Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4442/2021 16.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının “LOĞMAN MTK-nın nümayəndəsi X7 oglunun iştirakı ilə iddiaçı “LOĞMAN MTK-nın cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin 58 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində X1 adına aparılmış qeydiyyatını ləğv edərək həmin mənzilin "xxxx" MTK-nın adına qeydə alınması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “LOĞMAN MTK-nın sədri X7 oglu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 103 saylı evin 58 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində X1 adına aparılmış qeydiyyatını ləğv edərək həmin mənzilin "xxxx" MTK-nın adına qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım etmək məqsədilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə ərizə ilə müraciət etmək hüququ izah edilmiş, iclasda iştirak etmiş iddiaçı tərəfindən də məhkəmənin təklifinə baxmayaraq işin mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə iddianın mümkünlüyü məsələsinə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İşin hazırlıq icraatı üzrə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Təyin edilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmədiyinə görə, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan aşagıdakı məhkəmə aktlarından məlum olur ki: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., 103 ünvanda yerləşən 58 saylı mənzilin X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2017-ci il tarixli, **********93 nömrəli məktubuna əsasən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı icra edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş, X6 və X4 hazırki iş üzrə məhkəmə icraatına 3-cü şəxs kimi cəlb edilmiş və iş üzrə icraat təzələnmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4077/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X6 və X4 işə cəlb edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., 103 ünvanda yerləşən 58 saylı mənzilin X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə 2-1(81)-4077/2018 saylı inzibati işin icraatı Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(006)- 5922/2016 saylı qətnaməsindən və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-4288/2018 saylı qərardadından X5 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinə baxılıb qurtaranadək dayandırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli, 2(102)-168/2019 saylı qərarının surətindən görünür ki, ərizəçi X5 maraqlı şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı vəsiyyət üzrə vərəsə kimi tanınma tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun mərhum X2 vəsiyyəti üzrə vərəsə kimi tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 20146-cı il tarixli 2(004)-9881/2016 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, X1 mərhum X2 vəsiyyəti üzrə vərəsə kimi tanınması qət edilmişdir. Maraqlı şəxs X4 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2018-ci il tarixli 2(103)-4288/2018 saylı qərardadı ilə maraqlı şəxs X3 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 9881/2016 saylı iş üzrə 29 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. X5 həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəkməsinin Mülki Kollegiyasının 08 yanvar 2019-cu il tarixli qərarı ilə kasassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2018-ci il tarixli qərardadı dəyidirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-39/2019 saylı, 16 aprel 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. 1saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-39/2019 saylı, 23 may 2019-cu il tarixli qərardadı ilə iddiaçı X1 iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********89 nömrəli məktubu məhkəmə sorgusuna əsasən alınmış sənədlərdən göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., 103 ünvanda yerləşən 58 saylı mənzil 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydə alınmış, sonra alqı-satqı müqavilələri əsasında satılaraq hazırda X9 oglunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, hazırda iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi mənzil X9 ogluna məxsusdur. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı xx.xx.2017-ci il tarixli qərarının ləğv edildiyinə və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-39/2019 saylı, 23 may 2019-cu il tarixli qərardadı ilə iddiaçı X1 iddia tələbinin mümkün sayılmamasına əsaslanaraq hazırki iddia tələbini irəli sürmüşdür. Lakin, iş materiallarından göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., 103 ünvanda yerləşən 58 saylı mənzil 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı əsasında X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydə alınmış, sonra alqı-satqı müqavilələri əsasında satılaraq hazırda X9 oglunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Odur ki, iddiaçının hazırda həmin mənzilə dair mülkiyyət hüquqlarının tanınmasına dair iddia irəli sürməyə subyektiv hüququ yoxdur və işin bu cür halında məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 1 və 2-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, işin hallarından göründüyü kimi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ləğv edilsə də, icraya dönüş olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında özünün hüquqi mövqeyini ifadə etmişdir: “...qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. İnzibati Prosessual Məcəllənin 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan ərizə nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı ərizələrə də məhz icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən ərizələrə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə də, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddianın mümkün sayılmadığı qənaətinə gəldiyindən, iddiaçıya izah edilir ki, İnzibati Prosessual Məcəllənin 71.1-ci maddəsinin tələbinə əsasən məhkəməyə ərizə ilə müraciət edə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və məhkəmə icaatına cəlbetmə ilə əlaqədar məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4AKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4442/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4442/2021
16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver