Məhkəmə qərarları › İş №2-1(112)-4444/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4444/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4444/2025 19.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən iddiaçının xeyrinə kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kiçik çavuş İddiaçı Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrin (05N nömrəli hərbi hissəsinin) N nömrəli hərbi hissəsinin “İ” (xüsusi təyinatlı) dəstəsinin tank əleyhinə taqımın 1-ci qumbaraatan manqasının tuşlayıcısı vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli N76 nömrəli əmrinə əsasən əsgər İddiaçı hərbi hissənin qarşısına qoyulmuş döyüş tapşırıqlarının icrası ilə əlaqədar döyüş təyinatı rayonuna çıxarılmış hesab edilmiş və ərazi çıxışında qazan təminatına qoyulmuşdur. Daha sonra N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli N79 nömrəli əmri ilə əsgər İddiaçı “İ” dəstəsinin tank əleyhinə taqımın 1-ci qumbaraatan manqasının tuşlayıcısı Göygül rayon Mərkəzi xəstəxanasına müalicəyə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N0-ci il tarixli N81 nömrəli əmrinə əsasən əsgər İddiaçı müalicədən N saylı hərbi hissədən (Gəncə şəhəri) xx.xx.N0N0-ci il tarixdən ərazi çıxışında xüsusi norma üzrə qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin 1N noyabr N0N0-ci il tarixli 3NN nömrəli əmri ilə əsgər İddiaçı, “İ” dəstəsinin tank əleyhinə taqımın 1-ci qumbaraatan manqasının tuşlayıcısı N14 nömrəli hərbi hissəyə (Füzuli rayonu) müalicə üçün getmişdir. N nömrəli hərbi hissə komandirinin N3 noyabr N0N0-ci il tarixli 333 nömrəli əmri ilə əsgər İddiaçı, “İ” dəstəsinin tank əleyhinə taqımın 1-ci qumbaraatan manqasının tuşlayıcısı müalicədən gəlmiş və vəzifəsinin icrasına başlamışdır. Daha sonra isə N nömrəli hərbi hissənin komandirinin N nömrəli 16 iyul N0N3-cü il tarixli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında’' Azərbaycan Respunlikası Qanununun 41.0.3-cü maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq o, ehtiyata buraxılmışdır. Bildirilir ki, İddiaçı 31 oktyabr N0N0-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı “partlayış travması, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət” xəsarətini almışdır. Qeyd edilir ki, gizir İddiaçı sülh və müharibə dövründə orduda etdiyi xidmətlərə görə “Şücaətə görə”, “Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli 0N9 nömrəli əmri ilə “3-cü məharət dərəcəsi” verilmişdir. Gizir İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyun N0N3-cü il tarixli 788 nömrəli göndərişinə əsasən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına müraciət etmiş və 6509 nömrəli 17 iyun N0N3-cü il tarixli X1 əsasən şəhadətləndirilmişdir. Həmin şəhadətnaməyə əsasən diaqnoz və xəsarətin səbəb əlaqəsi haqqında Hospital Hərbi Həkim Komissiyasının qərarı 31 oktyabr N0N0-ci il tarixdə partlayış travması nəticəsində qapalı kəllə beyin tarvması, baş-beyin silkələnməsindən sonrakı orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv-defisit ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlaməti, burunun sağ yarısının yumşaq toxumalarının yad cism (metal qəlpə), həmçinin sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi Həkim Ekspertizası Haqqında Əsasnaməyə müvafiq olaraq Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı 31 oktyabr N0N0-ci il tarixdə aldığı partlayış travması “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. Bu XN əsas götürülərək İddiaçı xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.N0N4-cü il tarixdə N saylı hərbi hissəyə ərizə ilə müraciət edərək kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyasının ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin AR Müdafiə Nazirliyi 8/1939 saylı xx.xx.N0N4-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı hərbi əməliyyatlar zamanı tutduğu “N nömrəli hərbi hissənin “İ" dəstəsinin tank əleyhinə taqımının 1-ci qumbara atan manqasının tuşlayıcısı” vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin N0N0-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmədiyindən. Nazirlər Kabinetinin 180-N4 nömrəli N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “ Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb etdiyiniz kompensasiyanın ödənilməsi mümkün hesab edilməmişdir. Lakin iddiaçı hesab edir ki, Müdafiə Nazirliyi onun ərizəsinə baxarkən bir sıra hüquqi məsələləri nəzərə almamışdır. 1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin komandirinin İddiaçı təqdim eldiyi 1083 saylı xx.xx.N0N4-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən “Vətən müharibəsində” xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd rayonları və Şuşa şəhəri istiqamətində N nömrəli hərbi hissənin xüsusi təyinatlı dəstəsinin tərkibində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və yaralanmışdır. N. Gizir İddiaçı hərbi-uçot ixtisası kəşfiyyatçı olmuşdur. (XN ilə təsdiqlənir). 3. ‘'Kəşfiyyat və Əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanunun N0.6 və N0.7-ci maddələrinə əsasən kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları üçün nəzərdə tutulmuş növbəti məzuniyyətə görə N aylıq pul təminatı həcmində pul təminatı ödənilmişdir. 4. Müdafiə Nazirliyinin imtina məktubunda göstərilmiş Müdafiə Nazirinin N0N0-ci il tarixli əmri ilə təsdiq olunmuş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarının vəzifələri siyahısında qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu əmrdə siyahıda göstərilməyən və xüsusi təyinatlı qüvvələrin tabeliyində vəzifələr tutan hərbi qulluqçular komandanlığın sərəncamına əsasən düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat və ya kəşfiyyat diversiya fəaliyyətini icra etdiyi müddətdə bu əmrin qüvvəsi onlara şamil edilir. 5. Müdafiə Nazirinin müvafiq əmrində kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları qismində vəzifələri göstərilməyən, lakin N0N0-ci il Vətən Müharibəsi zamanı şəhid olmuş və İddiaçı ilə eyni vəzifələr tutmuş və ya icra etmiş hərbi qulluqçular Müdafiə Nazirinin müvafiq əmrinin qeyd hissəsinə əsaslanaraq Qanunun N0.1N-ci maddəsinə uyğun olaraq onlara (və ya ailə üzvlərinə) kompensasiyalar ödənilmişdir. 6. Kəşfiyyat üzrə təlimata əsasən, kəşfiyyat dəstəsi ən mühüm istiqamətdə kəşfiyyat xəbərlərinin əldə edilməsindən ötrü göndərilir. Kəşfiyyat və əks-kəşfiyyat haqqında qanunun 8.1.13-cü maddəsinə əsasən, kəşfiyyat subyektlərinin hüquqlarından biri AR qanunvericiliyinə uyğun olaraq, xüsusi təyinatlı dəstələrinin yaradılması və istifadə olunmasıdır. (İddiaçı xidmət etdiyi sturuktur bölmə xüsusi təyinatlı kəşfiyyat dəstəsidir) MN xüsusi təyinatlı, həmçinin kəşfıyyal-diversiya fəaliyyətinin həyata keçirilməsi üçün qanunun bu maddəsinə uyğun olaraq xüsusi təyinatlı qüvvələr yaratmışdır (05N saylı hərbi hissə). Cavabdeh AR Müdafiə Nazirliyinin İddiaçı verdiyi imtina tam əsassız və qeyri-qanunidir. Azərbaycan Respublikası “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” haqqında Azərbaycan Respublikası qanununun N0.6-cı maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. Belə ki, əgər İddiaçı tutduğu vəzifə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti hesab edilmirdisə, ona hansı səbəbdən bu maddənin müddəalarına uyğun olaraq N nömrəli hərbi hissə komandirinin əmrləri ilə istifadə etdiyi N0N3-ci ilin növbəti məzuniyyəti üçün əlavə olaraq iki aylıq pul təminatı ödənilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” haqqında Azərbaycan Respublikası qanununun N0.7-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinət verilir. N nömrəli hərbi hissə komandirinin müvafiq əmrlərinə əsasən İddiaçı N0N0-ci il üzrə “Müalicə və müayinə" üçün nəzərdə tutulmuş birdəfəlik pul təminatı ödənilmişdir. İşin hallarından göründüyü kimi, İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri üçün nəzərdə tutulmuş məzuniyyətə görə verilən pul təminatının və kompensasiyasının verilməsi onu sübut edir ki, cavabdeh AR Müdafiə Nazirliyinin İddiaçı kompensasiya verilməsi üçün onun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmadığından imtina edilməsi, bundan əvvəl çıxarılmış əmrlərə ziddir və həqiqəti əks etdirmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə uyğun olaraq verilmiş “Kəşfiyyat və əks- kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 №li Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir. Həmçinin, həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əmakdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Fərmanın icrası ilə bağlı müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları, həmçinin vəzifələri təsdiq edilir. Yuxarıda yazılanları nəzərə alaraq bildirilir ki, hərbi hissələrdə, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahıları Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrlərinə əsasən təyin edilir. İddiaçı N0N0-ci ildə tutduğu vəzifə Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilməmişdir. Öncə qeyd olunanlardan aydın olur ki, döyüşən hərbi hissələrdə xidmət etmək və ya həmin hərbi hissələrə ezam olunaraq onların tərkibində döyüş əməliyyatlarında iştirak etmək kəşfiyyat fəaliyyətinin əmakdaşı olmaq anlamını vermir. Qeyd olunmuş vəzifələr və vəzifədən irəli gələn tədbirlərin yerinə yetirilməsi Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahısı (hərbi qulluqçuların hamsı deyil), yalnız müdafiə nazirinin müvafiq əmrlərilə elan olunur. İddiaçı 05N və N №li hərbi hissələrə müracitlər etmişdir. 05N nömrəli hərbi hissənin xx.xx.N0N4-cü il tarixli N34N Nəl i və N №-li hərbi hissənin xx.xx.N0N4-cü il tarixli 8/N039 №li cavablarındada İddiaçı onun tutduğu vəzifənin kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilmədiyi qeyd olunmuşdur. Əlavə olaraq bildirilir ki, Müdafiə Nazirliyi icra orqanı olaraq qəbul olunmuş Qanunların və Qərarların icraçısıdır. Yuxarıda qeyd edilən normativ hüquqi aktlar müvafiq səlahiyyətli orqanlar tərəfindən qəbul edilmişdir və onların Müdafiə Nazirliyi tərəfindən başqa formada təfsir və icra edilməsi qanunauyğun deyildir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan inzibati məhkəmə icraatında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən iddiaçının nümayəndə-vəkilinə ünvanlanmış xx.xx.N0N4-cü il tarixli məktubundan görünür ki, iddiaçının hazırkı tələbi üzrə müraciətə baxılmış və etirazdakı dəlillərə uyğun olaraq təmin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli, 117 №-li arayışdan görünür ki, mahhxhq kiçik çavuş İddiaçı xx.xx.N0N1-ci il tarixdən xx.xx.N0N3-cü il tarixədək (05N) N nömrəli hərbi hissədə xüsusi təyinatlı dəstənin atəş dəstək taqımının tank əleyhinə raket kompleksləri manqasının komandiri vəzifəsində xidmət edib və xx.xx.N0N3-cü il tarixə aylıq pul təminatı aşağıdakı kimi olub: Hərbi rütbə pulu – 109.0 manat; Vəzifə maaşı – 1050.00 manat; Xidmət ilinə görə faiz əlavəsi 15% - 173.85 manat; vəzifə maaşının N0% əlavəsi – N10.00 manat. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli, 198 №-li əmrindən çıxarışdan görünür ki, əmrə əsasən, xüsusi təyinatlı dəstənin atəş dəstək taqımının tank əleyhinə raket kompleksləri manqasının komandiri İddiaçı, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq ehtiyata buraxıldığına görə ona N0N3-cü ilin hesabından 60 təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə, xx.xx.N0N3-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış, qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon İdarəsinə göndərilmişdir. Həmçinin ona N0N3-cü ilin yanvar-iyul aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N017-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatı tam həcmdə ödənilmiş, ona N №-li hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli, 0N9 nömrəli əmri ilə “3-cü məharət dərəcəsi” verilmiş, Əsasnaməyə müvafiq olaraq vəzifə və rütbə maaşının beş misli miqdarında birdəfəlik pul müavinəti və N0N3-cü ildə nəzərdə tutulmuş maddi yardım ödəlinib, N0N3-cü ilin növbəti məzuniyyətindən 30 gün istifadə edib və növbəti məzuniyyətə görə iki aylıq pul təminatı həcmində əlavə pul təminatı ödənilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli, 1083 №-li arayışdan görünür ki, sabiq hərbi qulluqçu ehtiyatda olan MAHHXHQ kiçik çavuş İddiaçı “Vətən müharibəsi”ndə xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə Kəlbəcər, Cəbrayıl, Füzuli, Xocavənd rayonları və Şuşa şəhəri istiqamətində N nömrəli hərbi hissənin xüsusi təyinatlı dəstənin tərkibində düşmanın yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və yaralanmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi 05N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, İddiaçı 05N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissədən verilmiş xx.xx.N0N4-cü il tarixli 1083 nömrəli arayış doğru tərtib olunmayıb və heç bir sənədə əsaslanmır. Bildirirəm ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6.N-ci maddəsinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” N015-ci ildən etibarən hər il üzrə verilmiş Azərbaycan Respublikası müdafiə nazirinin ““Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kəşfiyyat və əks-kəşdiyyat fəaliyyətinin subyekti əməkdaşları hesab olunan vəzifələrin siyahısının təsdiq edilməsi haqqında” əmrləri ilə 05N nömrəli hərbi hissə və tabeliyində olan hərbi hissələrdə müvafiq vəzifələrin siyahısı təsdiq edilmişdir. 05N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir İddiaçı hərbi hissədə tutmuş olduğu vəzifəsi (tank əleyhinə taqımın 1-ci qumbaraatan manqasının tuşlayıcısı) Azərbaycan Respublikası müdafiə nazirinin sözügedən əmrləri ilə təsdiq olunmuş siyahılarda göstərilən vəzifələrin siyahısında olmadığından kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektinin əməkdaşı hesab olunmamışdır. Vətən müharibəsindən sonra 05N nömrəli hərbi hissənin şəxsi heyətinin müharibədəki fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərdən asılı olmayaraq hərbi hissənin təminat bölmələri də daxil olmaqla əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyətinə kəşfiyyat subyekti əməkdaşlarına nəzərdə tutulan müavinətlərin ödənilməsi üçün pul vəsaiti ayrılmışdır. Bu səbəbdən, həmçinin İddiaçı da kəşfiyyat subyektinin əməkdaşı olmasa da belə, N7.09-11.11,N0N0-ci il ərzində Vətən müharibəsində iştirak etdiyinə görə, ona yalnız həmin il üçün N0N0-ci ilin dekabr ayında məzuniyyət pulu iki misli məbləğində olmaqla, 791,86 manat və N0N1-ci ilin may ayında müalicə pulu 1N64,80 manat ödənilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş məhkəmənin sorğusuna cavab məktubund bildirilir ki, İddiaçı hərbi əməliyyatlar zamanı tutduğu vəzifə N nömrəli hərbi hissənin “i” dəstəsinin tank əleyhinə taqımının 1-ci qumbaraatan manqasının tuşlayıcısı vəzifəsi” Azərbaycan Respublikası müdafiə nazirinin N0N0-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı hesab edilmir. Yuxarıda göstərilənləri nəzərə alıb, Nazirlər Kabinetinin 180-N4 №-li N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydası”na uyğun tələb edilən kompensasiyanın ödənilməsi mümkün deyil. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixli məhkəmənin sorğusuna cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyində “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu və Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 nömrəli Fərmanını rəhbər tutaraq Azərbaycan Respublikasının müdafiə naziri hər il məxfi əmr ilə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektləri əməkdaşları hesab olunan vəzifələri elan edir. İddiaçı N nömrəli hərbi hissənin “i” dəstəsinin tank əleyhinə taqımının 1-ci qumbaraatan manqasının tuşlayıcısı vəzifəsinin Azərbaycan Respublikası Müdafiə nazirinin N0N0-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti (əməkdaşları) vəzifələrinin siyahısına daxil edilməmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi 05N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N0N4-cü il tarixli vəkil sorğusuna cavab məktubunda bildirilmişdir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6.Nci maddəsinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq hakimiyyəti orqanı tərəfindən müəyyən edilir." N015-ci ildən etibarən hər il üzrə verlən Azərbaycan Respublikası müdafiə nazirinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kəşfiyyat və əks-kəsdiyyat fəaliyyətinin subyekti əməkdaşları hesab olunan vəzifələrin siyahısının təsdiq edilməsi haqqında” əmrlərlə 05N nömrəli hərbi hissə və tabeliyində olan hərbi hissələrdə müvafiq vəzifələrin siyahısı təsdiq edilmişdir. 05N nömrəli hərbi hissənin tabeliyində olan N nömrəli hərbi hissənin sabiq qulluqçusu İddiaçı hərbi hissədə tutmuş olduğu vəzifəsi Azərbyacan Respublikası müdafiə nazirinin sözügedən əmrləri ilə təsdiq olunmuş siyahılarında göstərilən vəzifələrin siyahısında olmadığından kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti - əməkdaşı hesab olunmamışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Ordusunda xidmət etdiyi dövrdə, “Vətən müharibəsi”də iştirak edərək müxtəlif tapşırıqlar yerinə yetirmiş, həmin tapşırıqlarıdan birini yerinə yetirərkən yaralanmış, xx.xx.N0N3-cü il tarixli müvafiq əmr əsasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmışdır. Hazırda iddiaçı müvafiq qanunvericiliyə uyğun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə ödənilən kompensasiyanın alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının hərbi xidmət zamanı icra etdiyi ““i” dəstəsinin tank əleyhinə taqımının 1-ci qumbaraatan manqasının tuşlayıcısı” vəzifəsinin Azərbaycan Respublikası Müdafiə nazirinin N0N0-ci il tarixli müvafiq əmrinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti (əməkdaşları) vəzifələrinin siyahısına daxil edilmədiyinə istinad edərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda bu imtinanı mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunauyğun olmuşdur. Belə ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun: -1.1-ci maddəsinə əsasən kəşfiyyat fəaliyyəti – Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. -1.N-ci maddəsinə əsasən kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. -6.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. -6.N-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. -6.3-cü maddəsinə əsasən digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər. -N0.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların statusu haqqında”, “Əmək pensiyaları haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. -N0.N-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin rəhbəri həmin subyektin hərbi qulluqçularına bu qanuna və xidmətin xüsusiyyətləri nəzərə alınmaqla digər qanunvericilik aktlarına əsasən üstəlik verilən pul təminatı növlərinin normalarını və ödəniş qaydalarını müəyyən edir. -N0.1N-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.N005-ci il tarixli, 186 №-li Fərmanından: -1. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: -1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini; Həmçinin, Fərmana əsasən, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Qanunun 7ci maddəsində qeyd olunan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. İşin araşdırılmış hallarından və iddiaçının hərbi xidmətdə olduğu hərbi hissənin məktublarından da göründüyü kimi, o, N nömrəli hərbi hissənin (05N) “İ” dəstəsinin tank əleyhinə taqımının 1-ci qumbaraatan manqasının tuşlayıcısı vəzifəsində xidmətdə olarkən “Vətən müharibəsi” zamanı təyinatı üzrə fəaliyyətləri icra etmiş, Kəlbəcər, Cəbrayıl, Xocavənd, Füzuli rayonlarının, Şuşa şəhərinin müdafiəsi uğrunda hərbi hissənin xüsusi təyinatlı taqımının tərkibində döyüş tapşırıqlarını yerinə yetirmişdir. Lakin iddiaçı hərbi əməliyyatlar zamanı kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı olmamışdır. Belə ki, müvafiq qanunvericiliyə əsasən hərbi hissələrdə, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahıları Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrlərinə əsasən təyin edilir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, yuxarıda istinad olunan Fərmana əsaslanmaqla, Azərbaycan Respublikası müdafiə naziri tərəfindən verilmiş “kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektləri əməkdaşları hesab olunan vəzifələri müəyyən edən N0N0-ci il tarixli məxfi əmrə məhkəmə iclasında baxış keçirilən zaman iddiaçının xidmət etdiyi “1-ci qumbaraatan manqasının tuşlayıcısı” vəzifəsi müəyyən olunmamışdır. Habelə, iddia ərizəsinin məzmunundan və iddiaçı tərəfin izahatından görünür ki, tələbin əsası kimi, iddiaçının kəşfiyyat fəaliyyəti subyekti olmasını sübut edən fakt olaraq ona iki aylıq pul təminatı məbləğində birdəfəlik müavinətin verilməsinə istinad edilir. Məhkəmə qeyd edir ki, müvafiq sorğuya cavab məktubundan da görünür ki, vətən müharibəsindən sonra 05N nömrəli hərbi hissənin şəxsi heyətinin müharibədəki fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq Müdafiə Nazirliyi tərəfindən tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərdən asılı olmayaraq hərbi hissənin təminat bölmələri də daxil olmaqla əməliyyatlarda iştirak etmiş bütün şəxsi heyətinə kəşfiyyat subyekti əməkdaşlarına nəzərdə tutulan müavinətlərin ödənilməsi üçün pul vəsaiti ayrılmışdır. O cümlədən, iddiaçıya da kəşfiyyat subyekti əməkdaşı olmasa belə, eyni qaydada məzuniyyətə çıxarkən əlavə pul təminatı, müavinət olmaqla, müəyyən məbləğdə vəsait ödənilmişdir. Göründüyü kimi, iddiaçı da daxil olmaqla, 05N nömrəli hərbi hissənin şəxsi heyətinin Vətən Müharibəsində yüksək xidmətləri heç bir halda təkzib olunmur, əksinə, iddiaçının istinad etdiyi ödəniş həmin şəxslərə onların kəşfiyyat subyektləri olmadıqları və ya həmin subyektlərin funksiyalarını icra etmədikləri halda, hərbi hissənin şəxsi heyətinin müharibədəki fəaliyyətləri, qələbənin əldə edilməsində göstərdikləri yüksək xidmətləri nəzərə alınaraq tutduqları vəzifələrindən və icra etdikləri fəaliyyətlərindən asılı olmayaraq kəşfiyyat və əks-kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş sosial xarakterli güzəşt onlara da tətbiq olunmuşdur. Bu isə, həmin şəxslərin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulmuş subyektlər kimi qiymətləndirilməsinə və ya hesab edilməsinə öz-özlüyündə əsas vermir. Beləliklə, aparılan araşdırmanın nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının hazırkı tələbi üzrə cavabdeh inzibati orqanın imtinası qanunazidd olmamışdır. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N0N4-cü il tarixli, N-1(10N)-1674/N0N4 nömrəli qərarında da oxşar hüquqi mövqe göstərilmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.N-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in 5N-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N, 33.1, 5N, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar