Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4459/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı «piket keçirilməsinə şərait yaradılması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı «piket keçirilməsinə şərait yaradılması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki,İddiaçı Bakıda yaşayan və fəaliyyət göstərən, aktiv ictimai fəaliyyətlə məşğul olan hüquqşünasdır. İddiaçı və bir qrup hüquqşünas Gürcüstan Respublikasının Azərbaycandakı Səfirliyinə müraciət edərək səfirlə görüşmək istədiklərini bildirmişlər. Görüşdə əsas məqsəd Gürcüstan Respublikasının sabiq X1 səhhətinin pisləşməsi ilə bağlı olmuşdur. X2 əsl demokratik cəmiyyət qurmaqla bərabər, həm də Azərbaycanın xalqının yaxın dostu idi. Hesab olunur ki, Rusiya yönümlü Gürcüstan hakimiyyəti əsassız ittihamlarla M.Saakaşvilini həbsdə saxlayır, sağlamlığının qayğısına qalmır. Təəssüf ki, onların 10 iyul 2023-cü il tarixli müraciətinə Gürcüstan Səfirliyi tərəfindən yazılı cavab verilməmişdir. Səfirliyin əməkdaşı şifahi olaraq bildirmişdir ki, bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyindən məlumat ala bilərsiniz, baxmayaraq ki, bu məsələnin Azərbaycan Səfirliyinə heç bir aidiyyəti yoxdur. Səfirliyin rəhbərliyindən cavab alınmadığına görə 12 oktyabr 2023-cü il tarixdə Bakı ŞİH-ə müraciət edilərək Gürcüstan Səfirliyi qarşısında piket keçirilməsi üçün lazımı şərait yaradılması xahiş olunmuşdur. Müraciətdə qeyd edilir ki, bir qrup müstəqil hüquqşünaslar M.Saakaşvilinin həbsini qətiyyətlə pisləyir və Azərbaycan Respublikası Konstitusiyasının 47 və 49-cu maddələri ilə nəzərdə tutulan və «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikasının Qanununun 1-5-ci və digər müvafiq maddələrində verilmiş hüquqlardan istifadə etməklə 23 oktyabr 2023-cü il tarixdə saat 12-00-dan 13:00-dək ünvan 1 ünvanında yerləşən Gürcüstan Respublikasının Azərbaycandakı Səfirliyi qarşısında, 50 metr məsafədə müvafiq şüarlarla etiraz piketi keçirilməsini planlaşdırırlar. Etiraz piketində 50 nəfərin iştirak edəcəyi nəzərdə tutulur. Bu barədə ŞİH-ə məlumat verməklə piketin keçirilməsi üçün lazımı şərait yaradılması və təhlükəsizliyin təmin edilməsi xahiş olunur. Etiraz piketinin keçirilməsini zəruri edən halların yaranmasına dair fikirlər həm də onunla əsaslandırılır ki, sabiq prezident M.Saakaşvili Azərbaycan dövlətinin əsl dostu idi, beynəlxalq səviyyədə Azərbaycanın haqq işini daim müdafiə edirdi. Azərbaycan cəmiyyətində M.Saakaşvilinin həbsi və sağlamlıq durumu insanlarda ciddi narahatçılıqlar yaratmışdır. Ümid edilir ki, «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə müvafiq olaraq aksiyanın keçirilməsinə ən azı 3 gün qalmış müraciətimizə müsbət cavab veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının, «Sərbəst toplaşmaq azadlığı haqqında» və «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası qanunlarının tələblərinə müvafiq olaraq, keçirilməsi planlaşdırılan piketlə bağlı ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatlandırılması, piketin məqsəd və məramlarının əhaliyə çatdırılması üçün Bakı şəhərində təbliğat və təşviqat işləri aparılmasına razılıq verilməsi xahiş olunur. Cavabdeh Bakı ŞİH onların sərbəst toplaşmaq hüququnu pozmuş, piketin keçirilməsini razılıq verməmişdir. Cavabdeh 18 oktyabr 2023-cü il tarixdə iddiaçıya aşağıdakı məzmunda əsassız cavab göndərmişdir: Piket keçirilməsi ilə bağlı Bakı ŞİH-ə daxil olmuş müraciətə baxılmışdır. Toplantı keçirilməsi haqqında müraciət «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1 hissəsinin tələbinə cavab vermir. Göstərilənlərə, eyni zamanda «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1 hissəsinə əsasən 23 oktyabr 2023-cü il tarixdə Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin binası qarşısında planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab edilmir. Cavabdehin bu cavabı şablon xarakteri daşıyır, onların sərbəst toplaşmaq hüququnu pozur və heç bir qanuna əsaslanmır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 25, 49-cu maddələrinə, «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinə, İPM-in 2, 32, 38-ci maddələrinə əsaslanaraq, iddiaçının piket keçirməsi üçün qanuni şərait yaradılması öhdəliyinin cavabdeh Bakı ŞİH-in üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iş materiallarına tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİ və İİİ hissələrinə görə hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı vardır. Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır. «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür. Həmin Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır. Həmin Qanunun 6-cı maddəsinin İ hissəsinə əsasən yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Həmin maddənin İİ hissəsinə görə bu maddənin İ hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır. Həmin maddənin İİİ hissəsinə görə bu maddənin İ hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır. Həmin maddənin İV hissəsinə görə sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. İş materiallarından görünür ki, hazırkı iddiaçı (İddiaçı) cavabdeh Bakı ŞİH-ə 12 oktyabr 2023-cü il tarixli müraciət ünvanlayaraq, Azərbaycan Respublikası Konstitusiyasının, «Sərbəst toplaşmaq azadlığı haqqında» və «Kütləvi informasiya vasitələri haqqında» Azərbaycan Respublikası qanunlarının tələblərinə müvafiq olaraq, 23 oktyabr 2023-cü il tarixdə saat 12:00-dan 13:00-dək ünvan 3 ünvanında Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin qarşısında keçirilməsi planlaşdırılan piketlə bağlı Sədirliyin məlumatlandırılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı ŞİH başçısı aparatının İddiaçı ünvanlanmış 18 oktyabr 2023-cü il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, piket keçirilməsi haqqında Bakı ŞİH-ə daxil olmuş müraciətə baxılmışdır. Toplantı keçirilməsi haqqında müraciətlər «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin İ hissəsinin tələbinə cavab vermir. Göstərilənlərə, eyni zamanda «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə əsasən 23 oktyabr 2023-cü il tarixdə Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin binası qarşısında planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab edilmir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında aşağıdfakılar qeyd olunmuşdur: - (1.1 – 1.4) Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir; - (2.1 – 2.3) Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - (8.6) İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. - (9) Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı inzibati orqan Bakı ŞİH-ə ünvanlanmış müraciətində və iddia ərizəsində piketin 23 oktyabr 2023-cü il tarixdə keçirilməsini arzuladığını bildirsə də, “öhdəliyin icrası haqqında” iddia irəli sürülən hazırkı iddia ərizəsini məhkəməyə 2023cü ilin dekabr ayında təqdim etmişdir. Məhkəmənin qənaətinə görə hazırkı iddia ilə iddiaçının arzuladığı məqsədə çatması mümkünsüzdür. Gələcəkdə yeni müraciət üzrə cavabdeh inzibati orqan onu qane etməyən münasibət bildirərsə, müvafiq iddia növündə mübahisə məhkəmə müstəvisinə çıxa bilər. Bundan başqa, məhkəmə diqqətə çəkir ki, həm Bakı ŞİH-ə müraciətdə, həm də iddia ərizəsində müvafiq tarixdə planlaşdırılan piketdə 50 nəfərin iştirakının nəzərdə tutulduğu bildirilir, lakin ŞİH-ə müraciət yalnız bir şəxs – hazırkı iddiaçı tərəfindən imzalanmış, həmçinin iddianı da təkcə hazırkı iddiaçı qaldırılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia qaldırarkən özündən əlavə digər şəxsləri (49 nəfər) bu məsələdə təmsil edə bilməz. Bununla da məhkəmə belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4459/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4459/2024
13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver