Məhkəmə qərarları › İş №2-1(112)-4449/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4449/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4449/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinə qarşı kompensasiyanın ödənilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Biləcəri Bələdiyyəsinə qarşı Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 06 iyun 2006-cı il tarixli, 1mk-1592/06 saylı qətnaməsi İddiaçı aid hissədə icra edilmədiyinə görə qətnamə üzrə İddiaçı ayrılması qət edilən torpaq sahəsinin və dəymiş zərərin əvəzinə 42.000 manat pul kompensasiyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Biləcəri Bələdiyyəsinin 10.12.2004-cü il tarixli, 1285 nömrəli qərarına əsasən 600 kv.m torpaq sahəsini fərdi yaşayış evi tikmək üçün almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2005-ci il tarixli qətnaməsi ilə həmin torpaq sahəsinin alğı-satqı müqaviləsi və qərarla bağlı olan sənədləri etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın 06 iyun 2006-cı il tarixli, 1mk-1592/06 saylı qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin olunaraq, iş üzrə Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2005-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, Binəqədi rayon Biləcəri Bələdiyyəsinə cavabdehlər X1, X3, X4, X11, X6, İddiaçı, X7, X8 onlardan geri alınan mübahisəli torpaq sahələrinin əvəzi kimi kommunikasiya xətlərindən kənar müvafiq ölçülərdə torpaq sahəsi ayrılması həvalə edilmiş, onlara dəymiş zərərin əvəzinin Binəqədi rayon Biləcəri Bələdiyyəsindən tələb edilməsi hüququ cavabdehlərə izah edilmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə 21 sentyabr 2006cı il tarixdə qanuni qüvvəsini almışdır. İcra vərəqəsi 25 aprel 2007-ci il tarixdə verilmiş, icra vərəqəsinin dublikatı 10 fevral 2021-ci il tarixdə verilmişdir. Göstərilən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 05.08.2021-ci il tarixli, 01-06/07-444 nömrəli məktubda Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 1mk-1592/06 saylı, 21.09.2006-cı il tarixli icra vərəqəsinin icrasının mümkün olmaması göstərilmişdir. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi 15 ildir ki, borclu Biləcəri Bələdiyyəsi tərəfindən icra edilməmişdir. Hesab edir ki, nə qədər ki, cavabdeh orqan tərəfindən torpaq sahəsinin ayrılmasına münasibətdə qətnamənin icrasının mümkün olmamasına istinad edilir, torpaq sahəsinin ayrılması əvəzinə, onun dəyəri və ona dəymiş zərərin əvəzi olaraq heç olmasa 100 kv.m, 7000 manat olmaqla, cəmi 42.000 manat pul kompensasiyasının ödənilməsi şəklində icra olunmalıdır və bu qaydada icra üçün hər hansı maneə yoxdur. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də, dəymiş zərərin əvəzinin Binəqədi rayon Biləcəri Bələdiyyəsindən tələb edilməsi hüququ izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən cavabdehlərə iddia ərizəsinə qarşı münasibət bildirilməsi üçün sərəncam göndərilməsinə baxmayaraq, hal-hazıradək iddia ərizəsinə qarşı bir etiraz təqdim edilməmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə hazırlıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-sının 06 iyun 2006-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsi Qaradağ Neft Kəmərləri İdarəsi, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi cavabdehlər Bakı şəhəri Binəqədi rayonu Biləcəri Bələdiyyəsinə, X1 qarşı, X3, X4, X11, X6, İddiaçı, X7, X8 qarşı torpaq ayrılmasına dair 992 saylı, 03.11.2004-cü il tarixli, 993 saylı, 03.11.2004-cü il tarixli, 1270 saylı, 10.12.2004-cü il tarixli, 1268 saylı, 10.12.2004-cü il tarixli, 1269 saylı, 10.12.2004-cü il tarixli, 1285 saylı, 10.12.2004-cü il tarixli, 1445 saylı, 16.12.2004-cü il tarixli, 1446 saylı, 16.12.2004-cü il tarixli qərarlarının ləğv edilməsi, hasarların sökülməsi və torpaq sahəsinin boşaldılmasına dair iddia tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi rayon Məhkəməsinin 28 noyabr 2005-ci il tarixli qətnaməsi ilə idida təmin edilmişdir. Məhkəmənin həmin qətnaməsindən narazı qalan cavabdehlər apellyasiya şikayətləri verərək qətnamənin ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişlər. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələr işin faktiki hallarına və qanunun tələbinə uyğundur. İş üzrə birinci instansiya məhkəməsi düzgün qətnamə çıxarmışdır. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, cavabdehlər X5, X9, X10, X16, X12, İddiaçı, X13, X14 mbahisəli torpaq sahələrini Binəqədi rayonu Biləcəri bələdiyyəsindən alğı-satqı yolu ilə alarkən onlara həmin torpaq sahələrinin magistral boru kəmərinin yaxınlığından keçməsi məlum olmamış, bu barədə nə torpağı satan bələdiyyə, nə də Binəqədi rayon İH-ni nümayəndəsi, nə də, digər təşkilatlar məlumat verməmişlər. Məhkəmə kollegiyası hesab etmişdir ki, hər bir cavabdeh mübahisəli torpaq sahəsinə görə Binəqədi rayon Biləcəri Bələdiyyəsinin büdcəsinə razılaşdırılmış məbləği ödədiyinə və bu hal mübahisə doğurmadığına görə cavabdhelərə kommunikasiya xətlərindən kənar müvafiq ölçüdə torpaq sahələri verilməlidir. Lakin, cavabdehlər məhkəmə kollegiyasının iclasında mübahisəli torpaq sahələrinin abadlaşdırılması və orada tikililər inşa edilməsi zamanı konkret nə qədər vəsait sərf olunması barədə sübutlar təqdim etmədikləri üçün onlara izah edilməlidir ki, gələcəkdə onlara dəymiş zərərin həcmini müəyyənləşdirməklə və müvafiq sübutlar toplamaqla həmin məsələ barədə məhkəmə mübahisələri qaldıra bilərlər. Sözügedən məhkəmə qətnaməsinə əsasən apellyasiya şikayətləri qismən təmin olunmuş, iş üzrə Binəqədi Rayon Məhkəməsinin 28 noyabr 2005-ci il tarixli qətnaməsi qismən dəyişdirilmiş, Binəqədi rayon Biləcəri Bələdiyyəsinə cavabdehlər X1, X3, X4, X11, X6, X17, X7, X8 onlardan geri alınan mübahisəli torpaq sahələrinin əvəzi kimi kommunikasiya xətlərindən kənar müvafiq ölçülərdə torpaq sahəsi ayrılması həvalə edilmiş, cavabdehlərə izah edilmişdir ki, onlara dəymiş zərərin əvəzini Binəqədi rayon Biləcəri Bələdiyyəsindən tələb edə bilərlər. Göründüyü kimi, iddiaçının hazırki tələbi yuxarıda qeyd edilən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ona ayrılması qət edilən torpaq sahəsinin və dəymiş zərərin əvəzinə 42000 manat pul kompensasiyasının ödənilməsidir. Halbuki, məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi müstəqil tələb olmayıb, sözügedən qətnamənin icrası ilə əlaqədardır. Belə ki, iddiaçıya mübahisəli torpaq sahəsinin ayrılmalı olmasına və dəymiş zərərin həcminin müəyyənləşdirilməklə və müvafiq sübutlar toplanmaqla həmin məsələ ilə bağlı mübahisə qaldıra biləcəyinə həmin qətnamə ilə artıq münasibət bildirilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki mübahisə üzrə tərəflər arasındakı mübahisəyə əvvəllər başqa məhkəmə icraatında artıq hüquqi qiymət verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarı olduğundan, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan, həmçinin mövcud iddia tələbi müstəqil tələb olmayıb həmin qətnamənin icrası ilə bağlı olduğundan iddia tələbi mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki: 15.1ci bəndinə əsasən - məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər; 15.2-ci bəndinə əsasən - tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olubolmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilibedilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri), tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. 15.3-cü bəndinə əsasən - prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 15.4-cü bənində əsasən - İPM-in 45.5.1ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 15.5-ci bəndinə əsasən - İPM-in 78ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.; 15.6-cı bəndinə əsasən - qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar