Məhkəmə qərarları › İş №2-1(112)-4447/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4447/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4447/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müraciətlərə cavab verilməsi və vurulmuş ziyan” tələbinə dair iddiası üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə ünvanladığı 06 yanvar 2021-ci il tarixli yazılı müraciətin sözügedən nazirlik tərəfindən cavablandırılmasının təmin olunması nəticəsində ona və ailəsinə vurulmuş ziyana görə 300 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 06 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq, işsiz statusunda olan vətəndaşlar kimi o, və arvadı X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktubla müraciət etmişdirlər. Müraciətdə bildirmişdirlər ki, 14 dekabr 2020-ci ildən 18 yanvar 2021ci il tarixinə qədər olan müddət ərzində bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz kimi qeydiyyatda olan ailə üzvlərindən heç birinə (ərə və ya arvada) birdəfəlik yardım ödənilməmişdir və xahiş etmişdirlər ki, bu məsələ araşdırılsın və onlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə cavab verilsin. Poçt bildirişindən aydın olur ki, müraciətləri 12 yanvar 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilmişdir. Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Vətəndaşların müraciətləri haqqında Qanun) 8.2-ci maddəsinin tələbinə görə, müraciət baxılmamış saxlanıldığı təqdirdə bu barədə beş iş günündən gec olmayaraq müraciət edənə məlumat verilməlidir. Lakin 35 gün keçməsinə baxmayaraq hazırki vaxtadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən heç bir yazılı və ya şifahi məlumat daxil olmamışdır. Bu da Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin, 71-ci maddəsinin İ hissəsinin, Avropa İnsan haqları Konvensiyasının 1-ci maddəsinin 1-ci hissəsinin və 14-cü maddəsinin, eləcə də Vətəndaşların müraciətləri haqqında qanunun tələblərinə cavab verən hesab edilə bilməz. Bununla da sözügedən nazirlik üzərinə düşən vəzifəni (öhdəliyi) yerinə yetirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair yazılı mülahizəsi (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddia tələbinə dair yazılı etirazında göstərilmişdir ki, koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020-ci il tarixində 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın icrası olaraq,“Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planfnın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası"na uyğun olaraq, birdəfəlik ödəmə "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və sözügedən Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Qaydanın 2.3-cü bəndinə uyğun olaraq, həmin bənddə müəyyən edilmiş meyarlara cavab verən işsiz şəxslərə, o cümlədən mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara birdəfəlik ödəmə verilmir.Qaydanın 3.7-ci bəndinə əsasən, birdəfəlik ödəmənin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir.“Azərbaycan Respublikasının ərazisində koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2020-ci il 506 nömrəli Qərarının 1-ci hissəsinə əsasən, 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin (dekabr ayı üçün).İddiaçı ilk dörd ay ərzində birdəfəlik ödəməni almış, lakin dekabr ayında iddiaçı barədə məlumatlar təkrar yoxlanılarkən onun mülkiyyətində və ya istifadəsində minik avtomobilin və ya digər nəqliyyat vasitəsinin olduğu müəyyən edilmiş, bu səbəbdən Qaydanın 2.3.12-ci yarımbəndinə əsasən birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Bu barədə iddiaçıya 05.01.2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “142- Çağrı Mərkəzi” tərəfindən, həmçinin Nazirliyin tabeliyində X2 3 saylı Ərazi Məşğulluq Mərkəzi filialının 26.01.2021-ci il tarixli **********18 nömrəli məktubu ilə məlumat verilmişdir. İddiaçı X7 məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və göstərdi ki, onun müraciətlərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cavab verilsə də, həmin cavab məktubları qanunla müəyyən olunmuş müddətdə ona təqdim olunmamışdır (poçtla göndərilməmişdir), buna görə də hesab edir ki, cavabdeh tərəfindən ona və ailəsinə vurulmuş ziyana görə 300 manat məbləğində kompensasiya cavabdeh inzibati orqan tərəfindən ona ödənilməlidir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X4 etiraza uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi sorğulara cavab verilməsi hissəsində təmin olunduğundan və mahiyyəti üzrə mübahisənin bu hissədə artıq mövcud olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3cü maddəsinə əsasən iş üzrə icraata bu hissədə xitam verilməlidir. Belə ki, məhkəmə araşdrıması zamanı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı ünvanlanmış 26.01.2021-ci il tarixli **********8 nömrəli məktubundan (əsillərinə baxış keçirilməklə surətləri işə əlavə olunmuş) müəyyən edilir ki, X3 “Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarili 127 nömrəli Qərarına uyğun olaraq 190 manat birdəfəlik ödəmənin təyin olunması ilə bağlı müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 3 saylı Ərazi Məşğulluq Mərkəzi Filialında baxılmışdır. Xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlə cari ilin 27 aprel tarixində dayandırılmışdır. Əlavə araşdırmalar nəticəsində onun mülkiyyətində nəqliyyat vasitəsi olduğuna görə 190 manat birdəfəlik ödənişlə bağlı müraciətinə imtina verilmişdir. Müvafiq hüquqları araşdırılarkən məlumatları ümumiləşdirilmiş informasiya bazasından əldə edilmişdir. X5 dayanıqlı və aktiv məşğulluq fəaliyyəti ilə məşğul olması məqəsdilə “e-sosial.az” inernet portalı vasitəsilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində mövcud oan vakansiyaları mütəmadi izləmək tövsiyyə olunmuşdur. Məhkəmə araşdırması zamanı qeyd olunan məktubun surəti imza olunmaqla İddiaçı rəsmi qaydada təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində göstərdiyi sorğulara cavabdeh inzibati orqan tərəfindən cavab verildiyindən, qeyd olunan hal iddiaçı tərəfindən məhkəmə iclasında etiraf olunduğundan və bu hissədə işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata bu hissədə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67, 80-ci və 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddiasına “sorğulara cavab verilməsi” hissəsində xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar