Məhkəmə qərarları › İş №2-1(112)-4457/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4457/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4457/2022 20.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin qiymətləndirilməsinə dair rəyin ləğv edilməsi və ona müvafiq əlillik qrupunun təyin edilməsinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı cavabdehin əlilliyin qiymətləndirilməsinə dair rəyinin ləğv edilməsi və ona müvafiq əlillik qrupunun təyin edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 44 günlük vətən müharibəsi iştirakçısıdır. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə "Sol ənsə nahiyyəsinin kor qəlpə yarası, kürək nahiyəsinin açıq yarası. Barotravma." xəsarətini almışdır. Hazırda bədənində 50-ə yaxın qəlpə vardır. xx.xx.2021xx.xx.2021-ci il aralığında 2 saylı X3 "Baş beynin Üzvi xəstəliyi” (Travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntular" diaqnozu ilə stasionar müayinə və müalicədə olunmuşdur. Daha sonra isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. Bundan başqa xx.xx.2020-xx.xx.2020 Şəki Mərkəzi rayon xəstəxanasında (MRX)-da, xx.xx.2020-xx.xx.2020 - Qax RMX-da, xx.xx.2021-xx.xx.2021 2 saylı X3 və xx.xx.2021-ci il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Bütün bu diaqnoz və xəsarət (yaralanmanın, travmanın, kontuziyanın) və xəstəliyin səbəbli əlaqəsi haqqında hərbi həkim komissiyasının qərarına əsasən aşağıdakı diaqnozlar qoyulmuş və Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir: a) Baş beynin üzvi xəstəliyi nəticəsində mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə, b) Sol ənsə və kürək nahiyəsinin odlu qəlpə yaralanmasından (xx.xx.2020) sonraki bərkimiş dəri çapıqları (Bütün bu faktlar qoşma hissəsinə əlavə etdiyi sənədlərlə təsdiq olunur). Hazırda onda yaranmış şəxsiyyət dəyişikliyi xəstəliyi bütün həyat fəaliyyətini iflic edir. Sosial mühitdən təcrid olmaq məcburiyyətində qalır və yaxınları ilə görüşə bilmir. Gün ərzində dəfələrlə xəstəlik səbəbindən şəxsiyyət dəyişikliyi yaşayır, yəni normalda olduğu insandan fərqli bir insana çevrilir. Bu zaman özündən asılı olmayaraq əsəbiləşir, güclü həyəcan keçirir, hər kəsə kobud rəftar göstərir, nitqi qırılır, davranışları qeyri-adekvat olur və özünü idarə etmək iqtidarında olmur. Bunlarla yanaşı, ciddi şəkildə yuxusuzluqdan və yaddaş pozulmasından da, əziyyət çəkir. Bütün bunlara görə ali təhsilli olmağına baxmayaraq əmək qabiliyyətindən də, məhrum olmuşdur. Heç bir yerdə işləyə bilmir və zəruri xərclərini, xüsusilə də, tibbi xidmətlər və dərmanlarla bağlı xərclərini ödəyə bilmir. 2021-ci ildə əlilliyin təyin olunması üçün qeydiyyatda olduğu yer üzrə poliklinikaya müraciət edərək, ona əlillik təyin edilməsini xahiş etmişdir. Həmin Poliklinikadan “Forma 88” arayışı təqdim edilərək, Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. TSEK-dən xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində imtina cavabı gəlmişdir. Sonuncu imtina barədə məlumatı ona ploklinikadan vermişlər. Bu imtinalar tamamilə əsassız olmuşdur. Verilən imtinalarda TSEK ona qoyulan diaqnonozun əlillik təyin etmədiyini bildirmişdir. O, basa düşə bilmir ki, bu diaqnoz necə əlillik üçün əsas olmaya bilər?! TESK-də onu tibbi müayinədən keçirən həkimlər onun psixi vəziyyətinin olduqca ağır olduğunu və mütləq əlillik təyin ediləcəyini bildirirdilər. Hətta onlara daha sonra əlillik təyin edilmədiyini bildirdikdə təəccüblə bunun mümkün ola bilməyəcəyini, ondan daha yaxşı vəziyyətdə olanlara əlillik verildiyini deyirdilər. Bunu həmçinin, TSEK-də qəbulunda olduğu professor Fuad İsmayılov da, demişdir. O, bildirmişdir ki, qəbulunda olduğu ən ağır xəstə odur. Professor müayinədə nəticəsində ona müalicə yazmış və dərmanları qəbul etdikdən iki həftə sonra yenidən yaxınlaşmağı bildirmişdir. Amma onun bu dərmanları almağa maddi imkanı yoxdur. Maddi yardımla bağlı YAŞAT Fonduna müraciət etsə də, ödəniş etmirdilər. Hazırda çarəsiz qalmışdır. Artıq bir ildən çox vaxt keçməsinə baxmayaraq, ona əlillik təyin olunmamışdır. Son ümid yeri məhkəmədir. Göstərilənlərə əsasən hesab edir ki, Tibbi Sosial Ekspert Komissiyasının rəyi tamamilə əsassızdır və məhkəmə tərəfindən ləğv edilərək, ona əlillik dərəcəsinin təyin edilməsi barədə inzibati orqanın üzərinə vəzifə qoyulmalıdır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 2786003AAE9L saylı göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, .Baş beyinin üzvü xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri.Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, .Kobud davranış pozuntuları.Qabarıq asteno-nevrotik sindrom. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, .NSD-qarışıq tipli.Keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 2786003AAE9L saylı göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, .Baş beyinin üzvü xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri.Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Kobud davranış pozuntuları.Qabarıq asteno-nevrotik sindrom. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, .NSD-qarışıq tipli.Keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bakı 26 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 2786003AAE9L saylı göndərişi əsasında təkrar baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Baş beyinin üzvü xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Kobud davranış pozuntuları. Qabarıq asteno-nevrotik sindrom. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. NSD-qarışıq tipli. Keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir" səbəbi ilə imtina verilmişdir. İddiaçı Telman oğlu 06 may 2022-ci il tarixdə əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası tərəfindən 07 iyun 2022-ci il tarixli, **********0 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1994-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 2786003AAE9L nömrəli göndərişi DTSERA əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün göndəriş rəsmiləşdirilməmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 19055 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Bas beynin üzvi xəstəliyi nəticəsində mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə. Sol ənsə və kürək rıahiyyəsinin odlu qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimis dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Bas beyinin üzvü xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri. Bas beynin xəstəliyi, travması və disfunksivası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Kobud davranış pozuntuları. Qabarıq asteno-nevrotik sindrom. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. NSD-qarışıq tipli. Keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya” diaqnozu araşdırılmışdır. Sol tərəfli zəif eşitmədən, artıq əmək fəaliyyətini davam etdirə bilməməkdən, böyük dozada davamlı medikamentoz müalicə qəbul etməkdən (gabba qamma - 600 mg, rispolept, amitriptilin, mirtazin, deprolam) şikayətlənmiş, Romberqdə dayanıqlılıq, yüngül emosinal labillik, anamnezdə davranış pozuntusunun fraqmentar elementləri izlənilmişdir. Hazırda əmək müqaviləsi vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı X2 xx.xx.2021-xx.xx.2021-ci il tarixli 3771/21 nömrəli, xx.xx.2022- xx.xx.2022-ci il tarixli 457/22 nömrəli Xəstəlik tarixlərindən Çıxarışlarda diaqnoz “Bas beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə” kimi və “Psixi Sağlamlıq Mərkəzi” PHŞ -nin xx.xx.2021-ci il tarixli 10568 nömrəli Tibbi Rəyindədiaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu" kimi müəyyənləşdirilmişdir. Hazırda böyük dozada psixotrop dərmanlarla müalicə alması, müalicə müddətinin tamamlanmaması, klinik olaraq kəskin psixoproduktiv əlamətlər və davranış pozuntuları izlənilmədiyindən nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin üzvi xəstəliyi nəticəsində travma mənşəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə.Keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya.NSD-qarışıq tipli.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı icasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat təqdim etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki: - 877 saylı hərbi hissə tərəfindən verilmiş “Travma haqqında arayış”dan görünür ki, əsgər 1994-cü il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə “Sol ənsə nahiyəsinin kor qəlpə yarası, kürək nahiyəsinin açıq yarası.Barotravma.” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 19055 nömrəli, xx.xx.2021-ci il tarixli “Xəstəlik haqqında şəhadətnaməyə” əsasən İddiaçı HHK-nın hərbi xidmətə., hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında “Xəstəliklər cədvəli”nin 14b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi ekspertiza haqqında Əsasnamə”yə əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” müəyyən edilmiş, Hərbi Həkim Komissiysının qərarı ilə “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. - İddiaçı əlillik vəziyyətinə Bakı 26 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 2786003AAE9L saylı göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, .Baş beyinin üzvü xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri.Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Kobud davranış pozuntuları.Qabarıq asteno-nevrotik sindrom. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, .NSD-qarışıq tipli.Keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. - Bakı 26 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 2786003AAE9L saylı göndərişi əsasında təkrar baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Baş beyinin üzvü xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Kobud davranış pozuntuları. Qabarıq asteno-nevrotik sindrom. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. NSD-qarışıq tipli. Keçirilmiş kəllə beyin travmasmdan sonrakı ensefalopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir" səbəbi ilə imtina verilmişdir. İddiaçı Telman oğlu 06 may 2022-ci il tarixdə əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası tərəfindən 07 iyun 2022-ci il tarixli, **********0 nömrəli qərar qəbul edilmişdir. - Məhkəmənin 2-1(112)-4457/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq İddiaçı Telman oğlu 06 may 2022-ci il tarixdə əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası tərəfindən 07 iyun 2022-ci il tarixli, **********0 nömrəli qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, Bakı şəhər sakini xx.xx.1994-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 2786003AAE9L nömrəli göndərişi DTSERA əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün göndəriş rəsmiləşdirilməmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 19055 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Bas beynin üzvi xəstəliyi nəticəsində mülayim dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə. Sol ənsə və kürək rıahiyyəsinin odlu qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimis dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Bas beyinin üzvü xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişiklikləri. Bas beynin xəstəliyi, travması və disfunksivası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Kobud davranış pozuntuları. Qabarıq asteno-nevrotik sindrom. Vegetativ sinir sisteminin somatoform disfunksivası. NSD-qarışıq tipli. Keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya” diaqnozu araşdırılmışdır. Sol tərəfli zəif eşitmədən, artıq əmək fəaliyyətini davam etdirə bilməməkdən, böyük dozada davamlı medikamentoz müalicə qəbul etməkdən (gabba qamma- 600mg, rispolept, amitriptilin, mirtazin, deprolam) şikayətlənmiş, Romberqdə dayanıqlılıq, yüngül emosinal labillik, anamnezdə davranış pozuntusunun fraqmentar elementləri izlənilmişdir. Hazırda əmək müqaviləsi vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı X2 xx.xx.2021-xx.xx.2021-ci il tarixli 3771/21 nömrəli, xx.xx.2022- xx.xx.2022-ci il tarixli 457/22 nömrəli Xəstəlik tarixlərindən Çıxarışlarda diaqnoz “Bas beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə” kimi və “Psixi Sağlamlıq Mərkəzi” PHŞ -nin xx.xx.2021-ci il tarixli 10568 nömrəli Tibbi Rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu" kimi müəyyənləşdirilmişdir. Hazırda böyük dozada psixotrop dərmanlarla müalicə alması, müalicə müddətinin tamamlanmaması, klinik olaraq kəskin psixoproduktiv əlamətlər və davranış pozuntuları izlənilmədiyindən nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. - Əyani müayinədən sonra Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin üzvi xəstəliyi nəticəsində travma mənşəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə.Keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya.NSD-qarışıq tipli.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. - Məhkəmə qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərfindən xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada (Diaqnoz: Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan dgiər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları. Qabarıq asteno-nevrotik sindrom) əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Əlavə müaliyəcəyə ehtiyacın olması” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi zamanı müalicə tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti nəzərə alınaraq, müralicənin davam etdirilməsi tövsiyə olunmuşdur. İddiaçı ixtisaslaşmış dövlət səhiyyə müəssisəsində tam müalicə kursu keçdikdən sonra tibbi göstəriş olarsa qeydiyyatda olduğu tibbi qurumu tərəfindən yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyətinə mövcud qanunvericiliyə uyğun olaraq baxılacaqdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəməicraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan müəyyən edilmişdir ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən “diaqnozun əlillik əlaməti təyin etməməsi, ətraflı, diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsilə məhkəməyə müraciət edilmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında komissiyada əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və əyani müayinin nəticəsi olaraq barəsində “Əlavə müalicəyə ehtiyacın olması” qərarı qəbul edilmişdir. Komissiya tərəfindən əsas kimi, şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi zamanı müalicə tədbirlərinin səmərəliliyi, orqanizmin kompleks halda qiymətləndirilməsi zamanı müalicə tədbirlərinin səmərəlili, orqanizmin kompensator (əvəzetmə) mexanizlərinin vəziyyəti nəzərə alınaraq, müalicənin davam etdirilməsi tövsiyə olunmuşdur. - Bundan sonra iddiaçının əlillik vəziyyətinə Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli tibbi göndərişi əsasında baxılmış və “X1: V Sinif – Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş beynin üzvi xəstəliyi nəticəsində travma mənşəli şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları ilə. Keçirilmiş kəllə beyin travmasından sonrakı ensefalopatiya.NSD-qarışıq tipli.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, iddiaçının mövcud sağlamlıq vəziyyətinin əlillik əlaməti təyin etməməsi, məhkəmə araşdırması zamanı da, əyani müayinə keçirilməklə, həmçinin əyani müayinədən sonra təqdim edilmiş yeni göndəriş əsasında yenidən qiymətləndirilmiş və diaqnozun əlillik dərəcəsi təyin etməməsi bir daha öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.1-ci bəndinə əsasən Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi hazırki iş üzrə, İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tələblərinə əsasən, iddiaçı tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmiş, lakin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkəsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar