Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4459/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X7 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – polis zabiti, işləmir), iddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, 26 saylı Vəkil bürosunda vəkil işləyir),cavabdehin nümayəndəsi və vəkili X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası – hüquqşünas, fərdi qaydada fəaliyyət göstərən vəkil) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “məlumat vərəqinin” verilməsi tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona X11 xidmət keçdiyi müddəti nəzərə alaraq, pensiya təyin edilməsi üçün məlumat vərəqinin verilməsi öhdəliyi cavabdehə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə erməni işğalçılarına qarşı, Birinci Qarabağ müharibəsi və sonuncu Vətən müharibəsində iştirak etmişdir. Birinci Qarabağ müharibəsində iştirak etdiyinə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən 13 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası “Qarabağ uğrunda” medalı və 27 mart 2021-ci il tarixində Azərbaycan Respublikası “Qarabağ veteranı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsində, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə 10 noyabr 1997-ci il tarixində ona, 12 nömrəli protokola əsasən “müharibə veteranı” adı və vəsiqəsi vermişdir. Sonuncu 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı iddiaçı könüllü olaraq Milli orduya yollanmışdır və Qarabağın azad edilməsi üçün döyüş əməliyyatlarında iştirak etmişdir. Vətən müharibəsi zamanı Qazilər Taborunun döyüşçüsü kəşfiyyatçı olmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinin 06.04.2021-ci il tarixli 661 saylı arayışına əsasən, iddiaçının könüllü olaraq N saylı hərbi hissənin tərkibində N oktyabr 2020-ci il tarixindən 10 noyabr 2020-ci il tarixinədək hərbi xidmətdə olduğu və Qubadlı rayon istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etdiyi bildirilmişdir. Müharibədən sonra bu il Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi orqanlarında 1992-ci il 25 avqust tarixindən etibarən xidmət etməyə başlamışdır. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Yaşar Əliyevin 16 aprel 2005-ci il tarixində vermiş olduğu 134 nömrəli əmrə əsasən iddiaçı vəzifədə irəli çəkilərək həmin tarixdən etibarən Bakı şəhəri BPİ-nin X19 tağım komandiri vəzifəsindən azad edilib, həmin Alayın bölük komandirinin müavini vəzifəsinə təyin edilmişdir. X11 xidmətə başladıqdan sonra ali hüquqi təhsil almaq məqsədilə Daxili İşlər Nazirliyinin Polis Akademiyasına daxil olmuş, 1993-cü ildən 1997-ci il tarixinədək hüquqşünas ixtisası üzrə təhsil almışdır. Eyni zamanda xidmətdə olduğu zaman dəfələrlə Daxili İşlər Nazirliyinin tərkibində zabit təkmilləşdirmə kurslarında davamlı olaraq iştirak etmişdir. Sonuncu dəfə X12 X4 kursunun Xİİİ mərhələsində 17 fevral 2003cü il tarixindən 13 iyun 2003-cü il tarixinədək olmuşdur. Həmin kursu müvəffəqiyyətlə bitirərək X12 Mərkəzinin rəisi polkovnik-leytenant H.M.Qurbanov tərəfindən diploma layiq görülmüşdür. X11 xidmətini uğurla həyata keçirib və vəzifə borcunu layiqincə yerinə yetirdiyi bir zamanda Azərbaycan Resublikası Daxili İşlər Nazirliyinin 27 may 2005-ci il tarixli əmrinə əsasən X11n xaric edilmişdir. Orqanlardan xaric olunanadək iddiaçının xidmət müddəti 19 il, 04 ay, 19 gün təşkil etmişdir. Təqribi olaraq bir ay öncə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini polis general-mayoru Yaşar Əliyevin 16 aprel 2005-ci il tarixli 134 saylı əmrinə əsasən iddiaçı vəzifədə irəli çəkilməyindən sonra orqanlardan xaric olunmağı barədə əmr verilmişdir. Daxili Nazirliyi iddiaçının X11n ixrac edilmə səbəbini “Azərbaycan Respublikasının X11 xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinin pozulmasını, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etməyi olaraq göstərmişdir. Daxili İşlər Nazirliyi işdən xaric olunmağını 9 may 2005-ci il tarixində Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən Milan adlı kafedə iddiaçının digər dörd nəfər şəxslə birgə narkotik vasitə qəbul etməyi ilə əlaqələndirmişdir. 9 may 2005-ci il tarixində Azərbaycan Respublikasının Ulu X15 doğum günü ilə bağlı gün ərzində tədbirlərdə iştirak edərək, öz xidməti vəzifəni icra edib qurtardıqdan, iş vaxtından sonra axşam saatlarında tanışları X8, X3 və onların tanışları olan iddiaçının isə həmin vaxtadək tanımadığı X9 və X10 ilə birgə Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən Milan adlı kafedə şam yeməyi yemişdir. Həmin vaxtı qəfildən Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onların yemək yediyi otağa daxil olmuş və heç bir əsas göstərmədən, bizə heç bir məlumat vermədən onları Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışdırlar. Onlar buna əsas kimi həmin vaxtı onlar otağa daxil olarkən yerdə kazbek papirosunun gördüklərini göstərmişlər. Həmin vaxt Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları iddiaçının narkotik vasitə istifadə etdiyini və həmçinin üzərində hər hansı bir narkotik vasitənin olmasını aşkar etməmişdirlər. Onların istinad etdiyi sadəcə olaraq yerdə tapılan Kazbek papirosu olmuşdur. Hadisə araşdırılması üçün iddiaçı barədə Daxili İşlər Nazirliyinə onun tabe olduğu quruma məlumat verilmiş və onunla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində araşdırma başlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis generalmayoru Vidadi Rzayev 17 may 2005-ci il tarixində rəy hazırlayaraq, iddiaçının hadisə zamanı marixuana qəbul etdiyini, bu səbəbdən X11n xaric edilməli olduğunu bildirmişdir. İddiaçı ilə bağlı araşdırma obyektiv və ədalətli aparılmamış, təhqiqat zamanı ciddi pozuntulara yol verilmiş və ona qarşı səbəbini hələdə anlaya bilmədiyi qərəzli mövqe nümayiş etdirilmişdir. Çünkü həmin rəyə nəzər salsaq orada qeyd olunur ki, guya ki, iddiaçı fakt araşdırılan zaman qeyri-səmimi mövqe tutmuş və araşdırma zamanı onlara heç bir köməklik göstərməmişdir. Halbuki onlar tərəfidən tələb olunan və lazım bilinən bütün hərəkətlər iddaçı tərəfindən icra olunmuşdur. Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində iddiaçı ilə bağlı araşdırma getdiyi zaman hadisədən bir gün sonra 10 may 2005-ci il tarixində onu Daxili İşlər Nazirliyinin 2 saylı poliklinikasına göndərmişdirlər. Orada iddiaçı ekpress-test üsulu ilə tibbi müayinədən keçirilərkən sidiyinin tərkibində marixuana qrupuna məxsus narkotik vasitə aşkar edildiyi bildirilmiş və 252 saylı akt tərtib edilmişdir. Poliklinikanın gəldiyi həmin nəticə ilə razılaşmayaraq iddiaçı təkrarən bu sahə üzrə ixtisaslaşmış Respublika Narkoloji Dispanserində 13 may 2005-ci il tarixində sidiyindən analiz verdi. Həmin analizdə iddiaçıda hər hansı bir THC (marixuana) aşkar edilmədiyi bildirilmişdir. İddiaçı ilə bağlı təhqiqat materialları Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin baş inspektoru, polis baş leytenantı Vüsal Mirzəyevin icraatında idi. İddiaçı ilə bağlı gedən araşdırma ilə əlaqədar onunla danışmaq və eyni zamanda sonuncu təkrarən Respublika Narkoloji Dispanserində verdiyi analizə dair nəticələri ona təqdim etmək istəsə də, baş inspektor Vüsal Mirzəyev iddiaçı ilə görüşmükdən imtina etmişdir. Daxili İşlər Nazirliyi iddiaçı ilə bağlı X11n xaric olunmağı haqqında qərar qəbul edərkən, narkotik vasitə qəbul etdiyini əsas gətirmişdir. Daxili İşlər Nazirliyinin əməkdaşları hər il mütəmadi olaraq həkim nəzarətindən keçirirlər. Tibbi müayinədə olduğu zaman narkotik vasitələri istifadə edib-eməməyi ilə bağh analiz verirlər. İddiaçı işlədiyi müddət ərzində verdiyi analizlərin heç birində onun orqanizmdə narkotik vasitə aşkar edilməmişdir. Eyni zamanda 9 may 2005-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində baş vermiş həmin hadisə ilə bağlı materiallar toplanılaraq Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin 17 iyun 2005-ci il tarixli qərarıan əsasən, iddiaçı barədə olan cinayət təqibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2 və 85-ci maddələrinə əsasən rədd edilmişdir. Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd edilmişdir ki, hadisədən iki gün sonra 13 may 2005-ci il tarixində Bakı şəhəri Narkoloji dispanserində ilkin yoxlamadan keçərkən iddiaçının qanında hər hansı bir narkotik vasitə müəyyən edilməmişdir. Cinayət işinin rədd edilməsi barədə qərarda həmçinin qeyd edilir ki, narkotik vasitə iddiaçının üzərində və yaxud iddiaçı onu qəbul edərkən deyil, 0,18 qram narkotik vasitə, qurudulmuş marixuana döşəmədə tapılmışdır. İddiaçı narkotik istifadəçisi olmağı və həmin hadisə zamanı yəni 9 may 2005-ci il tarixində kafedə olduğu zaman üzərində narkotik vasitənin olmağı tamamilə iddiaçıya qarşı atılmış bir böhtandır və reallıqla heç bir əlaqəsi yoxdur. Çünki onun narkotika istifadə etməyi və onu qəbul etməyi ilə bağlı araşdırmanın bu qənaətə gəlməsinə səbəb 2 saylı Daxili İşlər Nazirliyinin poliklinikasının sidik analizinə istinad etməyi olmuşdur. Ancaq hadisədən iki gün sonra iddiaçı şəxsən Respublika Narkoloji Dispanserində oranizmda narkotik vasitənin aşkar olunması ilə bağlı təkrar analiz verdiyi zaman analizin cavabında orqanizmda hər hansı bir narkotik vasitənin olmadığı aşkar edilmişdir. Əslində narkotik vasitəni istifadə etməyin faktının müəyyən olunması üçün Daxili İşlər Nazirliyinin 2 saylı poliklinikasının rəyi deyil, Respublika Narkoloji Dispanserinin rəyi mötəbər sübut kimi qəbul edilməlidir. İddiaçı Respublika Narkoloji Dispanserinin vermiş olduğu analizin cavabını onunla bağlı araşdırmanı həyata keçirən Daxili Təhqiqatlar İdarəsinin baş inspektoru Vüsal Mirzəyevə təqdim etmək istəsə də o həmin rəylə tanış olmaqdan imtina etmiş və işin icraatı zamanı iddiaçıya qarşı qərəzli mövqe tutmuşdur. İddiaçının orqanizmində hər hansı bir narkotik vasitənin olması ilə bağlı iki dənə analiz cavabı olduğundan, onlardan biri Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsinin lazım bildiyi və analiz verdiyi, Daxili İşlər Nazirliyinin 2 saylı poliklinikasının və özünün könüllü olaraq müraciət edərək analiz verdiyi Azərbaycan Respublikası Narkoloji Dispanserinin iki fərqli rəyləri olduğundan həmin məsələni araşdırmaq üçün sorğular vermişdir. Belə ki, 5 oktyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İsmayıllı rayonu Hüquq Məsləhətxanasının müdiri N.N.Abbasov Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin baş həkimi H.S.Sadıxova 62 saylı sorğu ünvanlamış və orada şəxsin narkotik maddəni qəbul etdiyi gündən sonra sidikdə THC və qanda narkotik maddə qəbul edilərsə onun izlərinin hansı müddət ərzində qala biləcəyi barədə məlumat verilməsi istənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserinin baş həkimi K.M.Vəliyeva İsamayıllı rayonu Hüquq məsləhətxanasının sorğusuna 6 oktyabr 2006-cı il tarixli 19/51-1144 saylı məktubla cavab bildirmişdir. Baş həkimin verdiyi cavabda, orqanizmin bioloji mayelərində (sidikdə) THC qəbul edildiyi gündən bir həftə ərzində, maksimal müddət isə 15 gün ərzində qaldığı bildirilir. Bu müddətin orqanizmin öz daxili xüsusiyyətlərindən asılı olaraq dəyişə biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Narkoloji Dispanserinin vermiş olduğu cavaba əsasən iddiaçı deyə bilər ki, əgər o, 9 may 2005-ci il tarixində saat 10.00 radələrində Daxili Təhqiqatlar İdarəsinin araşdırmasının rəyində qeyd olunduğu kimi, narkotik vasitə, marixuana qəbul etmişdirsə, o zaman hadisədən üç gün sonra 13 may 2005-ci il tarixində Respublika Narkoloji Dispanserində vermiş olduğum analizin cavabında narkotik vasitənin istifadəçisi olduğu müəyyən edilməli idi. Çünki Respublika Narkoloji Dispanserinin 06.10.2006-cı il tarixli 19/51-1144 saylı məktubunda narkotik vasitə (THC) qəbul edildikdən sonra minimum bir həftə ərzində qaldığı, maksimum isə 15 gün ərzində qaldığı bildirilmişdir. Halbuki iddiaçı ikinci analizi hadisədən sadəcə 3 gün sonra Respublika Narkoloji Dispanserində vermişdir. Analizin cavabı isə neqativ olmuşdur, yəni iddiaçının orqanizmində hər hansı bir narkotik vasitə (THC) tapılmamışdır. X11 öz xidmətini düzgün, şərəflə yerinə yetirmiş, vətən qarşısında öz borcunu yerinə yetirən bir vətəndaş kimi ona qarşı edilən haqsızlıqlar, hüquqlarının pozulması, ona qarşı qeyri-obyektiv qərar alınmasına qarşı uzun illər ərzində dövlət orqanlarına, Nazirliyə, rəhbər şəxslərə müraciət etsə də, bunların heç biri nəticə verməmişdir. Sonuncu dəfə vaxtilə işləmiş olduğu Daxili İşlər Nazirliyi və yuxarı orqanlara müraciət etdikdən sonra 1 may 2021-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Təhqiqatlar İdarəsindən, idarənin rəisi Elman Qasımov tərəfindən 023-268872-3221 saylı məktubla cavab göndərilmişdir. Həmin məktubda iddiaçının builki və əvvəlki illədə göndərmiş olduğu çoxsaylı müraciətlərə baxılmış və Bakı şəhər Baş Polis İdarəsinin X19 bölük komandiri vəzifəsində işləyərkən ciddi nöqsanlara yol verdiyi üçün X11n xaric edildiyi qeyd edilmişdir. Məktubda iddiaçının X11 təkrar xidmətə bərpa olunmağına nazirliyin rəhbərliyi tərəfindən icazə verilmədiyi bildirilmişdir. Eyni zamanda dəfələrlə pensiya təminatının Nazirlik tərəfindən təmin edilməsini istəsə də hər dəfəsində rədd edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən təqdim edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maliyyə-Plan İdarəsinin 31.01.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, DİN-in Baş Kadrlar İdarəsinin verdiyi məlumata əsasən İddiaçı DİO-da xidmət müddəti təqvimi hesablama ilə 14 il, 8 ay, 7 gün, imtiyazlı hesablama ilə 19 il, 4 ay, 1 gün təşkil etmişdir. Sabiq əməkdaşın tərxis olunduğu 27.05.2005-ci il tarixinə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular malik idilər. DİO-da xidmət müddəti təqvimi hesablama ilə 14 il, 8 ay, 7 gün, imtiyazlı hesablama ilə 19 il, 4 ay, 1 gün təşkil etdiyi baxımından pensiya hüququ yaranmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X5 çıxış edərək məlumat vərəqinin göndərilməsi üçün vətəndaşın 25 il xidməti və 20 il təqvim ili olmaması səbəbindən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının, iddiaçının vəkilinin, cavabdehin vəkilinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İddiaçı iddia tələbini təsdiq edən sübut qismində AA******* nömrəli şəxsiyyət vəsiqəsinin, ******* nömrəli əmək kitabçasının, 0815 nömrəli DİN Polis Akademiyasının diplomun, 374 nömrəli X14 Təkmilləşdirmə kursunun diplomunun, Azərbaycan Respublikası Qarabağ Uğrunda medalına dair vəsiqənin, Azərbaycan Respublikası Qarabağ Veteranı medalına dair vəsiqənin, Azərbaycan Respublikası Şəhid Ailələri Əlillər və X1 İctimai Birliyin Baş İdarəsinin 15134 nömrəli, 13 sentyabr 2021-ci il tarixli məktubunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 23/559 nömrəli, 11.05.2006cı il tarixli məktubun, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsinin 661 nömrəli, 06.04.2021-ci il tarixli məktubun, Bakı şəhər BPİ-nin 16 aprel 2005-ci il tarixli 134 ş\h nömrəli əmrindən çıxarışın, Azərbaycan Respublikası DİN-nin 18 may 2005-ci il tarixli 196 nömrəli əmrindən çıxarışın, Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin 17 iyun 2005-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın, Respublika Narkoloji Dispanserin 13.05.2005-ci il tarixli analiz cavabının, İsmayıllı rayonunun Hüquq məsləhətxanasının 05.10.2006-cı il tarixli sorğunun, Respublika Narkoloji Dispanserin 06.10.2006-cı il tarixli məktubun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin 01.05.2021-ci il tarixli məktubun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin 09 avqust 2021-ci il tarixli və 29 yanvar 2022-ci il tarixli məktubların surətləri və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilən şəxslərin siyahısı məhkəməyə təqdim etmişdir. Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1971-ci ildir, iddiaçı 1993-cü ildən 1997-ci ilə qədər ali təhsil almışdır, 25.08.1992-ci ildən 27.05.2005-ci ilə qədər X11 xidmət etmişdir (təqvimi hesablama ilə - 14 il, 08 ay, 07 gün, imtiyazlı hesablama ilə - 19 il, 04 ay, 10 gün), 28.08.2017-ci ildən "xxxx" MTK-nin sədri vəzifəsində işləyir. 1-ci Qarabağ Müharibəsi və 2ci Qarabağ adlanan Vətən Müharibəsi könüllü iştirakçısı olmuşdur. İddiaçı xidmət illəri nəzərə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xətti ilə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də cavabdeh ona imtina cavabı vermiş, imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının qanunvericiliklə müəyyən edilmiş 20 il xidmət müddəti yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.3 maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 9.5-ci maddəsində (“Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı) göstərilmişdir ki, aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular. İddiaçının tərxis olunduğu 27.05.2005-ci il tarixinə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular malikdirlər. İddiaçının tərxis olunduğu 27.05.2005-ci il tarixinə qüvvədə olmuş Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının X11 xidmət keçmə haqqında Əsasnamə”nin 144-cü bəndinin redaksiyasına əsasən xidmət illərinə görə pensiya hüququna, xidmətdən buraxılanadək 25 il və daha çox xidmət etmiş əməkdaşlar malikdirlər (imtiyazlı hesablama ilə). İddiaçı imtiyazlı hesablama ilə 19 il, 04 ay, 01 gün xidmət müddətinin olmasına baxmayaraq xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehdən məlumat vərəqənin verilməsini tələb edir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçının X11 xidmət müddəti qanunvericiliklə nəzərdə tutulmuş müddətdən az olduğundan (19 il, 4 ay, 1 gün) pensiya hüququ yaranmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.2-ci maddəsinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımı qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, məhkəmədə aparılan araşdırma zamanı cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı bir qanunssuzluğa yol verilməsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulması halına yol verilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ona X11 xidmət keçdiyi müddəti nəzərə alaraq, pensiya təyin edilməsi üçün məlumat vərəqinin verilməsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 68, 69, 73, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ona X11 xidmət keçdiyi müddəti nəzərə alaraq, pensiya təyin edilməsi üçün məlumat vərəqinin verilməsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə iddia tələbi rədd edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4459/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4459/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver