Məhkəmə qərarları › İş №2-1(112)-446/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-446/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-446/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi X11, üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (üçüncü şəxs X8 olmaqla) “cavabdehin 19 sentyabr 1995-ci il tarixli 247/30 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehə qarşı “cavabdehin 19 sentyabr 1995-ci il tarixli 247/30 saylı sərəncamının ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi Dövlət Mənzil Fonduna aid olmaqla 1979-cu ildə iddiaçının ailəsinə verilmişdir. Mənzil verilən gündən ailə üzvləri ilə orada yaşamış, həmin mənzildən hərbi xidmətə getmiş və qayıtdıqdan sonra da orada yaşamağı davam etdirməklə 1979-cu ildə pasport qeydiyyatına düşmüşdür. 1994-cü ildə ailə həyatı qurmuş və həyat yoldaş X12 həmin mənzildə yaşamağa başlamışdır. 1995-ci ildə oğlu X10 həmin mənzildə anadan olmuşdur. Mənzilin icarədarı olan anası X3 həyat yoldaşının mənzilə pasport qeydiyyatına düşməsinə razılıq verməmişdir. İddiaçı da münasibətlərini pozmamaq üçün mənzil özəlləşdirilənə qədər gözləməyi qərara almışdır. Dövlət mənzil fondunda olan mənzillərin özəlləşdirilməsi başladıqdan sonra dəfələrlə anasına müraciət etmişdir ki, gəl gedək mənzilii özəlləşdirək. Anası isə hər dəfə təklifi ilə razılaşmamış, gözləməyi məsləhət görmüşdür. 2020-ci ilin sentyabr ayında həyat yoldaşı Lalə Əliyeva və oğlu mənzilə istifadə hüququnun tanınması barədə məhkəmədə iddia qaldırmışlar. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3634/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Məhkəmə prosesində məlum olmuşdur ki, Cavabdeh Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi 7A saylı evin 49 saylı mənzilinin əvəzsiz olaraq şəxsi mülkiyyət kimi X2 verilməsi qərara alınmışdır. Cavabdeh Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli sərəncamı əsasında göstərilən mənzil 1995-ci ildə anası X1 adına özəlləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə onun adına qeydiyyata alınmışdır. Mülkiyyətçi hüququndan sui-istifadə edən cavabdeh hazırda məhkəmədə iddiaçıya qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə iddia qaldırmışdır. Cavabdeh Başçısının 247/30 saylı, 19 sentyabr 1995ci il tarixli sərəncamı ilə onun razılığı olmadan göstərilən mənzilin əvəzsiz olaraq şəxsi mülkiyyət kimi Ə.Seyidquliyevaya verilməsi qərara alınmışdır. Bununla da göstərilən sərəncamın qəbul edilməsi nəticəsində onun hüququ pozulmuşdur. Belə ki, Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanuna əsasən mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilən şəxslərin razılığı ilə həyata keçirilir və həm də adı mənzil kirayə müqaviləsində göstərilən şəxslər mənzili bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə ala bilərlər. Cavabdeh Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli sərəncamının qəbul edilməsindən və bunun əsasında mənzilin özəlləşdirilməsindən iddiaçı məlumatsız olmuşdur. Belə ki, sərəncamın qəbul edilməsi və bunun əsasında mənzil özəlləşdirilərkən onun razılığı olmamışdır. O, mənzilin özəlləşdirilməsinə dair razılıq ərizəsi verməmişdir. Mənzilin özəlləşdirilibözəlləşdirilməməsi barədə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş xx.xx.2020-ci il tarixli, 241 saylı vəkil sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilir ki, sorğunuza cavab olaraq bildiririk ki, Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi ev 7A, 49 saylı mənzil X1 adına xx.xx.1995-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən mənzilə dair razılıq ərizələri arxiv qovluğunda aşkar edilməmişdir. Özəlləşdirməyə razılıq vermədiyinə görə Cavabdeh Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli sərəncamının ləğv edilməsi ilə bağlı Cavabdehə ərizə ilə müraciət etmişdir. Ərizəyə cavab olaraq cavabdehin göndərdiyi 30 avqust 2021-ci il tarixli məktubda göstərilir ki, Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununa əsasən vətəndaşların yaşadıqları dövlət və ya ictimai mənzil fondu mənzillərin onların əvəzsiz mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan mənzilin kirayəçisi ilə kirayə alan arasında bağlanmış müqavilə əsasənda mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması üçün həmin mənzildə kirayəçi ilə birlikdə yaşayan və həddi-buluq yaşlı bütün ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş ərizələri Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə (hazırda Bakı şəhər Ərazi İdarəsinə) təqdim edilirdi. Qeyd edilənlərə əlaqədar, mənzilin özəlləşdiirilməsinə dair razılıq ərizənizin olubolmaması ilə bağlı hüquq münasibətlərinizin həmin qurumla araşdırılması tövsiyə olunur. Cavabdeh orqanın mənzilin özəlləşdiirilməsinə dair razılıq ərizəsinin olub-olmaması ilə bağlı hüquq münasibətlərinin həmin qurumla araşdırılmasına istinad etməsi, yəni mənzilin özəlləşdirilməsi zamanı razılıq ərizəsinin yalnız Ərazi İdarəsinə verilməli olmasına istinad etməsi əsassızdır və həmin məktub inzibati orqanın müraciətə imtinası kimi qiymətləndirilməlidir. Göstərilən xüsusata əsasən, Cavabdeh Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli sərəncamı ilə göstərilən mənzilin əvəzsiz olaraq şəxsi mülkiyyət kimi yalnız Ə.Seyidquliyevaya verilməsi qərara alındığı halda, iddiaçının mənzilin özəlləşdirilməsi ilə bağlı Ərazi İdarəsinə mənzilin ümumi (paylı, birgə) mülkiyyətinə verilməsinə dair ərizəsi olduğu halda belə, mənzilin ümumi (paylı, birgə) mülkiyyətə verilməsi mümkün deyildir. Ona görə ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olmuş Cavabdeh Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli sərəncamı ilə mənzilin əvəzsiz olaraq şəxsi mülkiyyət kimi yalnız Ə.Seyidquliyevaya verilməsi qərara alınmışdır. Göstərilənlərə əsasən, Cavabdehin mənzilin kirayəçisi ilə kirayə alan arasında bağlanmış müqavilə əsasında mənzil üzrə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması üçiin həmin mənzildə kirayəçi ilə birlikdə yaşayan və həddi-buluq yaşlı bütün ailə üzvlərinin notarial qaydada təsdiq edilmiş ərizələrinin Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə (hazırda Bakı şəhər Ərazi idarəsinə) təqdim edilməsinə və qeyd edilənlərə əlaqədar, mənzilin özəlləşdirilməsinə dair razılıq ərizəsinin olub-olmaması ilə bağlı hüquq münasibətlərinin həmin qurumla araşdırılmasının tövsiyə edilərək, Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi 7A saylı evin 49 saylı mənzilin əvəzsiz olaraq şəxsi mülkiyyət kimi Ə.Seyidquliyevaya verilməsinə dair Cavabdeh Başçısının 247/30 saylı, 19 sentyabr 1995-ci il tarixli sərəncamının ləğv edilməsindən imtina etməsi əsassızdır. Eyni zamanda mənzil özəlləşdirilən vaxtda ailəli olmuş və həmin vaxtda həyat yoldaşı faktiki olaraq mənzildə yaşayıb və bir uşağı da dünyaya gəlmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X19 küçəsi 7A saylı evin 49 saylı mənzilində 1979-cu ildən rəsmi qeydiyyatda olmaqla yaşadığından, həmin mənzilə istifadə hüququna malik olduğundan, mənzilə dair sərəncamın qəbul edilməsi və mənzilin özəlləşdirilməsi zamanı onun razılığı tələb olunmalı idi. Ancaq bu barədə ondan razılıq alınmamışdır. Odur ki, göstərilən sərəncamın qəbul ediliməsi nəticəsində iddiaçının hüququ pozulduğundan və onun tələbi əsasında cavabdeh orqan tərəfindən göstərilən sərəncamın ləğv olunmasından imtina edildiyindən, həmin sərəncam onun tələbi əsasında məhkəmə qaydasında ləğv olunmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair münasibətini onunla əsaslandırmışdır ki, istənilən halda iddia tələbi heç bir şəkildə təmin edilə bilməz, çünki iddiaçı qanunla müəyyən olunmuş iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, iddiaçının xx.xx.2021-ci il tarixli iddia ərizəsinin məzmunundan görünür ki, 2020-ci ildə Nərimanov Rayon Məhkəməsində “mənzilə istifadə hüququnun tanınmasına dair” 2(005)-3634/2020 nömrəli məhkəmə icraatı aparılan mülki iş üzrə məhkəmə prosesi zamanı iddiaçı Cavabdeh başçısının 19 sentyabr 1995-ci il tarixli, 247/30 saylı sərəncamı barədə artıq məlumatlı olmuşdur. Sözügedən məhkəmə işi üzrə birinci instansiya məhkəməsinin qərarının tarixini əsas götürsək belə (xx.xx.2020-ci il) iddia müddətini ötürmüş hesab olunur. İddiaçının iddia ərizəsindən göründüyü kimi, onun iddia tələbini qərarın (inzibati aktın) ləğv edilməsi tələbi təşkil edir. AR İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, həmin tələb məhkəməyə xx.xx.2020-ci il tarixinədək irəli sürülə bilərdi. Çünki əgər iddiaçı onun barəsində qərarın qanunsuz hesab edirdisə, bu barədə tələbini həmin dövrdə verməli idi və müddətin axımı məhz həmin vaxtdan başlamışdır. Lakin iş materiallarından göründüyü kimi, bu barədə tələb məhkəməyə iddia müddəti ötürüldükdən sonra verilmişdir. Üçüncü şəxs X1 varisi X4 vəkili Nümayəndə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfin müddətin bərpa edilməsi barədə ərizəsi artıq qeyd edilən sərəncamların mübahisələndirilməsi üçün nəzərdə tutulan müddətlərin ötürüldüyünü deməyə əsas verir. Bundan əlavə, iddiaçı öz ərizəsində açıq-aşkar qeyd edir ki, Seyidquliyeva Əzimə mülkiyyətində olan mənzili 1996-cı il tarixdə X9 vəsiyyət etmiş, iddiaçı isə həmin vaxt bunu bilmişdir. Lakin, 1996-cı il tarixdən 2022-ci il tarixədək həmin hüquqmüəyyənedici sənəd mübahisələndirilməmişdir. Məhkəmə mübahisəsi isə yalnız 26 il sonra başlanmışdır. Bundan əlavə, İddiaçı məhkəməyə sübut kimi təqdim etdiyi Nərimanov RPİ-nin İŞ-nin 08 sentyabr 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” qərarında iddiaçının verdiyi izahatda, o, ailə üzvləri ilə birlikdə anasına məxsus evdə yaşadığını bildirməklə mənzilin anasının mülkiyyətində olduğunu etiraf etmişdir. Maraqlıdır ki, bu etirafın üzərindən də 2 il müddət keçmiş iddiaçı bu müddət ərzində də heç bir mübahisə başlatmamışdır. Həmçinin, elektron qaydada məhkəməyə təqdim edilən iddiaçının həyat yoldaşı X5 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində Lalə Əlizadə mənzilin X1 mülkiyyətində olduğunu etiraf etmiş, məhkəmə də bu hala qiymət vermişdir. Lalə Əlizadənin iddiaçının həyat yoldaşı olması və bundan əvvəlki iclaslarda da iştirakı bir daha təsdiq edir ki, tərəflər nikaha daxil olarkən mənzil Əzimə Seyidquliyevanın mülkiyyətində olduğunu iddiaçı bilmişdir, lakin, yenə də heç bir mübahisələndirmə aparılmamışdır. Bütün bu qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı mənzilin anasının mülkiyyətində olduğunu bilərək öz hərəkətləri ilə razılığını ifadə etmiş və üzərindən 30 ildən çox keçdikdən sonra məhkəmə qaydasında mübahisələndirmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı mübahisə üzrə iddia mübahisələndirmə haqqında iddia növündədir. İddiaçının tələbi yaşadığı mənzilin anası tərəfindən özəlləşdirilməsi üçün əsas olmuş Cavabdehin 19 sentyabr 2005-ci il tarixli 247/30 nömrəli sərəncamının ləğvinə yönəlmişdir. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 38.1-ci (iddia müddəti) maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar; İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Məhkəmə bununla bağlı qeyd edir ki, mübahisələndirmə haqqında iddialar üzrə müddətlə bağlı mümkünlük şərtinə əməl olunmasının yoxlanması zamanı, məhkəmə obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixini, eləcə də iddiaçının şikayət instansiyasına müraciəti üzrə qəbul olunmuş qərarın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixini bunun üzərindən məhkəmədə iddia qaldırma müddətinin axımının başlandığı anı araşdırmağa və müəyyən etməyə borcludur. Məhkəmə göstərilən qaydaya əməl edərək aşagıdakıları müəyyən etmişdir. İddia ərizəsinə əsasən iddiaçıya mübahisələndirdiyi sərəncamın mövcudluğu barədə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3634/2020 nömrəli mülki işin gedişatında məlum olmuşdur. Belə ki 2020-ci ilin sentyabr ayında Bakı şəhəri Nərimanov rayon Məhkəməsində iddiaçının arvadı X12 cavabdehlər X2 və ona, yəni İddiaçı qarşı “yaşadığı mənzilə istifadə hüququnun tanınması barədə” iddia qaldırmışdır. İş üzrə qəbul edilmiş xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının arvadı X6 iddiası təmin edilmişdir. Bundan əlavə iddiaçı iddia ərizəsində bildirmişdir ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin vəkilin sorğusuna əsasən xx.xx.2020-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, Bakı şəhəri, X19 küçəsi, ev 7 A, 49 saylı mənzil X1 adına ilkin qeydiyyatdan keçmişdir, arxiv qovluğunda razılıq ərizələri aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hər bir halda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, 26 il keçdikdən sonra xx.xx.2021-ci ildə məhkəməyə müraciət etmişdir. İddiaçının bu illər ərzində ailəsi ilə birlikdə yaşadığı mənzilin anasının adına ilkin dövlət qeydiyyatından keçməsi barədə, mənzilin qeydiyyata alınması üçün əsas olmuş cavabdehin sərəncamı barədə məlumatlı olmaması barədə dəlili inandırıcı deyil. İddia ərizəsində bildirdiklərə görə mübahisələndirilən inzibati akt barədə 2020-ci ilin sentyabr ayında rayon məhkəməsində mülki işə baxılan zaman məlum olmuşdur. Bu halda da iddiaçı iddia müddətini buraxmış olur. İddiaçı mübahisələndirdiyi inzibati akt barədə məlumatlı olmadığı əsası ilə buraxılmış iddia müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə buraxılmış iddia müddətinin bərpası üçün üzrlü səbəblərin olmasını müəyyən etməmişdir. Beləliklə, məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, İddiaçı Cavabdehə qarşı “cavabdehin 19 sentyabr 2005-ci il tarixli 247/30 saylı sərəncamının ləğv edilməsi” barədə iddiası mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 38, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar