Məhkəmə qərarları › İş №2-1(112)-4445/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4445/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4445/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi-X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı əlavə ödənilmiş məbləğin geri qaytarılması haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə (bundan sonra mətndə Bakı Baş Gömrük İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikasının “X10 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların xx.xx.2022-ci il tarixdə verilmiş **********8843 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan Bakı Baş Gömrük İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, gətirilmiş həmin qurğuların XİF MN üzrə "xxxx" kodu ilə 5% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, həmin qurğuların sonradan gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində 15% gömrük dərəcəsi ilə rəsmiləşdirilməsi üçün MMC tərəfindən xx.xx.2022-ci il tarixində əlavə ödənilmiş cəmi 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) məbləğin geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş İddiaçı MMC-nin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə məhkəmədən, Türkiyə Respublikasının “X10 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların xx.xx.2022-ci il tarixdə verilmiş **********8843 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan Bakı Baş Gömrük İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, gətirilmiş həmin qurğuların XİF MN üzrə "xxxx" kodu ilə 5% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, həmin qurğuların sonradan gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində 15% gömrük dərəcəsi ilə rəsmiləşdirilməsi üçün MMC tərəfindən xx.xx.2022-ci il tarixində əlavə ödənilmiş cəmi 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) məbləğin geri qaytarılması barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada müvafiq rəyin verilməsi öhdəliyinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması brədə qərar çıxarılması xahiş olunmuşdur. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş İddiaçı MMC-nin İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə məhkəmədən, Türkiyə Respublikasının “X10 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların xx.xx.2022-ci il tarixdə verilmiş **********8843 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan Bakı Baş Gömrük İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, gətirilmiş həmin qurğuların XİF MN üzrə "xxxx" kodu ilə 5% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, həmin qurğuların sonradan gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində 15% gömrük dərəcəsi ilə rəsmiləşdirilməsi üçün MMC tərəfindən xx.xx.2022-ci il tarixində əlavə ödənilmiş cəmi 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) məbləğin geri qaytarılması barədə qərar qəbul edilərək müəyyən olunmuş formada müvafiq rəyin verilməsi öhdəliyinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulmasına barədə qərar çıxarılması xahiş olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC 2017-ci ilin sentyabr ayında Vergilər Nazirliyində qeydiyyatdan keçərək həmin vaxtdan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Cəmiyyət sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq xarici ölkələrdən bir çox qurğu və avadanlıqlar alaraq respublikaya gətirir. Növbəti belə hal 2022-ci il avqust ayında baş vermiş və müqavilə əsasında Türkiyə Respublikasının “X10 End Mak. Mimarlıq” şirkətindən aldıqları mallar (split- kondisioner tipli soyutma qurğuları və nəmləndiriciləri) RKX**********004 nömrəli xx.xx.2022-ci il ci il tarixli invoys sənədinə əsasən **********8843 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə XİFMN üzrə "xxxx" nömrəli kod altında (bu kod üzrə təsnifləşdirilən malların gömrük dərəcəsi 5% təşkil edir) gömrük orqanına bəyan edilmişdir. Bundan sonra qeyd olunan bəyannamə üzrə gömrük orqanı tərəfindən 41967,48 manat gömrük ödənişi (gömrük rüsumu və ƏDV) hesablanmış və həmin məbləğ xx.xx.2022-ci il tarixində MMC tərəfindən bank vasitəsilə ödənilmişdir. Lakin bundan sonra onlara məlum olmayan səbəbdən gömrük orqanı malları buraxmamış və bir neçə gün mallar heç bir əsas olmadan gömrükdə saxlanıldıqdan sonra onlara bildirilmişdir ki, həmin malların ekspertizasının aparılması qərara alınmışdır. Bu səbəbdən də mallar xx.xx.2022-ci il tarixində gömrük orqanı tərəfindən X4 İdarəsinə ekspertizaya göndərilmişdir. Həmin İdarənin Bakı Baş Gömrük İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı MMC-nin ünvanına RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə idxal olunan yüklər “Rekos” markalı soyutma qurğusu olub XİFMN görə "xxxx" alt yarımmövqeyində sinifləşdirilməlidir. Bundan sonra gömrük orqanı tərəfindən MMC məcbur edilmişdir ki, ilkin təqdim olunmuş və hətta həmin orqan tərəfindən hesablanmış gömrük ödənişləri də ödənilmiş gömrük bəyannaməsi dəyişdirilərək ekspertizadan keçirilən mallar XİFMN üzrə "xxxx" kodu altında (bu kod üzrə təsnifləşdirilən malların gömrük dərəcəsi 15% təşkil edir) bəyan olunsun və əvvəl ödənilmiş gömrük ödənişlərindən əlavə olaraq gömrük rüsumu üzrə 14469,65 manat, ƏDV üzrə 2604,53 manat olmaqla, cəmi 17074,18 manat ödəniş edilsin. MMC tərəfindən buna etiraz edildiyi üçün malların rəsmiləşdirilməsinə icazə verilməmiş, mallar müəyyən olunmuş müddətdən 13 (on üç) gün artıq gömrükdə saxlanılmış, bunun da nəticəsində malın yüklü olduğu nəqliyyat vasitəsinin boşdayanmasına görə İddiaçı MMC daşıyıcı şirkətə əlavə olaraq 2975 AZN ödəməyə məcbur olmuşdur. Boşdayanma halı ilə bağlı MMC-nin artıq ödənişlər etməsinin qarşısının alınması, həmçinin də MMC-nin həmin mallara təcili ehtiyyacının yaranması səbəbindən İddiaçı MMC gömrük orqanının tələbi ilə razılaşmaq məcburiyyətində qalmış və ilkin təqdim olunmuş gömrük bəyannaməsində dəyişiklik edilərək, ekspertizadan keçirilən mallar XİFMN üzrə "xxxx" kodu altında bəyan edilmiş, MMC əsassız olaraq xx.xx.2022-ci il tarixində əlavə 14469,65 manat gömrük rüsumu, 2604,53 manat ƏDV olmaqla cəmi 17074,18 manat ödəniş etmiş və xx.xx.2022-ci il tarixində gömrük orqanına daxil olan mallar xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilərək gömrükdən çıxarılmışdır. İdxal etdikləri malların istehsalçısı olan Türkiyə Respublikasının “X10 End Mak. Mimarlıq” şirkəti həmin malları XİFMN üzrə "xxxx" nömrəli kod altında təsnifləşdirmişdir. İstehsalçı tərəfindən verilmiş texniki pasportda və qablaşdırma siyahısında (packing list), hətta gömrük ixrac bəyannaməsində də həmin malların XİFMN üzrə təsnifat kodu "xxxx" kimi göstərilmişdir. Bu səbəbdən də həmin sənədlərə əsasən mallar ölkə ərazisinə gətirilən zaman xx.xx.2022-ci il tarixdə MMC tərəfindən XİF MN üzrə "xxxx" nömrəli kod altında gömrük orqanına bəyan edilmişdir. AR Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X5 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nin 84-cü Qrupunda “Nüvə reaktorları, Qazanlar, Avadanlıq və Mexaniki Qurğular, onların hissələri” təsnifləndirilmişdir. Həmin Qrupun 8415 mal mövqeyində “Rütubəti ayrıca tənzimləyə bilməyən kondisionerlər daxil olmaqla mühərrikli ventilyatorla və havanın temperaturunu və rütubətini ölçən cihazlarla təchiz olunmuş havanın kondisiyalasdırılması üçün qurğular”, həmin mövqenin 8415 81 00 yarımqrupunda “quraşdırılmış soyuducu qurğusu və soyuq-istilik rejimlərinin dəyişdirilməsini təmin edən klapanı olan (reversiv istilik nasosları) qurğular”, həmin yarımqrupun daha aşağı qruplarında isə 8415 81 001 0 kod altında “xüsusi istehsal sahələrində mikroiqlimi saxlamaq üçün havanın temperaturunu və rütubətini avtomatik tənzimləyən sənaye kondisionerləri (0 % gömrük rüsumu) ” və 8415 81 009 0 kod altında “digərləri (5 % gömrük rüsumu)” nəzərdə tutulmuşdur. Gömrük orqanının MMC-ni məcbur edərək gömrük bəyannaməsində qeyd etdirdiyi təsnifat kodu (8418 69 000 9) Nazirlər Kabinetinin qeyd olunan qərarının 84-cü Qrupunun 8418 mal mövqeyində (Soyuducular, dondurucular və elektrik və ya başqa tipli digər soyuducu və ya dondurucu avadanlıq; 8415 mal mövqeyinin havanın kondisiyalaşdırılması üçün qurğulardan başqa, istilik nasosları) alt qrup kimi nəzərdə tutulmuşdur. 8418 mal mövqeyinin açıqlamasında qeyd edilmişdir ki, 8415 mal mövqeyinin havanın kondisiyalaşdırılması üçün qurğulardan başqa, istilik nasosları 8418 mal mövqeyində təsnifləşdirilir. Göründüyü kimi elə Nazirlər Kabinetinin qərarının özündə 8415 mal mövqeyində nəzərdə tutulmuş xüsusiyyətlərə malik olan qurğuların 8418 mal mövqeyinə aid edilməsi birbaşa istisna edilir. Nazirlər Kabinetinin qərarının yuxarıda qeyd edilən tələbləri baxımından iddiaçı müəssisənin idxal etdiyi qurğular həqiqətən də XİFMN üzrə "xxxx" nömrəli kod altında təsnifləşdirilməlidir. Lakin X7 idarəsi hər hansı bir qanunvericilik aktına və texniki sənədə istinad etmədən, yalnız öz mülahizələrinə əsasən heç bir hüquqi əsası olmayan əsassız rəy vermişdir. Odur ki, idxal edilmiş qurğular MMC tərəfindən ilkin olaraq XİF MN üzrə "xxxx" nömrəli kod altında gömrük orqanına bəyan edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Buna baxmayaraq gömrük orqanı əsassız olaraq həmin bəyannaməni dəyişdirmişdir. İstənilən malın təsnifat kodu istehsalçı tərəfindən verilmiş texniki pasport və digər sənədlər, həmçinin ixrac gömrük bəyannaməsi və invoysda göstərilən koda uyğun müəyyən olunur. Hazırki vəziyyətdə qeyd olunan sənədlərdə malın təsnifat kodu "xxxx" kimi qeyd olunmuşdur. Hansı ki, MMC-nin və yaxud da hər hansı bir üçüncü şəxsin həmin kodu dəyişdirmək səlahiyyəti yoxdur. Göstərilənlərdən tam aydın olur ki, “X10 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların xx.xx.2022-ci il tarixdə verilmiş **********8843 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan cavabdehin hərəkətləri tamamilə qanunsuz olmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə dair xx.xx.2023-cü il tarixli 1400-001/0xx-xx/000058 №li yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsində göstərilir ki, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Həmin Məcəllənin malların təsnifatı adlanan 321-ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X5 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər. Bəyan edilən malların X5 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Malların təsnifatını apararkən, gömrük orqanları X5 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan GM-nin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. Qeyd edilən normalara əsasən **********8843 sorğu nömrəli gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması zamanı malların təsnifat kodunun düzgün qeyd edilməməsi ilə bağlı şübhə yarandığı üçün müvafiq araşdırma aparılmış və ekspertiza rəyinin verilməsi üçün X4 İdarəsinə müraciət edilmişdir. Həmin müraciət nəticəsində keçirilmiş ilkin ekspertizaya əsasən cavabdehə elektron formada göndərilmiş xx.xx.2022-ci il tarixli espert rəyində malın XİF MN üzrə təsnifat kodunun bəyan edilən təsnifat kodundan fərqli olduğu göstərilmişdir. İddiaçı MMC tərəfindən **********8843 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 14469,65 manat, ƏDV üzrə 2604,53 manat olmaqla, ümumilikdə 17074,18 manat təşkil etdiyi, bununla da iddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyənləşdirilmişdir. Daha sonra “Agrocool" MMC-nin direktoru ərizə ilə Bakı Baş Gömrük İdarəsinə müraciət edərək malların kodunun fərqli olması nəticəsində yaranmış gömrük ödənişlərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmiş, həmin gömrük ödənişlərini ödəmiş, Bakı Baş Gömrük İdarəsinin inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında 03 oktyabr 2022ci il tarixli 00100/2048 saylı qərarı ilə vurulmuş ziyan tamamilə ödənildiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin “qeyd hissəsinin 2-ci bəndi və həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən İddiaçı MMC barəsində inzibati icraata xitam verilmişdir. Həmin qərardan şikayət verilməmişdir. Buna görə də hesab edirlər ki, iddiaçının idxal etdiyi malların gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, gömrük qanunvericiliyinə uyğun olaraq gömrük ödənişləri iddiaçı tərəfindən düzgün hesablanaraq, dövlət büdcəsinə ödənilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasına dair qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 51-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər. İddiaçı MMC qanunla ona verilmiş bu hüquqlarından istifadə edərək, hazırki tələb üzrə əvvəlcə inzibati orqana müraciət etmiş, daha sonra isə məhkəmədə iddia qaldırdırmışdır. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan; Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında **********1 saylı arayışın surətindən müəyyən olunur ki, İddiaçı MMC (VÖEN **********) ünvan 2 ünvanında qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə doldurulmuş **********8843 №-li Gömrük bəyannaməsinin surətindən müəyyən olunur ki, Türkiyə Respublikasının “X10 End X13 X14 EX1 ve TİC. LTD ŞTİ”-dən (“Mal göndərən”) Azərbaycan Respublikasının İddiaçı MMC-yə (“Mal qəbul edən”) göndərilmiş ümumi gömrük dəyəri 172288,20 manat olan mallar- Soyuducu qurğusu - 10 HP 0/+5 DORİN KW 14 ədəd; 10 HP 0+10/+15 DORİN/62 KW 2 ədəd; 15 HP 0/+5 DORİN/62 KW 2 ədəd; TEA-50 133 6 T2 EVAPORATOR 13 ədəd; TEA-50 134 6 EVAPORATOR 3 ədəd: Yer saylı: 56Y/H (36 ədəd) 8415 81 0090 kodu altında gömrük orqanına bəyan edilmişdir. Qeyd olunan gömrük bəyannaməsi üzrə 41967,48 manat məbləğində gömrük ödənişi müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixdə doldurulmuş **********8843 №-li Gömrük bəyannaməsinin surətindən müəyyən olunur ki, Türkiyə Respublikasının “X10 End X13 X14 EX1 ve TİC. LTD ŞTİ”-dən (“Mal göndərən”) Azərbaycan Respublikasının İddiaçı MMC-yə (“Mal qəbul edən”) göndərilmiş ümumi gömrük dəyəri 172288,20 manat olan mallar- Soyuducu qurğusu - 10 HP 0/+5 DORİN KW 14 ədəd; 10 HP 0+10/+15 DORİN/62 KW 2 ədəd; 15 HP 0/+5 DORİN/62 KW 2 ədəd; TEA-50 133 6 T2 EVAPORATOR 13 ədəd; TEA-50 134 6 EVAPORATOR 3 ədəd: Yer saylı: 56Y/H (36 ədəd) 8418 69 0009 kodu altında gömrük orqanına bəyan edilmişdir. Qeyd olunan gömrük bəyannaməsi üzrə 59112,46 manat məbləğində gömrük ödənişi müəyyən olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X7 İdarəsinin 2200012/0xx-xx/0075529 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş: Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X4na ünvanlanmış xx.xx.2022-ci il tarixli 1400012/0xx-xx/006194 saylı məktubda qeyd olunmuşdur ki, İddiaçı MMC-nın (**********) ünvanına 77BN068/99ZD411 nömrəli nəqliyyat vasitəsi ilə daxıl olmuş yukə gömrük nəzarəti həyata keçirilən zaman malların X5 mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi məqsədilə ilkin ekspertizanın aparılması zərurəti yaranmışdır. X7 İdarəsi tərəfindən rəy tərtib edilməsi uçün ekspert qarşısında qoyulan sual aşağıdakıdır: RKX**********004 saylı invoysdakı malların X5 mal nomenklaturası üzrə hansı təsnifat kodu ilə sinifləşdirilir? X4 İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyinin surətindən müəyyən olunur ki, Bakı Baş Gömrük İdarəsinin 1400-012/0xx-xx/006194 nömrəli xx.xx.2022-ci il tarixli müraciət mətubuna əsasən Yükün XİF MN üzrə təsnifat kodunun müəyyən edilməsi barədə sənədlərə (RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys, gömrük bəyannaməsi; Politelin qablaşmaya qablaşdırılmış “Rekos” markalı soyutma qurğusu, “Rekos” markalı ulturasəs nəmləndirici qurğu”larla bağlı) xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə X4 İdarəsində ilkin ekspertiza aparılmışdır. Ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMCnin ünvanına RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 1-7-ci mövqeləri üzrə idxal olunan yüklər XİF MN görə aşağıdakı qaydada sinifləşdirilir. XİF MN İnvoys, mövqe Malın adı Üzrə kod RKX**********004 1-6-cı ********** mövqeləri üzrə “Rekos” markalı soyutma qurğusu 7-ci ********** mövqeyi üzrə “Rekos” markalı ulturasəs nəmləndirici qurğu “Mala baxışın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Gömrük Məcəlləsinin 91-ci maddəsinə uyğun olaraq İddiaçı MMC-nin idxal etdiyi RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoysun bütün mövqeləri üzrə Salyan şossesi 14-cü km. ünvanda yerləşən 77BN068/99ZD411 nömrəli nəqliyyat vasitəsində (konteynrdə), anbarda olan malların gömrük ekspertizasının keçirilməsi məqsədi ilə ekspert tərəfindən mallara baxış zamanı “Rekos” markalı soyutma qurğusu, “Rekos” markalı ulturasəs nəmləndirici qurğu (istismarda olmamış politilen qablaşdırmada) müəyyən edilmişdir. AFB BANK 1 saylı şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mədaxil orderlərinin surətlərindən müəyyən olunur ki, İddiaçı MMC tərəfindən 318843 №-li gömrük bəyannaməsi üzrə 2605 (iki min altı yüz beş) manat məbləğində ƏDV və 14470 (on dörd min dörd yüz yetmiş) manat məbləğində idxal rüsumu dövlət büdcəsinə ödənilmişdir. Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul olunmuş 00100/2048 №-li, xx.xx.2022-ci il tarixli “İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında” qərarın surətindən müəyyən olunur ki, Bakı Baş Gömrük İdarəsində ünvan 4 ünvanında qeydiyyatda olan "xxxx" MMC barəsində 001-2051/22 nömrəli inzibati xəta haqqında iş materialları nəzərdən keçirilərək, ilk dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs İddiaçı MMC barəsində 00100-2051/22 nömrəli is üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən xitam verilməsi, inzibati xətanın bilavasitə obyekti olan predmetin 30 sentyabr 2022-ci il tarixdə yükün buraxılışın təsdiq edilməsi ilə qanuni sahibinə qaytarıldığının, "xxxx" MMC tərəfindən ödənilməli olan idxal gömrük rüsumu üzrə 14469,65 manat, ƏDV üzrə 2604.53 manat olmaqla ümumilikdə 17074,18 manat gömrük ödənişləri tamamilə ödənildiyindən vurulmuş ziyanın ödənildiyinin nəzərə alınması qərara alınmışdır. Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 1400-012/0xxxx/00055 saylı, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı MMC-nin adından tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********8843 sorğu nömrəli gömrük bəyannaməsinin rəsmiləşdirilməsi qanunvericiliyə uyğun qaydada həyata keçirilərək yükün buraxılışı təmin edilmişdir. Belə ki, Gömrük Məcəlləsinin 322.1.2-ci maddəsinə istinadən (malların X5 mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi) yük X4 İdarəsinə göndərilmiş və həmin idarədən daxil olan müvafiq rəyə (2200-012/0xx-xx/005369 nömrəli xx.xx.2022-ci il tarixli) istinadən yükün rəsmiləşdirilməsi başa çatdırılmışdır. Bakı Baş Gömrük İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli 1400-012/0xx-xx/002225 №li məktubla sonuncuya xx.xx.2022-ci il tarixli 1400- 012/0xx-xx/00055 №li məktubda göstərilmiş eyni məzmunlu cavab verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə müvafiq ekspertiza təyin edilərək, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş **********8843 №-li gömrük bəyannaməsi ilə idxal olunan mallar, həmin malların mənşə sertifikatına və ixrac bəyannaməsinə uyğundurmu? İddiaçı MMC tərəfindən idxal olunan mallar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X5 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri - X5 mal nomenklaturasının əsas şərhetmə Qaydaları”na uyğun olaraq malların X5 mal nomenklaturası üzrə “8418 69 000 9”, yoxsa XİF MN “8415 81 0090 koduna uyğundur? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/3776 saylı ekspert rəyindən görünür ki, ekspert qarşısında qoyulan suallar üzrə aşağıdakı nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X5 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş istilik mübadiləsi aparatlarının “8415 81 009 0” nömrəli koda uyğunluğu müəyyən edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4445/2023 №li xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Bakı Baş Gömrük İdarəsinə qarşı Türkiyə Respublikasının “X10 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı MMC-nin ünvanına göndərilmiş qurğuların xx.xx.2022-ci il tarixdə verilmiş **********8843 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan Bakı Baş Gömrük İdarəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, gətirilmiş həmin qurğuların XİF MN üzrə "xxxx" kodu ilə 5% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, həmin qurğuların sonradan gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində 15% gömrük dərəcəsi ilə rəsmiləşdirilməsi üçün MMC tərəfindən xx.xx.2022-ci il tarixində əlavə ödənilmiş cəmi 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) məbləğin geri qaytarılması barədə qərar qəbul edilərək müəyyən olunmuş formada müvafiq rəyin verilməsi ilə bağlı iddiası üzrə İddiaçı MMC tərəfindən Bakı Baş Gömrük İdarəsinə edilmiş müraciəti üzrə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və İPM-nin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Bakı Baş Gömrük İdarəsinə 15 (on beş) gün müddət təyin edilməsi qərara alınmışdır. Qərardadın icrası ilə bağlı Bakı Baş Gömrük İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-33-1100/2-009403/2023 №li məktubda göstərilmişdir ki, gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması Qaydaları” ilə nizamlanır. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın qaytarılması bu Qaydalara əsasən həyata keçirilir. Həmin Qaydaların 2.1 -ci bəndinə əsasən gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu - 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundg nəzərdə tutulan hallarda qaytarılır. Həmin Qaydaların 5-ci bəndində göstərilir ki, 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 5.2. Ərizədə ödəyicinin bank rekvizitləri, qaytarılmalı olan gömrük ödənişlərinin məbləği, onların yaranma tarixi və yaranma səbəbləri, həmçinin ödəyici hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu təqdirdə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi-VÖEN göstərilməlidir. Gömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 3.1 -ci yarımbəndinə əsasən vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1,2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. İddiaçı MMC gömrük orqanına Qaydalarda göstərilən tələblərə və rekvizitlərə cavab verən, ayrı-ayrılıqda tərtib edilməli olan ərizə formaları ilə deyil, formal ərizə ilə müraciət etmiş, həmçinin, həmin müraciətində iddia tələbində göstərdiyindən fərqli tələb irəli sürərək artıq ödənilmiş məbləğin qaytarılması barədə qərar qəbul edilərək rəy tərtib edilməsini deyil, artıq ödədiyini hesab etdiyi məbləğin gömrük orqanı tərəfindən 3 gün müddətində qaytarılmasını tələb etmişdir. Eyni zamanda, məhkəmə qərardadının icrası ilə əlaqədar araşdırma aprılan zaman İddiaçı MMC tərəfindən artıq ödənilmiş 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) artıq ödəmə məbləği aşkarlanmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Gömrük Məcəlləsinə əsasən: Gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir (maddə 1.0.11). Mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək gömrük orqanlarının vəzifəsidir (maddə 8.0.6). Bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq hüquqlara malikdirlər (maddə 9.0.3). Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir (maddə- 40.2). Bütün şəxslər malları bu Məcəllədə nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malikdirlər (maddə 82.1). Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, heç bir şəxs malları gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququndan məhrum edilə və ya onun bu hüququ məhdudlaşdırıla bilməz (maddə-82.2). Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin tutulma obyektləri olub-olmadığından asılı olmayaraq gömrük nəzarətindən keçməlidir (maddə 82.3). Gömrük rəsmiləşdirilməsi bəyannaməsinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır (maddə 104.10). Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır (maddə 104.2). Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir (maddə 150.1). Təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır (maddə 152.3). Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil (maddə153.4). Azərbaycan Respublikasında istifadə edilən X5 mal nomenklaturası X1 malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, X8 Edilmiş Sisteminə və X2 X5 vahid mal nomenklaturasına uyğun olmalıdır (maddə 319.4). Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X5 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur (maddə 321.1). Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər (maddə 321.2). Bəyan edilən malların X5 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər (321.3). Malların təsnifatını apararkən, gömrük orqanları X5 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır (maddən 321.4). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş gömrük ödənişlərinin qaytarılması Qaydaları: 2.1-ci bəndi: Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 2.2. Gömrük Məcəlləsinin 231-ci və 233-cü maddələrində nəzərdə tutulmuş hallarda gömrük orqanlarının həyata keçirdiyi əməliyyatlar üçün ödənilmiş haqqın və gömrük yığımlarının məbləğləri hesablanarkən səhvə yol verildikdə, onlar bu Qaydalara uyğun olaraq Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (bundan sonra – Komitə) hesabına köçürülən vəsaitdən geri qaytarılır. 6.1-ci bəndi: Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.1. Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir. 6.2. Gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan Gömrük Məcəlləsinin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. 6.3. Gömrük ödənişlərinin qaytarılması bu barədə qərar verildikdən sonra 1 (bir) ay müddətində həyata keçirilir. 6.4. Gömrük ödənişlərinin qaytarılması üçün müəyyən edilmiş 1 (bir) ay müddət gömrük orqanı tərəfindən onların qaytarılması barədə qərar verildiyi gündən vəsaitin dövlət xəzinədarlığının hesabından çıxdığı günədək olan dövrü əhatə edir. 6.5. Şəxsin müraciəti olduqda, gömrük ödənişlərini tətbiq edən gömrük orqanı qaytarılmalı olan gömrük ödənişlərini onun və ya onun göstərdiyi digər şəxsin gələcək X5də istifadə üçün qəbul edir. 6.6. Şəxsin gömrük ödənişləri üzrə borcu mövcud olduğu halda, qaytarılmalı olan gömrük ödənişləri və ya onların bir hissəsi (qaytarılmalı olan gömrük ödənişlərinin məbləği borcun məbləğindən çox olduqda) gömrük orqanı tərəfindən borcun ödənilməsinə yönəldilir. 6.7. Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir. 6.8. Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 (on beş) gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır. 6.9. Gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin 1 (bir) iş günü müddətində Komitəyə göndərilməsini təmin edir. 6.10. Komitə gömrük orqanının qərarı və ərizə əsasında artıq ödənilmiş gömrük yığımlarının və haqqın Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən Komitənin hesabına köçürülən vəsaitdən qaytarılması məqsədi ilə həmin sənədlərin daxil olduğu gündən 3 (üç) iş günü müddətində maliyyə orqanına müraciət edir. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edən qeyd olunan Qaydalardan göründüyü kimi, gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilməli və gömrük ödənişlərinin qaytarılması və ya bundan imtina edilməsi haqqında qərar şəxs tərəfindən ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün müddətində yazılı formada qəbul edilməlidir. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qeyd olunan normaların məzmunundan belə bir nəticə çıxır ki, X5 Mal Nomenklaturası üzrə təsnifat kodunun müəyyənləşdirilməsi Gömrük orqanlarının səlahiyyətinə aiddir və Gömrük Komitəsinin X4 İdarəsi tərəfindən həyata keçirilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. İnzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda bunu etməmiş və yalnız əsaslandırılmamış ekspert rəyinə istinad etməklə, iddiaçının müraciətindən imtina etmişdir. İş üzrə verilmiş ekspert rəyindən də görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X5 mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş istilik mübadiləsi aparatlarının “8415 81 009 0” nömrəli koda uyğunluğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunan Qaydaların tələblərinə görə gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitdən geri qaytarılır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdeh orqanın güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). İPM-nin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Bakı Baş Gömrük İdarəsindən 80 (səksən) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Türkiyə Respublikasının “X10 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı ünvanına göndərilmiş qurğuların xx.xx.2022-ci il tarixdə verilmiş **********8843 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2022-ci il tarixində “8418 69 000 9” kod altında həyata keçirilən gömrük rəsmiləşdirilməsində ifadə olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin hərəkətləri qanunsuz hesab edilsin. Türkiyə Respublikasının “X10 End Mak. Mimarlıq” şirkəti tərəfindən RKX**********004 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 1-6-cı mövqeləri üzrə İddiaçı ünvanına göndərilmiş qurğuların XİF MN üzrə "xxxx" kodu ilə 5% gömrük dərəcəsinə əsasən rəsmiləşdirilmiş hesab olunması, həmin qurğuların 15% gömrük dərəcəsi ilə rəsmiləşdirilməsi üçün İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində əlavə ödənilmiş cəmi 17074,18 manat (14469,65 manat gömrük rüsumu + 2604,53 manat ƏDV) məbləğin geri qaytarılması barədə qərar qəbul edilərək, müvafiq rəyin verilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən 80 (səksən) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar