianı qəbul etmədiyini bildirdi və onun təmin olunmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan sənədlər və məhkəmə prosesində işdə iştirak edən şəxslərin verdikləri izahatlar əsasında aparılan məhkəmə araşdırılması ilə müəyyən edilir ki, X2 ilə “xxxxxxxxxxxx” ASC-yə arasında kredit xx xxxxxx 2015-ci il tarixdə müqaviləsi bağlanmışdır. Müqavilə əsasında “xxxxxxxxxxxx” ASC iddiaçıya 7.936 manat məbləğində kredit vermişdir. İddiaçı ödəniş qrafiki üzrə vaxtında ödəniş edə bilməmişdir. Onun kredit müqaviləsi üzrə borcu ilə bağlı müvafiq bazaya borcun ödənilməsinin 109 gün gecikdirildiyi barədə məlumat ötürülmüşdür. Bunu əsas gətirərək, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı (ləğv olunmuş Azərbaycan Respublikası Maliyyə X3 səlahiyyətlərini həyata keçirən qurum kimi) X2nı Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kredit borcları restrukturizasiya ediləcək fiziki şəxslərin siyahısına daxil etməmişdir. Bundan sonra iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə qərar alınmışdır: - (1-ci bənd) Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: (1.1) 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; (1.2) 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; (1.3) 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. - (3-cü bənd) Azərbaycan Respublikasının Maliyyə X9: (3.2) bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (5-ci bənd) Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: (5.1) bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X3 müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; - (7-ci bənd) Azərbaycan Respublikasının Maliyyə X9: (7.1) banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. - (8-ci bənd) müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: (8.1) fiziki şəxslərin xarici valyutada 10.000 ABŞ dollarınadək və ya milli valyutada 17.000 manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; (8.2) 10.000 ABŞ dollarınadək və ya 17.000 manatadək məbləğ dedikdə müvafiq olaraq 10.000 ABŞ dollarının və ya 17.000 manatın da daxil olduğu məbləğ; (8.3) bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; - (8.6-cı bənd) vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar. Məhkəmə qeyd edir ki, X1 Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3-cü bəndinə uyğun olaraq kredit borcları restrukturizasiya ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi üçün zəruri şərtlərin bir hissəsi, yəni kreditin 2012-ci ilin yanvar ayının 1-dən sonrakı dövrə verilməsi, qalıq məbləğin 17.000 manatdan və ya 10.000 ABŞ dollarından az olması və ödəyicinin (borc alanın) fiziki şəxs olması işin mübahisələndirilən hallarına aid deyil. Mübahisəli halla bağlı isə məhkəmənin qənaəti belədir ki, iddiaçının müvafiq kredit müqaviləsi əsasında borcun ödənilməsi üzrə gecikdirilmiş günlərin sayı 360 gündən az qiymətləndirilə bilməz. Bu qənaət ondan irəli gəlir ki, hazırkı məhkəmə icraatında, eləcə də aparılan inzibati icraatda cavabdeh tərəf və üçüncü şəxs iddiaçının kredit müqaviləsi üzrə ödənişin gecikdirilməsi günlərinin sayının 109 gün və ya 360 gündən az digər müddət olmasını təsdiqləyən hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçının kredit borcunun ödənişləri üzrə gecikmə günlərinin sayı nəzərə alınmaqla onun kredit borcları restrukturizasiya ediləcək fiziki şəxslərin siyahısına daxil edilməməsi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15, 17 və 24.2-ci maddələrinin tələblərinı ziddir. Odur ki, məhkəmə cavabdehin hərəkətlərini (imtinasını) qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3 və 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq kredit borcları restrukturizasiya ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 14, 23.1, 58.7, 62, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X1 Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq kredit borcları restrukturizasiya ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4442/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4442/2020
16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver