Məhkəmə qərarları › İş №2-1(112)-446/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-446/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-446/2021 29.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işsiz) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan kinti kooperativinin tərkibində 0,12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin mərhum həyat yoldaşı X5 məxsus olması barədə arayışın(çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiası üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan kinti kooperativinin tərkibində 0,12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin mərhum həyat yoldaşı X5 məxsus olması barədə arayışın(çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 saylı işi üzrə qəbul etdiyi 23 fevral 2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İş üzrə iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərardadından apellyasiya şikayəti təqdim edərək, qeyd edilən qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1421/2021 saylı işi üzrə qəbul etdiyi 22.06.2021-ci il tarixli qərardadı ilə, İddiaçı apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sovet İcraiyyə Komitəsinin 14.06.1988-ci il tarixli, 6/333 saylı və Azərbaycan SSR Nazirlər Kabinetinin 02.06.1988-ci il tarixli, 195 saylı qətnaməsinə, habelə Bağlar Təsərrüfat İdarəsinin 46 saylı orderinə əsasən iddiaçının həyat yoldaşı Rəfiqə Hüseynovaya Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 142 saylı bağ tikinti kooperativinin tərkibində 0.12 ha-dan ibarət 2233 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi onlara verildiyi vaxtdan fasiləsiz olaraq həmin bağdan istifadə etmişlər. Orada ağaclar əkmişlər, sahəsi 26 kv.metrdən ibarət olan 1 otaqlı ev tikdirmişlər. Evin içərisində bütün ev əşyaları var idi. Bağa hərbi maşın kuzovu gətirib qoymuş, onun içərisində müxtəlif təsərrüfat alətləri olmuşdur. İddiaçı yay aylarında ailəsi ilə birlikdə həmin bağ sahəsinə gedib istirahət edirdi. Həyat yoldaşı 26.03.1996-cı ildə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra bağ sahəsinə iddiaçı sahiblik edirdi. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsini rəhbər tutaraq qeyd edilən torpaq sahəsinə dair hüququn mərhum həyat yoldaşına məxsus olması barədə arayışın və bu barədə müvafiq sənədlərin surətlərin verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh orqan tərəfindən 02 dekabr 2019-cu il tarixli məktubla ona imtina məktubu verilmiş və qeyd edilmişdir ki, sənəd surətləri məhkəmə qərarına əsasən verilə bilər. Göründüyü kimi, müraciətinin ilkin hissəsi, yəni torpaq sahəsinə hüququn mərhum həyat yoldaşına məxsus olması barədə arayışın verilməsi ilə bağlı hissəsinin cavabdeh inzibati orqan tərəfindən cavablandırılmamış, cavabdeh dolayısı yolla həmin hissəsinin cavablandırılmasından yayınmışdır. O, çıxarışın verilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-67/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 18 dekabr 2018ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-67/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərardadında qeyd edilmişdir ki, iddiaçı əvvəlcə müvafiq bağ sahəsinə dair mərhum həyat yoldaşının mülkiyyət hüququnun təsdiq edən arayışın verilməsi barədə cavadehə müraciət etməlidir. Həmin arayış əsasında bağ sahəsini vərəsəlik hüququnu təsdiq edən sənədlər ilə öz adına rəsmiləşdirə bilər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, tərəfinizdən göstərilən sahə digər fiziki şəxsin ( **********71 ) reyestr nömrəsi ilə X8) adına Daşınmaz əmlakın dövlət reyestrdən qeydiyyatdan keçmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa 01.03.2019-cu il tarixli, **********69 saylı cavab məktubu ünvanlanmışdır. Daha sonra iddiaçı X3 surətlərin verilməsi ilə bağlı İdarəyə müraciət etmişdir. Bakı şəhəri İcraiyyə Komitəsinin 01,06.1992-ci il tarixli 795 nömrəli qərarına əsasən 241 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 2233 nömrəli bağ sahəsi X6 ayrılmışdır və 46 nömrəli order verilmişdir. Sənəd surətləri müvafiq məhkəmə qərarına əsasən verilə bilər. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa 11.04.2019-cu il tarixli, **********47 saylı cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq, sözügedən torpaq sahəsi Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilən 04 nömrəli order əsasında X7 adına ilkin qeydiyyatdan keçmişdir. Daha sonra X14 tərədindən X1 və alqısatqı müqaviləsi əsasında X9 adına qeydiyyata alınmışdır. X15 tərəfindən alqı-satqı müqavilə əsasında X2 14.04.2015-ci il tarixində qeydiyyata alınmışdır. Bundan başqa, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 0,1178 ha torpaq sahəsindən ibarət olan 2232 saylı bağ sahəsinin yerinin sürüşdürülməsi və həmin bağ sahəsinin koordinatlarının dəyişdirilərək 2233 saylı bağ sahəsinin üzərində otuzdurulması barədə İdarənin hərəkətlərinin qanunsuz hesab edilməsi, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 0,1178 ha torpaq sahəsindən ibarət olan 2232 saylı bağ sahəsinə dair X9 adına verilmiş 14.03.2013cü il tarixli, seriya RX ******* saylı çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün qanunsuz hesab edilərək ləğv edilməsi, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindən ibarət olan 2233 saylı bağ sahəsinin həqiqi yerinin müəyyən olunaraq ona yerində təhvil verilməsi və həmin bağ sahəsinə dair mərhum arvadı X4 adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin İdarənin üzərinə qoyulması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında 2-1(82)-67/2018 saylı işi olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-67/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qərarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və çıxarışın verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2892/2018 saylı 18.12.2018-ci il tarixli qərarına əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-67/2018 saylı 27.09.2018-ci il qərarının ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasinin Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Baki Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 0,1178 ha torpaq sahəsindən ibarət olan 2232 saylı bağ sahəsinin yerinin sürüşdürülməsi və həmin bağ sahəsinin koordinatlarının dəyişdirilərək 2233 saylı bağ sahəsinin üzərində otuzdurulması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindən ibarət olan 2233 saylı bağ sahəsinin həqiqi yerinin müəyyən olunaraq ona yerində təhvil verilməsi və həmin bağ sahəsinə dair mərhum arvadı X4 adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmaması Qərara alınmışdır. Cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda İddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 02.12.2019-cu il tarixli, **********34 nömrəli məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 01.06.1992-ci il tarixli, 795 nömrəli qərarına əsasən 241 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhər, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 2233 nömrəli bağ sahəsi X6 verilmişdir; qeyd edilən sənəd surətləri məhkəmə qərarı əsasında verilə bilər. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı məktuba əsasən, ünvan kinti kooperativinin tərkibində 0,12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin mərhum həyat yoldaşı X5 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Ləhiş bağlar sahəsindəki 241 nömrəli kooperativinin 46 nömrəli orderinə əsasən, X6, Bakı şəhər icraiyyə komitəsinin 01 iyul 1992-ci il tarixli, 795 nömrəli qərarına əsasən ona Ləhiş bağlar sahəsində 241 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2233 nömrəli bağ ayrılmışdır. Bakı şəhər 15 saylı xüsusi notariat kontorunun 20 dekabr 2018-ci il tarixli, 844 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı məktuba əsasən bildirilmişdir ki, 26 mart 1996-cı il tarixdə X4 ölümü ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında 09 sentyabr 2012-ci il tarixdə tərəflərindən vərəsəlik işi açılmışdır. 241 nömrəli kooperativin 46 nömrəli orderinə əsasən miras qoyan X4 adına olan Bakı şəhəri, Ləhiş bağ sahəsində 0.12 ha torpaq sahəsinin özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz etmirlər. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 12.02.2019-cu il tarixli, H-6-112 nömrəli arxiv arayışına əsasən göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının arxiv sənədləri arasında 01.06.1992-ci il tarixli, 795 saylı sərəncamından çıxarış: Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan CCR Nazirlər Kabinetinin 02 iyun 1988-ci il, 195 nömrəli Qətnaməsinə əsasən; aşağıdakı vətəndaşlara fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılsın; 46- X10. 474943 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X10 28.03.1996-cı ildə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 11.04.2019-cu il tarixli, **********47 saylı məktuba əsasən bildirilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin 01.06.1992-ci il tarixli 795 nömrəli qərarına əsasən 241 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 2233 nömrəli bağ sahəsi X6 ayrılmışdır və 46 nömrəli order verilmişdir. Sənədlərin surətləri müvafiq məhkəmə qərarına əsasən verilə bilər. Məhkəmə sorğusu əsasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 31.08.2020-ci il tarixli, **********00 nömrəli sorğuya cavab məktubu ilə, X8 Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən torpaq sahəsinin (**********71 reyestr nömrəsi ilə) dövlət qeydiyyatına alınmasına əsas olmuş sənədlər (order, torpaq sahəsinin plan və ölçüsü, ******* nömrəli çıxarış, ******* nömrəli alqı-satqı müqaviləsi,0490338 nömrəli alqı-satqı müqaviləsi) məhkəməyə təqdim etmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı İnzibati Məhkəməsinə 15.01.2021-ci il tarixli, **********16 nömrəli sorğuya cavab məktubuna əsasən bildirilmişdir ki, bağ sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Vətəndaşın 2233 saylı bağ sahəsi kimi iddia etdiyi hasar daxilində olan bağ sahəsinin nömrəsi 2232dir. Həmin 2232 saylı bağ sahəsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi İdarəsinin tərtib etdiyi kadastr planı əsasında bölgü sxeminə uyğun olaraq digər fiziki şəxsin adına qeydiyyatdan keçmişdir (x=411450, y=4491315). Vətəndaşa İdarəsinin elektron kadastr baza məlumatlarına istinadən 2233 saylı bağ sahəsinin naturada yerləşdiyi ərazinin yeri və döngə nöqtələri göstərildi, sərhədlənmə işlərinin aparılması tövsiyyə olundu. Vətəndaş ona göstərilən ərazi ilə razılaşmadı və qeydiyyatdan keçmiş 2232 saylı bağ sahəsinin yerləşdiyi ərazinin ona aid olan 2233 saylı bağ sahəsinin ərazisi olduğu iddiasında qaldı. Həmçinin, İdarənin arxiv məlumatlarına əsasən Bakı şəhəri İcraiyyə Komitəsinin 01.06.1992-ci il tarixli 795 nömrəli qərarına əsasən 241 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 2233 nömrəli bağ sahəsi X6 ayrılmışdır və 46 nömrəli order verilmiş. Arxiv qovluqları təyin edilmiş vaxtda məhkəmədə iştirak edəcək nümayəndə tərəfindən təqdim olunacaqdır. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanısahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-ci maddəsində göstərilmişdir:” Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;” Həmin Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər; Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” təlimatın 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. İddiaçının arvadı vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyi üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinin üzərində vəfat etmiş arvadı X4 adına arayış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ mövcuddur. Eyni zamanda iddiaçının arvadı olmuş X4 mübahisəli bağın torpaq sahəsi üzrə hüquqları Azərbaycan Respublikası Bakı şəhər icraiyyə komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin iş materiallarında olan orderi ilə təsdiqlənir və cavabdeh həmin orderin mötəbərsizliyini məhkəmədə sübuta yetirə bilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş materiallarından göründüyü kimi cavabdehin etirazında göstərilən əsasların heç biri də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı “ünvan kinti kooperativinin tərkibində 0,12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin mərhum həyat yoldaşı X5 məxsus olması barədə arayışın(çıxarışın) verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə-vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 68-ci,85-ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı “ünvan kinti kooperativinin tərkibində 0,12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin mərhum həyat yoldaşı X5 məxsus olması barədə arayışın(çıxarışın) verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar