Məhkəmə qərarları › İş №2-1(112)-4450/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4450/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4450/2023 24.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı “xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı “xəstəliyin səbəb əlaqəsinin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçı barəsində çıxarılmış AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 54 №-li, xx.xx.N001-ci il tarixli Qərarında dəyişiklik edilərək göstərilən xəstəliyin səbəb əlaqəsinin (“Xəstəlik Hərbi xidmət dövründə alınmışdır” ifadəsi) dəyişdirilərək “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə göstərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.199N-ci il tarixdən xx.xx.1998-ci il tarixədək zabit qismində AR Müdafiə Nazirliyində həqiqi hərbi xidmət keçmişdir. O, cəbhə zonasında yerləşən N №-li hərbi hissədə xidmət keçərkən xəstələnmiş və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında “Vertobrogen mənşəli bel-oma radikuliti" diaqnozu ilə müalicədə və müayinədə olmuşdur. AR Müdafiə Nazirinin müvafiq əmri ilə ştatların ixtisarına görə ehtiyata buraxılmışdır. Hərbi xidmət dövrü aldığı xəstəliyin səbəb əlaqəsi haqqında ona AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 54 №-li, xx.xx.N001-ci il tarixli Qərarı verilmişdir. Lakin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında onun hərbi xidmət dövrü aldığı xəstəliyin səbəb əlaqəsi səhv olaraq “Xəstəlik Hərbi xidmət dövründə alınmışdır’” ifadəsi ilə göstərilmişdir. Halbuki, mənim hərbi xidmət dövrü aldığı xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə göstərilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək növbəti məhkəmə iclası xx.xx.N0NN-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı aldığı xəsarətin Azərbaycan Respublikası müstəqilliyinin müdafiəsi zamanı alınması ilə bağlı şəhadətləndirilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. N.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, Bakı şəhəri Əzizbəyov RHK tərəfindən 199N-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Əliabbas oğlunun hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu “Vertebrogen mənşəli bel-oma radikuliti” diaqnozu ilə olan xəstəlyin hərbi xidmətlə səbəb əlaqəsi MN MHHK-sı tərəfindən xx.xx.N001 -cı il tarixdə “XƏSTƏLİKDİR , HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 10- 1N-ci maddəsinə əsasən, MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizasına metodiki rəhbərliyi həyata keçirir. MN MHHK-sı xüsusi təyinatlı hərbi tibb müəssisəsidir. MN MHHK-sı Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-həkim ekspertizası üzrə ali orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən, keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Vətəndaş İddiaçı xx.xx.N001-ci il tarixli ərizəsindən görünür ki, o, N00,708.N08.N nömrəli hərbi hissələrdə və Müdafiə Nazirliyinin Silahlandırılma İdarəsində hərbi xidmət keçmişdir.Lakin İddiaçı hərbi xidmət keçməsinə dair Bakı şəhəri Əzizbəyov RHK-nın verdiyi xx.xx.N001-ci il tarixli N/NN nömrəli arayışda onun hansı tarixdən hansı tarixədək, hansı hərbi hissələrdə xidmət keçməsi, o cümlədən döyüş şəraitində yerləşən N nömrəli hərbi hissədə nə vaxtdan nə vaxtadək hərbi xidmət keçməsi göstərilməmişdir.Həmçinin İddiaçı hərbi xidməti ilə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışı da komissiyaya təqdim edilməmişdir. Bu səbəbdən vətəndaş İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi düzgün təyin edimişdir. Vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİ MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskression səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun N.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK-sı diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir. N. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.N001-ci il tarixli 54 nömrəli Qərarının surəti; - M/V 015N09 nömrəli Vəsiqənin surəti notarial qaydada təsdiq edilmiş; - Cavabdeh iznibati orqanın xx.xx.N0NN-ci il taroxli N704 nömrəli imtina məktubu; - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin xx.xx.N019-cu il tarixli N46 və N47 nömrəli, həmçinin xx.xx.N0NN-cü il tarixli N8 nömrəli arayışları; - məhkəmənin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş xx.xx.N0NN-cü il tarixli məktub və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surəti; - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.N0NN-cü il tarixli məktubu və ona əlavə edilmiş Arayış. ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə iddia növünə aiddir. Belə ki, İPM-in N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in NN.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 8.1.N-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.N-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu və iddiaçının ünvanını (ünvan 1sab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İPM-in N8.N-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan N0 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 7N.N-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Cavabdehin nümayəndəsi şifahi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə baxaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin 6N.N-cü maddəsi). Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, hazırkı mübahisənin predmeti Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı travma nəzərə alınaraq onun MNHHK tərəfindən şəhadətləndirilməsidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.N001-ci il tarixli ərizəsindən görünür ki, o, N00, 708, N08, N nömrəli hərbi hissələrdə və Müdafiə Nazirliyinin Silahlandırılma İdarəsində hərbi xidmət keçmişdir. Lakin İddiaçı hərbi xidmət keçməsinə dair Bakı şəhəri Əzizbəyov RHK-nın verdiyi xx.xx.N001-ci il tarixli N/NN nömrəli arayışda onun hansı tarixdən hansı tarixədək, hansı hərbi hissələrdə xidmət keçməsi, o cümlədən döyüş şəraitində yerləşən N nömrəli hərbi hissədə nə vaxtdan nə vaxtadək hərbi xidmət keçməsi göstərilməmişdir. Həmçinin İddiaçı hərbi xidməti ilə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışı da komissiyaya təqdim edilməmişdir. Bu səbəbdən vətəndaş İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinin “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi düzgün təyin edimişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş, SHXÇDX-nin Xəzər rayon İdarəsinin xx.xx.N0NN-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 1959-cu il təvəllüdlü, istefada olan mayor İddiaçı Əliabbas oğlu xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək SSRİ Silahlı Qüvvələrində «əsgər» kimi müddətli həqiqi hərbi xidmət, xx.xx.199N-ci ildən xx.xx.199Ncü ilədək Müdafiə Nazirliyi Silahlandırma idarəsində, xx.xx.199N-cü ildən xx.xx.199N-cü ilədək N №-li hərbi hissədə, xx.xx.199N-cü ildən xx.xx.1994-cü ilədək Müdafiə Nazirliyi Silahlandırma idarəsində, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək N №-li hərbi hissədə, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək N08 №-li hərbi hissədə, xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilədək NN4 №-li hərbi hissədə «zabit» qismində həqiqi hərbi xidmət etmişdir. xx.xx.1998-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əvri ilə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin “q” bəndinə əsasən (ştatların ixtisarına görə) SQ-də həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.N0NN-cü il tarixli məktuba əlavə edilmiş xx.xx.N0N0-ci il tarixli 1/M-8999 saylı arayışda göstərilmişdir ki, N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməyib, N nömrəli hərbi hissə xx.xx.199N-xx.xx.1994-cü il tarixinədək, N nömrəli hərbi hissə xx.xx.199N-xx.xx.1994-cü il tarixinədək döyüş əməliyyatlarında iştirak edib. İş materiallarında olan tibbi şəhadətləndirmə vərəqəsindən görünür ki, İddiaçı kontuziya aldıqdan sonra xəstəlikləri əmələ gəlmişdir. İş materiallarına əlavə edilmiş N149 nömrəli 1994-cü il tarixli xəstəlik tarixçəsindən Çıxarışdan görünür ki, İddiaçı xx.xx.1994-xx.xx.1994-cü il tarixləri arasında müalicədə olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək N №-li hərbi hissədə xidmət etməsi, həmin hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi, həmçinin iddiaçının həmin dövrdə, yəni döyüş əməliyyatlarında iştirak edən N №-li hərbi hissədə xidmət etdiyi dövrdə müalicədə olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. İş materiallarında olan əlilliyin təyin olunması barədə sənədlərdən müəyyən olunur ki, İddiaçı hərbi xidmət dövründə alınması ilə əlaqədar N-ci dərəcəli əlillik təyin edilmişdir. Nazirlər Kabinetinin xx.xx.N000-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən müəyyən edilir. 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun N.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.N. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.N. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun N.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.N. istehsalat zədəsi; 1.5.1.N. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.N. xüsusi səbəblərdən: 1.5.N.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.N.N. 1990-cı ilin N0 Yanvar hadisələri ilə əlaqədar; 1.5.N.N. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.N.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin qaydaların N.1.1-ci bəndinə müvafiq olaraq əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda Əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının N6 dekabr N017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın N.N-ci bəndinə əsasən " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: N.N.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: N.N.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; N.N.1.N. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; N.N.1.N. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; N.N.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 1N-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; N.N.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa. N.4-cü bəndinə əsasən "Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: N.4.1. N.N-ci bənddə göstərilənlər istisna olmaqla, xəsarət hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar alınmışsa; N.4.N. şəxs xəsarəti, xəstəliyi radioaktiv maddələrin, ionlaşdırıcı şüa mənbələrinin, raket yanacağı komponentlərinin və digər yüksək toksiki maddələrin, kimyəvi silahlara aid olan toksiki kimyəvi preparatların, elektromaqnit sahələri və lazer şüalanması mənbələrinin, İ-İİ qrup patogenikli mikroorqanizmlərin təsirinə məruz qalmaq nəticəsində almışsa; N.4.N. şəxs müalicədə olduğu dövrdə virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı cərrahiyyə əməliyyatı (tibbi manipulyasiya) nəticəsində almışsa; N.4.4. tibbi heyətdən olan şəxs virus hepatiti xəstəliyini, qazanılmış immunçatışmazlığı sindromunu və ya insanın immunçatışmazlığı virusu ilə yoluxmanı hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən yaralanması nəticəsində almışsa; N.4.5. şəxs xəsarəti, xəstəliyi hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən həşəratların, sürünənlərin dişləməsi və heyvan tərəfindən yetirilmiş bədən zədələnməsi nəticəsində almışsa; N.4.6. şəxs vərəm əleyhinə ixtisaslaşdırılmış tibb müəssisələrində xidməti vəzifələrini yerinə yetirərkən vərəm xəstəliyinə tutulmuşsa. N.8-ci bəndinə əsasən Bu Təlimatın N.N-ci və N.4-cü bəndlərində göstərilmiş əlillik səbəbləri xəsarətin, xəstəliyin səbəb əlaqəsi Hərbi-Həkim Komissiyasının (bundan sonra – HHK) qərarında müvafiq olaraq "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır", "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" rəylərindən biri şəklində verildikdə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N9 fevral N008-ci il tarixli 59 nömrəli Qərarı ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin: - 1.5-ci bəndinə əsasən tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür; - 1.8-ci bəndinə əsasən hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür; - 1.9-cu bəndinə əsasən vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir; - 5.1-ci bəndinə əsasən hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. - 7.1-ci bəndinə əsasən hərbi qulluqçuların, orqanlarda xidmət keşən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; - 7.N-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. Əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 1N-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarını çıxarır; - 7.N-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir; - 7.4-cü bəndinə əsasən hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim kimissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə almış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnməsinin aldığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şahədətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd olunan normaların məzmunundan aydın olur ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. Həmçinin qeyd olunmalıdır ki, iddiaçıya münasibətdə həmin Əsasnamənin 7.N-ci bəndində göstərilən hallardan hər hansı birini seçmək cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid deyil. Bu qərarlardan hər hansı birinin qəbulu şəxsin xidmət etdiyi hərbi hissənin verdiyi arayış əsasında qəbul olunur, halbuki həmin arayışın alınması müəyyən səbəblərdən mümkün olmamışdır. Belə olan halda işin halları üzrə müvafiq xüsusatlar qiymətləndirilməli, iddiaçının xəsarət olmasına dair şərait və bu halı təsdiq edən digər sənədlər nəzərə alınmalıdır. Belə ki, iddiaçının xəstəliklərinin kontuziya aldıqdan sonra 1994-cü ildən əmələ gəlməsi, iddiaçının xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək xidmət keçdiyi N №-li hərbi hissənin xx.xx.199N-xx.xx.1994-cü il tarixinədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olması, iddiaçının döyüş əməliyyatlarında iştirak edən N №-li hərbi hissədə xidmət etdiyi dövrdə müalicədə olması məhkəmə tərəfindən müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının N6-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İPM-in 1.N-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun N.0.N-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun N.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Həmin Qanunun 1N.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 1N.N-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 15.N-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.N-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun N4.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun N4.N-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati Prosessual Məcəllənin 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.N). Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 7N.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı aldığı xəsarətin Azərbaycan Respublikası müstəqilliyinin müdafiəsi zamanı alınması ilə bağlı şəhadətləndirilməsi vəzifəsi cavabdeh Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı aldığı xəsarətin Azərbaycan Respublikası müstəqilliyinin müdafiəsi zamanı alınması ilə bağlı şəhadətləndirilməsi vəzifəsi cavabdeh Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən N0 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən N0 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar