Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4468/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun zərərli istehsalat sahəsində işləməyilə bağlı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 03.01.1974-cü il tarixdən əmək fəaliyyətinə başlamış, 21 may 1976-cı il tarixdən 19 may 1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 01.09.1978-ci il tarixdən 17.04.1979-cu il tarixədək texniki peşə məktəbində təhsil almışdır. 23.04.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamış və 19.05.1998-ci il tarixdə "Azneftyağ" X12 işə qəbul edilmişdir. 17.06.2015-ci il tarixdən halhazıradək X13 X10 işləyir. 16.05.2007-ci il tarixdən süzücü-tökücü (doldurucu) işinə keçirilmişdir. İddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuş və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ yaranmışdır. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair ərizəsinə 15.01.2021-ci il tarixdə cavabdeh tərəfindən imtina edilmişdir və verilmiş cavabda onun əmək fəaliyyəti ilə məşğul olduğu iş zamanı işlətdikləri neft məhsullarının tərkibinin etil və kükürdlü olmaması və bu səbəbdən də bu peşənin zərərli hesab edilməməsi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericilik baxımından mümkün hesab edilməməsi göstərilmişdir. Bu, tamamilə əsassızdır, belə ki, onun işlədiyi sahənin zərərli istehsalat sahəsi olması və qanunvercilikdə də belə hallarda güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi nəzərdə tutulmuşdur. X13 X14 tərəfindən verilmiş 28 yanvar 2020-ci il tarixli arxiv arayışında da onun qeyd edilən illərdə zərərli iş şəraitində işləməyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı 25 iyun 2021-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona hüququnun yarandığı gündən, yəni 21.06.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçının 05.10.2020-ci il tarixli müraciəti Mərkəzi Filial tərəfindən **********7 nömrəsi ilə qeydə alınmışdır. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X6 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri yarımbəndində (10.5.1); xammalın, yarımfabrikatların, hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın neft tələlərinin və quruducu kameraların boşaldılmasında, doğranmasında və nəql edilməsində məşğul olan fəhlələr vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunan əmək kitabçasında İddiaçı 16.05.2007-05.06.2007-ci illər və 24.01.2008-ci il tarixindən bugünədək “Azərneftyağ” X10 süzücü-tökücü (doldurucu) vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən adıçəkilən müəssisədəki 24.01.2008-17.05.2015-ci il tarixlər arasındakı dövr ərzində iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı onun 53 və 54 nömrəli sexlərdə süzücü-qablaşdırıcı vəzifəsində neft məhsulu kimi yağların (T- 115) avtositernalara doldurulması ilə məşğul olduğu müəyyən olmuşdur. Neft məhsullarının yüklənməsi, doldurulması, saxlanması zamanı yalnız tərkibində etil və kükürdlü neft məhsulları ilə işləyənlərin peşələri zərərli hesab edilir. Lakin əmək fəaliyyəti ilə məşğul olduğu iş zamanı işlətdiyi neft məhsullarının tərkibi etil və kükürdlü olmamışdır. Qeyd edilən faktlar “X13 X14” tərəfindən 17 dekabr 2020-ci il tarixli Akt ilə təsdiq edilmişdir. Göründüyü kimi İddiaçı işlədiyi vəzifə yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş vəzifəyə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. 31.08.1988-ci il tarixli “Familiyanın, adın, ata adının dəyişilməsi haqqında” şəhadətnamənin surətinə əsasən X4 adını Kamal adına dəyişdirmiş, bu barədə familiyanın, adın, ata adının dəyişilməsi haqqında akt qeydləri kitabında 31.08.1988-ci il tarixdə 39 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan ГЛ 091562 nömrəli hərbi biletin surətinə əsasən İddiaçı 21.05.1976-cı il tarixdə hərbi xidmətə qəbul edilmiş, 12.05.1978-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 03.01.1974-cü ildə Azərbaycan SSRİ-nin 50 illiyi adına sovxoza fəhlə qəbul edilmiş, 17.05.1976-cı ildə həmin vəzifədən azad edilmişdir. 23.04.1979-cu ildə tornaçı vəzifəsinə qəbul edilmiş, 01.06.1990-cı ildə işdən azad edilmişdir. 01.06.1990-cı ildə Sərdarov adına maşınqayırma zavoduna tornaçı vəzifəsinə qəbul edilmiş, 01.02.1993-cü ildə 5-ci dərəcəli tornaçı vəzifəsinə qəbul edilmiş, 24.08.1993-cü ildə işdən azad edilmişdir. 25.08.1993-cü ildə Azərnəqliyyattikinti Dövlət İdarəsi anbara yükləyici vəzifəsinə təyin olunmuş, 23.09.1993-cü ildə işdən azad edilmişdir. 27.09.1993-cü ildə Bakı Poladtökmə zavoduna 5 nömrəli sahəyə beşinci dərəcəli tornaçı işinə qəbul edilmiş, 01.09.1995-ci ildə işdən azad edilmişdir. 04.09.1995-ci ildə 1 nömrəli Tikintiqurşadırma İdarəsinə 4-cü dərəcə çilingər peşəsinə qəbul edilmiş, 06.07.1996-cı ildə işdən azad edilmişdir. 08.07.1996-cı ildə 2 nömrəli Bakı Tikintiquraşdırma İdarəsinə 3-cü dərəcəli çilingər işinə qəbul edilmiş, 30.09.1996-cı ildə işdən azad edilmişdir. 10.10.1996-cı ildə Kənd Təsərrüfatı Nazirliyi Əsaslı Baş Tikinti İdarəsinin Quraşdırma Sazlama İdarəsinə 3-cü dərəcəli çilingər işinə qəbul edilmiş, 14.02.1997-ci ildə işdən azad edilmişdir. 17.02.1997-ci ildə Maye Qaz üzrə X2 Təmir- Tikinti Sahəsi 3-cü dərəcəli çilingər/santexnik işinə qəbul edilmiş, 16.12.1997-ci ildə işdən azad edilmişdir. 05.01.1998-ci ildə X1 Təmir-Tikinti Sahəsinə 3-cü dərəcəli çilingər/santexnik işinə qəbul edilmiş, 12.05.1998-ci ildə işdən azad edilmişdir. 19.05.1998-ci ildə yanacaqdoldurma stansiyasına 3-cü dərəcəli əməliyyatçı vəzifəsinə qəbul edilmiş, 16.05.2007-ci ildə zavodun 53 nömrəli sexinin avtosisternlərinin doldurulması sahəsinə süzücü-qablaşdırıcı peşəsinə təyin olunmuş, 05.06.2007-ci ildə həmin sexdə gözətçi peşəsinə təyin olunmuş, 24.01.2008-ci ildə zavodun 54 saylı sexinin doldurucu estakadasında 3-cü dərəcəli süzücü-tökücü (doldurucu) peşəsinə keçirilmiş, 17.06.2015-ci ildə X13 X11 neft məhsullarının qəbulu və göndərilməsi üzrə 11 nömrəli sahənin neft məhsullarının dəmiryol yüklənməsi üzrə xidmət sahəsinə 4-cü dərəcəli süzücü-tökücü (doldurucu) peşəsinə keçirilmiş, 01.04.2016-cı ildə neft məhsullarının qəbulu və göndərilməsi üzrə 11 nömrəli sahənin neft məhsullarının dəmiryol yüklənməsi estakadasının 4-cü dərəcəli süzücü-tökücü (doldurucu) peşəsində sayılmış, 13.01.2017-ci il tarixdə əmtəə benzinlərinin hazırlanması üzrə 7 nömrəli istehsalatın 4 nömrəli əmtəə parkına 4-cü dərəcəli süzücü-tökücü (doldurucu) peşəsinə keçirilmiş, 01.11.2017-ci ildə neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 nömrəli sahənin neft məhsullarının yüklənməsi estakadasına 4-cü dərəcəli süzücü-tökücü (doldurucu) peşəsinə keçirilmiş, 28.11.2017-ci ildən 19 nömrəli texnoloji sahənin 103 saylı qurğusuna (yağların, turşu, qələvi və kontakt üsulu ilə təmizlənməsi və qətranın regenerasiyası 4-cü dərəcəli texnoloji qurğuların operatoru peşəsinə keçirilmiş, 12.12.2017-ci ildə neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 nömrəli sahənin neft məhsullarının yüklənməsi estakadasına 4-cü dərəcəli süzücü-tökücü (doldurucu) peşəsinə keçirilmiş, hal-hazıradək həmin vəzifədə işləyir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 00-25-127/12 nömrəli, 12.04.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı (əvvəlki adı Fərəməz) Qəzənfər oğlunun peşə təhsili müəssisəsində təhsil alması ilə bağlı Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə ünvanlanan müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, İddiaçı həqiqətən 01.09.1978-ci il tarixində 31 №-li Texniki Peşə Məktəbinin “Tornaçı” ixtisası üzrə əyani olaraq təhsil almış, 20.04.1979-cu ildə həmin ixtisas üzrə təhsilini bitirmişdir. İş materiallarında olan SOCAR-ın 28 yanvar 2020-ci il tarixli arxiv arayışına əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı müvafiq olaraq: 1)19.05.1998-ci ildən (işə qəbul əmri 98/şh. 19.05.1998-ci il) 16.05.2007-ci ilədək "Azərneftyağ” İstehsalat Birliyinin yanacaq doldurma stansiyasında əməliyyatçı peşəsində işləmişdir. 2)16.05.2007-ci ildən (işə qəbul əmri 424/k. 16.05.2007-ci il) 05.06.2007-ci ilədək “Azərneftyağ” X11 53 saylı neft məhsullarının qəbulu və göndərilməsi sexinin avtosisternilərin doldurucu sahəsində süzücü-qablaşdırıcı peşəsində işləmişdir. 3)05.06.2007-ci ildən (işə qəbul əmri 492/k. 05.06.2007-ci il) 24.01.2008-ci ilədək “Azərneftyağ” X11 53 saylı neft məhsullarının qəbulu və göndərilməsi sexinin 14 və 26 saylı rezervuar sahəsində gözətçi peşəsində işləmişdir. 4)24.01.2008-ci ildən (işə qəbul əmri 50/k. 24.01.2008-ci il) 17.06.2015-ci ilədək “Azərneftyağ” X11 54 saylı neft məhsullarının qəbulu və göndərilməsi sexinin doldurucu estakadasında süzücü-tökücü peşəsində işləmişdir. 5)17.06.2015-ci il tarixli SOCAR/15-1700/8-04-001719 saylı əmrlə Azərbaycan Respublikasının ƏM-nin 46.6-cı maddəsinə əsasən tərəflərin razılığı ilə X13 X11 neft məhsullarının qəbulu və göndərilməsi üzrə 11 saylı sahənin neft məhsullarının dəmiryol yükləməsi üzrə xidmət sahəsinə süzücü-tökücü doldurucu peşəsinə keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, Qərar № 12 "Güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. İş materiallarında olan SOCAR-ın X13 X11 20 fevral 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı 19.05.1998-ci ildən 16.06.2015-ci ilədək “Azərneftyağ” X10, 17.06.2015-ci ildən indiyədək X13 X10 işləyir. 17.06.2015-ci ildən (köçürülmə barədə SOCAR/15-1700/08-04-00170019 424k saylı 17.06.2015-ci il tarixli əmr) indiyədək neft məhsullarının qəbulu və göndərilməsi üzrə 11 N-li sahənin neft məhsullarının dəmiryol yüklənməsi üzrə xidmət sahəsində, neft məhsullarının yüklənmə estakadasında hazır məhsulun doldurub-boşaldılmasında məşğul olan süzücü-qablaşdırıcı, süzücü-tökücü (doldurucu), əmtəə benzinləri üzrə 7 N-li istehsalatın 4 N-li əmtəə parkında neft məhsulları üçün qablar parkına xidmət üzrə əmtəə operatoru, 19 N-li texnoloji sahənin 103 saylı qurğusunda (yağların turşu, qələvi və kontakt üsulu ilə təmizlənməsi və qətranin regenerasiyası) texnoloji qurğuların operatoru və hal-hazıradək neft məhsullarının qəbulu, saxlanması və göndərilməsi üzrə 10 N-li sahənin neft məhsullarının yüklənməsi estakadasında hazır məhsulun doldurub-boşaldılmasında məşğul olan süzücü-tökücü (doldurucu) fəhlə peşəsində işləyir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10.5-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı: 04 il, 08 ay, 02 gün təşkil edir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş **********3 nömrəli, 05.05.2021-ci il tarixli məktubda bildirilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 23542,88 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 29989,36 manat olmaqla cəmi pensiya kapitalı 53532,24 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 30 il 10 ay 22 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 23542.88 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 29989,36 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 30400,00 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış 15.01.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X6 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri yarımbəndində (10.5.1); xammalın, yarımfabrikatların, hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın neft tələlərinin və quruducu kameraların boşaldılmasında, doğranmasında və nəql edilməsində məşğul olan fəhlələr vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz əmək kitabçanızda sizin 16.05.2007-05.06.2007-ci illər və 24.01.2008-ci il tarixindən bugünədək “Azərneftyağ” X10 süzücü-tökücü (doldurucu) vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən adıçəkilən müəssisədəki 24.01.2008-17.05.2015-ci il tarixlər arasındakı dövr ərzində iş stajınıza aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı sizin 53 və 54 nömrəli sexlərdə süzücüqablaşdırıcı vəzifəsində neft məhsulu kimi yağların (T-115) avtositernalara doldurulması ilə məşğul olduğunuz müəyyən olmuşdur. Neft məhsullarının yüklənməsi, doldurulması, saxlanması zamanı yalnız tərkibində etil və kükürdlü neft məhsulları ilə işləyənlərin peşələri zərərli hesab edilir. Lakin əmək fəaliyyəti ilə məşğul olduğunuz iş zamanı işlətdiyiniz neft məhsullarının tərkibi etil və kükürdlü olmamışdır. Qeyd edilən faktlar “X13 X14” tərəfindən 17 dekabr 2020-ci il tarixli Akt ilə təsdiq edilmişdir. Göründüyü kimi işlədiyiniz vəzifə yuxarıda qeyd olunan Siyahı üzrə müəyyən edilmiş vəzifəyə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, işin hallarından müəyyən olunur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi süzücü-tökücü (doldurucu) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda 10.5-ci bəndi ilə müəyyən edilmiş vəzifələrə aid deyil. İddiaçının işlətdiyi neft məhsullarının tərkibi etil və kükürd tərkibli olmamışdır. Beləliklə, iddiaçının güzəştli iş stajı yoxdur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 60 yaş həddinə çatmalı, 25 il sığorta stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan verməlidir ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, 60 yaşını 03.01.2017-ci il tarixdə tamamlamışdır. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən ümumilikdə 45 ildən çox sığorta stajı toplamışdır. Cavabdehin mübahisələndirdiyi güzəştli iş stajı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cavabdeh iddiaçının işlədiyi vəzifənin zərərli iş hesab olunmaması ilə bağlı dəlilini əsaslandırmaq üçün X13 X11 arxiv işləri üzrə mütəxəssisinin iştirakı ilə tərtib olunmuş 17.12.2020-ci il tarixli akt təqdim etmişdir. İnzibati icraat materialları arasında məhkəməyə təqdim edilmiş adı çəkilən həmin aktda neft məhsullarının yüklənməsi, doldurulması zamanı yalnız tərkibində kükürd və etil olan neft məhsullarının doldurub boşaldanların peşələrinin zərərli olduğu göstərilmiş, İddiaçı 24.01.2008-17.05.2015-ci ilədək işlədiyi 53 və 54 nömrəli sexlərində süzücü-qablaşdırıcı peşəsində neft məhsulu kimi yağların (T- 115) avtositernala doldurulması ilə məşğul olduğundan güzəştli peşələrin siyahısına aid olmadığı qeyd edilmişdir. Məhkəmə cavabdehin formal mülahizədən ibarət bu dəlili ilə razılaşmır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. İş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında SOCAR-ın X13 X14 tərəfindən SOCAR**********80020123X00039 nömrəli, 18.03.2021-ci il tarixli məktubu ilə xx.xx.1957ci il təvəllüdlü vətəndaş İddiaçı 1998-2015-ci illər üzrə “Azərneftyağ” X10 işləməsini təsdiq edən güzəştli iş stajı barədə arxiv arayışı təqdim olunmuşdur. Həmin məktuba əlavə edilmiş SOCAR**********80020123X00040 nömrəli, 18.03.2021-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, arayış verilir xx.xx.1957-ci il təvəllüdlü İddiaçı ona görə ki, o, aşağıda göstərilən dövrlərdə, qeyd olunan zərərli peşə və vəzifələrdə çalışmışdır: 1) 19.05.1998-16.05.2007 (Əmr 98/şh, 19.05.1998) - “Azərneftyağ” İstehsalat Birliyinin yanacaq doldurma stansiyasında əməliyyatçı; 2) 16.05.2007-05.06.2007 (Əmr 424/k, 16.05.2007) - “Azərneftyağ” NEZ-da 53 №-li neft məhsullarının qəbulu və göndərilməsi sexinin avtosisternlərin doldurulması sahəsində süzücü-qablaşdırıcı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 №li Qərarı; 3) 05.06.2007-24.01.2008 (Əmr 492/k, 05.06.2007) - “Azərneftyağ” NEZ-da 53 №-li neft məhsullarının qəbulu və göndərilməsi sexinin 14 və 26 saylı rezervuar sahəsində gözətçi; 4) 24.01.2008-17.06.2015 (Əmr 50/k, 24.01.2008) - “Azərneftyağ” NEZ-da 54 №-li neft məhsullarının qəbulu və göndərilməsi sexinin doldurucu estakadasında süzücü tökücü (doldurucu). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il 12 №-li Qərarı. Qeyd: ƏMR SOCAR/15-1700/8-04-001719 17.06.2015-ci ildə Azərbaycan Respublikası ƏM-nin 46.6-cı maddəsinə əsasən tərəflərin razılığı ilə X13 X11 neft məhsullarının qəbulu və göndərilməsi üzrə 11 №-li sahənin neft məhsullarının dəmiryol yükləməsi üzrə xidmət sahəsinə süzücü-tökücü doldurucu peşəsinə keçirilib. Daha sonra məhkəmə cavabdehin istinad etdiyi dəlilin araşdırılması baxımından Dövlət Neft Şirkəti X13 X12 27.04.2021-ci il tarixli yenidən sorğu ünvanlayaraq zavoddan İddiaçı 16.05.2007-05.06.2007 və 24.01.2008-17.06.2015-ci illər üzrə və hazırkı dövrdə işlədiyi süzücü-tökücü (doldurucu) vəzifəsinin əmək funksiyalarının geniş təsviri, işlədiyi neft məhsulları, ümumən neft məhsullarının (yağlar da daxil) doldurub-boşaldılmasının zərərli olduğu, yaxud yalnız konkret tərkibdə neft məhsulları ilə işləyənlərin zərərli peşə hesab edildiyi, süzücü-tökücü (doldurucu) peşəsinin adının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə nəzərdə tutulmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilməsə də həmin vəzifəyə görə bilavasitə icra edilən işin xüsusiyyətinə görə siyahıda göstərilən hansı vəzifə (iş) ilə eynilik təşkil etməsi (funksional vəzifənin uyğunluğu) barədə müvafiq güzəştli arayışın məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Məhkəmənin qeyd edilən sorğusuna cavab olaraq SOCAR-ın X13 X14 tərəfindən SOCAR**********30490075X00133 nömrəli, 09.06.2021-ci il tarixli məktubu ilə İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələr haqqında arayış təqdim edilmişdir: 1) 16.05.2007-05.06.2007 (Əmr № 424/k, 16.05.2007) - 53 N-li (NMQ və G) sex, avtosisternlərin doldurulması sahəsi, süzücü-qablaşdırıcı; 2) 24.01.2008-18.03.2014 (Əmr № 50k, 24.01.2008) - 54 N-li sex, doldurucu estakadası, süzücü-tökücü (doldurucu); 3) 18.03.2014-17.06.2015 (Əmr № 63-i, 02.04.2014) - 54 N-li sahə, doldurucu estakadası, süzücü-tökücü (doldurucu); 4) 17.06.2015-01.04.2016 (Əmr № Socar/15-1700/8-04-001719, 17.06.2015) - 11 N-li sahə, neft məhsullarının dəmiryol yüklənməsi üzrə xidmət sahəsi, süzücü-tökücü (doldurucu); 5) 01.04.2016-13.01.2017 (Əmr SOCAR**********70010020A00105, 17.06.2015) 11 N-li sahə, neft məhsullarının dəmiryol yüklənməsi estakadası, süzücü-tökücü (doldurucu); 6) 13.01.2017-01.11.2017 (Əmr SOCAR**********70010020B00036, 13.01.2017) 7 N-li istehsalat, 4 N-li əmtəə parkı, süzücü-tökücü (doldurucu); 7) 01.11.2017-28.11.2017 (Əmr SOCAR**********70010020B00857, 01.11.2017) - 10 N-li sahə, neft məhsullarının yüklənməsi estakadası, süzücü-tökücü (doldurucu); 8) 28.11.2017-12.12.2017 (Əmr SOCAR**********0010020B00903, 28.11.2017) - 19 N-li sahə, 103 saylı qurğu (yağların turşu, qələvi və kontakt üsulu ilə təmizlənməsi və qətranın regenerasiyası) texnoloji qurğuların operatoru; 9) 12.12.2017-hal-hazıradək (Əmr SOCAR**********70010020B00992, 12.12.2017) 10 N-li sahə, neft məhsullarının yüklənməsi estakadası, süzücü-tökücü (doldurucu). Adı çəkilən vəzifələr üzrə zərərli iş səraitinin müəyyən edilməsinə əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarının 10.5 (Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsi. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 nömrəli qərarının 10.5-ci bəndi ilə təsdiq olunmuş funksiyalar: xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, yanacağın doldurub-boşaldılması, qablaşdırılması ilə məşğul olan fəhlələr X13 X10 mövcud ştat cədvəlində olan süzücütökücü (doldurucu) peşəsi ilə eynilik təşkil edir. Həmin məktubla əlavə edilmiş arayışda göstərilmişdir ki, İddiaçı zavod tərəfindən verilmiş arayışda qeyd olunduğu kimi sahələrdə əmək funksiyasını yerinə yetirdiyi peşələrin süzücü-tökücü (doldurucu) peşəsinin işinin icrasının izahını açıqlanmış şəkildə təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabça”sında qeyd olunduğu kimi: Neft məhsullarının qəbulu və yüklənməsi sahəsində, neft məhsullarının qəbulu və göndərilməsi üzrə istehsalatın qaz doldurma estakadasında və hazır neft məhsulunun doldurub-boşaldılması ilə məşğul olan süzücü-tökücü (doldurucu) fəhlə peşəsində işləyən müddətdə aşağıdakı funksiyaları həyata keçirir: Benzin, kerosin, asfalt-bitum yağlarının, turbin yağlarının (T- 46), transformator yağlarının (T-1500), kənd təsərrüfatı üçün mühərrik yağlarının (TK-15), Asidol və digər neft məhsullarının, yağlı antiseptiklərin, müxtəlif qatı maddələrin, maye ammiakın, xlorun, paraxlorbenzol-sulfit turşusunun, akril emusiyasının, piyli spirtlərin, heksaxlorun, perhidrolun, xlorofosun, zəhərli kimyəvi emulsiyaların parohitpoxlorbenzolun, dihitroxlorbenzolun müxtəlif anbarlara qəbulu; məhsulun avtomatik və yanmavtomat maşınlardan müxtəlif taraya süzülməsini; vaqon-çənlərin dəmiryolu estakadalarının süzücü dayanacaqlarının altında düzülməsi; süzücü şlanqların ağzına keçirilməsi; sürgülərin açılması və bağlanması, vaqon-çənlərinin məhsul artığından təmizlənməsi; çən və kommunikasiyaların qızdırılması işini icra edir, süzülən, doldurulan və yola salınan neft məhsulların uçotunu aparır. Uyğunluğa gəldikdə isə bu süzücü-tökücü (doldurucu) peşəsi əmtəə operatoru peşəsi ilə yaxın təmasda olan peşədir. Beləliklə, müəyyən olunur ki, iddiaçının 16.05.2007-05.06.2007-ci il və 24.01.2008ci ildən hal-hazırkı dövrədək işlədiyi süzücü-tökücü (doldurucu) peşəsinin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda konkret olaraq göstərilməsə də həmin vəzifələrin əmək funksiyaları adıçəkilən Siyahının 10.5-ci bəndində Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsi: xammalın, yarımfabrikatların, hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın neft tələlərinin və quruducu kameraların boşaldılmasında, doğranmasında və nəql edilməsində məşğul olan fəhlələr peşəsinin əmək funksiyaları ilə eynilik təşkil etdiyindən zərərli iş kimi qəbul olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı qanunla tələb olunan ümumi sığorta stajı və yaş həddini daha əvvəl tamamlamış olsa da lakin qanunla tələb olunan 12 il 06 ay zərərli iş stajını 21.06.2020-ci il tarixdə tamamlandığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ da həmin tarixdən yaranmış hesab olunur. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi 30400,00 manat məbləğində hesablandığı halda, iddiaçının 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 23542,88 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 29989,36 manat olmaqla cəmi pensiya kapitalı 53532,24 manat təşkil edir. Başqa sözlə, iddiaçının fərdi hesabında qeydə alınmış pensiya kapitalı ona güzəştli şərtlərlə yaşa görə pensiya təyininə imkan verir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı gündən, yəni 21.06.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı gündən, yəni 21.06.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4468/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4468/2021
25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver