Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4454/2020 04.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X5, cavabdehin nümayəndəsi X3 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi, ev 16, mənzil 20) cavabdeh – Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X13 1 saylı Bakı Ərazi Şöbəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Şərifzadə küçəsi, 201) qarşı «iddiaçıya Çernobıl AES-də qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə verilən əlavə dördqat məbləğ nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X13 (bundan sonra – DSMF) 1 saylı Bakı Ərazi Şöbəsinə qarşı «iddiaçıya Çernobıl AESdə qəzanın aradan qaldırılmasında iştirak etdiyinə görə verilən əlavə dördqat məbləğ nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində bildirir ki, o, “Çernobıl” X6 (Çernobıl AES) qəzanın aradan qaldırılmasında iştirak etməklə ciddi şüalanmaya məruz qalmış və nəticədə İİ qrup ÇAES əlili olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1991-ci il tarixli 577 saylı qərarına əsasən bütün Çernobıl əlilləri kimi, ona da həmin vaxt işlədiyi “Naxçıvan alüminium qablar” Zavodu tərəfindən əmək haqqının dördqat məbləği qədər mükafat verilmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 83-cü maddəsinə əsasən həmin dördqat əmək haqqından ÇAES əlillərinə pensiya hesablanması nəzərdə tutulmuşdur. Bu halda, ödənilmiş dördqat məbləği, Çernobıl AES-də olduğu günlərin sayıla bölünərək 25,4-ə vurulmalıdır. Alınan məbləğ pensiyanın orta aylıq əmək haqqı sayılır. Ona təyin edilmiş pensiya məbləğinin həmin əlilliyə görə aldığı mkafatlar əsasında əmək haqqına uyğun olaraq hesablanması barədə hazırkı cavabdeh DSMF 1 saylı Bakı Ərazi Şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh həmin məsələnin həllindən imtina etmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, müvafiq dövrdə qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə təqdim olunan sənədlər əsasında ona pensiya təyin edilmişdir. İnzibati orqanın mövqeyi əsassızdır. Belə ki, ona pensiya hesablanan zaman aldığı mükafatlar nəzərə alınmamışdır. Həmin mükafatlar nəzərə alındığı halda, onun pensiyasının məbləği 233,20 manat təşkil etməzdi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququ yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyası təyin olunması üçün müraciət edə bilər. Həmin Qanunun 27-ci maddəsinin x xxxxxx 2010-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək (x xxxxxx 2006-cı il tarixədək) qüvvədə olan qanunvericilik üzrə hər bir sığortaolunan bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun bu Qanunun müddəalarına uyğun çevrilmə aparılır. Bu zaman bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşir. Bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu əsasında pensiya təyin edilirdi. Həmin Qanunun 71-ci maddəsinə görə pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Qanunun 72-ci maddəsinə əsasən orta aylıq əmək haqqı və ya 60 təqvim ayı ərzində gəlirin ümumi məbləğini müvafiq olaraq 24-ə və ya 60-a bölmək yolu ilə müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununu 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göstərilənlərə və İPM-in müddəalarına əsaslanaraq, məhkəmədən ona (iddiaçıya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1991-ci il tarixli 577 nömrəli qərarına əsasən xx xxxxx 1988-ci il tarixdən xx xxxxxx 1988-ci il tarixədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 17.213 rubl 4 qat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla həmin dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə x xxxxxx 2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödıənilməsi öhdəliyinin cavabdeh DSMF 1 saylı Bakı Ərazi Şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilmişdir: - İddia tam əsassızdır və təmin edilməməlidir. Buna əsasən İPM-in 1.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq, işə dair etiraz edilir. İddiaçı işi üzrə DSMF-nin apardığı araşdırma zamanı “Naxçıvan alüminium qablar” Zavodu tərəfindən vətəndaşa verilən arayışlarda onları təsdiqləmək səlahiyyəti olmuş şəxslər və imzalar arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə ki, x xxxxxx 1981-ci il tarixli 66 nömrəli və 67 nömrəli arayışlarda həmin Zavodun direktoru kimi “Quliyev M.R” qeyd olunsa da, həmin şəxs tərəfindən çəkilən imzalar arasında kifayət qədər fərq mövcuddur. Bu fərqlər də müvafiq arayışlar barəsində əsaslı şübhələrin yaranmasına səbəb olur. Həmçinin, “Naxçıvan alüminium qablar” Zavodu“Naxçıvan alüminium qablar” Zavodu tərəfindən verilməsi iddia edilən, vətəndaşın əmək haqqının 4 qat məbləği barədə arayışda sənədin tarixi və qeydiyyat nömrəsi barədə heç bir məlumat qeyd olunmamışdır. Bu səbəbdən, x xxx 1982-ci il tarixdən x xxx 1992-ci il tarixədək “Naxçıvan alüminium qablar” Zavodunun direktoru vəzifəsində hansı şəxslərin olmasını müəyyən etmək zərurəti yaranmışdır. İşin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə həmin Zavod tərəfindən verilən arayışların əslinin Naxçıvan şəhər Arxiv İdarəsindən əldə edilməsi üçün sorğu göndərilməsini, bu arayışlar əsasında sənədlərdə olan imzalar arasında uyğunluğun yoxlanılmasını və zərurət yaranarsa bu barədə ekspertiza təyin edilməsi barədə qərar qəbul olunması üçün məhkəməyə vəsatət təqdim edilmişdir. Lakin məhkəməyə təqdim olunmuş vəsatət əsassız olaraq təmin edilməmişdir. İddiaçı məhkəməyə əmək haqqının 4 qat məbləği qədər aldığı mükafatın indeksasiya edilməklə x xxxxx 2008-ci il tarixdən əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Məhkəmə vətəndaşın hüququ yarandığı dövrdən ona təyin olunmamış pensiyanın birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla, sosial təminat hüququ olan digər vətəndaşların təminat hüququnu pozmuş olur. Belə ki, «Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun xərclər maddəsinin alt hissələrində əmək pensiyalarının ödənilməsi xərcləri ilə bağlı əlavə yaranmış öhdəliklər bu sahədə maliyyələşdirmənin vaxtında aparılmasını şübhə altına qoymuş olur. Birdəfəlik ödəmələrin məbləği xeyli miqdarda olduqda pensiya almaq hüququ olan digər vətəndaşların pensiya təminatı hüququ pozulmuş olur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Kontitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” x xxxxxx 2010-cu il tarixli Qərarı). Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxx 2010-cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimlənmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmədən qərar qəbul edərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və İddiaçı “əmək pensiyasının məbləğinin yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi” tələbinə dair iddiasının təmin olunmaması xahiş edilir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə “iddianın dəqiqləşdirilməsi barədə” əlavə ərizə təqdim etmiş və bildirmişdir ki, iddia ərizəsində tələb kimi yaranmış fərq məbləğinin “birdəfəlik” ödənilməsi texniki səhv olaraq göstərilmişdir, iddia tələbindən həmin ifadənin (“birdəfəlik” sözünün) çıxarılması xahiş olunur. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, iddiaçı 1990-cı ildən pensiya alır, lakin onun pensiyasının hesablanmasında «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 2008-ci ildən 2010-cu ilədək qüvvədə olmuş 26.2-ci maddəsinin tələblərinə uyğun olaraq əmək haqqının 4 qat həcmində mükafat alması nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətin (etirazın) məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarına surəti əlavə olunmuş “Naxçıvan alüminium qablar” Zavodunun arayışlarında aşağıdakılar bildirilmişdir: - Seyidov X1 AS-də iştirak etdiyindən SSRİ Prezidentinin qərarı əsasında verilmiş kompensasiya Çernobılda aldığı dördqat hesabı 17.213 manat əlavə verilmiş kompensasiya 7.000 min manat olmuşdur; - Seyidov X2 AS-də iştirak etdiyindən, SSRİ Prezidentinin qərarına əsasən verilmiş kompensasiya Çernobılda olduğu dövrdə burda aldığı əmək haqqına əlavə verimiş 4 qat hesabı: iyul 1990-cı il – 724,97; mart 1991-ci il – 7452,00, may 1991-ci il – 5.111,54; avqust 1991-ci il 2.935,62; sentyabr 1991-ci il – 978,54; noyabr 1991-ci il – 7.000,00. - İddiaçı həqiqətən X4 çuqun sexində fəhlə işləyir; - İddiaçı 1988-ci ildə Çernobıl qəzasında işlədiyi müddətdə Çernobılda aldığı əmək haqqı xx xxxxx 1988-ci il tarixdən xx xxxxxx 1988-ci il tarixədək İV ay – 195,25, V ay – 859,24, Vİ ay – 1.082,10, Vİİ ay – 1.177,45, Vİİİ ay – 563,15, cəmi 3.877,29 olmuşdur. İş materiallarında olan Dövlət X11 İddiaçı ünvanlanmış xx xxxxx 2020-ci il tarixli məktubda aşağıdakılar qeyd olunmuşdur ki, - DSMF 1 saylı Bakı Ərazi Şöbəsinin təqdim etdiyi məlumata əsasən bildirilir ki, Sizə 1990-cı ildən Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Həmin pensiya «Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2019-cu il yanvar ayının 1-dən 188,23 manata, 2019-cu il oktyabr ayının 1-dən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə əsasən pensiyanızın minimum məbləğindən az olduğu üçün 200 manata, 2020-ci ilin 1 yanvar tarixindən isə «Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2020-ci il tarixli Sərəncamına müvafiq olaraq 233,20 manata çatdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ciu maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı – işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə – əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat –əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.1-ci maddəsinin hazırda qüvvədə olan tələblərinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun x xxxx 2017-ci il tarixdən qüvvəyə minmiş 31.1-1-ci maddəsinə əsasən bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmin Qanunun 37.7-ci maddəsinin x xxxx 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinin x xxxx 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il tarixli Qanununun (həmin Qanun Azərbaycan Respublikasının x xxxx 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüşdür) 13-cü maddəsinin “v” bəndinə görə Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılmasında köçürmə zonasında iştirak etmiş şəxslər və onlara bərabər tutulanlar (kişilər – 52 yaşına çatdıqda və ümumi iş stajı azı 20 il olduqda, qadınlar – 47 yaşına çatdıqda və ümumi iş stajı azı 15 il olduqda) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Həmin Qanunun 83-cü maddəsinin birinci hissəsinə görə pensiya səhhətə zərər vurulandan, əlillik və ya ölüm baş verəndən əvvəlki 12 ayın əmək haqqından, yaxud Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Qaydalara uyğun olaraq müəyyənləşdirilmiş əmək haqqından hesablanır. Həmin maddənin ikinci hissəsinə görə müraciət edənin arzusuna əsasən pensiya əmək haqqından aşağıdakı kimi də hesablana bilər: - Qanunun 80-ci maddəsinin ikinci bəndində göstərilən şəxslərə – Çernobıl AES-də və Slavutiç şəhərində işə görə alınnış maaşın dörd qat məbləğindən, yaxud Çernobıl AESdə və Slavutiç şəhərində aldıqları əmək haqqından və minimum əmək haqqının beşqat məbləğindən. “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanının 2.3-cü bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət X17 həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli 853 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət X17 Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyinin strukturuna daxil edilmiş və Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X17 adlandırılmışdır. Məhkəmə ilk növbədə cavabdeh tərəfin məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında qeyd edilən bəzi xüsusatlara (cavabdeh tərəfin “sənədlərdəki imzanın həqiqiliyi ilə bağlı” vəsatəti məhkəmə tərəfindən əsassız olaraq təmin olunmaması, vətəndaşın hüququ yarandığı dövrdən ona təyin olunmamış pensiyanın “birdəfəlik” ödənilməsinin sosial təminat hüququ olan digər vətəndaşların təminat hüququnu pozması) münasibət bildirilməsini zəruri sayır. Məhkəmə qeyd edir ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən inzibati orqan inzibati icraatı apararkən işin bütün hallarını tam, hərtərəfli və obyektiv araşdırır, iddiaçının təqdim etdiyi sənədlərin və dəlillərin mötəbərliyinə şübhə olduqda, bununla bağlı müstəqil şəkildə və öz hesabına müvafiq tədbir görür. Lakin işin məhkəmə araşdırılması ilə məlum olur ki, inzibati orqan inzibati icraatı özünün də etiraf etdiyi kimi həmin hissədə müvafiq tədbir görməmişdir və bu haldan istifadə edərək məhkəmənin aidiyyəti təşkilata sorğu göndərməsi təklifi ilə çıxış edir. Məhkəmə cavabdehin nümayəndəsinin bu mövqeyinə tənqidi yanaşır və vurğulayır ki, inzibati icraatda qeyri-həqiqiliyi sübuta yetirilməmiş sübut və dəlillərin məhkəmə icraatında mötəbər qiymətləndirilməsi mümkün haldır. Mübahisənin mahiyyətinə gəldikdə, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri sayır: İşin hallarından göründüyü kimi, İddiaçı əmək pensiya 1990-cı ildən yəni, xx xxxxxx 2006-cı il tarixindən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununu qəbul edilmədən əvvəl təyin edilmişdir. Həmin müddətdə əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunununda aşağıdakı qaydalar müəyyən edilmişdir: - Qanunun 71-ci maddəsinə əsasən pensiyalar respublika üzrə müəyyən edilmiş şərti maliyyə vahidi və müraciət edənin orta aylıq əmək haqqından faiz əsas götürülməklə bu Qanunda müəyyən edilmiş normalarla hesablanır. Pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır; - Qanunun 73-cü maddəsinə əsasən mövcud qaydalara görə sığorta haqları hesablanan əmək haqqının və mükafatın bütün növləri, o cümlədən əvəzçiliyə, istirahət və bayram günlərində işə, iş vaxtından əlavə işə görə və mülki hüquq müqavilələri üzrə verilən əmək haqqı pensiya hesablanarkən gəlirin ümumi məbləğinə daxil edilir. Bu zaman birdəfəlik ödənclər (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) nəzərə alınmır; - Qanunun 78-ci maddəsinə əsasən, pensiya hesablanarkən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən respublika üzrə pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqı nəzərə alınır; - Qanunun 80-ci maddəsinə əsasən, pensiya almaq hüququ olan şəxslərə iş stajından asılı olmayaraq Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşlar aid edilmişdir: Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslər, Çernobıl qəzası nəticəsində əlil olduğu müəyyən edilmiş digər şəxslər. Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, pensiyanın orta aylıq əmək haqqından faiz nisbi ilə hesablanması müəyyən edilmişdir. Orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınan ödənclərə sığorta haqları hesablanan bütün gəlirlər aid edilmişdir. Xüsusi qayda kimi isə gəlirlərə birdəfəlik ödənclərin aid edilməməsi və pensiya hesablanması üçün təsdiq olunan orta əmək haqqının üçqat məbləğindən artıq olmayan orta aylıq əmək haqqının nəzərə alınması qeyd edilmişdir. xx xxxxxx 2006-cı ildə qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyasının baza, sığorta və yığım hissələrindən ibarət olduğu müəyyən edilmişdir. Həmin Qanunun 26-cı maddəsində “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: - Qanunun 26.1-ci maddəsinə əsasən, bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir; - Qanunun 26.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. Maddələrin tələblərindən göründüyü kimi, xx xxxxxx 2006-cı il tarixindən əvvəl hesablanmış pensiya məbləğlərinin yenidən hesablanması qaydasına uyğun olaraq onların baza və sığorta hissələrinin müəyyən edilməsi zəruri olmuşdur. Yenidən hesablama aparıldıqda isə, əvvəl hesablanmış pensiya məbləğinin ümumi məbləğinin dəyişdirilmədən saxlanılması bir halda, digər halda isə ümumi məbləği baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının baza hissəsinin məbləğinə bərabər tutulması müəyyən edilmişdir. İstinad edilən maddəyə “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxxxx 2007-ci il tarixli Qanunu ilə dəyişiklik edilərək 26.2-ci maddəsi yeni redaksiyada verilmiş, əvvəlki 26.2-ci maddəsi isə 26.3-cü maddəsi kimi hesab edilmişdir. Aşağıdakı yeni qaydalar müəyyən edilmişdir: - Qanunun 26.2-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: Qanunun 26.2-ci maddəsi 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. Maddənin məzmunundan göründüyü kimi, xx xxxxxx 2006-cı il tarixinə qədər təyin edilmiş pensiyaların orta aylıq əməkhaqqına məhdudiyyət nəzərə alınmadan yenidən hesablanması müəyyən edilmişdir. Yeni qaydaya görə əməkhaqqının tam məbləği əsas götürülməklə hesablanması və onun xx xxxxxx 2008-ci il tarixindən tətbiq edilməsi nəzərdə tutulmuşdur. İddiaçı hesab edir ki, bu dövrdə onun pensiyası üzrə yenidən hesablama aparıldıqda orta aylıq əmək haqqı hesablanarkən onun Çernobıl qəzası nəticəsində əlil olduğu üçün aldığı tarif dərəcəsinin 4 qat məbləğində pul ödənişləri inzibati orqan tərəfindən əsassız olaraq nəzərə alınmamışdır. Məhkəmənin qənaəti belədir ki, iddiaçı orta aylıq əmək haqqı hesablanarkən nəzərə alınmalı olan məbləğə həmçinin onun aldığı tarif dərəcəsinin 4 qat məbləğinin də hesablanmalı olduğunu iddia etməkdə haqlıdır Çünki yuxarıda istinad edilmiş qanunvericiliyin tələblərinə əsasən, sığorta haqları hesablanan həmin ödənişlər gəlirin ümumi məbləğinə daxil edilməlidir. Yalnız birdəfəlik ödənclərin (istifadə edilməyən məzuniyyətə görə pul əvəzi, işdənçıxma müavinəti və s.) həmin məbləğlərə daxil edilməməsi qanunvericlikdə əks olunmuşdur. Habelə, qanunvericiliklə Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması üçün çalışanlara əmək haqqının dördqat məbləğində mükafatın ödənilməsini və əmək haqqında pensiyanın hesablanması zamanı həmin dördqat mükafat məbləğinin vətəndaşın Çernobıl AES-də olduğu günlərin sayına bölünməklə 25,4-ə vurulmasını müəyyən edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixli Qanunu qəbul edilmiş və həmin qanunun 8-ci bəndi ilə yuxarıda istinad edilmiş 26.2-ci maddə və həmin maddənin «Qeyd» hissəsi çıxarılmış, 26.1 və 26.3-cü maddələr isə dəyişdirilmədən saxlanılmışdır. Qanunvericilikdə aparılmış bu dəyişiklik yalnız onu ehtiva etmişdir ki, 2006-cı il 1 yanvar tarixinə qədər təyin edilmiş pensiya məbləğləri orta aylıq əmək haqqının tam məbləği əsasında hesablanması xx xxxxxx 2008-ci il tarixindən nəzərdə tutulmuş və ümumi məbləğlərin dəyişdirilmədən saxlanılması, yalnız baza və sığorta hissəsi dəyişdikdə isə, onun yalnız artırılması müəyyən olunmuşdur. xx xxxxxxx 2009-cu il tarixli Qanunla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə də dəyişikliklər edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsi xx xxxx 2017-ci il tarixinədək olan redaksiyasında “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması qaydalarını” tənzimləmişdir. Həmin maddələrin tələbləri xx xxxxxx 2006-cı ilədək pensiya təyin edilməmiş şəxslərə münasibətdə onların pensiya hüquqularının təmin edilməsi üçün zəruri olan əmək stajının, əmək haqqının, sosial sığorta göstəricilərin Qanunun müddəalarına əsaəsn şərti çevrilməsi qaydalarını tənzimləmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddiaçıya əmək pensiyasının həmin qaydada hesablanmasından imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Yaranmış fərq məbləğinin ödənilməsi məsələsi ilə bağlı isə məhkəmə qeyd edir ki, bunun “hesablanması” ilə bağlı mübahisəli hal olmadığından, ödənilmə müqafiq qaydada, yəni Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31, 37.7-ci maddələrinin həm x xxxx 2017-ci il tarixədək, həm də hazırda qüvvədə olan tələbləri nəzərə alınmaqla aparılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən doğur) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3, 33.1, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilərək, İddiaçı əmək pensiyası məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1991-ci il tarixli 577 nömrəli qərarına əsasən xx xxxxx 1988-ci il tarixdən xx xxxxxx 1988-ci il tarixədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 17.213 rubl dördqat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla həmin dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə x xxxxxx 2008-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh DSMF 1 saylı Bakı Ərazi Şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əmək pensiyası məbləğinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1991-ci il tarixli 577 nömrəli qərarına əsasən xx xxxxx 1988-ci il tarixdən xx xxxxxx 1988-ci il tarixədək Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı işə görə ödənilmiş 17.213 rubl dördqat məbləğ Çernobıl AES-də olduğu günlərin sayına bölünərək 25,4-ə vurulmaqla həmin dövrün qiymətlər indeksi ilə indeksasiya edilməklə x xxxxxx 2008-ci il tarixdən yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh DSMF 1 saylı Bakı Ərazi Şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4454/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4454/2020
04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver