Məhkəmə qərarları › İş №2-1(112)-4456/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4456/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4456/2024 21.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "lisenziyanın verilməsi" tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X3 Xidməti” MMC-nin fəaliyyətinin başlanmasına aid lisenziyanın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, “X1 Mühafizə Xidməti” MMC Silahlı Qüvvələr veteranları tərəfindən yaradılaraq müvafiq lisenziyanın verilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə edilmiş, lakin müraciətə heç bir əsas gətirilmədən xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli cavab məktubları ilə özəl mühafizə fəaliyyətinin həyata keçrilməsinə lisenziyanın verilməsinin məqsədəmüvafiq hesab edilmədiyi bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iş üzrə cavabehin əsl cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əvəz edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Məhkəmə İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım məktubu göndərilmiş, həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsinə izah edilmişdir ki, hazırki tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada və formada cavabdeh inzibati orqana müraciət etmək, daha sonra isə qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ yaranır. İddiaçının nümayəndəsi tərəfindən işə mahiyyəti üzrə baxılması tələb edildiyindən iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün sayılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Hazırki işdən görünür ki, iddiaçının cavabdehə qarşı tələbi iddiaçıya özəl mühafizə fəaliyyətinin həyata keçirilməsinə lisenziyanın verilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarətdir. İş materiallarına əlavə edilmiş Cavabdeh iddiaçıya göndərilmiş xx.xx.2011-ci il tarixli məktubunda bildirilmişdir ki, özəl mühafizə fəaliyyətinin həyata keçirilməsinə lisenziyanın verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı özəl mühafizə fəaliyyətinin həyata keçirilməsinə lisenziyanın verilməsi ilə bağlı müraciəti əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsində aparılan araşdırma zamanı "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunlarında nəzərdə tutulmuş müvafiq sənədlər təqdim olunmadığına görə ona lisenziyanın verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (10.1). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11). Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən ümumi publik hüquq sahəsində qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İşə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İddia ərizəsinin məzmununa görə iddiaçı özəl mühafizə fəaliyyətinin həyata keçirilməsinə lisenziyanın verilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Hazırki işin hallarından müəyyən olunur ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada hazırki tələblə baglı müvafiq orqana müraciət etməmiş, barəsində hər-hansı inzibati akt qəbul edilməmişdir. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) 17.1. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) bu Qanun və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli 479 saylı Fərmanının tələblərinə əsasən: “...5. Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri (“DOST” mərkəzlərində əmək pensiyalarının təyin edilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda nəzərdə tutulmuş xidmətlərin kiçik və orta biznes evlərində həyata keçirilməsi istisna olmaqla) yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilsin.” “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 706 saylı Fərmanının tələblərinə əsasən: “...5. “ASAN xidmət” mərkəzlərində dövlət orqanları tərəfindən aşağıdakı xidmətlərin həyata keçirilməsi təmin edilsin: 5.18. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) lisenziyanın verilməsi;..

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Vergilər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə, Xarici İşlər Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Energetika Nazirliyinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Elm və Təhsil Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Dövlət Miqrasiya Xidmətinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə, X2 və Milli Arxiv İdarəsinə tapşırılsın ki:https://e-qanun.az/framework/24212 6.1. bu Fərmanın 5-ci hissəsində göstərilən xidmətlərin “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin həmin mərkəzlərdə onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etsinlər;...” “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30 noyabr 2012-ci il tarixli Q77-001-12 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə əsasən: 1.1. Elektron xidmətin adı: Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu. 1.2. Elektron xidmətin məzmunu: Bu xidmət (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər və ya əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslər, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslər istisna olmaqla) hüquqi şəxslər tərəfindən qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığın (lisenziyanın) verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu qaydasını nəzərdə tutur. 1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: 1.3.1. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi. 1.3.2. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2007-ci il 21 iyun tarixli 596 nömrəli Fərmanının 2-ci hissəsi. 1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-ci hissəsi. 1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 2.4-cü bəndi.

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi 2.1. Elektron xidmətin növü: İnteraktiv 2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına Əlavə №2 - “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 1-ci bəndinə əsasən 3000 manat məbləğində dövlət rüsumu ödənilir. 2.4. Elektron xidmətin təqdim olunma yeri: http://mia.gov.az/?/az/content/29767/ 2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: 2.6.1. Xüsusi razılıq (lisenziya) almaq üçün istifadəçi tərəfindən ərizəyə (Əlavə №1) aşağıdakı sənədlərin skan edilmiş surətləri elektron formada əlavə olunur: 2.6.1.1. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi; 2.6.1.2. Ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədi. 2.6.2. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verildiyi halda dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd.

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar 3.1. Elektron xidmət üçün sorğu: 3.1.1. sorğunun formalaşdırılması: istifadəçi tərəfindən ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və bu reqlamentin 2.6cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə həmin internet ünvanına təqdim edilir. 3.1.2. sorğunun qəbulu: sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və icrası ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir. 3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi: 3.2.1. Sorğunun qəbul edilməsindən imtina halları: Bu reqlamentin 2.6.1-ci yarımbəndində nəzərdə tutulmuş ərizə ilə birlikdə tələb olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə, sorğunun qəbul edilməsindən imtina olunur və imtinanın səbəbləri barədə ərizəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığın (lisenziyanın) verilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin elektron xidmətlər bölməsinə yenidən müraciət etməsinə mane olmur. 3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən təqdim edilmiş sənədlər bu reqlamentin 2.6-cı bəndində göstərilənlərə uyğun olduqda sorğu qəbul olunur. 3.3. Sorğunun icrası: 3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və baxılması üçün elektron formada (internet vasitəsi ilə ) Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin İcazə sisteminin bölməsinə ünvanlanır. Sorğunun icrası üzrə Baş İctimai Təhlükəsizlik İdarəsi İcazə sisteminin bölməsinin rəisi məsuliyyət daşıyır. 3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti Sənədlərə Baş İctimai Təhlükəsizlik İdarəsinin İcazə sisteminin bölməsində baxılır, sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə, onların 5 gün müddətində aradan qaldırılması barədə istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir. İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğuya baxılması davam edir və imtina üçün əsaslar olmadıqda 15 gün müddətində (sorğu Baş İctimai Təhlükəsizlik İdarəsinin internet səhifəsinə daxil olduğu tarixdən) qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq verilir. 3.3.4. inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası İstifadəçi tərəfindən göndərilən sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqda və ya imtina üçün əsaslar olmadıqda qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilir və xüsusi razılıq (lisenziya) sənədinin alınmasının tarixi, vaxtı və yeri barədə istifadəçinin elektron poçtuna bildiriş göndərilir. 3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: 3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Yaranan mübahisələrlə bağlı istifadəçilər onlara elektron xidmətin göstərilməsinə məsul olan Baş İctimai Təhlükəsizlik İdarəsi İcazə sisteminin bölməsinin rəisinin tabe olduğu yuxarı orqana və (və ya) məhkəməyə şikayət etmək hüququna malikdir. 3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. 3.5.3. Şikayətə baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa görə hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsaslardan biri kimi müəyyən edilmişdir (20.1, 28.1.1). Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir (52.1). Maraqlı şəxsin ərizəsi üzrə bu Qanunun 52-ci maddəsində müəyyən edilmiş müddət ərzində inzibati orqan tərəfindən inzibati aktın qəbul olunmadığı hallarda maraqlı şəxs məhkəməyə müraciət edə bilər (66). Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər (71.1, 71.2). İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinin hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətinə tətbiqi nəticəsində müəyyən olunur ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada hazırki tələblə baglı müvafiq orqana müraciət etməmiş, barəsində hər-hansı inzibati akt qəbul edilməmişdir. Qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı iddianın xüsusi mümkünlük şərtini - iddiaçının kifayət qədər marağının olmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Məhkəmənin mövqeyi belədir ki, hazırki iş üzrə mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsinin (hərəkəti və ya hərəkətsizliyi) mövcud olması iddiaçı tərəfindən əsaslandırılmır, iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçıya izah edilir ki, hazırki tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada və formada “ASAN xidmət” mərkəzlərində müraciət etmək, daha sonra isə müvafiq inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ var. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2akim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar