Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4455/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək 03.05.1983-cü ildən 31.01.1986-cı ilədək Azərbaycan Respublikası “Kəndtextəminat” Komitəsində baş ehtiyyat hissəli idarəsində böyük mühəndis vəzifəsində, 31.01.1986-cı ildən 17.04.1989-cu ilədək Azərbaycan Respublikası X8 Komitəsində Baş ehtiyyat hissələri idarəsində aparıcı mühəndis vəzifəsində işlədiyi dövr dövlət qulluqçusu hesablamaqla təqaüdünün yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətinə 23.10.1972-ci ildən 31.07.2007-ci ilədək davam etdirib. 23.10.1972-ci ildən-01.1 1.1973-cü ilədək Bakı Avtomobil Ehtiyat hissələri zovodunda fəhlə, 23.11.1973-cü ildən 06.1 1.1975-ci ildə Sovet Odusu siralarında hərbi xidmətdə olmuş, 15.11.1975-ci ildən 18.07.1980-cı ilədək Bakı Təcrübə Sınaq zavodunda akkumulyatorçu-vulkanlaşdırıcı briqadir, 18.07.1980-cı ildən 27.04.1983-cü ilədək “Elektroştamp” zavodunda nəqliyyatın rəisi vəzifəsində, 03.05.1983-cü ildən 31.01.1986-cı ilədək Azərbaycan Respublikası “Kəndtextəminat” Komitəsində baş ehtiyat hissəli İdarəsində böyük mühəndis vəzifəsində, 31.01.1986-cı ildən 17.04.1989-cu ilədək Azərbaycan Respublikası X8 Komitəsində Baş Ehtiyat Hissələri İdarəsində aparıcı mühəndis vəzifəsində, 18.04.1989-cu ildən 14.06.1989-cu ilədək Azərbaycan Respublikası X8 Komitəsində 2 saylı ixtisaslaşdırılmış bazasında baş əmtəəşünas vəzifəsində, 20.06.1989-cu ildən 30.12.1992-c ilədək müxtəlif kooperativlərdə, 30.12.1992-ci ildən 14.1 1.1996-cı ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi “Respublika İstehsalat Birliyi” ehtiyyat hissələrini təchizatı şöbəsində baş mühəndis vəzifəsində, 21.11.1996-cı ildən 29.07.1999-cu ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin M.Əzizbəyov adına X3 baş energütik vəzifəsində, 05.09.1999-cu ildən 31.07.2007-ci ilədək “MNM’' İstehsalat Kommersiya Şirkətinin və "xxxx" İstehsalat Kommersiya Şirkətinin Prezidenti vəzifələrində işləyib. DSMF tərəfindən təqaüd hesablanarkən ona dövlət qulluğu kimi hesablanmamışdır. 03.11.2020-ci ildə DSMF-ya etmiş olduğu müraciətinə 03 dekabr 2020-ci il tarixində cavab məktubu göndərilmiş, həmin cavab məktubunda “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda Azərkəndtextəminat nəzərdə tutulmadığını əsas gətirərək təqaüdümün dövlət qulluğu ilə hesablanmasından imtina edilmişdir. “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 saylı fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusu”nun 5-ci bəndinin “Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının və onlara bərabər tutulan orqanların, Azərbaycan— Respublikası Nazirkır-Kabinctinin yanında olan icra—hakimiyyəti urqanlaıunfn, Bakı Şəhər İcra Hakimiyyəti başçısının, Milli Televiziya və Radio Şurasının aparatlarında şöbə müdirləri və onların müavinləri” tələbinə əsasən Azərbaycan Respublikası “Kəndtextəminat” Komitəsi və Azərbaycan Respublikası X8 Komitəsi Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanlar hesab olunduğundan, mənim 03.05.1983-cü ildən 31.01.1986-cı ilədək Azərbaycan Respublikası “Kəndtextəminat” Komitəsində baş ehtiyat hissəli İdarəsində böyük mühəndis vəzifəsində və 31.01.1986-cı ildən 17.04.1989-cu ilədək Azərbaycan Respublikası X8 Komitəsində Baş Ehtiyat Hissələri İdarəsində aparıcı mühəndis vəzifəsində işlədiyim dövr dövlət qulluğu kimi götürülməklə təqaüdün hesablanması təmin olunmalı idi.
3. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış 23.12.2020-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında Azərkəndtextəminat nəzərdə tutulmamışdır.
4. Məhkəmənin 17.05.2021-ci il tarixli qərardadı ilə iddiaçının əarizəsi əsasında iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmuşdur.
5. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bildirilmişdir ki, Azərbaycan SSRİ Nazirlər Sovetinin 1985-ci il 3 dekabr tarixli 392 nömrəli qərarı ilə Kənd Təsərrüfatı Nazirliyi, Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyi, Ət və Süd Sənayesi Nazirliyi, Yeyinti Sənayesi Nazirliyi, Kənd Tikinti Nazirliyi, Pambıqtəmizləmə Sənayesi Nazirliyi, Üzümçülük və Şərabçılıq üzrə Dövlət Komitəsi, X1 - X4 Komitəsi, Nazirlər Soveti yanında Kənd Təsərrüfatının aqrokimyəvi xidmət üzrə elmiistehsalat birliyi, Nazirlər Soveti yanında Baş Quşçuluq İdarəsi, Kolxoz və Sovxozlarda tikinti üzrə Baş respublika idarəsi ləğv edilərək onların bazasında X8 Komitəsi yaradılmışdır. 1992-ci ildə X8 Komitəsi ləğv edilərkən aidiyyəti sənədlər mühafizə olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin arxivinə təhvil verilməmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası “Kəndtextəminat” Komitəsinin və Komitənin Baş ehtiyat hissələri idarəsi, eləcə də Azərbaycan Respublikası X8 Komitəsinin Baş ehtiyat hissələri idarəsi ilə bağlı məlumat Nazirlikdə mövcud deyil.
6. “Azərbaycan Respublikasının X6 publik şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X6 publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.1-ci bəndinə uyğun olaraq dövlət qulluğu sahəsində X6 tərəfindən həyata keçirilir.
7. Bununla əlaqədar, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası X6nin 08.04.2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbi üzrə iddiaçının Azərbaycan Respublikasının “Kəndtextəminat” Komitəsinin Aparatında Baş ehtiyat hissələri idarəsinin, habelə Azərbaycan Respublikasının X8 Komitəsinin aparatında Baş ehtiyat hissələri idarəsinin mövcud olub-olmaması, böyük mühəndis və mühəndis vəzifələrində iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınıbalınmaması barədə məlumatların, mövcud olduğu halda, müvafiq əsasnamələrin təqdim edilməsinə dair sorğuya Azərbaycan Respublikasının X6ndə baxılmışdır. Bildirilmişdir ki, 1991-ci il oktyabrın 18-i tarixinədək dövlət, sovet, partiya orqanlarında mövcud olan dövlət qulluğu vəzifələrinin və 1991-ci il oktyabrın 18-dən “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək (31 avqust 2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Topluda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1 -ci və 2ci bəndinə əsasən aparılmışdır. Qeyd edilən Siyahıya əsasən müvafiq uyğunlaşdırmanın 18 oktyabr 1991-ci il tarixədək və 18 oktyabr 1991-ci il tarixdən 31 avqust 2003-cü il tarixədək aparıldığını nəzərə alaraq, işin düzgün həlli üçün iddiaçının qeyd edilən qurumlarda hansı dövr ərzində işlədiyi barədə məlumatın təqdim edilməsi zəruri olduğu halda, məhkəmə tərəfindən bu barədə hər hansı məlumat təqdim edilməmişdir. Yuxarıda qeyd edilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR dövlət komitələrinin aparatında mövcud olmuş böyük mütəxəssis və mütəxəssis (iqtisadçı, maliyyəçi, hüquqşünas, mühasib və digər) vəzifələri “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının aparatında məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası “Kəndtextəminat” Komitəsinin hüquqi statusunu və strukturunu müəyyən edən sənədlər Mərkəzdə olmadığı üçün iddiaçının həmin orqanda işlədiyi müddətin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınıb-alınmaması məsələsinə münasibət bildirilməsi mümkün olmamışdır. “Azərbaycan SSR X8 Komitəsinin strukturunun və say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə - Komitənin mərkəzi aparatının strukturunda Baş ehtiyat hissələri idarəsi nəzərdə tutulmamışdır (Əlavə olunur). Baş ehtiyat hissələri idarəsi Azərbaycan SSR X8 Komitəsinin mərkəzi aparatının strukturunda nəzərdə tutulmadığı üçün İddiaçı 1991-ci il 18 oktyabr tarixədək həmin idarədə işlədiyi halda, onun həmin idarədə işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alınmır.
8. Azərbaycan Respublikası X6 tərəfindən təqdim edilmiş “Azərbaycan SSR X8 Komitəsinin strukturunun və say tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarına 1 nömrəli Əlavədə, Azərbaycan SSR X8 Komitəsinin mərkəzi aparatının strukturunda maddi-texniki təchizat baş idarəsi nəzərdə tutulmuşdur.
9. Məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən iddiaçının əmək kitabçasının surəti təqdim ediməklə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanının 1.15-ci bəndinə əsasən İddiaçı vaxtilə Azərbaycan SSR X8 Komitəsinin Aparatında tutduğu aparıcı mühəndis vəzifəsi Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında aparıcı məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır.
10. İddiaçının əmək kitabçasına əsasən müəyyən edilir ki, iddiaçı 03.05.1983-31.01.1986-cı illərdə Azərbaycan SSRİ Komselxoztexnikada baş mühəndis vəzifəsində işləmiş, Azərbaycan SSRİ Nazirlər Sovetinin 03.12.1985-ci il tarixli 392 nömrəli qərarı ilə Azərbaycan SSRİ Komselxoztexnikanın ləğv edilməsi ilə əlaqədar 31.01.1986- 17.04.1989-cu illərdə Azərbaycan SSR X8 Komitəsinin maddi-texniki təchizat idarəsində aparıcı mühəndis vəzifəsində işləmişdir.
11. Məhkəmənin 18.10.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.
12. Məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən təqdim olunmuş pensiya işinə əsasən, müəyyən olunur ki: - iddiaçıya 06.07.2007-ci il tarixdə İİ qrup əlilliyə görə pensiya təyin olunmuş və hazırki pensiya məbləği 321,84 manatdır. - iddiaçı ərizə ilə cavabdeh quruma müraciət edərək bildirmişdir ki, əmək fəaliyyətinə 1972-ci ildə başlamışam. 2007-ci ilədək fasiləsiz müxtəlif dövlət qurumlarında və kommersiya təşkilatlarında iş stajım olub. 2007-ci ildən bu günədək xəstəliyilə əlaqədar təqaüddədir. 6 ilə yaxın Dövlət Qulluğunda çalışıb. Ünvanladığım müraciətlə aldığım cavab məktubunda hazırda əmək pensiyasının 321,97 manat müəyyən edildiyi bildirilir. Hesab edib ki, əmək pensiyası düzgün hesablanmayıb. Bildirir ki, Dövlət Qulluqçuları üçün təqaüdlərin baza hissəsinin artırılması hissəsində o nəzərə alınmayıb. Hazırki dövrdə Dövlət Qulluqçuları üçün nəzərdə tutulan baza hissəsinin artırılması hesablanaraq təmin olunmasını xahiş etmişdir. - müraciətinə cavab olaraq bildirilmişdir ki, Fondun Nərimanov rayon şöbəsi tərəfindən 6 iyul 2007-ci tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Pensiya işinizə dair sənədlərin köçürülməsilə əlaqədar 01,09.2020-ci il tarixindən əmə pensiyanız Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ödənilir. Müraciətiniz əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzif maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamın əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşını 520,00 manat və qulluq stajına görə əlavəniz 37,91 manat olmaqla orta aylıq əmək haqqın1 557,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqındı Azərbaycan Respublikası Qanununun 20.11.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 5 il 11 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (557,91 manat) 45 faizi-251,06 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci ilin iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaq yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiya orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslər qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildə iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilm orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 5 il 11 ay 14 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqınının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 19,73 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublika Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyin vəzifə üzrə vəzifə maaşı 570,00 manat və qulluq stajına görə əlavəsi 41,55 manat olmaq orta aylıq əmək haqqı 611,55 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərir uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (557,91 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (611,55 manat) arasındakı fərq məbləğinin (53,64 manat) 19,73 faizi-10,58 manat 1 mart 2011 ci il tarixinədək hesablanmış pensiyası (251,06 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 261,64 manat müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 855,00 manat və qulluq stajına görə əlavə 62,5 manat olmaqla orta aylıq əmək haqqınız 917,33 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (611,55 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (917,33 manat) arasındakı fərq məbləğinin (305,78 manat) 19,73 faizi-60,33 manat 1 sentyal 2019-cu il tarixinədək hesablanmış pensiyasının (261,64 manat) üzərinə əlavə olunmaq əmək pensiyasının məbləği 321,97 manat müəyyən edilmişdir. Göründüyü kimi, əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanaraq hazırda 321,97 manat olmaqla müvafiq kart hesabına köçürülür.
13. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçıya Fondun Nərimanov rayon şöbəsi tərəfindən 6 iyul 2007-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi əlilliyə (İİ qrup) görə əmək pensiyası təyin edilmişdir. Pensiya işinə dair sənədlərin köçürülməsilə əlaqədar 01.09.2020-ci il tarixindən əmək pensiyası Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ödənilir. İddiaçının müraciətinə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 520,00 manat və qulluq stajına görə əlavəsi 37,91 manat olmaqla orta aylıq əmək haqqı 557,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 5 il 11 ay 14 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (557,91 manat) 45 faizi-251,06 manat məbləğində müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 5 il 11 ay 14 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanılması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 19,73 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 570,00 manat və qulluq stajına görə əlavəsi 41,55 manat olmaqla iddiaçının orta aylıq əmək haqqı 611,55 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (557,91 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (611,55 manat) arasındakı fərq məbləğinin (53,64 manat) 19,73 faizi-10,58 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (251,06 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 261,64 manat müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 855,00 manat və qulluq stajına görə əlavəsi 62,33 manat olmaqla iddiaçının orta aylıq əmək haqqı 917,33 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (611,55 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (917,33 manat) arasındakı fərq məbləğinin (305,78 manat) 19,73 faizi-60,33 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (261,64 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 321,97 manat müəyyən edilmişdir. Yuxarıda sadalanan qanunvercilik normalarından göründüyü kimi iddiaçının pensiyası orta aylıq əmək haqqı nəzərə alınmaqla düzgün hesablanmışdır.
14. Cavabdeh tərəfindən məhkəməyə imtinanın məzmununa uyğun olaraq iddiaya yazılı etiraz təqdim edilərək iddinın rədd edilməsi xahiş edilmişdir.
15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, iddiaçının dövlət qulluğu vəzifəsində işlədiyi dövr üzrə pensiyanın baza hissəsi yenidən hesablanmalıdır. Belə ki, vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 855,00 manat əsas götürülməklə ona hüququ yarandığı zaman qüvvədə olan “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 6.1.2-ci maddəsinə uyğun olaraq ən azı həmin məbləğin 45% miqdarında pensiya hesablanmalıdır.
16. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
17. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
18. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
19. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
20. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
22. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
23. İddiaçının pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
25. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
26. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
27. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
28. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
29. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
30. İddiaçı 5 il 11 ay 14 gün dövlət qulluğu vəzifəsində işlədiyinə görə pensiyasının yenidən hesablanmasını tələb edir.
31. İddiaçıya 06.07.2007-ci ildən sabiq dövlət qulluçusu kimi əlilliyə görə (İİ qrup) pensiya təyin edilmiş və Azərbaycan Respublikası “Kəndtextəminat” Komitəsində və Azərbaycan Respublikası X8 Komitəsində işlədiyi 5 il 11 ay 14 gün müvafiq uyğunlaşma aparılaraq dövlət qulluğu vəzifəsi kimi nəzərə alınmışdır.
32. İddiaçı pensiyasının qüvvədən düşmüş “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq yenidən hesablanmalı qənaətindədir.
33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184- İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il № 462-İİİQD Qanununun XVİİ hissəsinə əsasən, “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədən düşmüş hesab edilmişdir.
34. Qüvvədən düşmüş “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunundan: 6.1. Pensiya dövlət qulluğunda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir: 6.1.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 2 faizi miqdarında əlavə olunmaqla;
35. Məhkəmə qeyd edir ki, hüququn yaşanması (hüququn ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin yaradılmasında məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə girmiş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir.
36. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
37. Göründüyü kimi, “yeni” qanun özündə ancaq güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə münasibətdə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən) “köhnə” qanunun normalarının ultraaktiv təsirini nəzərdə tutmuşdur.
38. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci ilin iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaq yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiya orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslər qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildə iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilm orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur.
39. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı və qulluq stajına görə əlavəsi nəzərə alınaraq iddiaçıya əlilliyə görə əmək pensiyası qeyd edilən qaydada hesablanmışdır.
40. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının pensiyasının yenidən hesablanmasına “qanuni gözləntisi” yoxdur. Belə ki, X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
41. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
42. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
43. Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113);
44. Məhkəmə iddiaçının qüvvədən düşmüş “Dövlət qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanmaqla əlil olan dövlət qulluqçusu kimi əmək pensiyasının yenidən hesablanmasına dair hüquqi müddəaya və ya hüquqi akta əsaslanan “qanuni gözləntisi” olduğunu müəyyən etmir.
45. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
46. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva