Məhkəmə qərarları › İş №2-1(112)-4467/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4467/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4467/2024 09.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, tərəflərin iştirakı olmadan, iddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Cavabdeh qarşı «üzvlükdən xaric edilmə» tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri "Hümbətov və Partnyorları” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri “Hümbətov və Partnyorları” Vəkil Bürosu həmin Büroda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində təqdimatla Azərbaycan Respublikası Vəkillər X2 müraciət etmişdir. Azərbaycan Respublikası Vəkillər X3 xx.xx.2023-cü il tarixli qərarı ilə həmin təqdimat əsasında "Hümbətov və Partnyorları” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, araşdırılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, "Hümbətov və Partnyorları" Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh 2022-ci ilin mart ayından bu günədək üzvlük haqqını davamlı olaraq üzrsüz səbəbdən ödəməmişdir. Vəkil Cavabdeh ümumilikdə üzvlük haqqına 707, 74 manat borcu vardır. Vəkil Cavabdeh ilə əlaqə yaratmaq, müraciətlə bağlı yazılı izahatını almaq və Vəkillərin İntizam Komissiyasının xx.xx.2023-ci il tarixdə keçirilən iclasında iştirakını təmin etmək mümkün olmamışdır. Şifahi sorğuya "Hümbətov və Partnyorlarr” Vəkil Bürosundan verilən xx.xx.2023-cü il tarixli HP-020/2023 saylı cavab məktubuna əsasən Büronun vəkili Cavabdeh hazırda istifadəsində olan telefon nömrəsi barədə məlumat olmadığı üçün onunla əlaqə saxlamaq mümkün deyildir. Bakı şəhəri ‘“Hümbətov və Partnyorları” Vəkil Bürosunun xx.xx.2023-cü il tarixli HP- 017/2023 saylı təqdimatından görünür ki, həmin Büronun vəkili Cavabdeh 2022-ci ilin mart ayından bu günədək üzvlük haqqı borcu 707,74 manat təşkil edir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Maliyyə və təchizat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Cavabdeh xx.xx.2023-cü il tarixinə Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqı üzrə 947,74 manat borcu vardır. “‘Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Cavabdeh Azərbaycan Respublikası Vəkillər X1 elektron poçt vasitəsilə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətindən (daxil olma tarixi xx.xx.2023) görünür ki, həmin müraciətində vəkil Cavabdeh hazırda Almaniyada təhsil aldığını və təcrübə keçdiyini bildirərək, 2021-ci ilin mart ayından xx.xx.2023-cü il tarixədək tələbə olduğunu nəzərə alaraq, üzvlük haqqından yığılan borcların silinməsini, bundan sonra da təhsilinin sonunadək (xx.xx.2023) üzvlük haqqından azad olmağı məqsədəmüvafıq olmadığı təqdirdə, indiyədək hesablanan borcun silinərək vəkillik fəaliyyətinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Vəkillər X3 xx.xx.2023-cü il tarixli 04 saylı iclas protokolundan çıxarışdan görünür ki, vəkil Cavabdeh üzvlük haqqı borcunun silinməsi ilə bağlı ərizəsinə baxılaraq müsbət qərar qəbul edilməmişdir. Araşdırma ilə müəyyən edilmişdir ki, Cavabdeh 5 ildir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, ““Hümbətov və Partnyorları” Vəkil Bürosunda fəaliyyət göstərir. Vəkil Cavabdeh üzvlük haqqını altı aydan artıq müddətdə ödəməməklə xx.xx.2023-cü il tarixinə Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqı üzrə borcu 947,74 manat təşkil etmişdir. Vəkil Cavabdeh üzvlük haqqı borcunun silinməsi ilə bağlı müraciəti Vəkillər X3 xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Azərbaycan Respublikası Vəkillər X3 xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhərində fəaliyyət göstərən vəkillər tərəfindən 60 manat məbləğində üzvlük haqqının ödənilməsi qərara alınmışdır. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan yekdilliklə belə nəticəyə gəlmişdir ki, “Hümbətov və Partnyorları” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh tərəfindən Vəkillər Kollegiyasına ödənilməli olan üzvlük haqqını 6 aydan artıq müddətdə üzrsüz səbəbdən ödəməməklə və xx.xx.2023-cü il tarixinə üzvlük haqqı üzrə borcu 947,74 manat təşkil etməklə, '“Vəkillər və vəkillik fəaliyyəti haqqında'’ Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ, İİİ hissələrinin, 5-ci maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin. ‘“Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2-ci, 1.3-cü, 2.3-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkilər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin tələblərini pozaraq, peşə fəaliyyətini həyata keçirərkən intizam pozuntusu sayıla və intizam məsuliyyətinə əsas ola biləcək əmələ (hərəkətə) yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdehin iddiaya dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında üzrlü səbəb bildirmədən iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin (nümayəndələrinin) iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə: - (maddənin İ hissəsi) Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır; - (maddənin İİ hissəsi) Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir; - (maddənin İİİ hissəsi) Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi, vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi, vəkillərin hüquqlarının bərabərliyi, özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. Həmin Qanunun 3-cü maddəsinə əsasən, vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Həmin Qanunun 5-ci maddəsinin İ hissəsinə əsasən, vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. Həmin Qanunun 16-cı maddəsinin İ hissəsinə əsasən, peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir. Həmin Qanunun 18-ci maddəsinə əsasən, vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2-ci maddəsinə əsasən hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. Əsasnamənin 1.5-ci bəndinə əsasən vəkillərin davranışı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, vəkilin fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktlar, Vəkillər Kollegiyasının Nizamnaməsi və bu Əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Nizamnaməsinin 5.13-cü bəndinə əsasən, Vəkillər Kollegiyasının üzvləri vəkillik fəaliyyətini tənzimləyən qanunların və bu Nizamnamənin tələblərinə əməl etməli, Ümumi yığıncağın (Konfransın) qərarlarını yerinə yetirməlidirlər. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir. Vəkil yalnız vəkillərin İntizam Komissiyasının rəyinə əsasən Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam məsuliyyətinə cəlb edilir. Vəkillər barəsində intizam icraatı Vəkillər Kollegiyasının Rəyasət Heyətində başlanır. İntizam komissiyası intizam icraatının başlandığı gündən bir ay müddətində, bir qayda olaraq, vəkilin iştirakı ilə araşdırma aparır və müvafiq rəyini Rəyasət Heyətinə təqdim edir. Vİİİ. Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. Qeyd olunan Qanunun 23-cü maddəsinin İ hissəsinin 9-cu abzasına əsasən üzvlük haqqını altı aydan artıq müddətdə üzürsüz səbəbdən ödəmədikdə, vəkilin fəaliyyətinə xitam verilə bilər. Həmin maddənin İİ hissəsinə əsasən, bu maddənin İ hissəsinin 7-ci və 9cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər. Göründüyü kimi, üzvlük haqqının 6 aydan artıq müddətdə üzrsüz səbəbdən ödənilməməsi vəkilin fəaliyyətinə xitam verilməsi üçün əsasdır. Məhkəmə yuxarıda sadalanan normaları hazırkı işin hallarına tətbiq edərək bu qənaətə gəlir ki, fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh üzvlük haqqını 2022-ci ilin mart ayından xx.xx.2023-cü il tarixə üzürsüz səbəbdən ödəmədiyinə və peşə borcunu həyata keçirərkən “Vəkillər və vəkillik fəaliyyəti” haqqında Qanunun, "Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamənin və Vəkillər Kollegiyasının Nizamnaməsinin yuxarıda göstərilən tələblərini pozduğundan, Azərbaycan Respublikası Vəkillər X3 “vəkil Cavabdeh Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunması ilə bağlı məhkəməyə müraciət olunması barədə” 20 oktyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslıdır. «İnzibati icraat haqqında» Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 56, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri "Hümbətov və Partnyorları” Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar