Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4465/2023 17.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçı X3 nümayəndəsi İddiaçı, Cavabdeh Bakı şəhər Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, iddiaçı X3 cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X5 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin yerləşmə cizgisinin verilmə öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Həmin torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Sözügedən torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsinə icazə verilməsinə dair Azərbaycan Respublikası Cavabdeh Başçısının xx.xx.1995-ci il tarixli, 18 nömrəli Sərəncamı mövcuddur. Cavabdeh Başçısının sərəncamında göstərilmişdir ki, “Sahil qəsəbəsi sakini X6 məxsus olan 150 kv.m torpaq sahəsində yaşayış evinin tikintisinə icazə verilsin”. Lakin sərəncamdan da göründüyü kimi adı çəkilən torpaq sahəsinin hansı ünvanda yerləşməsi barədə məlumat yoxdur. Həmin məlumatın olmamasına görə iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dövlət reyestrindən mülkiyyət hüquqlarını təsdiq edən çıxarış ala bilmir. İddiaçı tərəfindən sözügedən fərdi yaşayış evinin bütün qanuni göstərişlərinə əməl olunaraq elektrik, qaz və su təchizatı ilə təmin olunmuşdur. Eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin eskiz layihəsi də tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etməmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının Bakı İnzibati Məhkəməsinin dəftərxanası vasitəsi ilə ünvanladığı ərizə nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə İddiaçı əsl iddiaçı X8 ilə əvəz edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, torpaq sahəsi ilə bağlı onlarda olan bütün sənədləri həm Cavabdehnə, həm də məhkəməyə təqdim etmişlər. Odur ki, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, Minə Mehrəliyevaya torpaq sahəsi ayrılması barədə Cavabdehndə məlumat yoxdur, ona görə də iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçı tərəfin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Bakı şəhər Cavabdeh xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Sahil qəsəbəsində yerləşən torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə bağlı iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, ərizədə qeyd edilən torpaq sahəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, sərəncamda qeyd edilən ölçülərlə faktiki göstəricilər arasında uyğunsuzluq müəyyən edilmişdir, zəbt edilmiş sahə boşaldıldıqdan sonra ərizədə qaldırılan məsələyə yenidən baxıla biləcəyi bildirilmişdir. -Bakı şəhər Cavabdeh xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının fərdi yaşayış evinin tikintisinə icazə verilməsi ilə bağlı müraciətinə baxılaraq bildirilmişdir ki, fərdi yaşayış evinin tikintisi üçün İddiaçı məxsus torpaq sahəsi üzərində mülkiyyəti təsdiq edən sənədin (çıxarışın) rayon icra hakimiyyətinə təqdim etdikdən sonra qaldırılan məsələyə yenidən baxılacağı bildirilmişdir. -Qaradağ rayon Qeydiyyat İdarəsi tərəfindən 21 dekabr 2017-ci il tarixdə verilmiş AZ-T 045862 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası X7r. -Bakı şəhər Cavabdeh başçısının 04 yanvar 1995-ci il tarixli, 18 №li “vətəndaşlara məxsus həyətyanı sahələrdə tikinti və yenidənqurma işlərinə icazə verilməsi barəsində” sərəncamının təsdiq edilmiş surətindən görünür ki, mənzil şəraitinin ağır olması barədə müraciətini nəzərə alaraq Sahil qəsəbə sakini X6 ona məxsus olan 150 kv.metr bağ sahəsində yaşayış evinin tikintisinə icazə verilmişdir. -Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Dövlət Arxivinin Bakı Filialı tərəfindən Bakı şəhər Cavabdeh başçısının 04 yanvar 1995-ci il tarixli 18 №li sərəncamı və onun verilməsi üçün əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. Həmin sənədlərə əlavə edilmiş iddiaçı X3 Cavabdeh başçısına yazdığı xx.xx.1994-cü il tarixli ərizədən görünür, Minə Mehrəliyeva ailəsinin mənzil şəraitinin ağır olması, yaşadıqları mənzilin darısqal olması ilə əlaqədar evlərinin yanında özlərinə məxsus 150 kv.metr bağ sahəsində yaşayış üçün ev tikilməsinə icazə verilməsini xahiş etmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubunda sözügedən torpaq sahəsi ilə bağlı dəqiq məlumat (küçə adı, kordinat) verildikdən sonra sorğuya yenidən baxılacağı bildirilmişdir. İşin faktiki hallarından görünür ki, hazırkı iddia tələbi üzrə iddiaçı tələbinin yeganə əsası olaraq Bakı şəhər Cavabdeh başçısının 04 yanvar 1995-ci il tarixli, 18 №li “vətəndaşlara məxsus həyətyanı sahələrdə tikinti və yenidənqurma işlərinə icazə verilməsi barəsində” sərəncamına istinad etməklə istifadəsində olan 150 kv.metr torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İddiaçı bu məqsədlə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina etmişdir. Hazırda iddia tərəf cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsassız olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin V hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin: -1-ci bəndinə görə yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir; -3-cü bəndinə görə yerquruluşu, ərazilərin şəhərsalma, ekoloji, iqtisadi və digər xüsusiyyətlərini nəzərə almaqla torpaqların münbitliyinin artırılması, onların mühafizəsi üzrə respublika və regional proqramlarının və proqnozlarının, habelə yerquruluşu sxemlərinin hazırlanması, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar layihələrin və digər yerquruluşu sənədlərinin hazırlanması işlərini də nəzərdə tutur; -4-cü bəndinə əsasən yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının (yerli icra hakimiyyəti orqanları) qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır. Həmin Məcəllənin 65-ci maddəsinin: -1-ci bəndinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir; -2-ci bəndinə görə torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir; -3-cü bəndinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır; -6-cı bəndinə görə torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir; -7-ci bəndinə görə torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır; -8-ci bəndinə görə torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Həmin Məcəllənin 68-cı maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddələrin ümumiləşmiş təhlilindən məlum olur ki, torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. Başqa sözlə, yerquruluşu planının hazırlanması üçün torpaq ayırma sənədlərinin olması şərtdir. Hazırkı iddia tələbində isə Qaradağ RİHB-nin xx.xx.1995-ci il tarixli sərəncamı ilə Minə Mehrəliyevaya torpaq sahəsinin ayrılması deyil, onun müraciəti nəzərə alınaraq özünə məxsus olduğunu bildirdiyi torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Halbuki, torpaq sahəsinin planının hazırlanması torpaqayırma barədə qərarın olması halında, torpaq ayrılan şəxsə həmin qərarın tərkib hissəsi kimi təqdim edilməlidir. Qaradağ RİHB-nin 1995-ci il tarixli sərəncamı isə torpaqayırma sənədi sayıla bilməz. Eyni zamanda iddiaçı tərəf məhkəməyə mübahisəli torpaq sahəsinin qanuni əsaslarla istifadəsində olmasını təsdiq edən sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Qaradağ Rayon İcra Hakmiyyətinin imtinası qanunçuluq prinsipinə uyğun olduğundan iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İddiaçı tərəf mübahisəli torpaq sahəsinə dair cizginin tərtib edilməsi üçün faktiki şərtlərin mövcud olduğunu sübut edə bilməmişdir. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4465/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4465/2023
17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver