Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4461/2024 30.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi fıalı tərəfindən xx.xx.2023 cü il tarixli 3-17-l/2-M-251641/2023 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina məktubunun qanunsuz hesab edib, xx.xx.2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin edib, xx.xx.2014-cü il tarixindən hal-hazıradək ödənilməyən məbləğin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına uyğun iddiaçıya xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilib ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 14 dekabr 2021-ci il tarixdə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən, yəni 26 avqust 2014-cü ildən pensiyasının təyin edilib ödənilməsi barədə ərizəsinə 14 yanvar 2021-ci il tarixli 226 30112986 saylı məktubla güzəştli şərtlərlə pensiya təyinatından imtina cavabı vermişdir. İddiaçının əmək kitabçasında aparılan qeydlərdə xx.xx.1979-cu ildən “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir Quraşdırma İdarəsinə enerjiquraşdırma işinə 4-cü dərəcəli çilingər qəbul edildiyi, xx.xx.1986-cı ildə Trestin tədris kurs kombinatını qurtardıqdan sonra boruçəkmə üzrə 5-ci dərəcəli çilingər, xx.xx.1992-ci ildə təkrar tədris kurs kombinatını bitirdikdən sonra borcuçəkmə üzrə 6-cı dərəcəli çilingər işədiyi qeyd edilmişdir. Mingəçevir Enerjiquraşdırma ATSC tərəfindən verilmiş 09 sentyabr 2021-ci il tarixli 24 saylı “Güzəştli arayış”ın giriş hissəsində xx.xx.1979-cu ildən xx.xx.1994-cu ilədək “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir Quraşdırma İdarəsində işlədiyi dövrün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel tarixli 2022-ci il, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.20-ci bəndinə, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması (bu Qaydaya 2 nömrəli əlavə ilə müəyyən edilmiş formaya) uyğun tam doldurulmuşdur. Qaydanın 4.1.1-2006-cı ilin yanvarın 1-dək olan dövr üzrə sosial akta əsasən iş stajının hesablanması göstərilmişdir. İddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş güzəştli arayışın (dəqiqləşdirici arayışın) mötəbərliyinə əsaslı şübhələri var idisə cavabdehin mütəxəssisləri tərəfindən işlədiyi müəssisədə arayışda göstərilən faktları üzləşdirdikdən sonra arayışın düzgün olub-olmaması barədə qanuni inzibati akt tərtib edib müvafiq qərar verməli idi. Arayışın 2-ci abzasında “Qafqazenerjiquraşdırma” tresti əsasən enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyət göstərdiyini, sənaye obyektlərində polad və dəmir konstruksiyalarının quraşdırılması, qazla metalların kəsilməsində və doğranılmasında, metal boruların və konstruksiyalarında quraşdırılması təmiri və sair işlərdə işlədiyimi göstərmişlər. Cavabdeh imtina məktubunun 7-ci abzasında əmək kitabçasında qeyd olunan xx.xx.1979-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində işlədiyi idarədə enerjiquraşdırma üzrə çilingər və boruçəkmə üzrə çilingər peşəsində işlədiyi dövrlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş yeni Siyahıya istinad edərək güzəştli iş stajının olmadığını göstərmişdir. Bu istinad özü də düzgün yanaşma deyil. Çünki işlədiyi dövrləri qüvvədən düşmüş Siyahıya istinad etməli idilər. Heç bir fərqi yoxdur. İddiaçı qeyd edir ki, o, xx.xx.1979-xx.xx.1986-cı illərdə enerjiquraşdırma üzrə çilingər, xx.xx.1986-xx.xx.1994-cü illər də isə 5-6 dərəcəli boruçəkmə üzrə çilingər işləmişdir. Arayışın 3-cü abzasında göstərdikləri sahələr-kodlardan əlavə 2 nömrəli Siyahının Xİİİ - 21400000 Elektrik stansiyaları enerjiqatarları, buxar güc təsərrüfarı bəndinin 2140000a a) fəhlələr bölməsində 2140000a-18455 qazanxana, tirbun (buxar-qaz tirbunu) avadanlıqlarının təmiri, yanacaq ötürmə avadanlıqlarının və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər elektrik montyorları, bütün adlarda olan elektrik çilingərlər koduna və həmin siyahının 22900000 - XXVİİ Bina qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndinin 2290000a - a) fəhlələr yarımbəndində 2290000a — 14612 — polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə əl ilə qazla kəsici quraşdırıcılar yarımbəndə xx.xx.1979-cu ildən xx.xx.1986-cu ilədək enerjiquraşdırma işində 4-cü dərəcəli çilingər işlədiyim dövrü və 2290000a - 19233 - Sənaye dəmir beton boruların boruçəkənləri kodları xx.xx.1986-cı ildən xx.xx.1994-cü ilədək 5-6-cı dərəcəii boruçəkən çilingər işlədiyi dövrlərin güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının olduğu faktını sübut edir. Bu bəndlər Azərbaycan respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahısının 24-cü, Elektrik stansiyaları, enerji qatarlan, buxar, güc təsərrüfatı və 29-cu, Bina qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı bərpası və təmiri bəndində a) fəhlələr bölməsində Sənaye dəmir-beton boruların boruçəkənlər kimi göstərilib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin əlavə olunmuş sənədlərə əsasən güzəştli iş stajı olmadığından müraciətinin təmin edilməsi mümkün hesab edilməmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş 25 iyun 1979-cu il tarixli ИT-l № ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1979-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsində çilingər, xx.xx.1986-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində isə boruçilingəri vəzifələrində işlədiyi qeyd edildiyi halda, həmin Zavodun xx.xx.2021-ci il tarixli 24 nömrəli arayışında xx.xx.1979-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində əl ilə qazla kəsici çilingər vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlərdə uyğunsuzluqlar vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin, göstəricilərin 1 nömrəli siyahısı”nın Metallurgiya istehsalatı bəndinin (İİİ) yayma, təkəryayma, bandajyayma, viloyayma, təbəqə metalyayma, qalaylama, sinkləmə və qurğuşunlama istehsalatları bölməsinin (3) fəhlələr yarımbölməsində (a) isti halda yaymada ucların kəsilməsi ilə məşğul olan qaz kəsiciləri, boru istehsalı bölməsinin (4) fəhlələr yarımbölməsində (a) isə təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifələri, “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndinin (XXVİİ) fəhlələr bölməsində (a) polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi cilingər və boru-çilingəri peşələri sözügedən arayışda istinad edilən yuxarıda göstərilən qaz kəsiciləri, təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montvorları və polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar vəzifələrinə aid deyil. Həmçinin “Qafqazenerjquraşdırma” Trestinin Mingəçevir quraşdırma idarəsinin fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan metallurgiya sahəsinə aid deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan islərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı 5 il 10 ay 20 gün olduğu üçün ona güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Cavabdeh göstərilənləri və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci, 9.1-ci maddələrini əsas götürməklə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinə və iddianın dəyişdirilməsinə dair ərizəyə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 saylı məktubundan görünür ki, iddiaçının 14 dekabr 2021ci il tarixdə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və təmin edilməsindən imtina edilmişdir. - Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-251641/2023 saylı məktubundan görünür ki, iddiaçının 27 sentyabr 2023-cü il tarixdə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və təmin edilməsindən imtina edilmişdir. -Suraxanı rayon Polis İdarəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -xx.xx.1979-cu il tarixli БТ № 023909 №li diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1974-cü ildə S.Ə.Dadaşov adına Kirovabad baza İnşaat texnikumuna daxil olmuş, xx.xx.1979-cu ildə “Qaldırıcı-nəqliyyat maşınları” fakültəsini bitirmişdir. -НЗ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. -İddiaçıya məxsus ИT-İ № ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir Quraşdırma idarəsinin 4-cü hissədə çilingər, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü ilə kimi 5-ci hissədə boru çilingəri, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilə kimi quraşdırıcı çilingər, xx.xx.1995-ci ildən xx.xx.1998-ci ilə kimi 6cı hissədə quraşdırıcı çilingər, xx.xx.2003-cü ildən xx.xx.2018-ci il tarixədək "xxxx" ASC-də 5-ci dərəcəli çilingər işində işləmiş (40 saylı Şəhadətnaməyə əsasən xx.xx.2006-cı il tarixdən "xxxx" ASC-yə "xxxx" MMC adı verilib), xx.xx.2018-ci ildən hal-hazıradək "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyir. -Mingəçevir Enerjiquraşdırma ATCS tərəfindən iddiaçıya verilmiş 20 may 2024-cü il tarixli arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən ‘"Qafqazenerjiquraşdırma" trestinin Mingəçevir quraşdırma idarəsində xx.xx.1979-cu ii tarixdə (əmr 103k, xx.xx.1979-cu il) 4-ci dərəcəli əl ilə qazla kəsici çilingəri kimi işə qəbul olunmuş, xx.xx.1986-cı il tarixdə əl ilə boru-çilingəri peşəsinə keçirilib (əmr 128k, xx.xx.1986-cı il, xx.xx.1994-cü il tarixdə (əmr 70k, xx.xx.1994-cü il), öz xahişi ilə işdən azad olmuşdur. İşlədiyi 8 saatlıq iş günü ərzində həmin trestin Mingəçevir Quraşdırma sahəsində hündür mərtəbəli binaların və yüksəkliklərlə əlaqədar qurğuların və qapalı çənlərin, rezervuarların, aşağılegirli polad boruların buxar qazanlarının daxilində legirli polad borularının quraşdırılməsında bilavasitə iştirak etmişdir. İşlədiyi müddətdə iş qrafikinə uyğun olaraq növbəli iş rejimi ilə xüsusi zərərli iş şəraitində məşğul olmuş, südlə və xüsusi geyimlə təmin olunmuşdur. “Qafqazenerjiquraşdırma” Tresti əsasən enerji müəssisələrinin tikilməsi, inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəaliyyət göstərmişdir. Trest sənaye obyektlərində polad və dəmir konstruksiyalarının quraşdırılması, əl ilə qazla metalların kəsilməsində və doğramasında, metal boruların və konstruksiyalarında quraşdırılması və təmiri və sair işləri aparmışdır. İddiaçı tam iş günü ərzində icra etdiyi əl ilə qazla kəsici, metal konstruksiyaların və boru kəmərlərinin quraşdırılması üzrə boruçilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı və xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarlarına uyğun (Kodlar 1030400a-1753atəmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçılar, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları, kodlar-2290000a - 14612-polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar, kodlar - 1030300a - 11618-isti halda yaymada ucların kəsilməsi ilə məşğul olan qaz kəsiciləri uyğun olmaqla) Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində boruların quraşdırılması üzrə əl ilə qazla kəsici quraşdırıcılar kimi nəzərdə tutulmuşdur. Trest "Qafqazenerjiquraşdırma" Mingəçevir quraşdırma idarəsi Azərbaycan Respublikası Dövlət Əmlak komitəsinin 450 saylı sərəncamına əsasən 29 iyul 1999-cu il tarixdə X1 Tipli Səhmdar Cəmiyyəti olub. Güzəştli arayış Mingəçevir Enerjiquraşdırma ATSC-nin arxivində saxlanılan İddiaçı şəxsi anketinə və əmək kitabçasına əsasən tərtib edilmişdir. -Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, hüquqi şəxslərin reyestr məlumatlarına əsasən “Mingəçevir-Enerjiquraşdırma” ATSC-nin fəaliyyət növü “digər qruplara daxil edilməyən ixtisaslaşdırılmış tikinti işləri” olmaqla "xxxx" Dövlət Şirkətinin Mingəçevir Quraşdırma İdarəsinin əsasında xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN ilə dövlət qeydiyyatına alınmışdır və sözügedən idarənin hüquqi varisidir. Müəssisənin hazırkı tarixə heç bir işçisi yoxdur. “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsinin dövlət qeydiyyatına alınmasına dair hüquqi şəxslərin dövlət reyestr məlumatlarında hər hansı məlumat aşkar edilməmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 24 may 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 646 nömrəli Fərmanı ilə ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Mingəçevir Quraşdırma İdarəsinin bazasında "xxxx" ASC təsis edilmiş və xx.xx.2007-ci il tarixində cəmiyyətin səhmləri tam özəlləşdirilmişdir. Beləliklə işin faktiki hallarına əsasən, xx.xx.1957-ci il təvəllüdlü iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına müvafiq olaraq 57 yaşının tamam olduğu xx.xx.2014-cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi iddiaçıya 57 yaşının tamamlandığı xx.xx.2014cü ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hissəsində əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı halda iddiaçı ona xx.xx.2014-cü il tarixdən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Deməli, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 57 yaşına çatması; b) Azı 25 il ümumi iş stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatmasını və ümumi iş stajını mübahisələndirməmişdir. Bununla belə iş materiallarındakı sənədlərlə iddiaçının xx.xx.2014-cü il tarixdə 57 yaşı tamam olduğu və qanunla tələb olunan 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilmişdir. Cavabdeh inzibati orqanın mübahisə açdığı məqam iddiaçının güzəştli iş stajının toplanmaması ilə bağldır. Cavabdeh əsas dəlilləri iddiaçının əmək kitabçasında xx.xx.1979-xx.xx.1986-cı illərdə “Qafqazenerjiqurasdırma” trestinin Mingəçevir quraşdırma idarəsində çilingər vəzifəsində işlədiyi göstərildiyi halda, həmin zavodun xx.xx.2021-ci il tarixli 24 nömrəli arayışında eyni dövr ərzində əl ilə qazla kəsici çilingər vəzifəsində işlədiyi qeyd olunduğundan sənədləri arasında uyğunsuzluğun olması, həmçinin “Qafqazenerjiquraşdırma” Trestinin Mingəçevir quraşdırma idarəsinin fəaliyyət sahəsinin arayışda istinad olunan metallurgiya sahəsinə aid olmamasıdır. Bu səbəbdən cavabdeh iddiaçının xx.xx.1979-xx.xx.1986-cı il tarixləri və xx.xx.1986-xx.xx.1994-cü il tarixləri arasındakı əmək fəaliyyəti dövrünü güzəştli iş stajı kimi qəbul etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə bildirir ki, "xxxx" ATSC-nin iddiaçıya təqdim etdiyi arayışdan göründüyü kimi, iddiaçının mübahisəli dövr üzrə işlədiyi vəzifələrin həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin»in 2 №-li Siyahısının XXVİİ (22900000 “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri») bölməsinin 2290000a- 14612 kodu üzrə - «polad və dəmir‐beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar» koduna, həm də Nazirlər Kabinetinin 12 nömrəli, xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29-cu) nəzərdə tutulmuş polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsinə uyğun olması dəqiq göstərilmiş, iddiaçının işlədiyi dövrdə hansı əmək funksiyalarını yerinə yetirdiyi barədə ətraflı məlumat verilmişdir. Sözügedən müəssisənin mövcudluğu, fəaliyyəti istiqamətinin tikinti işləri ilə bağlı olması tərəflər arasında mübahisələndirilmir. Odur ki, məhkəmə cavabdehin dəlillərini əsaslı saymır və hesab edir ki, iddiaçıya məxsus əmək kitabçası və iş yerindən təqdim edilmiş arayışla iddiaçının mübahisəli dövrdə işlədiyi çilngər və boru-çilingəri vəzifələrinin güzəştli staj verən vəzifə olduğu öz təsdiqini tapdığından və təqdim olunan arayışdakı məlumatların həqiqətə uyğun olmaması ilə bağlı cavabdeh inzibati orqan tərəfindən sübut təqdim olunmadığından həmin sənədlər mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə Ali Məhkəmənin icmal məktubundakı hüquqi mövqeyə uyğun olaraq onu da vurğulayır ki, cavabdeh iddiaçının iş yeri üzrə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) istinad olunan Siyahılardakı vəzifələrlə eyniliyinin müəyyən olunması ilə bağlı hər hansı araşdırma aparmadan bilavasitə vəzifələrin adlarındakı uyğunsuzluq faktından çıxış edərək iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Halbuki, inzibati orqan tərəfindən inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılması, həmçinin maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtinanın yolverilməzliyi inzibati icraat haqqında qanunvericiliyin tələblərindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Belə olan halda iddiaçının “Qafqazenerjiquraşdırma” trestinin Mingəçevir quraşdırma idarəsində xx.xx.1979-xx.xx.1986-cı il (7 il 2 ay) və xx.xx.1986-xx.xx.1994-cü il (8 il 4 ay 7 gün) tarixləri arasındakı işlədiyi mübahisəli dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Bu halda isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunla tələb olunan 12 il 6 ay müddətdən artıq güzəştli iş stajı yaranmış olur (15 il 06 ay 7 gün). İddia tələbinin təmin edilməyən hissəsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir. İşin mübahisəsiz hallarına görə iddiaçı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə sonuncu dəfə 27 sentyabr 2023-cü il tarixdə müraciət etmiş və imtina cavabı almışdır. Lakin həmin imtinaya qədər iddiaçı 14 dekabr 2021-ci il tarixdə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmiş və bu barədə ona rəsmi məktubla cavab verilmişdir. Bununla belə iddiaçı inzibati orqanın həmin hərəkətini növbəti müraciətinədək mübahisələndirməmiş, dolayısı ilə cavabdehin imtinası ilə razılaşmışdır. “İnzibati icraat haqqında” Qanunun 64.1-ci və 64.2-ci maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda da qeyd edildiyi kimi 2021-ci ildə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehin rəsmi imtinası olmuş, bu imtinadan iddiaçı həmin vaxtdan məlumatlı olmuş, lakin iddiaçı cavabdehin imtinasnı məhkəmə, yaxud inzibati qaydada mübahisələndirməmiş, ondan əvvəl isə inzibati orqana müraciət etməsi və müraciətinin təmin edilmədiyi və nəticədə cavabdehin imtinasını mübahisələndirdiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyasının tələblərinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən sonuncu imtina məktubuna uyğun olaraq və qanunvericiliyin tələblərinə əsasən cavabdeh inzibati orqan tərəfindən 27 sentyabr 2023-cü ildən əvvəlki 3 il üzrə əmək pensiyası hesablanaraq ödənilməsi həyata keçirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər (11.2.). Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (24.4). Göstərilənləri ümumiləşdirərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün qanunla tələb olunan şərtlər ödənildiyindən, cavabdehin imtinası “İnzibati icraat haqqında” Qanunun 11, 15, 17 və 24-cü maddəsinin tələblərinə uyğun olmamış, bununla da iddiaçının pensiya hüququnu məhdudlaşdırmışdır. Odur ki, iddia qismən təmin edilməli, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın sonuncu dəfə müraciət edilən xx.xx.2024-cü il tarixdən əvvəlki üç il üçün hesablanıb ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın sonuncu dəfə müraciət edilən xx.xx.2023-cü il tarixdən əvvəlki üç il üçün hesablanıb ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4461/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4461/2024
30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver