Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-445/2023 08.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və X6 bağlar sahəsindəki 50 saylı, kooperativ tərəfindən 13 iyun 1990-cı il tarixdə verilmiş orderə əsasən, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarına əsasən Maştağa bağlar sahəsində 50 saylı MTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və X6 bağlar sahəsindəki 50 saylı kooperativ tərəfindən 13 iyun 1990-cı il tarixdə verilmiş orderə əsasən İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarına əsasən Maştağa bağlar sahəsində 50 saylı MTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət 50 saylı bağ sahəsi ayrılmışdır. Həmin orderin əsli iddiaçıda mövcuddur. Lakin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş arxiv çıxarışı ilə müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhər icraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarına əsasən Maştağa bağlar sahəsində 50 saylı MTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət 50 saylı bağ sahəsi ayrılmasına dair order verilməsinə dair Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarının 2.4.111-ci punktunda iddiçının adı “İddiaçı" əvəzinə “İddiaçı oğlu" kimi göstərilmişdir. O, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Qaradağ rayon Məhkəməsinə müraciət etmiş və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(002)-1383/2021 saylı qətnaməsinə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarına əsasən Maştağa bağlar sahəsində 50 saylı MTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət 50 saylı bağ sahəsi ayrılmasına dair orderin xx.xx.1953-cü ildə anadan olmuş İddiaçı məxsus olması barədə hüquqi əhəmiyyətli faktlar kimi məhkəmə qaydasında müəyyən edilməsi qət edilmişdir. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və X6 bağlar sahəsindəki 50 saylı kooperativ tərəfindən 13 iyun 1990-cı il tarixdə verilmiş orderə əsasən İddiaçı adına daşınmaz əmlakın dövlət reystrində qeydiyyatdan keçməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi idarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi idarəsinin xx.xx.2021-ci il tarixli **********27 saylı məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Maştağa bağlar sahəsində 50 saylı MTK nəzdində order əsasında digər fiziki şəxsin adına 50 saylı bağ sahəsi ayrılmışdır və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, idarənin mövcud arxiv məlumatlarına əsasən eyni BTK-nın nəzdində order əsasında X5 adına “50” saylı bağ sahəsi ayrılmışdır və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Sözügedən daşınmaz əmlaka yerində aparılmış müayinə (baxış) zamanı müəyyən edilmişdir ki, bağ sahəsinə sərbəst giriş-çıxış mövcud deyil və təqdim edilən hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200 kv.m, faktiki olaraq isə 1040 kv.m təşkil edir. Həmçinin sahənin azalmasına dair razılıq ərizəsi təqdim olunmayıb. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və bu barədə iddiaçıya xx.xx.2018-ci il tarixli, **********27 saylı cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi X16 xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 50 saylı BTK tərkibində sahəsi 1066,0 kv.m olan 50 saylı bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********04 nömrəli məktubu ilə göndərilmiş orderin surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyinin BS nömrəli orderinə əsasən İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 nömrəli qərarına əsasən Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi, 50 nömrəli bağ ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli, BA-05079-2021 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarının birinci və sonunucu vərəqi və vət. İddiaçı bağ sahəsi verilməsi barədə olan hissənin (117 və 122-ci səhifələr) təsdiq edilmiş ksero surətlərindən görünür ki: -Bakı şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 4/143 nömrəli qərarının surətindən görünür ki, 2.4.111-ci sırada İddiaçı oğlunun adına Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş Qaradağ rayon Məhkəməsinin 2(002)-1383 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhər İcraiyyə Komitəsinin 13 iyun 1990-cı il tarixli 4/143 saylı qərarına əsasən Maştağa bağar sahəsində 50 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsindən ibarət 50 saylı bağ sahəsi ayrılmasına dair orderin xx.xx.1953-cü ildə Bakı şəhərində doğulmuş İddiaçı məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********04 nömrəli məktubu ilə göndərilmiş Maştağa qəsəbəsində 50 saylı bağ evinə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki: - Bakı şəhər İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyinin 21 nömrəli xx.xx.1989-cu il tarixli orderinə əsasən X12 Bakı şəhər İcraiyyə Komitəsinin 19 may 1989-cu il tarixli 4/151 nömrəli qərarı ilə Maştağa qəsəbəsində 50 saylı BTK tərkibində 0.12 ha ölçüdə 50 saylı bağ sahəsi ayrılmışdır. -X2 İdarəsinə ünvanladığı ərizəsində adına olan Maştağa qəsəbəsində olan bağının qohumu X5 adına keçirilməsinə etirazı olmadığını bildirmişdir. - X1 İdarəsinə ünvanladığı ərizəsində yaxın qohumu X10 adına Maştağa qısıbəsində 50 nömrəli kooperativlə 21 nömrəli orderi ilə 50 nömrəli bağ sahəsini özünün və ailə üzvlərinin razıləğı ilə onun adına verilməsini xahiş etmişdir. - X4 və İstismarı Birliyi ilə X9 arasında bağlanmış xx.xx.1998-ci il tarixli 21699 nömrəli Müqaviləyə əsasən 0.12 ha ölçüdə 50 saylı bağ sahəsi X5 icarəsinə verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********96 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 50 saylı bağ sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktında qeyd olunmuşdur ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200.0 kv.m, faktiki 1040,0 kv.mdir. Göstərilən bağ sahəsi iki tərəfdən metal torla sərhədləşdirilmiş, iki tərəfdən mişar daşla hasarlanmışdır. Tikili yoxdur. Sözügedən bağ sahəsinin yola sərbəst çıxışı yoxdur. Mövcud vəziyətin cizgi və koordinatları əlavə edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA-03708-2021 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli, 4/151 saylı qərarının 1-ci, 4-cü və 8-ci səhifələrinin (saxlama vahidinin 12,15 və 19-cu səhifələri) təsdiq edilmiş ksero surətlərindən görünür ki: -Bakı şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 4/151 nömrəli qərarının surətindən görünür ki, 2.4.6.-ci sırada X10 adına Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində torpaq sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********33 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200,0 kv.m olsa da, faktiki olaraq hasar daxili 1066,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Faktiki göstərilən 1066,0 kv.m torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunur. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən ərazi “50” saylı bağ sahəsinin bir hissəsinə uyğun gəlir. Sözügedən torpaq sahəsinin sərbəst giriş-çıxış yolu yoxdur. Arxiv məlumatlarına əsasən eyni BTK-nin nəzdində order əsasında digər fiziki şəxsin adına “50” saylı bağ sahəsi ayrılmışdır və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin məktubla göndərilmiş Maştağa 50 saylı Bağ sahəsinin sxemindən qeyd olunmuşdur ki, torpaq sahəsi sənəddə 1200.0 kv.m, faktiki 1066.0 kv.m (134.0 kv.m torpaq sahəsi azdır). İddia olunan bağ sahəsinin yerləşmə koordinatları: X=413980.8275, Y=4485491.7187 X=413958.5873, Y=4485496.9300 X=413957.0406, Y=4485497,0324 X=413953.9803, Y=4485497;6891 X=413949.0400, Y=4485498.4591 X=413941.3383, Y=4485500.2183 X=413958.9576, Y=4485526,8830 X=413991.0363, Y=4485518.3275 Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********98 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200,0 kv.m olsa da, faktiki olaraq hasar daxili 1066,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən ərazi “50” saylı bağ sahəsinin bir hissəsinə uyğun gəlir. Sözügedən torpaq sahəsinin sərbəst giriş-çıxış yolu yoxdur. Arxiv məlumatlarına əsasən eyni BTK-nin nəzdində order əsasında digər fiziki şəxsin adına “50” saylı bağ sahəsi ayrılmışdır və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********02 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1200,0 kv.m olsa da, faktiki olaraq hasar daxili 1066,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən göstərilən ərazi “50” saylı bağ sahəsinin bir hissəsinə uyğun gəlir. Sözügedən torpaq sahəsinin sərbəst giriş-çıxış yolu yoxdur. Arxiv məlumatlarına əsasən eyni BTK-nin nəzdində order əsasında digər fiziki şəxsin adına “50” saylı bağ sahəsi ayrılmışdır və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu barədə Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə **********98 nömrəli xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********27 nömrəli məktubunda bildirilmişdir ki, idarənin mövcud arxiv məlumatlarına əsasən eyni BTK-nın nəzdində order əsasında digər fiziki şəxsin adına “50” saylı bağ sahəsi ayrılmışdır və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı tərəfinizdən göstərilən bağ sahəsinə sərbəst giriş-çıxış yolu mövcud olmadığı və təqdim edilən hüquqmüəyyənedici sənədlərə əsasən bağ sahəsinin ölçüsü 1200kv.m, faktiki olaraq 1040 kv.m təşkil etdiyi məlum olmuşdur. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun: -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi qanunun tələbinə əsasən bağ sahələrinə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün tələb olunan sənədlər sırasında ilkin torpaqayırma sənədləri, yəni icarə müqaviləsi, order, sərəncam və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq üzvlərin iclas protokolundan çıxarış hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hazırkı iş üzrə müəyyən olunur ki, Bakı şəhər X15 İcraiyyə Komitəsinin xx.xx.1990cı il tarixli, 4/143 nömrəli qərarına əsasən İddiaçı adına Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində bağ sahəsi ayrılmış, Bakı şəhər İcraiyyə Komitəsinin X4 və İstismarı Birliyinin B/S nömrəli orderinə əsasən İddiaçı ayrılmış 50 nömrəli bağ sahəsi ölçüsü 0,12 ha ölçüdə olmaqla ayrılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli, BA-05079-2021 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli, 4/143 saylı qərarından görünür ki, 2.4.111-ci sırada İddiaçı oğluna Maştağa bağlar sahəsində 50 nömrəli BTK nəzdində torpaq sahəsi ayrılmışdır. İddiaçı tərəfindən B/S nömrəli 50 nömrəli bağ sahəsinə dair İddiaçı oğlunun adına verilmiş orderin bir nüsxəsi cavabdeh qurumun arxiv qovluğunda saxlanılır. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh tərəfindən Maştağa qəsəbəsi 50 saylı bağ sahəsinə dair həm iddiaçının iddia etdiyi hüquqmüəyyənedici sənədlər (order), eyni zamanda Maştağa qəsəbəsi ərazisində 50 saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı qeydiyyat sənədləri təqdim edilmişdir. Bununla əlaqədar qeyd edilməlidir ki, hazırkı iş üzrə Maştağa bağlar sahəsində 50 nömrəsi altında bağ sahəsi digər fiziki şəxsin (X5) adına qeydiyyata alınmış olsa da bu hal iddiaçının iddia etdiyi torpaq sahəsi ilə bağlı sahib olduğu hüquqmüəyyənedici sənədlərin mötəbərliyini şübhə altına alınmasına əsas vermir. Belə ki, İddiaçı xx.xx.1990-cı il tarixdə 0.12 ha ölçüdə bağ sahəsi 50 saylı BTK tərkibində orderlə ayrılmışdır. Orderin bir nüsxəsi cavabdehin arxivində mövcuddur. X5 adına qeydiyyat keçmiş bağ sahəsi isə ilkin olaraq xx.xx.1989-cu il tarixli 21 nömrəli orderlə X8 adına, daha sonra onun razılığı ilə X5 adına 0.12 ha olmaqla bağlar İdarəsi ilə bağlanmış xx.xx.1998-ci il tarixli icarə müqaviləsi əsasında keçmişdir. Başqa sözlə, qeyd edilən bağ sahələri eyni BTK tərkibində eyni nömrə altında olsalar da iki müxtəlif hüquqmüəyyənedici sənədlə, fərqli vaxtlarda ayrılmış, həmin bağ sahələri naturada üstüstə düşmür. Beləliklə, iddiaçı iddia etdiyi bağ torpaq sahəsi ilə bağlı qanunla tələb olunan hüquqmüəyyənedici sənədləri cavabdeh orqana təqdim etmişdir. Mübahisələndirilən bağ sahəsinin yerləşdiyi faktiki vəziyyəti ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********69 nömrəli məktubu ilə 50 saylı Bağ Tikinti Kooperativinin (BTK) yerləşmə sxemi məhkəməyə təqdim olunmuş və həmin BTK-ya aid bağların yerləşmə sxemində 50/1 saylı bağ sahəsinin olduğu müəyyən olunur. Məhkəmənin təkrar verilmiş sorğularına cavab olaraq təqdim edilmiş mütəxəssis rəylərində iddia olunan 50 saylı bağ sahəsinin faktiki hasar daxilində 1066,0 kv.m ölçüdə olduğu qeyd edilmiş, eyni zamanda həmin torpaq sahəsinin yerləşdiyi coğrafi koordinatlar məhkəməyə təqdim edilmişdir. Cavabdeh iddia olunan bağ sahəsinin bir hissəsinin Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 50 saylı bağ sahəsinin bir hissəsinə uyğun gəldiyini qeyd etsə də məhkəmə sorğularına cavablarda naturada göstərilən torpaq shaəsinin sxematik xəritəyə əsasən 50 saylı bağ sahəsinin hansı hissəsinə uyğun gəldiyi, uyğun gələn hissənin ölçüsü, yerlədiyi koordinatlar, uyğun gəlməyən hissənin ölçüsü, uyğun gəlməyən hissənin bağların bölgüsünə dair sxemaik xəritədə hansı nömrəli bağ sahəsinin ərazisinə uyğun gəldiyi barədə sualları cavablandırmamışdır. Halbuki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********02 nömrəli məktubu ilə göndərilmiş ərazinin ortofotogörüntüsündən görünür ki, iddiaçı tərəfindən 50 saylı bağ sahəsi kimi iddia edilən bağ sahəsinin qonşuluğunda 54 saylı bağ sahəsi və 50 saylı bağ sahəsi yerləşir. Ortofotogörüntüdə özəlləşdirilmiş 50 saylı bağ sahəsinin iddiaçının iddia etdiyi bağ torpaq sahəsindən kənar yerləşdiyi, həmin bağ sahəsi ilə üst-üstə düşmədiyi görünür. Bundan əlavə, məhkəmə o halı da nəzərə alır ki, iddia olunan bağ sahəsi iddiaçının faktiki isifadəsindədir, cavabdeh orqan koordinatları təqdim edilmiş göstərilən bağ sahəsinin hər hansı üçüncü şəxsə aid olması və ya üst-üstə düşməsi ilə bağlı dəlil irəli sürməmişdir. Cavabdehin imtina əsası kimi qeyd etdiyi göstərilən bağ sahəsinə sərbəst giriş-çıxış yolunun mövcud olmamasına gəlincə məhkəmə hesab edir ki, qeyd edilən bu dəlil iddia olunan daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyatına mane hesab olunmur. Belə ki, Mülki Məcəllənin: -158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.3. servitutlar. -255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. -255.4-cü maddəsinə görə servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. -255.5-ci maddəsiə əsasən mülkiyyətçi özünə mənsub digər daşınmaz əşya hesabına öz daşınmaz əşyasına servitut vermək hüququna malikdir. -255.6-cı maddəsinə əsasən servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Qeyd edilən mülki hüquq normalarından çıxış edərək məhkəmə hesab edir ki, daşınmaz əmlaka müstəqil giriş-çıxışın olmaması həmin torpaq sahəsindən istifadəyə, mülkiyyətçilər arasında servitutla bağlı hüuququn həyata keçirilməsinə mane olmadığı kimi həmin torpaq sahəsinə olan əmlak hüququnun qeydiyyatını da istisna etmir. Beləliklə, hazırkı iş üzrə iddiaçının iddia etdiyi Maştağa qəsəbəsi 1066 kv.m ölçüdə 50 saylı bağ torpaq sahəsinə dair torpaqayırma sənədi olmaqla yanaşı iddia edilən bağ torpaq sahəsinin iddiaçının naturada (faktiki) istifadəsinə təhvil verildiyi müəyyən olunur. İddiaçının naturada istifadəsində olan torpaq sahəsinin hansı nömrəli bağ sahəsinə uyğun gəldiyi barədə məhkəmənin sorğusuna cavabdeh orqan tərəfindən hər hansı məlumat təqdim edilməmişdir. Bundan əlavə hazırda iddiaçının faktiki istifadəsində olan bağ torpaq sahəsi ilə bağlı hər hansı üçüncü şəxsin hüququ qeydə alınmamış və ya bu barədə hər hansı şəxsin mübahisəsinin olduğu müəyyən olunmamışdır. Bağ torpaq sahəsinə dair arxiv saxlayıcı olan cavabdeh orqan sözügedən torpaq sahəsinin İddiaçı aid olmadığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 14-cü maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (maddə 14.1). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (maddə 14.2). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (maddə 14.3). İstinad olunan normanın mənasından aydın olur ki, məhkəmədə iddia qaldıran iddiaçı ən azından ilkin olaraq onun hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilənin olmasını sübuta yetirməyə borcludur. Yalnz belə bir müdaxilənin mövcudluğunu təsdiq edən sübutlar təqdim edildikdən sonra məhkəmə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğuna qiymət verə bilər. Hazırkı iş üzrə iddiaçının torpaq sahəsi üzrə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmiş, cavabdeh tərəfindən hüququn qeydiyyatını istisna edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 50 saylı BTK tərkibində sahəsi 1066,0 kv.m ölçüdə 50 saylı bağ torpaq sahəsinə dair İddiaçı adına xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi 50 saylı BTK tərkibində sahəsi 1066,0 kv.m ölçüdə 50 saylı bağ torpaq sahəsinə dair İddiaçı adına xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-445/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-445/2023
08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver