Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4459/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X32 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Məmmədova (Əkbərova) Esmira Elxan qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai rayon Polis İdarəsinə qarşı X24, Əliyev Cəlil Rəhim oğlu, X25, X5, X17 və X18 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X13, Əliyev Cəlil Rəhim oğlunun, X14, X2, X7 və X8 İddiaçı mülkiyyətindəki ünvan 5-dən qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4459/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərardadı ilə X24, Əliyev Cəlil Rəhim oğlu, X25, X5, X17 və X18 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və cavabdehə və 3-cü şəxslərə iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu Sarayevo küçəsi ev 13B ünvanında yerləşən 111 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Həmin mənzili o, 14 oktyabr 2019-cu il tarixdə “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə əsasında satın almaqla, mülkiyyət hüquqları dövlət qeydiyyatına aldırmışdır. Belə ki, sözügedən mənzil Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 may 2013-cü il tarixli 2(011)-1661/13 saylı qətnaməsi və eyni tarixli icra vərəqəsi əsasında açıq hərraca çıxarılmış və hərraca çıxarılarkən mənzil iddiaçı-tələbkar İddiaçı təklif edilmişdir. Həmin mənzil X6 İddiaçı aldığı borc müqabilində ilkin mülkiyyətçisi X15 razılığına əsasən ipoteka ilə yüklü edilmişdir. X31 aldığı borcu qaytarmadığına görə İddiaçı Xətai rayon məhkəməsinə müraciət etmişdir. Elə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 may 2013cü il tarixli 2(011)-1661/13 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilməklə, 50.000 manat məbləğində borcun və ödənilmiş dövlət rüsümunun İddiaçı xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş, X15 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu Sarayevo küçəsi ev 13B ünvanında yerləşən 111 saylı mənzilə yönəldilməsi, mənzil açıq həracda satıldıqdan sonra X16, X26, X1 Könül Əbdüləli qızı, X18, X17 və onların azyaşlı uşaqlarının mənzildən çıxarılmaları qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 24 may 2013- cü il tarixli 2(011)-1661/13 saylı qətnaməsi qanuni qüvvəsini almış və icra sənədi 13.03.2014-cü il tarixdə il tarixli “İcraata başlamaq haqqında” qərarla icraata qəbul edilərək icraya yönəldilmişdir. Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini Bakı şəhəri Xətai RPİ-nə təqdim edərək, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Lakin cavabdeh Bakı şəhəri Xətai RPİ-si 01.02.2021-ci il tarixli 101-252911-3221 saylı məktubu ilə ərizədə qeyd edilmiş şəxslərin mənzildən qeydiyyatdan çıxarılmalarından absurd səbəblərdən imtina etmişdir. Belə ki, cavabdeh həmin məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələblərini öz istədiyi kimi təfsir etməklə qanunsuz nəticəyə gəlmişdir. Belə ki, hazırkı iddiaya əlavə etdiyi 24 may 2013-cü il tarixli icra vərəqəsinin 5-ci abzasından da görünür ki, Xətai rayon Məhkəməsinin 24 may 2013-cü il tarixli 2(011)- 1661/13 saylı qətnaməsi ilə X16, X26, X1 Könül Əbdüləli qızı, X18, X17 və onların azyaşlı uşaqlarının mənzildən çıxarılmaları qət edilmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsində həmin şəxslərin mənzildən çıxarılmaları qeyd etməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinə uyğun olaraq dövlət orqanı olan cavabdeh Xətai RPİ-nin həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaq vəzifəsi idi. Lakin öz vəzifələrini düzgün icra etməyən cavabdeh orqan qanunu yalnış təfsir etməklə, İddiaçı konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh tərəfindən məhkəməyə məktub ünvanlanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmiş, lakin üçüncü şəxslər məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, ünvan 3 ünvanında iddiaçıdan başqa üçüncü şəxslər X24, Əliyev Cəlil Rəhim oğlu, X25, X5, X17 və X18 da qeydiyyatdadır. İddiaçı hazırda 3-cü şəxslərin mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bunu da həmin şəxslərin qeydiyyatlarının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 13 yanvar 2021-ci il tarixli arayışdan görünür ki, X24, Əliyev Cəlil Rəhim oğlu, X25, X5, X17 və X18 Bakı şəhəri, Xətai rayonu Sarayevo küçəsi ev 13B mənzil 111də qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-1661/13 saylı 24 may 2013-cü il tarixli icra vərəqəsindən görünür ki, İddiaçı cavabdehlər X9, X20, X21, X3, X10 və X11 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, öhdəliklərin icra olunması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə mülki işə Bakı şəhəri, Xətai Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxılaraq, iddia qismən təmin edilmiş, cavabdeh X4 50.000 (əlli min) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulması, tələbin ipoteka qoyulmuş, X20 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13b saylı evin 111 nömrəli mənzilinə yönəldilməsi, X20 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13b saylı evin 111 nömrəli mənzili açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən İddiaçı olan borcun ödənilməsi, qalan məbləğin borcluya qaytarılması, X20 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 13b saylı evin 111 nömrəli mənzili açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində X16, X26, X27, X5, X18 və X17 və onların azyaşlı uşaqları həmin mənzildən çıxarılmaları qət edilmişdir. İşdə olan 14 oktyabr 2019-cu il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin surətindən görünür ki, bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri qaydasında Xətai rayon Məhkəməsinin 2(011)-166113 saylı, 24.05.2013-cü il tarixli icra vərəqəsinin, Xətai rayon İcra və Probasiya Şöbəsinin 17/74-6020/13 saylı, 23.07.2019-cu il tarixli sifariş məktubunun icrasına əsasən bağlanmışdır. Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən: “Daşınar və Daşınmaz Əmlakların Satışı X41” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru G.N.Mustafayeva və (tələbkar) İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə arasında aşağıda göstərilən (mənzil) əmlak barədə 67/06 saylı, 14.10.2019-cu il tarixli protokola əsasən alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1 bəndinə əsasən daşınmaz əmlakın adı: X20 məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsində yerləşən 13b saylı evin 111 saylı mənzili. Müqavilənin 1.3-cü bəndinə əsasən mənzilin qiyməti 35 062,50 (otuz beş min altmış iki man 50 qəpik) manat qeyd edilmişdir. İşdə olan Xətai rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 01.02.2021-ci il tarixli, 101-2529H-3221 saylı məktubdan görünür ki, iddiaçıya ünvan 5 ünvanında halhazırda qeydiyyatda olan vətəndaşlar X13, Əliyev Cəlil Rəhim oğlunun, X14, X2, X7 və X8 göstərilən ünvandan qeydiyyatdan çıxarılmaları ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq müvafiq olaraq məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə sorğu göndərilmiş, sorğuya 19mart 2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, X24, Əliyev Cəlil Rəhim oğlu, X25, X5, X17 və X8 Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ev 13B, 111 saylı mənzilə istifadə hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ev 13B, 111 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məktuba əlavə edilmiş çıxarışın surətindən görünür ki, ünvan 5 İddiaçı adına ********** nömrəsi ilə 26.12.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına diqqət yetirir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İşin hallarından məlum olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1661/13 saylı, 24.05.2013-cü il tarixli icra vərəqəsinin, Xətai rayon İcra və Probasiya Şöbəsinin 17/74-6020/13 saylı, 23.07.2019-cu il tarixli sifariş mətubunun icrasına əsasən hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən “Daşınar və Daşınmaz Əmlakların Satışı X41” MMC-nin direktoru G.N.Mustafayeva və (tələbkar): İddiaçı etibarnamə əsasında nümayəndəsi Nümayəndə arasında sözügedən mənzil barədə 67/06 saylı, 14.10.2019-cu il tarixli protokola əsasən alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1661/13 saylı, 24.05.2013-cü il tarixli icra vərəqəsindən göründüyü kimi, məhkəmə qətnaməsi ilə hazırda 3-cü şəxs qismində cəlb edilmiş şəxslərin sözügedən ünvandan çıxarılması qət edilmişdir. Bundan əlavə, 3-cü şəxslərin iddiaçının mülkiyyətində olan mənzildə hər hansı bir istifadə hüquqları qeydiyyata alınmamışdır. İddiaçı Bakı şəhəri Xətai rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan əsassız olaraq iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir. Hazırkı mübahisədə həqiqətən də şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üçüncü şəxslərin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmalarından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, X24, Əliyev Cəlil Rəhim oğlu, X25, X5, X17 və X18 Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ev 13B, 111 saylı mənzilindən qeydiyyatdan çıxarılma vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində ondayaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 34-cü, 68-ci, 69-cu, 85-ci,10-cu mаddələrini rəhbər tutаrаq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi ev 13B, 111 saylı mənzilindən üçüncü şəxslər X13, Əliyev Cəlil Rəhim oğlunun, X14, X2, X7 və X8 qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilovküçəsi 540-cıməhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-4459/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4459/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver